Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-229/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Protokol tərtib edən orqanlar-nin ITB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim G.C.Quluzadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunması, həbs etmənin əvvəli ## ###### 2026-cı il tarixdən saat 18:15-dən hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI : Protokol tərtib edən orqanlar-nin ITB-nin polis sahə rəisi X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı 2275022 və ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim edilmişdir. Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində məhkəməyə daxil olmuş 3(5-154)-82/2026 və *(*-***)-**/**** saylı materiallar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(5-154)-82/2026 nömrə altında baxışa təyin edilmişdir. Inzibati xəta haqqında protokollara baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Vəkil vəsatətlə məhkəməyə müraciət edərək Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)**/**** saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə (hakim G.C.Quluzadə) Vəkil vəsatəti təmin edilmiş və Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin qəbul etdiyi qərar əsaslandırılmış inandırıcı sübutlara əsaslanmır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hadisə baş verən zaman X3 Idarəsinin kiçik inspektoru şahid4 nəzarət etməli olduğu ərazidə qanunsuz taksi fəaliyyəti ilə bağlı mübahisə zamanı orada olan bir taksi sürücüsünü çəkirmiş. O uzun müddətdir rayon ərazisində qanunsuz taksi fəaliyyəti ilə bağlı müxtəlif dövlət qurumlarına şikayətlər etmiş və bu məsələ ilə bağlı faktları toplamağa çalışır. Həmin vaxt o çəkiliş apararkən polis əməkdaşları hadisə yerinə gələrək onu saxlamış və səbəb göstərilmədən polis şöbəsinə aparmışlar. Halbuki onun tərəfindən heç bir qanun pozuntusu törədilməmiş, ictimai qayda pozulmamış və polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərilməmişdir. Məhkəmə qərarında şahid kimi göstərilən şəxslərdən biri qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxs – şahid1 Eyvaz oğlu olmuşdur. Elşən həmin şəxsin qanunsuz fəaliyyətinə görə dəfələrlə müxtəlif qurumlara şikayətlər etmişdir. Hesab edir ki, məhz buna görə həmin şəxs onun əleyhinə ifadə vermiş və ona qarşı qərəzli mövqe tutmuşdur. Bundan əlavə, məhkəmə baxışı zamanı şahid qismində çıxış edən şəxslərin əksəriyyəti polis əməkdaşları olmuş, bu da işin obyektiv araşdırılması ilə bağlı ciddi şübhələr yaradır. Xüsusilə qeyd etmək istəyir ki, şahid qismində çıxış edən Protokol tərtib edən orqanlar-nin ITB-nin rəisi R şahid2la arasında əvvəldən yaranmış münaqişə mövcuddur. Belə ki, 2023-cü ilin dekabr ayının 31-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azyaşlı oğlu X1 il ərəfəsində rayon mərkəzində saxlanılmış və həmin polis əməkdaşı tərəfindən polis şöbəsinə aparılmışdır. Bu zaman valideyn olaraq ona heç bir məlumat verilməmişdir. Bu qanunsuz hərəkətlə bağlı o müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmişdir. Hesab edir ki, məhz bu şikayətlərə görə həmin polis əməkdaşı ona qarşı qərəzli münasibət göstərmişdir. Belə ki, fevralın 16-da günorta saatlarında polis əməkdaşları şahid2 və onunla birlikdə olan polisə ictimai köməkçi qismində çıxış edən mülki geyimli şəxs Xəyal Zülfüqarov rayonun mərkəzində ona yaxınlaşmışlar. şahid2 üzərinə gələrək zor tətbiq etməklə sol qolundan dartaraq onu polis şöbəsinə aparmış və sonradan məhkəmə prosesində də onun əleyhinə şahid qismində çıxış etmişdir. şahid2la birlikdə olan polisə ictimai köməkçi Xəyal Zülfüqarov isə saxlanma anını öz mobil telefonu ilə videoya çəkmişdir. Bundan əlavə, post-patrul xidmət avtomobilinin daxilində də müşahidə kamerası mövcuddur. O həmin xidmət avtomobilinin qarşısında şahid2la bir neçə dəqiqə söhbət etmiş və həmin görüntülərdə onun tərəfindən heç bir müqavimət göstərilmədiyi aydın şəkildə görünə bilər. Bu barədə məhkəməyə də məlumat vermiş və həmin görüntülərin araşdırılmasını xahiş etmiş, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Qeyd etmək istəyir ki, şahid2 onu şöbəyə apararkən o rayon mərkəzində yerləşən ərzaq mağazasının satıcısı Əzim Abdullayevlə söhbət edirmiş və bu faktı məhkəmədə də bildirmiş, onun şahid kimi dindirilməsini xahiş etmiş, hətta həmin mağazanın qarşısında yerləşən müşahidə kameraları vasitəsilə müqavimət göstərmədiyi sübut etməyin mümkün olduğunu qeyd etsə də, məhkəmə bu vəsatəti təmin etməmişdir. Saxlanılma zamanı telefonu polis əməkdaşları tərəfindən heç bir protokol tərtib edilmədən əlindən alınmışdır. Daha sonra həbs müddəti başa çatdiqdan sonra polis şöbəsinin növbətçi hissəsindən telefon ona qaytarıldıqda onun yaddaşında olan bütün məlumatların, o cümlədən hadisə ilə bağlı video görüntülərin silindiyini aşkar etmişdir. Bu isə hadisənin real gedişini təsdiq edə biləcək sübutların aradan qaldırılması ehtimalını yaradır. Məhkəmə isə bu mühüm faktı araşdırmamış və hüquqi qiymət verməmişdir. Digər tərəfdən, məhkəmə qərarında göstərilən hallar əsasən yalnız inzibati xəta haqqında protokol və polis əməkdaşlarının izahatları əsasında qiymətləndirilmişdir. Hadisənin baş vermə şəraiti, saxlanılma səbəbi və saxlanılma zamanı baş verən proseslər hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Qərarda göstərilən digər mühüm boşluq ondan ibarətdir ki, həmin tələbin nədən ibarət olduğu, hansı qanuni əsasla irəli sürüldüyü və onun həmin tələbi hansı formada yerinə yetirmədiyini qərarda konkret şəkildə göstərilməmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, saxlanıldığı zaman o çox həyəcanlı vəziyyətdə olmuşdur. Polis əməkdaşları onu qollarından tutaraq saxladıqları üçün protokolu oxumaq imkanı olmamışdır. O həmin vaxt hüquqi məsələləri və müdafiəsini vəkilinə - ona həvalə etmişdir. O şəxsə bildirmişdir ki, “sən nə etmisən ki, səni həbs etsinlər, narahat olma, imzala”. O da vəkilə etibar etdiyi üçün protokolun məzmununu oxumadan imza atmışdır. Bu hal məhkəmə qərarında da qeyd olunmuşdur. Sonradan məlum olmuşdur ki, həmin protokolda onun etmədiyi hərəkətlər – guya polisə müqavimət göstərməyi, qaçmağa cəhd etməyi və səsküy salmağı kimi hallar göstərilmişdir. Halbuki bu iddialar həqiqətə uyğun deyil və bu hallar üzrə heç bir obyektiv sübut təqdim edilməmişdir. Hesab edir ki, iş üzrə sübutlar tam və obyektiv araşdırılmadan qəbul edilmiş qərar qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməlidir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onu da əlavə etdi ki, o, şahid4 ilə mübahisə etməmiş, onun üzərinə qışqırmamış, avtomobilinə əyləşməmiş, onu təhqir etməmişdir. şahid4 özü taksi sürücüləri ilə mübahisə edirdi. O də həmin vaxt yaxınlıqdakı mağazada Əzim Abdullayevlə söhbət edirdi. Onların mübahisəsini görüb üzərində olan mobil telefonla videoçəkiliş etməyə başlamış, bundan sonra polis əməkdaşları onun üzərinə gəlmiş, həmin vaxt Siyəzən Rayon Polis X6 Bölməsinin rəisi şahid2 da onları videoya çəkirdi. Polis əməkdaşları onun mobil telefonunu heç bir protokol, yaxud akt tərtib etmədən götürmüş, telefona müdaxilə etmişlər. Daha sonra yenidən heç bir rəsmi sənəd olmadan mobil telefonu ona qaytarmış, lakin çəkdiyi video da silinmişdir. şahid2 onunla əvvəldən qərəzi vardır. Onun oğlu 16 yaşında olarkən pirotexniki vasitələr alması adı ilə onu polis şöbəsinə aparmış, valideyninə məlumat vermədən gecəyədək polis şöbəsində saxlamışdır. Bundan sonra onun barəsində çoxsaylı şikayətlər etmiş və onunla qərəzli olmağa başlamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokolları tərtib etmiş vəzifəli şəxs, Protokol tərtib edən orqanlar-nin ITB-nin polis sahə rəisi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə olaraq qeyd etdi ki, vətəndaşların şikayəti əsasında polis şöbəsinə dəvət edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və digərlərinin şikayətləri alındıqdan sonra sonuncunun polis əməkdaşlarının qanuni tələnblərinə qəsdən tabe olmamayaraq ucadan nəlayiq söyuşlər söyməsi müəyyən edildiyindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən hallar birinci instansiya məhkəməsinin araşdırması zamanı təsdiqini tapmışdır. Apellyasiya şikayətini vermiş müdafiəçi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin müdafiəçi apellyasiya instansiyasında iştirakını təsdiq edən müvafiq orderini təqdim etməmiş və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Bununla belə, məhkəmə tərəfindən barəsində inzibati icraat aparılan şəxsə müdafiə hüququnun təmin edilməsi məqsədilə vəkil ilə müqavilə bağlamaq və müdafiəçi ilə təmin olunmaq imkanı yaradılmış, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında müdafiəçinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini, hüquqlarını müstəqil şəkildə müdafiə edə bildiyini və müdafiəçinin iştirakına ehtiyac duymadığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, apellyasiya baxışının müdafiəçinin iştirakı olmadan aparılması prosessual qanunvericiliyin tələblərinə uyğundur. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki, həmin protokollar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imzalanmış, etiraz etməsinə dair protokollarda hər hansı qeydiyyat aparmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan halı tərəflə müzakirə edərkən o, müdafiəçisinin göstərişi ilə protokolları imzaladığını bildirsə də, məhkəmə özünü ictimai münasibətləri qoruyan, rayon ərazisində qanunazidd halları aşkar edərək bu barədə müvafiq tədbirlər görülməsinə nail olan şəxs kimi təqdim edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız müdafiəçisinin göstərişi ilə protokola imza edərək onunla razılaşmamasına dair hər hansı qeyd etməməsini inandırıcı hesab etmir. Məhkəməyə verilmiş protokol əsasında işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının IXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh edilməlidir. Apellyasiya şikayətində göstərilən əsas dəlillər ondan ibarət olmuşdur ki, iş üzrə faktiki hallar tam araşdırılmamış, şahid ifadələri qərəzli olmuş, əlavə sübutların (video görüntülərin, müşahidə kameralarının yazılarının və digər şahidlərin) araşdırılması təmin edilməmiş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmama halı sübuta yetirilməmişdir. Lakin məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin – həm mülki şəxslərin, həm də polis əməkdaşlarının ifadələri bir-biri ilə uzlaşmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydanı pozması, nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması hallarını təsdiq etmişdir. Bu ifadələr arasında ziddiyyət müəyyən edilməmiş, əksinə, onlar bir-birini tamamlayan və hadisənin obyektiv mənzərəsini formalaşdıran sübutlar kimi qiymətləndirilmişdir. Apellyasiya şikayətində şahidlərin qərəzli olması barədə göstərilən iddialar isə hər hansı obyektiv sübutlarla təsdiq olunmur və ehtimal xarakteri daşıyır. Təkcə şahidlərin polis əməkdaşları olması onların ifadələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, apellyasiya baxışı zamanı da barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiyada verdiyi izahatlara oxşar məzmunlu izahat vermiş, lakin həmin izahatlar iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunmuşdur. Onun özünü təqsirli bilməməsi məhkəmə tərəfindən müdafiə xarakterli mövqe kimi düzgün qiymətləndirilmişdir. Apellyasiya şikayətində göstərilən, guya əlavə sübutların (video görüntülərin və müşahidə kameralarının) araşdırılmaması ilə bağlı arqumentə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə mövcud sübutlar şəxsin təqsirinin müəyyən edilməsi üçün kifayət etmiş, həmin əlavə sübutların əldə olunmaması işin nəticəsinə təsir göstərə biləcək hal kimi qiymətləndirilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin vəsatətləri təmin etməməsi prosessual qanunvericiliyin tələblərinin pozulması kimi qəbul edilə bilməz. Həmçinin, inzibati xəta haqqında protokolların barəsində icraat aparılan şəxs tərəfindən imzalanması, həmin protokollarda etiraz qeydlərinin olmaması və bu halın inandırıcı şəkildə təkzib edilməməsi də onun təqsirini təsdiq edən sübutlardan biri kimi düzgün nəzərə alınmışdır. Apellyasiya instansiya məhkəməsi iş materiallarını və tərtib edilmiş protokola əsas olan işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, həmin qərarın ləğv edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız və formal mülahizə kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi halları baxımından qanuni və ədalətli olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumun müvafiq qərarlarında vurğulandığı kimi, apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilinir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı). Beləlilklə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində qeyd etdiyi dəlillər iş materialları ilə təkzib edildiyindən həmin dəlillər formal xarakterli dəlillər kimi qiymətləndirilməklə əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinin tələblərinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edirəm ki, həmin dəlillər formal mülahizələrə əsaslanmaqla iş üzrə müəyyən olunmuş faktiki hallar, habelə yuxarıda şərh edilən əsaslara və inzibati xətalar qanunvericiliyinin tələbləri baxımından birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin ləğv edilərək inzibati işin icraatına xitam verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Yuxarıda şərh edilənlərə əsasən hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı olduğundan Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-229/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-229/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver