Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-238/2026 01.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin nümayәndәsi nümayәndә1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi nümayәndә2 iştirakları ilә "xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında işin icraatına xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә AR IXM-nin 539.3-cümaddәsi ilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokola dair Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsinin tәrkib әlamәtlәri olmadığından inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim Elşad Əliyev). Işin halları: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsi ilә ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur ona görә ki, vәtәndaş X1 xxxx MMC-nin rәhbәri tәrәfindәn әmәk hüquqlarının pozulması ilә bağlı müraciәti araşdırılması mәqsәdilә Əmәk Mәcәllәsinin 15.4-cü maddәsinә әsasәn ##.##.2026-cı il tarixli, *-**-*/*-M-*-***/**** saylı mәktubla müraciәt olunmuş tәlәb olunan sәnәdlәr tәlәb edilmiş, lakin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn tәlәb olunan sәnәdlәr (iş vaxtının uçotu tabellәri, әmәk haqqının ödәnilmәsi, son haqq-hesabın hesablanması, ödәnilmәsi) tam tәqdim edilmәmişdir. Protokol baxılmaq üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: X2 Xidmәtinin Hüquq Idarәsinin rәisi Islam Hәsәnzadә qәrardan apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә Xidmәt tәrәfindәn tәrtib edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, X3 şikayәti әsasında Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn aparılan araşdırma zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә ##.##.20263-cı il tarixli, *-**-*/*-M-*-***/**** nömrәli mәktub göndәrilәrәk, vәtәndaşın müraciәtinә dair mәlumatların vә mәktubda göstәrilәn sәnәdlәrin 7 (yeddi) iş günü müddәtindә Xidmәtin Bakı şәhәr Idarәsinә verilmәsi tәlәb olunmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn son haqq hesabın ödәnmәsinә dair sәnәdlәr tәqdim edilmәmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsinә (sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә gәlmәklә aparılan yoxlamalara münasibәtdә bu Mәcәllәnin 602.4-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) görә vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr iki min manatdan iki min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Göründüyü kimi qanunvericilikdә müvafiq maddә ilә inzibati mәsuliyyәt tәkcә sәnәdlәrin tәqdim edilmәmәsinә görә yox, hәm dә sәnәdlәrin tam, düzgün vә vaxtında tәqdim edilmәmәsinә görә yaranır. Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn müәyyәn edilmiş müddәt әrzindә sәnәdlәr tam tәqdim edilmәdiyindәn inzibati xәta törәdilmiş hesab edilir. Hәmçinin, inzibati xәta haqqında protokol tәrtib olunan dövrdә müvafiq sәnәdlәr hәlә dә tәqdim olunmadığı üçün inzibati xәta tәrkibi yarandığından bundan sonrakı mәrhәlәdә hüquq pozuntusunun aradan qaldırılmasının mәsuliyyәti aradan qaldırması yalnız qanunla müәyyәn edildiyi halda mümkün ola bilәrdi. Mәhkәmәnin inzibati xәtanın törәdilmәsindә tәqsirliliyin sübuta yetirilmәmәsi ilә bağlı qәnaәti qanunaziddir. Hәmçinin, IXMnin 539.3-cü madddәsi ilә bağlı mәhkәmә inzibati tәnbeh vermә haqqında şәrti qәrar qәbul edәrәk hüquq pozuntusunun aradan qaldırılması ilә bağlı müәssisәni yalnız cәrimәnin ödәnilmәsindәn azad edә bilәrdi. Çünki IXM-nin 116.3-cü maddәsindә Mәcәllәnin 116.2-ci maddәsindә nәzәrdә tutulan müddәtdә hüquqpozma aradan qaldırıldığı tәqdirdә inzibati cәrimәnin ödәnilmәmәsi nәzәrdә tutulmuşdur. Bu halda inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair mәcәllәdә qanuni әsas müәyyәn edilmәmişdir. Bu mahiyyәt etibarı ilә mәsuliyyәtin müәyyәn edilmәsinә xidmәt edir. Belә ki, inzibati tәnbeh vermә haqqında qәrarın şәrtiliyi inzibati xәta törәtmiş şәxsin mәsuliyyәtdәn kәnarda qalması ilә nәticәlәnmәmәlidir. Bu şәrtilik eyni inzibati xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrar qüvvәyә mindiyi gündәn bir il әrzindә tәkrar törәdilmәsi hallarını istisna edirsә, gәlәcәkdә mәsuliyyәtin müәyyәn edilmәsi zamanı tәkrar halın müәyyәn edilmәsini mümkün etmәyәcәk. Belәliklә, mәhkәmә tәrәfindәn mötәbәr sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin nümayәndәsi nümayәndә1 apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә Xidmәt tәrәfindәn tәrtib edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin nümayәndәsi nümayәndә2 apellyasiya şikayәtinә etiraz edәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının qanuni vә әsaslı olduğundan dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-M-****/**** nömrәli mәktubun surәtindәn görünür ki, X2 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә müraciәt olunaraq X1 müraciәtinә münasibәt bildirilmәsi vә şәxsә aid sәnәdlәrin 7 iş günü әrzindә tәqdim edilmәsi xahiş edilmişdir. Hәmin mәktubda tәlәb edilәn sәnәdlәrin siyahısı göstәrilmişdir. Iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikasının ƏƏSMN yanında X2 Xidmәtinin Əmәk siyasәti şöbәsinә ünvanladığı mәktubdan görünür ki, tәlәb olunan sәnәdlәr X1 әmәk müqavilәsinin surәti, öz xahişi ilә әmәk müqavilәsinә xitam verilmәsinә dair әrizәsinin sürәti vә tabel cәdvәlidir. İ.Tahbov ilә ##.##.2024- cü ildә әmәk müqavilәsi bağlanmış vә hәmin әmәk müqavilәsinә ##.##.2025-ci il tarixindә xitam verilmişdir. Işlәdiyi dövr әrzindә 2024-2025 vә 2025-2026-cı iş illәri üzrә mәzuniyyәt әrizәsinә әsasәn müәsissәnin ##.##.2026-cı tarixli MN № ******* saylı әmrlәri ilә ona mәzuniyyәt verilmişdir. Onun istifadә etmәdiyi әmәk mәzuniyyәti qalmamışdır. Hәtta 2025-2026-cı iş ilinә görә әmәk mәzuniyyәti verilsә dә, istifadә etmәdiyi mәzuniyyәt günlәrinin mәzuniyyәt pulu ondan tutulmamışdır. ##.##.2025-ci il tarixindәn ##.##.2025-ci il tarixinәdәk iş günlәri әrzindә işә gәlmәmiş, işә gәlmәmәsinin sәbәbini öyrәnmәk üçün mobil telefon vasitәsilә onunla әlaqә saxlanılmış, o isә işә gәlmәmәsinin sәbәblәri barәdә müxtәlif bәhanәlәr uyduraraq, heç bir әsası olmayan sәbәblәr gәtirmişdir. İ.Tahbov ##.##.2025-ci il tarixindә müәsissәyә yaxınlaşaraq öz әrizәsi ilә әmәk müqavilәsinә xitam verilmәsini xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin X1 heç bir son haqqhesab borcu yoxdur. Bu sәbәbdәn son haqq hesabın ödәnmәsinә dair sәnәdin tәrәflәrindәn tәqdim edilmәsi mümkün deyildir. Tәlәb edilәn digәr sәnәdlәri - әmәk müqavilәsinin surәtini, әmәk müqavilәsinә xitam verilmәsinә dair әrizәnin surәtini vә tabel cәdvәlini tәqdim etmişlәr. Iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә ünvanlanmış teleqramdan görünür ki, ##.##.2026 tarixindә X2 Abşeron-Xızı Regional Idarәsinә ünvanlanmış TT*********AZ saylı göndәriş ##.##.2026 tarixindә saat 14:43-dә tәyinatı üzrә çatdırılmışdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsinә (sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә gәlmәklә aparılan yoxlamalara münasibәtdә bu Mәcәllәnin 602.4-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) görә vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr iki min manatdan iki min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Maddәnin mәzmunundan aydın olur ki, IXM-nin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsinә, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsi inzibati mәsuliyyәt yaradır. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә IXM-nin 539.3-cümaddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi olmadığından başlanılmış inzibati xәta haqqında icraata xitam verilmәlidir. Belә ki, mәhkәmәdә tәdqiq edilmiş sübutlarla müәyyәn edilmişdir ki, X2 Xidmәtinin Abşeron-Xızı Regional şöbәsi tәrәfindәn ##.##.2026-cı il tarixli, *-**-*/*-M-****/**** nömrәli mәktubla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә müraciәt olunaraq X1 müraciәtinә münasibәt bildirilmәsi vә şәxsә aid sәnәdlәrin 7 iş günü әrzindә tәqdim edilmәsi xahiş edilmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn hәmin mәktuba cavab verilәrәk, X1 heç bir son haqq-hesab borcu olmadıqlarından hәmin sәnәdin tәqdim edilmәsinin mümkün olmaması bildirilmiş vә tәlәb edilәn digәr sәnәdlәr - әmәk müqavilәsinin surәti, әmәk müqavilәsinә xitam verilmәsinә dair әrizәnin surәti vә tabel cәdvәli tәqdim olunmuşdur. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn inzibati xәta üzrә işlә bağlı düzgün araşdırma aparılmadan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә әsassız halda IXM-in 539.3-cü maddәsi ilә ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, "xxxx” MMC-nin barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.3-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. X2 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri formal xarakterli dәlillәr olmaqla Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-238/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-238/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver