Məhkəmə qərarları › İş №3(3-8)-227/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-227/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-227/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Abşeron rayon İcra vә Probasiya şöbәsinin icra mәmuru İsmayılov Orxan Hüseynәli oğlunun vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlunun iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlu barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra vә Probasiya Şöbәsi tәrәfindәn borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlu barәsindә Azәrbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddәsi ilә tәrtib edilmiş inzibati protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim V.Hәsәnov) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlunun Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair iş üzrә icraata barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilmәsi qәrara alınmışdır. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlunun Azәrbaycan Respublikası İXM-nin 528.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin gәldiyi nәticә ilә qәti razı deyildir. İnzibati xәta üzrә tәqsirli bilinmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, gәlinәn nәticә dәyişdirilmәklә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs barәsindә hәbs inzibati tәnbeh tәdbiri görülmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sәnәdinә әsasәn iddia tәlәbi tәmin edilmiş, “GAC” markalı, **-RF-*** dövlәt qeydiyyat nişanlı avtomobilin satışından әldә olunmuş 23000 manat mәblәğindә pul vәsaitinin ½ hissәsi üzәrindә iddiaçı X4 payı müәyyәn olunmuş, cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlundan 23000 manat mәblәğindә pul vәsaitinin ½ hissәsi-11500 manat tutularaq, iddiaçı X4 xeyrinә ödәnilmәsi qәt edilmişdir. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı icra sәnәdinә әsasәn Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2019-cu il tarixli, *(***)- ****/**** saylı qәtnamәsi ilә ##.##.2013-cü il tәvәllüdlü X2 vә ##.##.2016-cı il tәvәllüdlü X1 yetkinlik yaşına çatanadәk saxlanılması üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlundan tutulan alimentin miqdarı dәyişdirilәrәk 386 manat mәblәğindә müәyyәn edilmiş vә hәmin pul vәsaiti bu qәtnamә qanuni qüvvәyә mindiyi gündәn hesablanmaqla, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlundan hәr ay sabit pul mәblәğindә tutularaq (uşaq yetkinlik yaşına çatanadәk) X4 verilmәsi qәt edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra sәnәdinә әsasәn ilkin iddia vә qarşılıqlı iddia qismәn tәmin edilmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğluna mәxsus Abşeron rayonu Masazır kәndindә yerlәşәn 0,03 hektar torpaq sahәsinә dair Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlu ilә X6 arasında bağlanmış, ** saylı Bakı şәhәri Notariat ofisinin xüsusi notariusu tәrәfindәn tәsdiq edilmiş ##.##.2020-ci il tarixli alqı- satqı müqavilәsi etibarsız hesab edilsin. Hәmin torpaq sahәsindә X4 payı 2/3 hissәdә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlunun payı isә 1/3 ıissәdә müәyyәn edilsin. X4 hәmin torpaq sahәsindә ikiimiş ikimәrtәbәli özbaşına tikiliyә köçürülmәsi, X4 vә X3 arasında 12.2019-cu il tarixdә bağlanmış, Bakı şәhәri, ** saylı notariat ofisinin xüsusi otariusu tәrәfindәn tәsdiq edilmiş daşınmaz әmlakın bağışlanması müqavilәsi etibarsız hesab edilsin vә hәmin müqavilә әsasında ƏMDK yanında DƏDRX-in 4 aylı Abşeron Ərazi İdarәsi tәrәfindәn X3 adına verilmiş, qeydiyyat nömrәsi 1619034751 olan çıxarış lәğv edilmәsi, X3 vә X9 asında ##.##.2020-ci il tarixdә bağlanmış, Bakı şәhәri, ** saylı notariat ofisinin xüsusi notariusu tәrәfindәn tәsdiq edilmiş daşınmaz әmlakın alqı-satqısı müqavilәsi etibarsız hesab edilsin vә hәmin müqavilә әsasında ƏMDK yanında DƏDRX-in * saylı Abşeron Ərazi İdarәsi tәrәfindәn X9 min adına verilmiş çıxarış lәğv edilmәsi, X4 mәxsus 1 әdәd Ağ rәngli yataq dәsti çarpayı, şkaf, termo)- 4500 manat, 1 әdәd Künc divanı 1200 manat, 1 әdәd 500 manat, 5 әdәd Xalça (iran) 2500 manat, 1 әdәd Ət çәkәn maşın 250 Tat, 1 әdәd Şirә çәkәn maşın 180 manat, 1 әdәd Apelsin çәkәn maşın 90 lar, 1 әdәd Koktelnika 180 manat, 6 Dәst (Bıçaq, çәngәl) - 380 manat, 24 Qaşıq (gümüş) 500 manat, Çay dәsti (12 nәfәrlik) (Fincan, boşqab, tort qabı, ıik) 1800 manat, 12 Madonna nahar dәsti 400 manat, 2 әdәd Xrüstal qәnd qabı manat, 1 әdәd Xrüstal gül qabı 270 manat, 1 әdәd Xrüstal meyvә qabı 250 at, 1 әdәd Xrüstal lәpә qabı 170 manat, 2 әdәd Fosfor lәpә qabı 90 manat, 1 Gümüşü kofe dәsti 80 manat, 12 Lepka güldan 100 manat, 6 Lepka araq dәsti (Fincan vә bakal) 220 manat, 12 Ağ güllü nahar dәsti 450 manat, 1 әdәd Elektrik samovar çaynik 280 manat, 1 әdәd Od somavan 180 manat, 1 әdәd 2 nәfәrlik 80 manat, 2 әdәd 1 nәfәrlik döşәk 80 manat, 2 әdәd yorğan 150 manat, 1 әdәd Çәhrayı rәngli pokrival 45 manat, 1 әdәd krem rәngli pokrival 250 manat, 3 әdәd yataq dәsti (işlәnmәmiş) 270 manat, 1 әdәd Mәtbәx dәsti (Stol, stul) 1275 manat, İT әdәd Böyük dәsmal 100 manat, 10 әdәd әl-üz dәsmalı 50 manat, 5 әdәd çay dәsmalı 100 manat, 1 әdәd Soba 220 manat, 3 әdәd Güllü qazan dәsti 380 manat, 3 әdәd Çuqun qazan dәsti 600 manat, 2 әdәd Tefal tava 170 manat, 1 әdәd Ütü 180 manat, 1 әdәd Ütü stolu 120 manat, 2 әdәd Mәrmәr dәst (Saat vә şamdan) 950 manat, 1 әdәd Samsung markalı tozsoran 270 manat, 1 әdәd Qızılı gül qabı 70 manat, 2 әdәd Duz qabı (qәdimi) 70 manat, 24 nәfәrlik Xrüstal stәkan dәsti 200 manat, 24 nәfәrlik Xrüstal nәlbәki dәsti 200 manat, 12 nәfәrlik göy kobalt nәlbәki 80 manat, 10 nәfәrlik qonaq dәsti (Termo, rәf, stol, stul) 20000 manat- cehiz әşyaları vә habelә birgә nikah dövründә әldә edilmiş, uşaqlara mәxsus 1 әdәd Göy rәngli uşaq mebel dәsti 1000 manat, 1 әdәd Uşaq üçün motoskl 280 manat, 1 әdәd Qız üçün velosiped 280 manat, 1 әdәd Uşaq üçün maforlu maşın 750 manat, 2 әdәd Uşaq üçün 440 manat, 1 әdәd Oğlan üçün velosiped 90 manat, 3 әdәd Samokat (göy, yaşıl, çәhrayı rәngli) 180 manat, 2 әdәd Uşaq üçün pastel dәsti (qız) 240 manat, 3 әdәd Uşaq üçün pastel dәsti (oğlan) 540 manat, 2 әdәd Uşaq üçün matras 240 manat, 3 әdәd Uşaq üçün adyal 210 manat, 2 әdәd Uşaq otağı üçün pәrdә 600 manat, hәmin әşyalar, onlar olmadığı halda isә onların dәyәrlәri Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlundan alınıb X4 verilmәsi qәt edilmişdir. Qeyd edilәn icra sәnәdlәri üzrә icraata başlanılmış vә tәlәbin könüllü icrası haqqında bildirişlәr göndәrilmişdir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar (“İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 3.1 vә 3.2-ci maddәsi). “İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 82.1-ci maddәsinә әsasәn borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdi icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә üzrsüz sәbәbdәn icra olunmadıqda, icra mәmuru borclunun Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada inzibati mәsuliyyәtә cәlb olunması üçün inzibati xәta haqqında protokol tәrtib edir vә onu işin digәr materialları ilә birlikdә müvafiq mәhkәmәyә göndәrir (vergilәr, faizlәr vә maliyyә sanksiyaları üzrә borcların alınması (vergilәrin ödәnilmәmәsi) ilә әlaqәdar qanuni qüvvәyә minmiş mәhkәmә qәrarları ilә bağlı verilmiş icra sәnәdlәri istisna olmaqla). İnzibati mәsuliyyәtә cәlb etmә haqqında qәrar qәbul edildikdәn sonra icra mәmuru tәrәfindәn borcluya icra üçün yeni müddәt tәyin edilir. Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası qaydaları vә şәrtlәri “İcra haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә tәnzimlәnir. İcra haqqında qanunvericilikdә mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası vәzifәsi icra mәmurunun üzәrinә qoyulmuşdur vә sonuncunun bununla әlaqәdar tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә qәtnamәsinin vә ya digәr mәhkәmә qәrarının icra edilmәmәsinin tәhlükәliliyi ondan ibarәtdir ki, qanuni qüvvәyә minmiş mәhkәmә aktları icra edilmәdikdә pozulmuş hüquqların bәrpası, dәymiş ziyanın ödәnilmәsi qeyri-mümkün olur vә әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı dövlәt adından çıxarılmış qәrarlar kağız üzәrindә qalır. Digәr tәrәfdәn bu әmәllә demokratik cәmiyyәt vә әdalәt mühakimәsinin fundamental hüquqlarından biri olan әdalәtli mәhkәmә araşdırması hüququ real mahiyyәt kәsb etmәyәn xәyali bir hüquqa çevrilir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2021-ci il tarixli icra vәrәqәsi, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2022-ci il vә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli icra vәrәqәlәri üzrә borclu şәxs tәrәfindәn yaranmış öhdәliyin icrası tәmin edilmәdiyinә görә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. İnzibati xәta haqqında protokol vә onu әsaslandıran sәnәdlәrdәn görünür ki, borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn alimentin tutulması barәdә icra sәnәdi üzrә qismәn ödәniş edilmiş, digәr icra sәnәdlәri üzrә öhdәlik icra edilmәmişdir. Alimentin tutulması barәdә icra sәnәdi üzrә ödәniş edilmәsinә baxmayaraq, inzibati xәta haqqında protokol tәrtib edilәn tarixә 5634 manat mәblәğindә alimentin ödәnilmәmәsinә görә borc pul mәblәği yaranmışdır. Borclu şәxs aliment mәblәğindәn ödәnişlәr edildiyini bildirsә dә, alimentin ödәnilmәmәsinә görә yaranmış borcun hissә-hissә ödәnilmәsi barәdә razılaşmanın olmaması, aliment mәblәğinin tam ödәnilmәmәsi, hәmçinin digәr icra sәnәdlәri üzrә öhdәliyin icra edilmәmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati xәta haqqında protokol üzrә icraata xitam verilmәsi barәdә nәticәyә gәlinsә dә, gәlinәn nәticә işin faktiki halları ilә tәrs mütәnasib olmaqla, icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsinin sübut olunmadığı tәdqiq edilәn sübutlarla tәkzib olunur. Bu isә gәlinәn nәticәnin әsaslandırılmadığı, inzibati xәta haqqında protokolun işin faktiki hallarına uyğun olması qәnaәtini formalaşdırır. İcra sәnәdi üzrә edilmәli hәrәkәtin edilmәmәsi mәhkәmә aktları ilә bәrpa edilәn hüquqların real deyil, xәyali bәrpa edir. Bu isә әdalәtli mәhkәmә araşdırılması hüququnu da xәyali etdiyindәn, hәmçinin aliment hesabına saxlanılan uşağın da mәnafeyini dә әhәmiyyәtli dәrәcәdә pozmaqla, aylıq ödәnilmәli olan aliment mәblәğinin tam olmamaqla, yığılmış aliment borcunun da ödәnilmәsinin tәmin edilmәmәsi nәticәsindә onların yaşayışını tәmin etmәli olan valideyn tәrәfindәn övladının saxlanılması üçün zәruri olan ehtiyaclarının da tәmin edilmәsini mәhdudlaşdırdığından apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi gәldiyi nәticә qanuni, әsaslı vә әdalәtli hesab edilmәmәlidir. Belә olan halda barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlu Azәrbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddәsi ilә tәqsirli bilinmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin: 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. 30.1-ci maddәsinә әsasәn inzibati hәbs yalnız müstәsna hallarda tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi iş üzrә toplanmış sübutlar üzrә dәyәrlәndirmә apararaq, törәdilmiş inzibati xәtanın xarakterini nәzәrә alaraq hesab edir ki, borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 528.1-1-ci maddәsi ilә hәbs inzibati tәnbeh tәdbiri görülmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin: 31.1-i maddәsinә әsasәn inzibati xәtaya görә tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә mәsuliyyәti ağırlaşdıran halın olmamasını vә yüngüllәşdirәn halın olmasını, aliment bocrunun hәddi nәzәrә alınarsa, barәsindә 15 (on beş) gün müddәtindә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası İXM-nin 135.1.5-ci maddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәsinin 31-34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğluna Azәrbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәklә, barәsindә 15 (on beş) gün müddәtinә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilmәli, inzibati hәbsdә saxlamanın әvvәli ## ##### 2025-ci il tarixdәn saat 14:45-dәn hesablanmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğluna Azәrbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinsin, barәsindә 15 (on beş) gün müddәtinә inzibati hәbs tәnbeh tәdbiri tәtbiq edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlu mәhkәmә iclas zalından dәrhal hәbs edilsin. İnzibati hәbsdә saxlamanın әvvәli ## ##### 2025-ci il tarixdәn saat 14:45-dәn hesablansın. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmran oğlu Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi tәrәfindәn müәyyәn edilәn yerdә mühafizә altında saxlanılsın. Qәrarın icrası Sumqayıt şәhәr Polis İdarәsinә hәvalә edilsin. Apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar