Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-224/2026 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Qərarından şikayət verilən orqan Tikintidə X5 Agentliyinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan Tikintidə X5 Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək, Qərarından şikayət verilən orqan Tikintidə X5 Agentliyinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. (hakim Ayaz Məmmədov) İşin halları : Tikintidə X5 Agentliyinin #.##.2026-cı il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki,Qərardan şikayət verən orqan (şəxs) barəsində onun tərəfindən tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərarın icrası təmin edilmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Şabran Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Qərarından şikayət verilən orqan Tikintidə X5 Agentliyinin ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qərarı qəbul etmişdir. Qərarla razılaşmayan Tikintidə X5 Agentliyi apellyasiya qaydasında şikayət verərək Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli Qərarının ləğv edilməsini və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunan “inzibati tənbeh vermə haqqında” ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Agentliyin tikinti işlərinin dayandırılması barədə ## ###### 2026-cı il tarixli **** nömrəli Qərarı Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə aldıqdan sonra tikinti işlərini dayandırdığını, həmin tarixdən sonra tikinti işlərinin davam etdirilməsini təsdiq edən kifayət qədər aydın və şübhəzis sübutların mövcud olmadığını hesab etmişdir. Agentliyin ## ###### 2026-ci il tarixli ****** nömrəli və ## ###### 2026-cı il tarixli ****** nömrəli texniki baxış aktlarında, onlara əlavə olunmuş fotoşəkillərdə aparılan tikinti işləri nəticəsində tikilinin vəziyyətində irəliyişlər nəzərə alınmamışdır. Şabran Rayon Məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026cı il tarixdən sonra Agentliyin tikinti işlərinin dayandırılması barədə ## ###### 2026-cı il tarixli **** nömrəli Qərarını məhkəmədə mübahisələndirmədən tikinti işlərini davam etməsinə hüquqi qiymət verilməmişdir. Bununla da, birinci instansiya məhkəməsi maddi və prosessual normalara zidd olaraq, səhv qərar qəbul etmiş və Agentlik tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Qərarı ləğv etmişdir. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsinin iclasında Tikintidə X5 Agentliyinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Agentlik tərəfindən tərtib olunan “inzibati tənbeh vermə haqqında” ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə proses iştirakçılarını dinləyib, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini iş materialları ilə birlikdə qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan - Azərbaycan Respublikasının Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RS seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən hazırki iş üzrə qərardan şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən ticarət təyinatlı bina vardır (daşınmaz əmlakın qeydiyyat nömrəsi: 2813007999; qeydiyyat tarixi: ##.##.2013-cü il, reyestr nömrəsi: 304013007810-06301). İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli məktubu əsasında ünvan 1 ünvanında keçirilmiş baxış nəticəsində təqdim edilmiş texniki baxışın nəticələrinə dair rəydən görünür ki, binada aşkar edilmiş zədələnmələr və qüsurlar nəzərə alınaraq binanın vəziyyəti qəzalı qiymətləndirilmişdir (binanın qəzalı vəziyyətə düşməsinin əsas səbəbi qrunt əsasının qeyri bərabər çökməsi). İş materiallarında olan elektron sistemdən çap edilərək şikayətə əlavə edilmiş Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, EDO-****/**** saylı ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında tikinti işləri ilə bağlı Şabran rayon İcra Hakimiyyətinə və Bakı şəhəri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. İş materiallarında olan tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərardan görünür ki, həmin qərarla Qərardan şikayət verən orqan (şəxs) Şabran şəhərinin Rəşid Behbudov küçəsində apardığı tikinti işləri ilə bağlı pozuntunun aradan qaldırılması ilə bağlı əsas göstəriş olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin 30 (otuz) gün ərzində Agentliyə təqdim etməli olduğu bildirilmişdir. Lakin həmin qərarda qərarın tikinti işlərinin dayandırılması barədə olduğu qeyd edilsə də, Qərardan şikayət verən orqan (şəxs) tikinti işlərinin dayandırması ilə bağlı hərhansı bir pozuntunun aradan qaldırılması ilə bağlı göstərişin verildiyi ümumiyyətlə qeyd edilməmişdir. İş materiallarında olan tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərardan Qərardan şikayət verən orqan (şəxs) göndərildiyi poçt zərfinin üzərindəki möhürlərdən görünür ki, həmin qərar SS*********AZ saylı poçt göndərişi ilə göndərilmiş və sözü gedən poçt göndərişi ##.##.2026-cı il tarixdə Şabran poçt filialına çatmışdır. İş materiallarında olan poçt göndərişinin izlənilməsi sistemindən çıxarışdan görünür ki, SS*********AZ saylı poçt göndərişi ##.##.2026-cı il tarixdə, saat 16:56-də alıcıya çatdırılıb. İş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Tikintidə X6 Agentliyinə ünvanlandığı ##.##.2026-cı il tarixli məktubdan görünür ki, o, həmin məktubda Şabran şəhərinin Rəşid Behbudov küçəsində mülkiyyətində olan daşınmaz əmlakda təmir bərpa işlərinin aparıldığı, bununla bağlı Şabran rayon İcra Hakimiyyətinə müraciət edildiyi, tikinti bərpa işləri bitdikdən sonra orada Şabran şəhər * saylı Mediasiya Təşkilatının və Vəkil bürosunun yerləşdirilməsinin nəzərdə tutulduğu, tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərar alındıqdan sonra da tikinti işlərinin dayandırıldığını bildirmişdir. İş materiallarında olan ******** saylı, ##.##.2026-cı il tarixli mədaxil qəbzdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan Tikintidə X6 Agentliyinə ünvanlandığı ##.##.2026-cı il tarixli məktub sonuncuya poçt göndərişi ilə göndərilmişdir. İş materiallarında olan 0#.##.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində onun tərəfindən tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərarın icrası təmin etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə proktol tərtib edilmişdir. İş materiallarında olan 260826 – Ö saylı, ##.##.2026-cı il tarixli tikintiyə baxış aktından və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ##.##.2026-cı il tarixdə, saat 15:26:32-də Qərarından şikayət verilən orqan Tikintidə X6 Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ünvan 1 ünvanında tikintiyə icazə olmadan tikinti işlərinin aparıldığı aşkar edilmişdir. X1 Tikinti müfəttişliyinin rəisi Fərhad Əliosmanov və baş məsləhətçisi-baş müfəttişi İlqar Əfəndiyev imzalamışlar. İş materiallarında olan 261556 – Ö saylı, ##.##.2026-cı il tarixli tikintiyə baxış aktından və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ##.##.2026-cı il tarixdə, saat 13:58:40-da Qərarından şikayət verilən orqan Tikintidə X6 Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərarın tələblərinə əməl edilmədən tikinti işlərinin davam etdirildiyi aşkar edilmişdir. X1 Tikinti müfəttişliyinin rəisi Fərhad Əliosmanov və baş məsləhətçisi-baş müfəttişi Daşqon Mövlanov imzalamışlar. Birinci instansiya məhkəməsi düzgün olaraq ki, 261556 – Ö saylı, ##.##.2026-cı il tarixli tikintiyə baxış aktından və 260826 – Ö saylı, ##.##.2026-cı il tarixli tikintiyə baxış aktında Qərardan şikayət verən orqan (şəxs) imzasının olmaması, 260826 – Ö saylı, ##.##.2026-cı il tarixli tikintiyə baxış aktına əlavə edilmiş fotoşəkildən ümumiyyətlə tikinti işlərinin aparılıbaparılmamasını aşkar edilməsinin mümkün olmadığını, fotoşəkillərin tikinti işləri aparıldığı yerdən yox küçədən həmin əraziyə daxil olmadan müxtəlif variantlarda uzaqdan küçədən çəkildiyini və etiraza həmçinin hər-hansı bir tarixli tikintiyə baxış aktı olmadan əlavə fotoşəkilin də əlavə edildiyini nəzərə alaraq hesab etmişdir ki, həmin fotoşəkillərin hansı tarixlərdə çəkildiyinin dəqiq aşkar edilməsi mümkün olmadığından, sözü gedən aktlar və fotoşəkillərin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərarın icrasının təmin etməməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Həmçinin birinci instansiya məhkəməsi tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərara münasibətdə qeyd etmişdir ki həmin qərarda qərarın tikinti işlərinin dayandırılması barədə olduğu qeyd edilsə də, Qərardan şikayət verən orqan (şəxs) tikinti işlərinin dayandırması ilə bağlı hər-hansı bir pozuntunun aradan qaldırılması ilə bağlı göstərişin verildiyi ümumiyyətlə qeyd edilməmişdir. Tikinti işlərinin dayandırılması barədə qərarın mövcudluğu isə öz özlüyündə inzibati məsuliyyətə cəlb edilmə üçün kifayət etmir. İnzibati məsuliyyətin yaranması üçün həmin qərarın tələblərinin konkret olaraq pozulması və tikinti işlərinin faktiki olaraq davam etdirilməsi mötəbər sübutlarla təsdiq edilməlidir. Qərardan şikayət verən orqan (şəxs) isə həmin qərarın icrasını təmin edərək, müvafiq sənədləri və məlumatı ********* saylı, ##.##.2026-cı il tarixli mədaxil qəbzə əsasən Qərarından şikayət verilən orqan Tikintidə X6 Agentliyinə göndərmiş və tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərarı ##.##.2026-cı il tarixdə aldıqdan sonra tikinti işlərini dayandırmışdır. Apelyasiya icraatında aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi təsdiq edilir. Belə ki, iş materiallarından göründüyü kimi səlahiyyətli orqan tərəfindən tikinti işlərinin dayandırılması barədə qərarın təqdim edilməsindən sonra tikinti işlərinin davam etdirilməsini təsdiq edən kifayət qədər, aydın və şübhəsiz sübutlar mövcud deyil, həmçinin Qərardan şikayət verən orqan (şəxs) tikinti işlərinin dayandırılması barədə qərarın icrasını təmin edərək, müvafiq sənədləri və məlumatı ********* saylı, ##.##.2026-cı il tarixli mədaxil qəbzə əsasən Qərarından şikayət verilən orqan Tikintidə X6 Agentliyinə göndərmiş və tikinti işlərinin dayandırılması barədə ##.##.2026-cı il tarixli, **** saylı qərarı ##.##.2026-cı il tarixdə aldıqdan sonra tikinti işlərini dayandırmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXMin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-156)-107/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin olunmasın. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-224/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-224/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver