Məhkəmə qərarları › İş №3(3-8)-237/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-237/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-237/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) X1 Polis Şöbəsinin R X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair ərizəsinin rədd edilməsi barədə Abşeron Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət və müddətin bərpası ilə bağlı ərizələrlə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsini, barəsindəki inzibati tənbehə dair ## ######## 2025-ci il tarixli qərarın ləğv olunaraq icraata xitam verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən Qərardan şikayət verən orqan (şəxs) buraxılmış prossesual müddətin bərpasına dair vəsatəti rədd edilərək, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. (Hakim Abusət Qasımov) Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa olunması və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsinə səbəb olan hallar barədə məhkəməyə mötəbər sübutlar təqdim etsə də, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs şikayətin dəlillərinə uyğun çıxış edərək, Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək, müddətin bərpası ilə bağlı vəsatətinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə tətbiq edilmiş cəriməni ödəmişdir. Cərimənin ödənilməsi faktı və ödənişin həyata keçirildiyi tarix nəzərə alınmaqla birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü səbəblərlə bağlı olmamışdır. Həmçinin iş materiallarından görünür ki, qərarın gec təqdim edilməsi və ya əldə edilməsi barədə müraciət edilməsinə dair sübutlar birinci instansiya məhkəməsində və apellyasiya baxışında təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq Qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar