Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-236/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin nümayәndәsi nümayәndә1 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi nümayәndә2 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin barәsindә Azәrbaycan Respublikasının İXM-nin 234.0.5 vә 266.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi nümayәndә2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası İXM-in 234.0.5 vә 266.1-ci maddәsi ilә ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Protokol onunla әsaslandırılmışdır ki, ## ###### 2026-ci il tarixdә Abşeron rayonu, Masazır qәsәbәsi, Akim Abbasov küçәsindә yerlәşәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus mağazanın fәaliyyәti zamanı formalaşan müxtәlif tәrkibli tullantıların mağazanın әtrafında boş әraziyә atılaraq çirklәndirilmәsi vә tullantıların yandırılması nәticәsindә atmosfet havasının çirklәndirilmәsi faktı aşkar edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı (hakim A.Qasımov) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası İXM-nin 234.0.5 vә 266.1-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 10.000 (on min) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi nümayәndә2 qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 234.0.5 vә 266.1 -ci maddәlәri ilә ## ###### 2026-cı il tarixli, ******* nömrәli protokol tәrtib edilmişdir. Hәmin protokol әsasında Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrar ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 234.0.5 vә 266.1-ci maddәlәrindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib 10000 (on min) manat mәblәğindә cәrimә edilmişdir. Lakin, mәhkәmә baxışı zamanı mәhkәmә iş materiallarına әlavә olunmuş foto şәkillәrdәn dә, göründüyü kimi, sözügedәn zibillәrin yandırılması Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs köynәyi geyinmiş şәxs tәrәfindәn törәdilmәsi hәmin protokolun tәrtib edilmәsinә sәbәb olmuşdur. Ancaq, hәmin şәxsin şәxsiyyәti formal şәkildә müәyyәnlәşdirilmiş vә daha sonra Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-dә işlәdiyi müәyyәn olunmuşdur. Hәmin şәxsin zibillәrin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMCyә mәxsus olub olmaması faktı araşdırılmamış sadәcә şәxsin hәmin köynәyi geyinmәyinә istinad edilmişdir. Hәrçәnd ki şәxsin şirkәtin işçisi belә olması onun hәmin zibillәri yandırması faktına görә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin mәsuliyyәt daşıması absurddur. Belә ki, yandırılan zibillәr kol-kos vә ümumi mәişәt tullantılarından ibarәt olmuşdur. Buradan belә çıxır ki, şirkәtin hәr hansı bir әmәkdaşının iş vaxtı vә ya işdәn vaxtından sonra mәişәt tullantılarını yandırarsa o zaman hәmin şәxs yox şirkәt mәsuliyyәt daşımalıdır?! Əvvәlcә bu xәtada pozuntunun kim tәrәfindәn törәdilmәsi araşdırılmalı idi. Sözügedәn mәişәt tullantılarının faktiki Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-ә mәxsus olması faktı ilk öncә araşdırılmalı, daha sonra hәmin şәxsin sözügedәn tullantıları yandırmasına şirkәt rәhbәrliyi tәrәfindәn göstәriş verilb verilmәmәsi faktı araşdırılmamışdır. Buradan da belә nәticә çıxır ki, ilk öncә inzibati xәtanın hadisәsinә sәbәb olmuş şәxsin yandırdığı mәişәt tullantıları Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-ә mәxsus deyil. Belә olan halda, törәdilәn pozuntu hüquqi şәxs barәsindә deyil, fiziki şәxs barәsindә tәrtib olunmalı idi. İkinci halda isә mәişәt tullantıları Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-ә mәxsus olsa belә, burada pozuntunun hüquqi şәxs barәsindә törәdilmәsi üçün İnzibati Xәtalar Mәcәllәsinin 18.2-ci maddәsindә qeyd edilәn şәxslәr siyahısına daxil deyildir. Şirkәtin mağazada әmәk fәaliyyәtinә cәlb edilmiş işçisinin әmәk müqavilәsindә dә hәmin şәxslәrin şirkәti tәmsil etmәk, fәaliyyәtinә nәzarәt etmәk vә adından qәrarlar qәbul etmәk kimi öhdәliklәri yoxdur. Habelә, Mәcәllәnin 18.2-ci maddәsinә görә, hüquqi şәxs inzibati mәsuliyyәtә hәmin hüquqi şәxsin xeyrinә vә ya onun maraqlarının qorunması üçün aşağıdakı şәxslәr tәrәfindәn törәdilәn inzibati xәtalara görә cәlb edilir. Yandırılan bir necә kiçik mәişәt tullantısıdırsa, hansı ki, şirkәtin mәişәt tullantıları üçün yerlәşdirilmiş xüsusi zibil qabları olduğu halda burada şirkәtin xeyir vә marağından söhbәt gedә bilmәz. Qeyd edilәn hallar, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarında araşdırılmamışdır. Əgәr ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli mәhkәmә qәrarı ilә mәcәllәyә baxış keçirilsә, o zaman İnzibati Xәtalar Mәcәllәsindә hüquqi şәxslәrdә işlәyәn şәxslәr tәrәfindәn bu vә ya digәr formada törәdilәn әmәllәri fiziki şәxsә yox hüquqi şәxsә aid etmәli olarıq. Bu da ki, hüquqi baxımından doğru olmazdı. Bununla da, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 234.0.5 vә 266.1-ci maddәlәri ilә ## ###### 2026-cı il tarixli, ******* nömrәli protokolun hüquqi şәxs barәsindә tәrtib olunmasının әsassız olduğunu, hüquqi şәxs tәrәfindәn inzibati xәta törәdilmәdiyini nәzәrә alaraq, İnzibati Xәtalar Mәcәllәsinin 53.1.2-ci maddәsi ilә işә xitam verilmәli idi. Bu sәbәbdәn dә, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin vә şikayәt әlavәnin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçılarının izahatını dinlәyәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn ## ###### 2026-ci il tarixli, ***** saylı aktdan görünür ki, ## ###### 2025-ci il tarixdә keçirilmiş yoxlama tәdbirlәri zamanı Abşeron rayonu, Masazır qәsәbәsi, Akim Abbasov küçәsindә yerlәşәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus mağazanın fәaliyyәti zamanı formalaşan müxtәlif tәrkibli tullantıların mağazanın әtrafında boş әraziyә atılaraq çirklәndirilmәsi vә tullantıların yandırılması nәticәsindә atmosfet havasının çirklәndirilmәsi faktı müәyyәn olunmuşdur; Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin ** saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 234.0.5 vә 266.1cü maddәlәri ilә tәrtib edilmiş ## ###### 2026-ci il tarixli, MN ******* saylı protokolun surәti MMCnin ünvanına göndәrilmәklә, hәmin Mәcәllәnin 18.5-ci maddәsinә әsasәn baxılması üçün mәhkәmәyә göndәrilmәsi barәdә mәlumatlandırılmışdır; Materiallara әlavә olunmuş foto şәkillәrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin logosu olan geyimli, özünü İsmayılov Daşqın Adalәt oğlu kimi tәqdim edәn şәxs tәrәfindәn müxtәlif növ tullantıların yandırılması faktı müşahidә olunur. “Tullantılar haqqında” Azәrbaycan Respublikası Qanunun 12-ci maddәsinә görә zәrәrsizlәşdirmәk mәqsәdilә mәişәt tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kәnar yerlәrә atılması vә ya basdırılması qadağandır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2005-ci il ## ##### tarixli ** nömrәli qәrarı ilә “Şәhәrlәr vә digәr yaşayış mәntәqәlәri әrazisinin sanitariya qaydalarına, gigiyena vә ekoloji normativlәrә uyğun olaraq tәmizlәnmәsi, mәişәt tullantılarının müvәqqәti saxlanılması, müntәzәm daşınması vә zәrәrsizlәşdirilmәsi” Qaydalarının 2.3-ci bәndinә görә yaşayış sahәlәrindә sanitar vәziyyәtin lazımi sәviyyәdә saxlanılması mәqsәdilә mәişәt tullantıları xüsusi avtonәqliyyatla daşınmalıdır. Yaşayış vә ictimai binaların, mәdәni-mәişәt obyektlәrinin tikintisi, tәmiri, bәrpası zamanı әmәlә gәlәn tullantılar tikinti tәşkilatlarının nәqliyyatı ilә xüsusi ayrılmış әrazilәrә daşınmalıdır. Sәnaye müәssisәlәrinin utilizә olunmayan tullantıları bu tullantılar üçün nәzәrdә tutulmuş xüsusi qurğulara vә ya poliqonlara daşınmalıdır. 2.4-cü bәndinә görә ayrı-ayrı obyektlәrin, hәmçinin müxtәlif yaşayış sahәlәrinin sanitar tәmizlәnmәsi müәyyәn yaşayış mәntәqәsi üçün qәbul edilmiş müqavilә-qrafik әsasında xüsusi tәyinatlı avtonәqliyyat vasitәlәri ilә hәyata keçirilmәlidir. 3.1-1-ci bәndinә görә zәrәrsizlәşdirmәk mәqsәdilә mәişәt tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kәnar yerlәrә atılması vә ya basdırılması qadağandır. 3.9-cu bәndnә görә tullantılar ancaq onlar üçün nәzәrdә tutulmuş tutumlarda müvәqqәti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kәnarda yerlәşdirilmәsinә, yandırılmasına yol verilmir. “Ətraf mühitin mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanunun 47-ci maddәsinin 1-ci bәndinә görә tullantıların toplanması, mәhv edilmәsi vә basdırılması müvafiq icra hakimiyyәti vә yerli özünüidarәetmә orqanlarının razılığı ilә müәyyәn edilәn yerlәrdә aparılır. Hәmin Qanunun 78-ci maddәsinә görә әtraf mühitin mühafizәsi haqqında qanunvericiliyin pozulmasında tәqsirkar olan hüquqi vә fiziki şәxslәr, o cümlәdәn vәzifәli şәxslәr Azәrbaycan Respublikasının Mülki, İnzibati Xәtalar vә Cinayәt mәcәllәlәrindә nәzәrdә tutulmuş hallarda mәsuliyyәt daşıyırlar. İnzibati Xәtalar Mәcәllәsinin 234.0.5-ci maddәsinә görә atmosfer havasının mühafizәsi sahәsindә qanunvericiliyin pozulması, yәni tullantıların toplanması, yandırılması, bitki alәmini qoruyan, onların artımını tәmin edәn vasitәlәrin, mineral gübrәlәrin vә digәr preparatların daşınması, saxlanması, tәtbiqi qaydalarının pozulması nәticәsindә atmosfer havasının çirklәnmәsi inzibati mәsuliyyәtә sәbәb olur. İnzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsinә görә şәhәr vә digәr yaşayış mәntәqәlәri, meşә-park, kurort, müalicә-sağlamlıq, turizm vә rekreasiya zonalarının әrazisindә, su mәnbәlәrinin vә mineral bulaqların sanitar mühafizә zonalarında, çatlı süxurların vә sulu tәbәqәlәrin sәthә çıxdığı yerlәrdә, yaxud içmәli su tәchizatı vә tәsәrrüfat-mәişәt ehtiyacları üçün istifadә olunan yeraltı su obyektlәrinin sututar sahәlәrindә vә ya faydalı qazıntı yataqlarının olduğu yerlәrin çirklәnmәsi, yaxud yeraltı işlәrin aparılmasına tәhlükә yarandığı hallarda faydalı qazıntı laylarının olduğu vә yeraltı işlәrin aparıldığı yerlәrdә tullantıların basdırılması inzibati mәsuliyyәt yaradır. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin İ hissәsinә görә hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Bununla әlaqәdar qeyd edilmәlidir ki, ## ###### 2026-ci il tarixdә Abşeron rayonu, Masazır qәsәbәsi, Akim Abbasov küçәsindә yerlәşәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә mәxsus mağazanın fәaliyyәti zamanı formalaşan müxtәlif tәrkibli tullantıların mağazanın әtrafında boş әraziyә atılaraq çirklәndirilmәsi vә tullantıların yandırılması nәticәsindә atmosfet havasının çirklәndirilmәsinә görә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin nümayәndәsi yandırılan tullantıların MMC-ә mәxsusluğu mübahisәlәndirsә dә, zibillәri atan vә yandıran şәxsin MMC-nin işçisi olması mübahisәlәndirilmir. O, izahatında yandırılan tullantıların daxilindә mağazaya mәxsus olan tullantıların da olmasını tәsdiq etmişdir. Hәmin xüsusat foto şәkillәrlә dә tәsdiq olunur. Onun iş fәaliyyәti zamanı yaranan hәrәkәt (hәrәkәtsizliyinә) görә dә firma mәsuliyyәt daşıyır. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 18.2-ci maddәsinә görә hüquqi şәxs inzibati mәsuliyyәtә hәmin hüquqi şәxsin xeyrinә vә ya onun maraqlarının qorunması üçün aşağıdakı şәxslәr tәrәfindәn törәdilәn inzibati xәtalara görә cәlb edilir: 18.2.1. hüquqi şәxsi tәmsil etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; 18.2.2. hüquqi şәxsin adından qәrarlar qәbul etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; 18.2.3. hüquqi şәxsin fәaliyyәtinә nәzarәt etmәk sәlahiyyәtinә malik olan vәzifәli şәxs; 18.2.4. bu Mәcәllәnin 18.2.1-18.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş vәzifәli şәxslәr tәrәfindәn nәzarәtin hәyata keçirilmәmәsi nәticәsindә hüquqi şәxsin işçisi. Qeyd edilәn hallar üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası İХM-nin 234.0.5 vә 266.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә Azәrbaycan Respublikası İХM-nin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplanılmış vә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәmin sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrar qәbul edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati qaydada tәnbeh edilmәsi qәnaәtinә gәlinәrkәn bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin edilmәklә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin tәnbeh olunan әmәli törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlinmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 234.0.5 vә 266.1-ci maddәsi ilә düzgün qiymәtlәndirmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifi barәdә gәlinәn nәticә qanuni vә әsaslıdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135-ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-236/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-236/2026
29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver