Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-239/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, X1 iclas katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, İnzibati tәnbeh vermә haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrәli qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin geri qaytarılmasına dair Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin Bakı Ərazi Şöbәsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarından verilmiş şikayәt geri qaytarılmışdır (Hakim Vaqif Hәsәnov). İşin halları: İş materiallarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2025-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn İXM-nin 247.2-ci maddәsi ilә tәqsirli bilinib 500 manat mәblәğindә cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, barәsindә olan inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardaddan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, sözügedәn qәrardadın lәğv edilmәsini vә şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı әsassız vә qanunsuzdur ona görә ki, mәhkәmә iş materiallarını kifayәt qәdәr araşdırmadan yekun nәticәyә gәlmişdir. Halbuki qәrarın ona çatdırılma vaxtından 10 gün şikayәt vermә müddәtini ötürmәdәn poçt vasitәsilә Sabunçu Rayon Mәhkәmәsinә müraciәt etmişdir. Şikayәt verdiyi qәrarın özündә dә qәrarın qәbul edilmәsinә әsas olmuş ünvanın Sabunçu rayonu әrazisindә yerlәşmәsi qeyd edilmişdir. Əlavә olaraq o da qeyd edilmәlidir ki, Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı onun ünvanına indiyәdәk çatdırılmamışdır. Mәhkәmәdәn qәrardadı istәdikdә poçtla ünvanına göndәrildiyi bildirilmişdir. Hәmin qәrardadın surәti әldә edilmiş bundan sonra şikayәt vermişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiyası mәhkәmәsinin mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Qәrardan şikayәt verәn orqan (şәxs) izahatında şikayәti vaxtında verdiyini, Sabunçu Rayon Mәhkәmәsinә şikayәt etdiyini, aidiyyәti üzrә Abşeron Rayon Mәhkәmәsinә göndәrildiyini, Abşeron Rayon Mәhkәmәsindә imza etmәklә qәrarı әldә etdiyini vә üzәrindәn tәxminәn 2-3 gün keçdikdәn sonra şikayәt etdiyini, hәmçinin sәlahiyyәtli orqanın qәrarından verdiyi şikayәtә dә iştirakı olmadan baxıldığını bildirәrәk qәrardadın lәğv edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsinin hakimi qәrardadında şikayәtin qanunla müәyyәn edilmiş 10 günlük müddәt daxilindә verilmәdiyini vә müddәtin bәrpası barәdә әrizә ilә mәhkәmәyә müraciәt edilmәdiyini qeyd edәrәk, şikayәt әrizәsini geri qaytarmışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin: 128.2-ci maddәsinin tәlәblәrinә görә sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qәrarından yuxarı sәlahiyyәtli orqana (vәzifәli şәxsә) vә ya mәhkәmәyә şikayә verilә bilәr. 130.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 126.1-ci vә 127-4.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qәrarın surәti bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt vә ya protest verilә bilәr. 130.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt vә ya protest verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. 130.3-cü maddәsinә әsasәn buraxılmış müddәtin bәrpası qeyri-mümkün hesab edildikdә, bu halda vәsatәti rәdd etmә haqqında qәrardad qәbul edilir. 57.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın iştirakçılarına bu Mәcәllәdә müәyyәn edilmiş hallarda inzibati xәtalar haqqında işlәr üzrә sәnәdlәr (qәrarlar, qәrardadlar, protokollar, bildirişlәr) hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn “Poçt haqqında” Azәrbaycan Respublikasının Qanununda nәzәrdә tutulmuş sifarişli poçt göndәrişi ilә çatdırılır, yaxud sәlahiyyәtli vәzifәli şәxs tәrәfindәn şәxsәn verilir. Sifarişli poçt göndәrişi - göndәrilmәk üçün qәbul olunduğuna dair istifadәçiyә qәbz verilmәsi, çatdırılarkәn isә ünvan sahibinin müvafiq sәnәdi imzalaması tәlәb olunan poçt göndәrişidir. Sәnәdin çatdırılmasını hakim mәhkәmә işçisinә, sәlahiyyәtli orqan isә müvafiq orqanın әmәkdaşına tapşıra bilәr. 57.2-ci maddәsinә әsasәn sәnәd onu göndәrәn hakimә vә ya sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılmalı olan qәbzә vә ya sәnәdin kötüyünә imza etdirilmәklә, ünvan sahibinә rabitә orqanları, sәlahiyyәtli orqan (vәzifәli şәxs), yaxud sәnәdin çatdırılması tapşırılmış şәxslәr tәrәfindәn şәxsәn verilir. Hüquqi şәxsә ünvanlanmış sәnәd müvafiq vәzifәli şәxsә qәbzә vә ya sәnәdin kötüyünә imza etdirilmәklә verilir. 57.5-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә sәnәd aşağıdakı hallarda rәsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Mәcәllәnin 57.2-ci maddәsindә nәzәrdә tutulmuş hallarda ünvan sahibinә şәxsәn verildiyi vaxtdan; 57.5.2. bu Mәcәllәnin 57.3-cü maddәsindә nәzәrdә tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilә birlikdә yaşayan yetkinlik yaşına çatmış ailә üzvlәrindәn birinә şәxsәn verildiyi vaxtdan; 57.5.2.2. sәnәdin çatdırılması tapşırılmış digәr şәxslәr sәnәdin çatdırılması barәdә müvafiq hakimә vә ya sәlahiyyәtli orqana (vәzifәli şәxsә) xәbәr verdiyi vaxtdan. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn qәbul edilmiş qәrardad inzibati xәtalar qanunvericiliyinin tәlәblәrinә әmәl edilmәdәn çıxarıldığından lәğv edilmәli vә inzibati xәta haqqında iş materialları yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir. Belә ki, iş materiallarından görünür ki, şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2025-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından vermiş olduğu şikayәt ##.##.2025-ci il tarixdә Sabunçu Rayon Mәhkәmәsinә daxil olmuş, Sabunçu Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli ##.##.2025-ci il tarixli qәrarı ilә şikayәt әrizәsi aidiyyәti üzrә baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş, mәhkәmә yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Apellyasiya mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsi baxımından hәmin Mәcәllәnin 109-cu maddәsinin şәrh edilmәsinә dair # ### 2019-cu il tarixli qәrarında göstәrilmişdir ki, mәhkәmәlәr protokol vә ya digәr sәnәdlәrin düzgün tәrtib olunmadığını vә ya tәqdim edilmiş materialların natamam olduğunu müәyyәn etdikdә “prosessual qәnaәt” vә “işlәrә ağlabatan müddәtdә baxılması” prinsiplәrini rәhbәr tutaraq sәnәdlәri onu tәrtib etmiş orqana, vәzifәli şәxsә qәrardadla qaytarmazdan әvvәl, hәmin qüsur vә natamamlıqların aradan qaldırılması üçün bütün imkan vә vasitәlәrdәn istifadә etmәlidir. İş materiallarından görünür ki, şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2025ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı nә vaxt vә hansı qaydada әldә etmәsi iş materiallarından müәyyәn olunmur. O cümlәdәn şikayәt әrizәsindә sonuncu qeyd etmişdir ki, birinci dәfә sәlahiyyәtli orqanın ## ######## 2025-ci il tarixli qәrarından oktyabr ayında mәhkәmәyә şikayәt vermiş vә Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadı ilә şikayәt geri qaytarılmışdır. Hazırkı iş üzrә baxılan şikayәti isә tәkrar olaraq dekabr ayında vermişdir. Göründüyü kimi, qeyd olunanlarla bağlı birinci instansiya mәhkәmәsindә işә baxılan zaman şikayәtçinin iştirakı tәmin edilmәmiş, bu halllar araşdırılmamışdır. Mәhkәmә işә sәthi yanaşmaqla heç bir araşdırma aparmadan, iş üzrә zәruri halları araşdırmadan, şikayәtçinin iştirakını tәmin etmәdәn, şikayәtin verilmә müddәtinin ötürülüb-ötürülmәmәsi mәsәlәsinә aydınlıq gәtirmәdәn yalnız formal әsaslarla Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin geri qaytarılmasına dair qәrardad qәbul etmişdir. Belәliklә, apellyasiya mәhkәmәsi hesab edir ki, inzibati tәnbeh vermә haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrәli qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin geri qaytarılmasına dair Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli vә inzibati xәtaya dair şikayәtә birinci instansiya mәhkәmәsi tәrәfindәn baxılmalı vә nәticәdәn asılı olaraq müvafiq qәrar qәbul olunmalıdır. Bundan başqa iş materiallarında prosessual müddәtin bәrpa olunmasına dair vәsatәtlәrin dә olmasına diqqәt yetirilmәli vә müvafiq qiymәt verilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4, 135 vә 136-cı maddәlәrini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ: Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti tәmin edilsin. İnzibati tәnbeh vermә haqqında ##.##.2025-ci il tarixli, MN ******* nömrәli qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin geri qaytarılmasına dair Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı lәğv edilsin, inzibati xәta haqqında iş materialları inzibati xәtaya dair şikayәtә baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrilsin. Qәrardad qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Mәhәmmәdәli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-239/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-239/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver