Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-225/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin nümayәndәsi nümayәndә2, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs N nömrәli hәrbi hissәnin nümayәndәsi nümayәndә1 iştirakları ilә, Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissә barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq Idarәsinin rәisi Islam Hәsәnzadә tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim A.S.Qasımov) Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәsinә barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3cü maddәsi ilә tәrtib edilmiş ## ###### 2026-ci il tarixdә tәrtib edilmiş, MN ******* nömrәli inzibati xәta haqqında protokola dair inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. IŞIN HALLARI : Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәnin Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsi ilә inzibati xәta törәtmәsi haqqında Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Abşeron-Xızı regional şöbәsinin baş mәslәhәtçisi – baş әmәk müfәttişi X1 tәrәfindәn tәrtib edilmiş protokol mәhkәmәyә göndәrilmiş vә protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq Idarәsinin rәisi Islam Hәsәnzadә apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәnin inzibati mәsuliyyәt cәlb olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, X2 şikayәti әsasında Xidmәtin Abşeron-Xızı regional şöbәsindә aparılan araşdırma zamanı Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәsinә ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrәli mәktub göndәrilәrәk vәtәndaşın müraciәtinә dair mәlumatların vә mәktubda göstәrilәn sәnәdlәrin 7 (yeddi) iş günü müddәtindә Xidmәtin Abşeron-Xızı regional şöbәsinә verilmәsi tәlәb olunmuşdur. Sözügedәn mәktubda tәlәb olunan sәnәdlәr Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissә tәrәfindәn tәqdim edilmәmişdir. “Əmәk vә Mәşğulluq” altsisteminә baxış keçirilәrkәn müәyyәn edilmişdir ki, X2 ilә әmәk müqavilәsi Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissә arasında bağlanmışdır. Belәliklә Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissә işәgötürәn kimi әmәk münasibәtlәrindә çıxış etmişdir. Ona görә dә, XN işәgötürәni Hәrbi Hissә tәrәfindәn sözügedәn mәktubda tәlәb olunan sәnәdlәrin tәqdim edilmәmәsi Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibini yaratmış vә mәhkәmәnin Hәrbi Hissә tәrәfindәn “Azәrbaycan Respublikası Müdafiә Nazirliyinin nәzdindә fәaliyyәt göstәrәn “Yasәmәn” uşaq baxçasına müraciәt edilmәli” mәzmunlu cavab mәktubuna istinad edәrәk iş üzrә icraata xitam vermәsi işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәtirmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk şikayәtin tәmin edilmәsini vә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarının lәğv edilәrәk hüquqi şәxs N nömrәli hәrbi hissәnin inzibati mәsuliyyәt cәlb olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmәklә әlavә olaraq vurğuladı ki, vәtәndaş X2 şikayәtlәri ilә bağlı araşdırma zamanı Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 15-ci maddәsinin 2-ci hissәsinә әsasәn Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәyә ## ###### 2026-cı il tarixdә mәktub göndәrilmәsinә vә mәktubda qeyd olunan sәnәdlәrin 7 iş günü әrzindә tәqdim olunmasının tәlәb edilmәsinә baxmayaraq, tәlәb edilәn sәnәdlәr protokol tәrtib olunan günәdәk tәqdim edilmәmişdir. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin nümayәndәsi nümayәndә1 apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini vә birinci intansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmәklә әlavә olaraq qeyd etdi ki, ## ###### 2026-cı il tarixli inzibati xәta haqqında protokol әsaslı deyildir. Belә ki, Xidmәtin ## ###### 2026-cı il tarixli mәktubuna ## ###### 2026-cı il tarixdә cavab verilmiş, müvafiq cavab mәktubu Xidmәtә ## ###### 2026-cı il tarixdә daxil olmuşdur. Xidmәt isә cavab mәktubu daxil olmadan, yәni ## ###### 2026-cı il tarixdә protokol tәrtib etmişdir. Azәrbaycan Respublikası Müdafiә Nazirinin ## ### 2014-cü il tarixli, ** nömrәli Qәrarı ilә tәsdiq edilmiş Azәrbaycan Respublikası Müdafiә Nazirliyinin mәktәbәqәdәr tәhsil müәssisәlәri haqqında Əsasnamәnin 1.3-cü maddәsindә göstәrilmişdir ki, mәktәbәqәdәr tәhsil müәssisәsi ayrıca tәşkilat-ştat quruluşuna malik, hәrbi hissә, tәşkilat vә müәssisәlәrin struktur bölmәlәrinin tәrkibinә daxil olmadan fәaliyyәt göstәrәn qurumdur. Göründüyü kimi uşaq bağçası ilә bağlı sәnәdlәrin göndәrilmәsi vә s. hәrbi hissәnin sәlahiyyәtindә deyildir. Şikayәt vermiş vәtәndaş ilә müqavilәni bağça müdiri bağlamışdır. Uşaq bağçasının müdirinә mәxsus elektron imza olmadığından müәssisә ilә bağlı imzalanmalı sәnәdlәr hәrbi hissә komandirinin elektron imzası ilә imzalanmışdır. Lakin, faktiki olaraq işә götürmә, işdәn azad etmә, әmәk mәzuniyyәtinin verilmәsi vә s. kimi әmәliyyatlar bağçanın müdiri tәrәfindәn hәyata keçirilmişdir. Hazırda uşaq bağçasının müstәqil elektron imza mәsәlәsinin hәll edilmәsi üçün komandanlıq tәrәfindәn yuxarı komandanlıq qarşısında mәsәlә qaldırılmışdır. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәklә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissә barәsindә hüquqi şәxs olaraq IXM-nin 539.3-cü maddәsilә nәzәrdә tutulmuş inzibati xәtaya görә tәqsirli bilinәrәk cәrimә növündә inzibati tәnbeh tәdbiri tәyin edilmәlidir. Belә ki, iş materialları ilә müәyyәn olunur ki, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti tәrәfindәn X2 müraciәti әsasında aparılmış araşdırma zamanı Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәyә ## ###### 2026-cı il tarixli mәktub göndәrilәrәk әmәk münasibәtlәri ilә bağlı zәruri sәnәdlәrin 7 iş günü müddәtindә tәqdim edilmәsi tәlәb edilmişdir. Lakin hәmin sәnәdlәr müәyyәn edilmiş müddәtdә tәqdim edilmәmiş vә bu sәbәbdәn ## ###### 2026cı il tarixdә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Apellyasiya baxışı zamanı tәrәflәrin izahatları ilә dә tәsdiq olunur ki, tәlәb olunan sәnәdlәr tәqdim edilmәmiş, yalnız hәrbi hissә komandanlığı tәrәfindәn aidiyyәti müraciәt vә sorğunun “Yasәmәn” uşaq bağçasına ünvanlandırılması bildirilmişdir. Halbuki, “Əmәk vә mәşğulluq” altsistemi mәlumatlarından göüründüyü kimi, eyni zamanda mәhkәmәyә tәqdim edilmiş әmәk müqavilәsindәn müәyyәn olunduğu kimi, X2 ilә әmәk müqavilәsi mәhz Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissә komandiri tәrәfindәn bağlanmışdır. Bu isә hәmin hüquqi şәxsin әmәk münasibәtlәrindә işәgötürәn qismindә çıxış etdiyini tәsdiq edir vә onun tәlәb olunan sәnәdlәri tәqdim etmәk öhdәliyini istisna etmir. Hәmçinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş “mәlumatların vaxtında tәqdim edilmәmәsi” әlamәtini tam şәkildә tәsdiq edir. Hәrbi hissәnin nümayәndәsinin “Yasәmәn” uşaq bağçasının ayrıca qurum olması ilә bağlı istinadları isә mәhkәmә tәrәfindәn әsaslı hesab edilmir. Belә ki, әmәk münasibәtlәrinin tәrәfi kimi çıxış edәn vә әmәk müqavilәsini bağlayan subyekt mәhz hәrbi hissә olduğundan, әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn orqanın qanuni tәlәblәrini yerinә yetirmәk vә tәlәb olunan sәnәdlәri tәqdim etmәk öhdәliyi dә onun üzәrinә düşür. Birinci instansiya mәhkәmәsi isә qeyd edilәn halları düzgün qiymәtlәndirmәmiş, tәqdim edilmiş sübutlara formal yanaşaraq hüquqi şәxsin әmәlindә inzibati xәta tәrkibinin olmaması barәdә әsassız nәticәyә gәlmişdir. Halbuki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә uyğun olaraq iş üzrә toplanmış sübutlar inzibati xәtanın baş vermәsini vә hüquqi şәxsin tәqsirini tәsdiq edir. Mәhkәmә hesab edir ki, Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissә tәrәfindәn sәlahiyyәtli orqanın qanuni tәlәbi ilә tәlәb olunan sәnәdlәrin müәyyәn edilmiş müddәtdә tәqdim edilmәmәsi ilә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Belә ki, IXM-nin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsinә (sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә gәlmәklә aparılan yoxlamalara münasibәtdә bu Mәcәllәnin 602.4-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) görә vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr iki min manatdan iki min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. IXM-nin 18.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 127-3.6-cı maddәsindә nәzәrdә tutulmuş hal istisna olmaqla, hüquqi şәxs barәsindә inzibati tәnbeh yalnız hakim tәrәfindәn tәtbiq edilir. IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. IXM-nin 31.5-ci maddәsinә әsasәn inzibati tәnbehin tәtbiq edilmәsi hәmin inzibati tәnbehә sәbәb olmuş öhdәliklәrin yerinә yetirilmәsindәn şәxsi azad etmir. IXM-nin 76-cı maddәsinin tәlәblәrinә görә Inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Hәmin Mәcәllәnin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Yuxarıda şәrh edilәnlәrә görә apellyasiya şikayәtinin dәlillәri ilә razılaşaraq apellyasiya şikayәtinin dәlillәri әsaslı hesab edilir vә sadalanan işin hallarına görә vә qanunvericiliyin tәlәblәrinә әsasәn Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissә hüquqi şәxs olaraq IXM-in 539.3-cü maddәsi ilә nәzәrdә tutulan inzibati xәta törәtmәsi qәnaәtinә gәlinir. Ona görә dә hüquqi şәxs olaraq hәmin maddә ilә tәqsirli bilinәrәk barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Belә ki, IXM-in 135.1.2-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Hәmin Mәcәllәnin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2-135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn vә IXM-nin 134.1, 134.1.2, 135-137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. Azәrbaycan Respublikası Müdafiә Nazirliyi N nömrәli hәrbi hissәsi hüquqi şәxs olaraq Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinsin vә hüquqi şәxs N nömrәli hәrbi hissә inzibati tәnbeh növündә - 2000 (iki min) manat mәblәğindә cәrimә edilsin. Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-225/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-225/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver