Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-242/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 400 (dörd) yüz manat mәblәğindә cәrimә edilmişdir (hakim Əli Cәlilov). Işin halları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, IXP ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur ona görә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә, saat 01:07-dә “FORD TRANSIT YÜK” markalı, **-AC-*** dövlәt qeydiyyat nişanlı avtomobili spirtli içkinin tәsiri altında sәrxoş halda idarә etmişdir. Işә baxan Qusar Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, Qusar Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini, iş materiallarında olan protokol vә digәr sәnәdlәrdәki imzaların ona mәxsus olub-olmamasının müәyyәn edilmәsi üçün mәhkәmә-xәtşünaslıq ekspertizasının tәyin edilmәsini, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, qәrar qanunsuz, әsassız vә әdalәtsiz olmaqla, hüququn aliliyi prinsipinin, әdalәtli mәhkәmә araşdırması hüququnun vә inzibati icraat qaydalarının kobud şәkildә pozulması ilә qәbul edilmişdir. Iş materiallarına әlavә edilmiş video (CD disk) qeydlәrin tәhlili göstәrir ki, nәqliyyat vasitәsinin işıq cihazlarından düzgün istifadә edilmәmәsi faktı öz tәsdiqini tapmır. Belәliklә, hәmin epizod üzrә inzibati xәta tәrkibi mövcud deyil vә bu hal iş üzrә ümumi sübut bazasının etibarlılığına ciddi şübhә yaradır. Mәhkәmә qәrarında onun alkotester nәticәsinә dair qәbzә imza atmaqdan imtina etdiyi qeyd edilmişdir. Bununla yanaşı, inzibati xәta haqqında protokolda vә nәqliyyat vasitәsinin duracağa yerlәşdirilmәsi barәdә aktda onun adından imzalar mövcuddur. Hәmin imzalar onun öz әli ilә yazdığı izahatdakı imza ilә açıq-aşkar uyğun gәlmir. Bu hallar sәnәdlәrin onun iştirakı olmadan vә ya iradәsinә zidd şәkildә rәsmilәşdirildiyini göstәrir vә onların hәqiqiliyini şübhә altına alır. Hadisә zamanı o, alkotester cihazına üfürmәkdәn imtina etdiyini bildirmişdir. Bu zaman YPX әmәkdaşı tәrәfindәn ona psixoloji tәzyiq göstәrilmiş, RPŞ-yә aparılacağı vә bunun onun üçün mәnfi nәticәlәr doğuracağı bildiriImәklә hәdәlәnmişdir. Buna baxmayaraq, o, tibbi müayinәdәn keçmәyә etiraz etmәmişdir. Lakin әmәkdaşlar onu tibbi müayinәyә aparmamışdır. Eyni zamanda alkotester nәticәsi guya 0,979 promil kimi şifahi şәkildә bildirilmişdir. Bu nәticә barәdә rәsmi qәbz tәqdim edilmәmiş, imza üçün verilmәmişdir. Nәticә qanunvericiliyә uyğun qaydada rәsmilәşdirilmәmişdir. Bu hallar müayinәnin hüquqi qüvvәsini tam aradan qaldırır. Müayinә qanunvericiliyin tәlәbinә zidd olaraq nәqliyyat vasitәsi saxlanıldıqdan dәrhal sonra deyil, sonradan aparılmışdır. Müayinә zamanı iki nәfәr hal şahidi iştirak etmәmişdir. Sürücünün idarәetmәdәn kәnarlaşdırılması vә tibbi müayinәyә göndәrilmәsi barәdә müvafiq protokol tәrtib edilmәmişdir. Tibbi müayinәyә göndәriş hәyata keçirilmәmişdir. Ona mәxsus nәqliyyat vasitәsi qanunvericiliyin tәlәblәrinә zidd olaraq BDYPI-nin mühafizә olunan duracağına deyil, “Avtobaza” kimi tanınan qeyri-rәsmi әrazidә saxlanılmışdır. Bu barәdә müvafiq akt tәrtib edilmәmiş vә ona tәqdim olunmamışdır. YPX әmәkdaşı mәhkәmә iclasında hava şәraitinin yağışlı olduğunu vә prosedurun avtomobil daxilindә aparıldığını bildirmişdir. Lakin tәqdim olunmuş video materialda hava şәraitinin normal olduğu vә proseslәrin açıq şәraitdә aparıldığı görünür. Bu açıq ziddiyyәt mәhkәmә tәrәfindәn araşdırılmamış vә sübutlara düzgün hüquqi qiymәt verilmәmişdir. Elektron dövlәt portalında aparılan yoxlama zamanı müәyyәn edilmişdir ki, ##.##.2026-cı il tarixli protokol üzrә elә hәmin tarixdә inzibati qәrar qәbul edilmişdir. Bu hal onu göstәrir ki, iş üzrә nәticә әvvәlcәdәn müәyyәn edilmiş vә mәhkәmә baxışı formal xarakter daşımışdır. Belә vәziyyәtdә mәhkәmәnin hәmin material әsasında işә baxması prosessual hüquq normalarının kobud pozulmasıdır. Mәhkәmә iclasında video görüntüyә istinad edilәrәk guya YPX әmәkdaşına pul tәqdim edilmәsi halları qeyd edilmişdir. Lakin video görüntüdә әks olunan 20 (iyirmi) manat mәblәğindә pul vәsaiti hüquqi baxımdan rüşvәt kimi qiymәtlәndirilә bilmәz. Bu hal nә cinayәt tәrkibi yaradır, nә dә hazırki inzibati işin predmeti ilә birbaşa bağlıdır. Hәmin epizodun işә aid olmayan sübut kimi qiymәtlәndirilmәsi sübutların aidiyyәti vә yolverilәnliyi prinsiplәrinin pozulmasıdır. Mәhkәmә qәrarında qeyd edilmişdir ki, guya o, daha yüngül cәza tәtbiq olunmasını xahiş etmişdir. Lakin mәhkәmә iclası zamanı hakim tәrәfindәn video görüntüyә әsaslanaraq onun barәsindә әlavә hüquqi nәticәlәrin (materialların prokurorluğa göndәrilmәsi) mümkünlüyü bildirilmәklә psixoloji tәzyiq yaradılmışdır. Bu hal onun sәrbәst iradә ilә ifadә vermәyinә mane olmuşdur. Bu sәbәbdәn hәmin ifadәlәr hüquqi baxımdan etibarlı sayıla bilmәz. Sübutların toplanması vә qiymәtlәndirilmәsi qaydaları pozulmuş, müdafiә hüququ tam tәmin edilmәmiş, obyektiv, hәrtәrәfli vә qәrәzsiz araşdırma aparılmamışdır. Bu isә qәbul edilmiş qәrarın qanuni vә әsaslı hesab olunmasını istisna edir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Qusar rayon polis şöbәsinin dövlәt yol polisi bölmәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә mәhkәmә şikayәt üzrә mәhkәmә baxışının nümayәndәnin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, protokollaşdırma nömrәsi 07376 olan alkotesterdәn çıxarışdan görünür ki, hәmin tarixdә, saat 01:04-dә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alkoqolun konsentrasiyası 0.979% olmaqla o, sәrxoş vәziyyәtdә olmuşdur. Iş materiallarında olan CD diskdәn görünür ki, “FORD TRANSIT YÜK” markalı, **-AC-*** dövlәt qeydiyyat nişanlı avtomobili saxlamış vә sürücüyә yaxınlaşmışlar. YPX әmәkdaşları Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alkotester müayinәsindәn keçmәyi dәfәlәrlә tәklif etmiş, sonuncu isә alkotester müayinәsindәn imtina etmişdir. YPX әmәkdaşı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs yenidәn sәrxoşluq dәrәcәsinin müәyyәn edilmәsi ilә bağlı dәfәlәrlә tibbi müayinәdәn keçirilmәsini tәklif etmiş, lakin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs YPX әmәkdaşının bu tәklifindәn dә imtina etmişdir. Hәmçinin hәmin videogörüntüdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs YPX әmәkdaşına pul tәklif etmiş, YPX әmәkdaşı isә hәmin pulu almaqdan imtina etmişdir. Sonradan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsәlәnin yerindә hәll edilmәsi ilә bağlı YPX әmәkdaşına tәklifdә etmişdir. Daha sonra görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alkotester müayinәsindәn keçmişdir. Daha sonra alkotester müayinәsindәn keçdikdәn sonra YPX әmәkdaşı tәrәfindәn hәmin müayinәnin nәticәsi 0.979 % olması elan edilmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Göründüyü kimi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 0.979 promilli spirtli içki qәbul edәrәk, ##.##.2026-cı il tarixdә, saat 01:07-dә “FORD TRANSIT YÜK” markalı, **-AC-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrәk Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq, hazırki iş üzrә ##.##.2026-cı il tarixli, protokollaşdırma nömrәsi 07376 olan alkotester qәbzini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs pivә içmәsi barәdә etirafedici izahatını vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs saxlanılan zaman hadisәnin gedişatını әks etdirәn videogörüntü olan CD diski sübut kimi qәbul etmiş vә hәmin sübutlar әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi qәnaәtinә gәlmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsinә әsasәn nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә - dörd yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Hәmin Mәcәllәnin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Hәmin Mәcәllәnin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs AR IXM-nin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinәrәk tәnbeh edilmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının dәyişdirilmәsi üçün әsas bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәdәn, Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-242/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-242/2026
29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver