Məhkəmə qərarları › İş №3(3-8)-231/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-231/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-231/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Baş Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsinә dair şikayәti tәmin edilmәmişdir (hakim Elşad Əliyev). Işin halları: Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 330.0.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, 50 manat cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) birinci instansiya mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk, Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli qәrarın lәğv edilmәsini xahiş etmişdir. Işә baxan Sumqayıt Şәhәr Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, cәrimәnin silinmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, qәrarla razı deyil. Belә ki, piyada dayanmış, o, keçidә yaxınlaşdıqda piyada hәrәkәtә başlamışdır. Piyadanın hәrәkәtinә heç bir maneә yaratmamışdır. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәqsirinin olmadığını bildirәrәk, şikayәtin tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarının lәğv edilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә şikayәt üzrә mәhkәmә baxışının nümayәndәnin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati xәta haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә ##.##.2026-cı il tarixdә Azәrbaycan Respublikası IXM-in 330.0.1-ci maddәsindә nәzәrdә tutulan (nizamlanmayan piyada keçidinә daxil olmuş piyadaya yol verilmәmәsinә görә) inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, 50 (әlli) manat mәblәğindә inzibati cәrimә olunmuşdur. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә barәsindә tәrtib edilmiş inzibati tәnbeh vermә haqqında qәrarda göstәrilәn xәtanı törәtmәdiyini bildirsә dә, iş materiallarına әlavә edilmiş fotoşәkildә inzibati xәtanın törәdilmәsi öz әksini tapmışdır. Belә olan Baş Dövlәt Yol Polis Idarәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-in 330.0.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә onu tәqsirli bilәrәk inzibati cәrimә edilmәsinә dair qәrar qәbul etmәkdә haqlı olmuşdur. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә göstәrdiyi arqumentlәri mәsuliyyәtdәn yayınmaq mәqsәdi güdür vә işin faktiki hallarını әks etdirmir. Apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәrtib edilmiş inzibati tәnbeh vermә haqqında qәrarda göstәrilәn xәtanı törәtmәdiyini bildirsә dә, iş materiallarına әlavә edilmiş fotoşәkildә inzibati xәtanın törәdilmәsi öz tәsdiqini tapmışdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 330.0.1-ci maddәsinә әsasәn sürücü tәrәfindәn piyadaya yol verilmәmәsinә, yәni nizamlanmayan piyada keçidinә daxil olmuş piyadaya yol verilmәmәsinә görә - әlli manat mәblәğindә cәrimә edilir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Hәmin Mәcәllәnin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Baş Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә inzibati iş üzrә icraata xitam verilmәsinә әsas ola bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәdәn, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar