Məhkəmə qərarları › İş №3(3-8)-232/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-232/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-232/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti ilə bağlı qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə (Hakim Elşad Əliyev) Qərardan şikayət verən orqan (şəxs) barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, göstərilən ünvanda maşına sərnişin mindirmiş, həmin proses bir neçə saniyə ərzində baş vermiş və bunu görə də elektron protokol tərtib olunmuşdur. Həmin yol Baki - Quba magistral yolu olmuş, yol daimi maşın axını olan yoldur və sag zolaqda daima yük maşınları hərəkətdə olur. Yolun sag tərəfində maşın saxlamaq və ya sərnişin düşüb-minməsi üçün, eləcə də hər hansı bir hadisə zamanı maşın saxlamaq üçün yer ayrılmayıb. O da yolun hər hansı bir hissəsində maşın saxlamaq təhlükəli olduğundan yoldan kənarda dayanacaq üçün ayrılmış əlavə ərazi olan, əsas yola mane olmayan yerdə sərnişin mindirmişdir. Şikayətə əlavə edilmiş şəkildən də göründüyü kimi heç bir avtomobilə və ictimai nəqliyyata mane olacaq şəkildə maşını saxlamamışdır və saxlama müddəti də bir neçə saniyə olmuşdur. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə qərar dəyişdirilmədən saxlanılmalı, şikayəti isə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat cərimə olunmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etmədiyindən, işdə olan sübutlar isə onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmadığından məhkəmə hesab etmişdir ki, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur və şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab etməklə belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 52-ci maddəsinin IV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır; 1-ci maddəsinin 44-cü hissəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Apellyasiya məhkəməsində müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-ci il tarixdə saat 12:18-də Bakı Quba yolunun 26-cı kilometrliyində “X1” markalı, **- HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayandırmışdır ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Qərardan şikayət vermiş şəxsin şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilir. Qərardan verilmiş apellyasiya şikayətinin dəlillərini, həmçinin iş materiallarını araşdıraraq apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etməkdə haqlı olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXMnin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair DİN BDYPİ Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar