Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-233/2026 18.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Maraqlı şəxs (üçüncü şəxs)nin icra məmuru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ƏIi oğlunun inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ƏIi oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, inzibati həbs etmənin əvvəli ##.##.2026-cı il, saat 19:00-dan hesablanmış, qərarın icrası Abşeron Rayon Polis Idarəsinə həvalə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə keçmiş həyat yoldaşı X4 ilə nikahına xitam verilmiş və həmin qətnamə ilə birgə nikahlarından olan ## ###### 2008-ci il təvəllüdlü X1 və ## ###### 2013-cü il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 220 manat olmaqla cəmi, 440 manat, ##.##.2024-cü ildən isə hər ay, hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin vaxt Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün aliment öhdəliklərini icra edə bilməmişdir. 2025-ci ilin avqust ayında cəza müddəti başa çatmış və həbsdən azad edilmişdir. Həbsdən çıxandan sonra özünə iş yeri tapa bilmədiyi üçün işləmir və heç bir qazancı yoxdur. Buna baxmayaraq, yaxın qohumlarının köməyi ilə, imkan daxilində övladlarına maddi və mənəvi dəstək göstərməyə çalışmışdır. Yaxın qohumlarının maddi dəstəyi hesabına oğlu Islam Tahirzadəyə 7000 manat pul vermişdir. Bundan əlavə keçmiş həyat yoldaşı X4 bank kart hesabına, ## ###### 2026-ci il tarixdə 50 manat, ## ###### 2026-cı il tarixdə isə 150 manat aliment ödəmişdir. Buna baxmayaraq, Maraqlı şəxs (üçüncü şəxs)nin icra məmuru X3 tərəfindən barəmdə Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən MN ******* saylı inzibati xəta protokolu tərtib olunmuş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Işə Abşeron Məhkəməsində hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi ilə baxılan zaman 11 il müddətində həbsdə olduğu və həbs müddətinin başa çatmasına təqribən bir il yarım qalmış həyat yoldaşının ondan boşandığı, 2025-ci ilin avqust ayında cəza müddəti başa çatdığına görə həbsdən azad edildiyi, iş yeri tapa bilmədiyi üçün hələlik işləmədiyi, buna baxmayaraq yaxın qohumlarının yardımı ilə uşaqlarına maddi və mənəvi dəstək göstərdiyim, hazırda yetkinlik yaşma çatmış oğlu Islama, yaxın qohumlarının köməyi ilə 7000 manat pul verdiyi, bundan əlavə keçmiş həyat yoldaşı X4 bank kart hesabına 2 dəfəyə 200 manat pul ödədiyi barədə ətraflı məlumat vermiş və bundan sonra da imkanı daxilində övladlarına hər cür maddi və mənəvi kömək göstərəcəyini bildirmişdir. Bununla yanaşı böyük oğlu Islam məhkəməyə notarial qaydada təsdiq olunmuş, ## ###### 2026-cı il tarixli ərizə təqdim edərək, bütün aliment öhdəliklərimi ödədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Buna baxmayaraq, işə baxan Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədov qərəzli olaraq həmin faktları nəzərə almamış və barəsində 15 gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə tamamilə qanunsuz və əsassız olan qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs (üçüncü şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(012)- ***/**** saylı icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ƏIi oğlundan iddiaçı X4 xeyrinə ##.##.2008-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat, ##.##.2024-cü il tarixdən başlayaraq isə hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədi ##.##.2020-ci il tarixində şöbənin icraatına daxil olmuş və həmin tarixə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Cavabdehə qətnamələrin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış həmçinin ona rəsmi xəbərdarlıqlır verilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, yuxarıda göstərilən icra sənədində aliment məbləğlərinin uşaqların yetkinlik yaşına çatana qədər tələbkara verilməli olduğu qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladına pul verməsi icra sənədi üzrə öhdəliklərinin yerinə yetirilməsi hesab olunmur. Digər tərəfdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin əlavə edilmiş qəbzlərdən görünür ki, icra sənədi üzrə yalnız cari ilin fevral ayında ümumilikdə 200 manat məbləğində pul vəsaitini tələbkara ödəmişdir. Halbuki onun yetrəli maddi imkanı olmuş (övladına 7000 manat məbləğində pul vəsaiti vermişdir) lakin icra sənədi üzrə öhdəlikləri yerinə yetirməmişdir. Sadalananlara əsasən o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-233/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-233/2026
18.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver