Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-234/2026 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə Icra Idarəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəli ## ##### 2026-cı il tarixdən saat 16:45-dən hesablanmış, qərarın icrası Sumqayıt Şəhər Polis Idarəsinə həvalə edilmiş, qərar dərhal icra edilmiş, vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs məhkəmə qətnaməsinin icrasından yayınmır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünə məxsus kartı tələbkara vermiş, lakin o, həmin kartdan ödənişləri çıxarsa da, bunu aliment borclarına çıxmamışdır. Məhkəmə tərəfindən bütün hallar tam araşdırılmamışdır. Məhkəmə əsassız qərar qəbul etmişdir. Bununla yanaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası şəhid olmuşdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə Icra Idarəsinin böyük icra məmuru X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən ##.##.2022-ci il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2020-ci il təvəllüdlü Ismayılov Məzahir Sədi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmçinin Sumqayıt şəhər Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2013-cü il təvəllüdlü X2, ##.##.2015-ci il təvəllüdlü Ismayılov Məzahir Sədi oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi əsasında tutulan məbıği hər ay hər uşağa münasibətdə ğlkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunmuşdur. Iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025- ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 gün inzibati qaydada həbs olunmuşdur. Apellyasiya şikayəti üzrə icraat zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ##.##.2025-ci il tarixdə 3000 manat məbləğində, ##.##.2025-ci il tarixdə 3500 manat məbləğində, ##.##.2025-ci il tarixdə 800 manat məbləğində, ##.##.2025-ci il tarixdə 500 manat məbləğində, ##.##.2025-ci il tarixə 800 manat məbləğində, ##.##.2025-ci il tarixdə 1000 manat məbləğində, ##.##.2026-ci il tarixdə 500 manat məbləğində, ##.##.2026ci il tarixdə 500 manat məbləğində, ##.##.2026-cı il tarixdə 500 manat məbləğində pul vəsaitləri tələbkara ödənilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarının tədqiqi nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aliment ödənişləri həyata keçirildiyi müəyyən edilsə də, məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq olunmasına baxmayaraq, bu haldan nəticə çıxarmayaraq onun tərəfindən aliment ödənişlərinin müntəzəm şəkildə həyata keçirilmədiyi aydın olur. Eyni zamanda icra sənədləri üzrə borcun tam ödənilmədiyi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Bu isə qeyd edilən maddə üzrə nəzərdə tutulan inzibati xətanın törədildiyi göstərir. Təyin edilmiş cəzaya münasibətdə məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası Ismayılov Məzahir Sədi oğlunun birinci Qarabağ müharibəsi zamanı şəhid olması məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-ci maddəsinin bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edilənlərə əsasən, o cümlədən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq məhkəmə təyin edilmiş inzibati tənbeh tədbirini ədalətli hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-234/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-234/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver