Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-222/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin nümayәndәsi nümayәndә1 İsmayıl oğlunun vә barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlunun iştirakı ilә, ## ######## 2025-ci il tarixli, MN ******* nömrәli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrarından verilmiş şikayәt üzrә Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin X1 Şöbәsi tәrәfindәn qәbul edilmiş MN seriyalı, ******* saylı, ##.##.2025-ci il tarixli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrara әsasәn İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlu Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1- 1-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 1000 manat mәblәğindә inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi qәrara alınmış, törәdilmiş hüquq pozmanın aradan qaldırılması üçün 10 gün müddәt müәyyәn olunması, bu müddәtdә hüquqpozmanın aradan qaldırılarsa inzibati cәrimәnin ödәnilmәmәsi qeyd edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlu şikayәt әrizәsi ilә Şamaxı Rayon Mәhkәmәsinә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqına qәrarın lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, o, 2016-ci il tarixdә fәrdi çörәkbişirmә fәaliyyәti ilә mәşğul olmaq üçün VÖEN açdırmışdır. 2017-ci ilin fevral ayından artıq bu işlә mәşğul olmur. VÖEN-i dә bağlatdırmış vә hәmin fәaliyyәtlә mәşğul olmur. ## ###### 2026-cı il tarixdә onun mobil telefonuna Şamaxı rayon İcra vә Probasiya şöbәsindәn mәlumat daxil olmuşdur ki, barәsindә icra sәnәdi ilә bağlı icra şöbәsinә gәlmәlidir. ## ###### 2026-cı il tarixdә İcra vә Probasiya şöbәsinә getmişdir. Ona bildirilmirdir ki, 1000 manat cәrimә ödәnilmәsi barәdә icra işi vardır. Bildirmişdir ki, onun cәrimә olunmağı barәdә hәr hansı mәlumatı yoxdur. Belә olan halda ona ##.##.2026-cı il tarixli “icraata başlamaq haqqında” qәrarın surәti, X4 Xidmәtinin X1 şöbәsinin ## ######## 2025-ci il tarixli MN ******* saylı protokolunun surәti vә hәmin müfәttişliyin inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında MN-******* saylı, ## ######## 2025-ci il tarixli qәrarın surәti tәqdim olunmuşdur. Hәmin qәrara әsasәn, qәrarı aldıqdan o, 10 gün müddәtindә çörәkbişirmә sexinin fәaliyyәti dayandırılan zaman işçilәr X7 vә X2 ilә bağlanmış әmәk müqavilәlәırinә xitam vermәlidir. Əgәr 10 gün müddәtinә bu xәbәrdarlığa әmәl etmәyәcәyi halda inzibati tәnbehetmә qәrarı qüvvәsini alaraq, icra olunmalıdır. O, bu qәrarı almamışdır. Hәmin sexin yerlәşdiyi ünvanda fәaliyyәt göstәrmir. Eyni zamanda, faktiki olaraq qeydiyyat ünvanı olan Şamaxı şәhәri C.Mәmmәdquluzadә küçәsi 12 A ünvanında yaşamır. Faktiki olaraq, Abşeron rayonu Goradil kәndindә yaşayır. Ola bilsin ki, bu sәbәbdәn qәrar ona verilmәmişdir. Bu qәrardan mәlumatlı olmamışdır. 2025-ci ilin noyabr ayında vergi ilә bağlı ASAN xidmәt mәrkәzindә olarkәn ona iki işçisinin olması barәdә xәbәrdarlıq edilmiş vә bu zaman hәmin vaxtda o, bu göstәrilәn şәxslәrlә olan әmәk müqavilәlәrinә xitam vermişdir. Odur ki, X4 Xidmәtinin X1 şöbәsinin ## ######## 2025-ci il tarixli MN ******* saylı inzibati qәrarını әsassız hesab edir vә onun lәğv olunmasını istәyir. Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim Q.Abbasov) ilә şikayәtin tәmin edilmәsi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti X1 Şöbәsi tәrәfindәn İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlunun barәsindә qәbul edilmiş ## ######## 2025-ci il tarixli, MN ******* nömrәli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәdә saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Şamaxı Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı lәğv edilmәli vә Xidmәtin X1 şöbәsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı qüvvәdә saxlanılmalıdır. "Əmәk vә mәşğulluq" altsisteminә baxış zamanı elektron sәnәd formasına keçirilmәyәn әmәk müqavilәlәrinin olduğu müәyyәn edilmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixәdәk qüvvәdә olan әmәk müqavilәlәrinin qanunvericiliyә әsasәn elektron sәnәd formasına keçirilmәsinin tәmin edilmәsinә dair icrası mәcburi olan göstәriş verilmişdir. Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinә dәyişiklik edilmәsi haqqında 2024-cü il ## #### tarixli ****- VIQD nömrәli Azәrbaycan Respublikasının Qanununu 12.3-cü maddәsinә әsasәn bu Qanun qüvvәyә mindiyi günәdәk bağlanılmış әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş mәrhәlәlәrә uyğun olaraq hәyata keçirilir. Belә ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2024-cü il ## ######## tarixli *** nömrәli Qәrarına әsasәn 2024-cü il ## #### tarixli ****-VIQD nömrәli Qanun qüvvәyә minәnәdәk bağlanılmış qüvvәdә olan әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi iri, orta, kiçik vә mikro sahibkarlıq subyekti olan, habelә sahibkarlıq subyekti olmayan işәgötürәnlәr üçün 2025-ci il # ####adәk müәyyәn edilmişdir. Xidmәtin X1 şöbәsinin qanuni göstәrişinә baxmayaraq İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlu tәrәfindәn heç bir tәdbir görülmәmiş vә bu barәdә Xidmәtin X1 şöbәsinә mәlumat verilmәmişdir. Şamaxı Rayon Mәhkәmәsi tәrәfindәn mötәbәr sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçısının izahatını dinlәyәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә lәğv edilmәli, apellyasiya şikayәti tәmin edilmәli, inzibati tәnbeh vermә haqqında qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti X1 Şöbәsinin rәisi X3 tәrәfindәn tәrtib edilmiş ## ######## 2025ci il tarixli, MN ******* nömrәli protokoldan görünür ki, Əmәk vә Mәşğlluq altsistemindәn әldә olunmuş ##.##.2025-ci il tarixli mәlmat әsasında mәlum olmuşdur ki, әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçrilmәsi barәdә DƏMX-nin X1 Şöbәsinin göstәrişi icra edilmәmişdir. İş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti X1 Şöbәsinin ## ######## 2025-ci il tarixli, MN ******* nömrәli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrardan görünür ki, әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn icra hakimiyyәti orqanının icrası mәcburi olan göstәrişi әmәk münasibәtlәrinin iştirakçıları tәrәfindәn icra edilmәmişdir. İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlu Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 339.1-1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 1000 manat mәblәğindә cәrimә edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra vә Probasiya Şöbәsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qәrarının vә hәmin tarixli tәlәbin könüllü icrası haqqında bildirişin surәtindәn görünür ki, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti X1 Şöbәsinin ## ######## 2025-ci il tarixli, MN ******* nömrәli icra sәnәdi üzrә icraata başlanılmış vә borclu İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğluna 10 gün müddәtinә tәlәbin könüllü icra edilmәsi tәklif olunmuşdur. İş materiallarında olan ** nömrәli, ##.##.2025-ci il tarixli Əmәk müqavilәsinә xitam verilmәsi barәdә әmrәn görünür ki, “Kürә Çörәyi” bölmәsindә çörәkçi vәzifәsindә işlәyәn X7 ilә bağlanmış *MTU*UC****** nömrәli әmәk müqavilәsinә ##.##.2025-ci il tarixdәn xitam verilmişdir. İş materiallarında olan ** nömrәli, ##.##.2025-ci il tarixli Əmәk müqavilәsinә xitam verilmәsi barәdә әmrәn görünür ki, “Kürә Çörәyi” bölmәsindә çörәkçi vәzifәsindә işlәyәn X2 ilә bağlanmış **YDAZE****** nömrәli әmәk müqavilәsinә ##.##.2025-ci il tarixdәn xitam verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğluna ünvanlanmış bildirişdәn görünür ki, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsinә әsasәn, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti X1 Şöbәsinin ## ######## 2025-ci il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokolu üzrә inzibati xәta haqqında işә baxılması ##.##.2025ci il tarixdә, saat 12:00-a tәyin olunmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 2-ci maddәsinә görә Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә, Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә, Azәrbaycan Respublikasının Cәzaların İcrası Mәcәllәsindә, “Tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә fiziki şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi haqqında”, “Mәcburi köçkünlәrin vә onlara bәrabәr tutulan şәxslәrin sosial müdafiәsi haqqında”, “Gömrük orqanlarında xidmәt haqqında Əsasnamә”nin tәsdiq edilmәsi barәdә”, “Dövlәt qulluğu haqqında”, “Azәrbaycan Respublikasının daxili işlәr orqanlarında xidmәt keçmә haqqında Əsasnamәnin tәsdiq edilmәsi barәdә”, “Dövlәt sosial sığorta sistemindә fәrdi uçot haqqında”, “İşsizlikdәn sığorta haqqında” vә “Mәşğulluq haqqında” Azәrbaycan Respublikasının qanunlarında dәyişiklik edilmәsi barәdә Azәrbaycan Respublikasının ## #### 2024-cü il, ****-VIQD nömrәli Qanununun 12.3-cü maddәsinә görә bu Qanun qüvvәyә mindiyi günәdәk bağlanılmış әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanının (qurumun) müәyyәn etdiyi mәrhәlәlәrә uyğun olaraq hәyata keçirilir. “İşәgötürәnlәr tәrәfindәn әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi mәrhәlәlәrinin müәyyәn edilmәsi haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin Qәrarına Azәrbaycan Respublikasının 2024-cü il ## #### tarixli ****-VIQD nömrәli Qanunu qüvvәyә minәnәdәk bağlanılmış qüvvәdә olan әmәk müqavilәlәrinin (әsas vә әlavә şәrtlәri barәdә mәlumatlar tam daxil edilmәklә) işәgötürәnlәr tәrәfindәn elektron sәnәd formasına keçirilmәsi iri, orta, kiçik vә mikro sahibkarlıq subyekti olan, habelә sahibkarlıq subyekti olmayan işәgötürәnlәr üçün 2025-ci il # ####adәk kimi müәyyәn edilmişdir. Əmәk Mәcәllәsinin 15-ci maddәsinin 2-ci bәndinә görә әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn orqan fәaliyyәt istiqamәtlәrinә uyğun olaraq işәgötürәnlәrdәn zәruri olan mәlumatların tam, düzgün vә vaxtında tәqdim edilmәsini, habelә әmәk qanunvericiliyinin pozulmasında tәqsirkar şәxslәrdәn yol verdiklәri hüquq pozuntularının aradan qaldırılmasını tәlәb etmәk, onları Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn olunmuş hallarda vә qaydada inzibati mәsuliyyәtә cәlb etmәk vә digәr mәsuliyyәtә cәlb olunması üçün müvafiq orqanlar qarşısında mәsәlә qaldırmaq hüququna malikdir. Əmәk Mәcәllәsinin 15-ci maddәsinin 5-ci bәndinә görә әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn orqanın bu Mәcәllәnin vә әmәk qanunvericiliyinә dair digәr normativ hüquqi aktların tәlәblәrinә әmәl olunmasına dair qәbul etdiyi qәrarların, göstәrişlәrin işәgötürәnlәr vә işçilәr, habelә әmәk münasibәtlәrinin digәr iştirakçıları tәrәfindәn icrası mәcburidir. İnzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsinә görә Əmәk müqavilәsinin bağlanması, dәyişdirilmәsi vә xitamının әsasları vә sәnәdlәşdirilmәsi, kollektiv müqavilәnin (sazişin) bağlanması vә yerinә yetirilmәsi, әmәk şәraiti, işçilәrin vә iş yerlәrinin attestasiyasının keçirilmәsi, iş vә istirahәt vaxtı, mәzuniyyәt hüququnun hәyata keçirilmәsi, әmәk vә mәzuniyyәt haqlarının, ezamiyyә xәrclәrinin, müavinәt vә digәr ödәnişlәrin ödәnilmәsi, qadınların vә yaşı 18-dәn az olan işçilәrin әmәyindәn istifadәnin xüsusiyyәtlәri, işçilәrin sığorta olunmasının tәnzimlәnmәsi, әmәyin mühafizәsi norma vә qaydaları ilә bağlı әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının icrası mәcburi olan göstәrişinin әmәk münasibәtlәrinin iştirakçıları tәrәfindәn icra edilmәmәsi inzibati mәsuliyyәt yaradır. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlunun Azәrbaycan Respublikası İХM-nin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә inzibati хәta haqqında qәrar qәbul etmiş etmiş orqan Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. birinci instansiya mәhkәmәsi inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrarın lәğv edilmәsi qәnaәtinә gәlsә dә, gәldiyi nәticә iş materialları ilә tәkzib edilir. Mәhkәmә mәcburi göstәrişin barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin ünvanına göndәrilmәsini, onun ünvan dәyişikliyi etdiyi tәqdirdә, müvafiq icra hakimiyyәti orqanında qeydiyyata alınmalı olmasının şәxsin vәzifәsi olmasını, әmәk münasibәtlәri üzrә sәnәdlәşmәnin qanunun tәlәbi olmasını, hәmin tәlәb ilә bağlı mәlumatın kütlәvi informasiya vasitәlәrindә yayılmasını, qanunu bilmәmәyin dә şәxsin mәsuliyyәtdәn azad edilmәmәsini nәzәrә almamışdır. İnzibati cәrimәnin şәrti tәtbiq olunması haqqında qәrarın inzibati xәtalar qanunvericiliyin tәlәblәrinә uyğunluğu verilmiş şikayәtlәrә әsasәn yoxlanılarkәn inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplanıldığını vә hәmin sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrar qәbul edildiyini tәsdiq edir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati cәrimәnin şәrti tәtbiq edilmәsi haqqında qәrar qәbul edәn orqanın qәrarın verilmәsinә әsas olan sübutlarla barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin tәqdim etdiyi sübutların müqayisәli tәhlili әmәldә inzibati xәta tәrkibin olmasının şübhә altına alınmasına әsas ola bilmәz. Birinci instansiya mәhkәmәsi tәrәfindәn әdalәtli mәhkәmә araşdırılmasının pozulmasına rәvac verәn mәhkәmә aktı qәbul edilmişdir. İnzibati cәrimәnin şәrti tәtbiq edilmәsi haqqında qәrarın qәbul edilmәsinә әsas olan sübutların müqayisәli tәhlili qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsasın olmadığını, nәticәdә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticәnin işin faktiki hallarına uyğun olmadığı qәnaәtini formalaşdırır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, MN seriyalı, ******* saylı, ##.##.2025-ci il tarixli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrarın lәğvinә dair şikayәtin dәlillәri әsaslı hesab edilmәdiyindәn, hәmin şikayәtin tәmin edilmәli olması barәdә birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dә lәğv edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2 – 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. İnzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.2-ci maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vәgәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Belәliklә apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, MN seriyalı, ******* saylı, ##.##.2025-ci il tarixli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrarın lәğvinә dair şikayәt tәmin edilmәmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Şamaxı Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlu tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. İbrәhimov Ağamәhәmmәd Balaqardaş oğlunun Azәrbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair MN seriyalı, ******* saylı, ##.##.2025-ci il tarixli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin X1 Şöbәsi tәrәfindәn qәbul edilmiş qәrar dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-222/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-222/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver