Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-240/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr İsmayıl oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim S.Ə.Mәmmәdov) şikayәtin qismәn tәmin edilmәsi, Azәrbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsilә tәrtib edilmiş ##.##.2026cı il tarixli, EQ ******** saylı qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn araşdırılması üçün Azәrbaycan Respublikası DİN BDYPİ-nә göndәrilmәsi qәrara alınmışdır. İŞİN HALLARI: Azәrbaycan Respublikası DİN Baş Dövlәt Yol Polisi İdarәsi tәrәfindәn qәbul olunmuş ##.##.2026-cı il tarixli, EQ ******** saylı qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İXM-nin 346.5-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 40 manat mәblәğindә cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә Quba Rayon Mәhkәmәsinә müraciәt edәrәk ##.##.2026-cı il tarixli EQ ******** nömrәli qәrarın vә hәmin qәrara әsasәn hesablanmış 40 manat vә 2 bal cәrimәnin lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmәklә şikayәtini onunla әsaslandırmışdır ki, ##.##.2026-cı ildә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsinә әsasәn EQ ******** saylı qeyri-qanuni qәrar qәbul edilmiş, hәmin qәrara әsasәn 40 manat vә 2 bal cәrimә edilmişdir. Barәsindә tәrtib olunmuş ##.##.2026-ci il tarixli EQ ******** saylı qәrarla razılaşmır. Qәrarda onun tәrәfindәn idarә edilәn **-BG-*** dövlәt qeydiyyat nişanlı, TOYOTA PRİUS (HİDRİD) minik markalı nәqliyyat vasitәsinin hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsilәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az yaxınlıqda dayanmasına görә vә ya durmasına görә cәrimә edilmişdir. O, nәqliyyat vasitәsinin saxladığı yerdәn mәsafә 5 metrdәn çoxdur. Hәmin mәsafәni özü ölçmüşdür. Bu sәbәbdәn dә barәsindә tәrtib edilmiş ##.##.2026-cı il tarixli EQ ******** saylı qeyri-qanuni qәrar vә hәmin qәrara әsasәn hesablanmış 40 manat vә 2 bal cәrimәnin lәğv edilmәlidir. İşә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. APELLYASİYA ŞIKAYƏTİNİN DƏLİLLƏRİ : Qәrarla razılaşmayan barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, apellyasiya şikayәtini birinci instansiya mәhkәmәsinә inzibati tәnbeh vermә haqqında qәrardan vermiş olduğu şikayәtlә eyni mәzmunda әsaslandıraraq, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının dәyişdirilmәsini, inzibati tәnbeh vermә haqqında qәrardan vermiş olduğu şikayәtin tәmin edilmәsini xahiş etmişdir. PROSES İŞTİRAKÇISININ İZAHATI : Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk qeyd etdi ki, o maşını saxladığı yerdәn yol kәsişmәsinә qәdәr olan hissә 6 metrdәn artıqdır, ona görә dә hesab edir ki, inzibati xәta üzrә işә xitam verilmәlidir. İşә baxılmasının yeri vә vaxtı barәdә Azәrbaycan Respublikası DİN-nin Baş Dövlәt Yol Polisi İdarәsinә mәlumat verilsә dә, nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş idarәnin nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQİ MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, iş materiallarında olan BDYPİ-nin ##.##.2026-cı il tarixli EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib, barәsindә 40 manat cәrimә tәtbiq edilmişdir. Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtindә irәli sürdüyü dәlillәr әsassızdır vә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәri şübhә altına almaq üçün kifayәt etmir. Belә ki, apellyasiya şikayәtindә göstәrilәn hallar mahiyyәt etibarilә birinci instansiya mәhkәmәsinә tәqdim olunmuş şikayәtdә irәli sürülmüş arqumentlәrin tәkrarından ibarәtdir. Hәmin arqumentlәr birinci instansiya mәhkәmәsi tәrәfindәn araşdırılmış, iş üzrә toplanmış sübutlarla müqayisәli şәkildә qiymәtlәndirilmiş vә onlara hüquqi qiymәt verilmişdir. İş materiallarından görünür ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati icraatın aparılması zamanı Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 48, 76 vә 84-cü maddәlәrinin tәlәblәrinә әmәl edilmәklә gәldiyi qәnaәtini әsaslandırmışdır. Apellyasiya şikayәtindә istinad edilәn, nәqliyyat vasitәsinin yol kәsişmәsindәn 5 metrdәn artıq mәsafәdә saxlanılması barәdә iddia isә obyektiv sübutlarla tәsdiqini tapmamışdır. Şikayәtçi tәrәfindәn hәmin mәsafәnin guya ölçülmәsi barәdә göstәrilәnlәr subyektiv xarakter daşıyır vә inzibati xәta haqqında iş üzrә sübut kimi qәbul edilә bilmәz. Birinci instansiya mәhkәmәsi haqlı olaraq belә nәticәyә gәlmişdir ki, inzibati orqan tәrәfindәn iş üzrә bütün mühüm halların araşdırılması tәmin olunmamış vә bu hal qәrarın lәğv edilәrәk işin yenidәn baxılması üçün göndәrilmәsini zәruri etmişdir. Bu yanaşma Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134 vә 135-ci maddәlәrinin tәlәblәrinә tam uyğundur. İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. İXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, İXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn İXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-240/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-240/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver