Məhkəmə qərarları › İş №3(3-8)-243/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-243/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-243/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Quliyev Elsevәr Boris oğunun katibliyi, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin nümayәndәsi Nümayәndә İsmayıl oğlunun iştirakı ilә, Abşeron rayon Mәrkәzi Xәstәxanasının direktoru qәrardan şikayәt verәn orqan (şәxs)1 barәsindә Azәrbaycan Respublikasının İXM-nin 192.6-cı maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi NazirliyiQәrarından şikayәt verilәn orqan tәrәfindәn qәbul edilmiş MN seriyalı, ******* saylı, ## ###### 2025-ci il tarixli inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrara әsasәn qәrardan şikayәt verәn orqan (şәxs)1 Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 1500 manat mәblәğindә inzibati cәrimә şәrti olaraq tәtbiq edilmiş vә törәdilmiş hüquq pozuntusunun aradan qaldırlması üçün 20 gün müddәt tәyin olunmuşdur. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs qәrardan şikayәt verәn orqan (şәxs)1 şikayәt әrizәsi ilә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqına qәrarın lәğv edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, tәmsil etdiyi qәrardan şikayәt verәn orqan (şәxs)1 barәsindә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәti Abşeron-X2 tәrәfindәn barәsindә ##.##.2025-ci il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Hәmin protokol әsasında sözügedәn Xidmәt tәrәfindәn ##.##.2025-ci il tarixli, MN ******* saylı “inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında” qәrar qәbul edilmişdir. Belә ki, hәmin qәrarın әsası olan X3 әmәk müqavilәsinin әmәk qanunvericiliyinin tәlәblәrinin pozulması barәdә mübahisә hazırda Sumqayıt Apellyasiya Mәhkәmәsinin icraatındadır (Mәhkәmә bildirişi әlavә olunur) vә bununla bağlı hәr hansı qanuni qüvvәyә minmiş mәhkәmә aktı mövcud deyil. X1 Müfәttişliyi Xidmәti tәrәfindәn bu hal nәzәrә alınmamış vә әsassız qәrar qәbul etmişdir. Göründüyü kimi, әmәk qanunvericiliyinin tәlәblәrinin pozulmasını tәsdiq edәn hәr hansı yekun qәrar olmadığı halda, sözügedәn qurum tәrәfindәn hәmin “hüquqpozma”nın aradan qaldırılması, әks halda cәrimә olunacağı barәdә qanunsuz qәrar qәbul olunub. Hazırda X3 ilә qәrardan şikayәt verәn orqan (şәxs)1 arasında qeyd olunan mәsәlә ilә bağlı mülki qaydada mübahisәlәndirilәn iş üzrә yekun qәtnamә qanuni qüvvәyә minmәmiş, iş hazırda apellyasiya mәhkәmәsinin icraatındadır. Hәmçinin inzibati xәta haqqında protokolun tәrtibindәn tәmsil etdiyi şәxsin xәbәri olmamış vә protokol tәrtib olunan zaman onlar iştirak etmәmişdirlәr. Bundan әlavә hәmin protokol ##.##.2025-ci ildә tәrtib olunsa da, qeyd olunmuşdur ki, protokolun surәti 2024-cü ilin ## ######ında göndәrilmişdir. Bu da hәmin protokolun әsassız olduğunu bir daha sübut edir. Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı (hakim F.Kәrimova) ilә qәrardan şikayәt verәn orqan (şәxs)1 tәrәfindәn verilmiş şikayәtin qismәn tәmin edilmәsi, qәrardan şikayәt verәn orqan (şәxs)1 Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәsi ilә inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsinә dair Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Abşeron-X6 MN ******* saylı, ## ###### 2025-ci il tarixli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi vә işin yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılması, şikayәtin digәr hissәdә tәmin edilmәmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinin Hüquq İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәdә saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrardan şikayәt verәn orqan (şәxs)1 barәsindә “İnzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında” qәrar qәbul edәrkәn sәthi araşdırma aparmaqla qәrar qәbul etmişdir. Hesab edirlәr ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrarı lәğv edilmәli vәQәrarından şikayәt verilәn orqan 21.11,2025-ci il tarixli, MN ******* nömrәli qәrarı qüvvәdә saxlanılmalıdır. Vәtәndaş X3 әmәk hüquqlarının pozulması barәdә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәtinә ünvanladığı müraciәtә baxılmışdır. Müәssisә tәrәfindәn araşdırmaya tәqdim edilәn sәnәdlәrә baxış keçirilәrkәn vәtәndaş X3 әmәk müqavilәsinә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 187-ci maddәsinin 2-ci hissәsinin tәlәblәri pozularaq Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 70-ci maddәsinin “ç” bәndinә әsasәn ##.##.2025-ci il tarixdә xitam verildiyi mәlum olmuşdur. Belә ki, Abşeron rayon Mәrkәzi Xәstәxanasının ##.##.2025-ci il **-*-**/*-****/**** nömrәli mәktubuna әsasәn Azәrbaycan Respublikası Elm vә Tәhsil Nazirliyi Peşә Tәhsili üzrә Dövlәt Agentliyi Tikinti vә Quraşdırma İşlәri üzrә Bakı Dövlәt Peşә Tәhsil Mәrkәzindәn tәlәbәlәrә verilәn tibbi arayışların düzgünlüyünün yoxlanılması barәdә ##.##.2025-ci il tarixli 18-1/2- ****/**** nömrәli müşayiәt mәktubu ilә müraciәt göndәrilmiş “Tibbi Ərazi Bölmәlәrinin İdarәetmә Birliyi” publik hüquqi şәxsә daxil olduğu vә X3 tәrәfindәn dәrslәrdә iştirak etmәmiş 5 tәlәbәyә tibbi arayışların verilmәsi ilә bağlı araşdırılma aparıldığı, şikayәtçinin iştirakı ilә Tibbi Şura vә Abşeron Rayon Sәhiyyә İşçilәri Hәmkarlar İttifaqı Şurasının iclası keçirildiyi vә Qobu Ailә Sağlamlıq Mәrkәzinin bölmә müdirinin mәlumatı olmadan, heç bir qeydiyyat vә müayinә aparmadan “J06.9 Yuxarı tәnәffüs yollarının dәqiqlәşdirilmәmiş kәskin infeksiyası” diaqnozu ilә hәr bir tәlәbәyә 39 günlük arayış verilәrәk öz şәxsi möhürü vә müәssisәnin HMK-nın möhürü adı ilә şәxsi düzәltdirdiyi üçkünc möhürlә tibbi sәnәdlәrin saxtalaşdırdığı mәlum olduğu qeyd edilmişdir. Yuxarıda göstәrilәnlәrә әsasәn öz vәzifә sәlahiyyәtlәrindәn qulluq mәnafeyinә qәsdәn zidd olaraq istifadә etmәklә, dövlәtin qanunla qorunan mәnafelәrinә mühüm zәrәr vurmaqla vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә etmiş, vәzifә vә sәnәd saxtakarlığı törәtdiyi üçün Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 70-ci maddәsinin “ç” (işçi özünün әmәk funksiyasını vә ya әmәk müqavilәsi üzrә öhdәliklәrini yerinә yetirmәdikdә) bәndinә әsasәn işdәn azad edildiyi qeyd edilmişdir. Abşeron rayon Mәrkәzi Xәstәxanasının ##.##.2025-ci il tarixli * nömrәli protokoluna әsasәn araşdırılma aparıldığı, Qobu ASM-in bölmә müdirinin mәlumatı olmadan, J06.9 “Yuxarı tәnәffüs yollarının dәqiqlәşdirilmәmiş kәskin infeksiyası” diaqnozu ilә 39 günlük arayış verilәrәk tibbi sәnәdlәr saxtalaşdırıldığı üçün işçinin işdәn azad edilmәsi barәdә qәrarın qәbul olunduğu qeyd edilmişdir. Bildirilir ki, X3 ilә bağlanılmış әmәk müqavilәsinә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 76-cı maddәsinin 2-ci hissәsinin (әmәk müqavilәsinә eyni zamanda iki vә daha artıq әsasla, hәmçinin qanunvericikdә nәzәrdә tutulmayan әsasla, habelә bu Mәcәllә ilә müәyyәn edilmiş әmәk müqavilәsinin lәğv edilmәsi qaydalarına әmәl olunmadan xitam verilә bilmәz) vә 187-ci maddәsinin 2-ci hissәsinә (İntizam tәnbehi, işçi tәrәfindәn әmәk vә ya icra intizamının pozulduğu aşkar edildiyi gündәn bir ay keçәnәdәk verilә bilәr. İşçinin xәstә olduğu, yaxud mәzuniyyәtdә, ezamiyyәtdә olduğu vaxt hәmin müddәtә daxil edilmir.) tәlәblәri pozularaq xitam verilmişdir. Əmәk qanunvericiliyinin pozulması ilә әlaqәdar qәrardan şikayәt verәn orqan (şәxs)1 barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 192.6ci maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokola әsasәn ##.##.2025-ci il tarixli, MN ******* nömrәli “İnzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında” qәrar qәbul edilmişdir. Göründüyü kimi intizam tәnbehi, işçi tәrәfindәn әmәk vә ya icra intizamının pozulduğu aşkar edildiyi gündәn bir ay keçәnәdәk verilә bilәr. Belә olan halda qәrardan şikayәt verәn orqan (şәxs)1 barәsindә intizam tәnbehi әmәk vә ya icra intizamının pozulduğu aşkar edildiyi gündәn bir ay keçәnәdәk verilә bilәrdi. Mәhkәmә tәrәfindәn araşdırma vә sübutların qiymәtlәndirilmәsi obyektiv aparılmamış, sözügedәn inzibati xәtanın aşkarlanmasına sәbәb olmuş şikayәt vә vәtәndaşın müraciәtinә isә ümumiyyәtlә, etinasız yanaşılmışdır. Mәhkәmә sadәcә bir tәrәfin, xüsusilә vәzifәli şәxsә münasibәtdә qәrardan şikayәt vermiş şәxsin özünümüdafiә xarakterli mülahizәlәrinә әsaslanaraq birtәrәfli qaydada qanunazidd qәrar çıxarmışdır. Belәliklә, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanındaQәrarından şikayәt verilәn orqan 21.11,2025-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı tam qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq, proses iştirakçısının izahatını dinlәyәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İnzibati xәta haqqında protokola görә, işә götürәn qismindә Abşeron rayon Mәrkәzi Xәstәxanasının direktoru qәrardan şikayәt verәn orqan (şәxs)1 tәrәfindәn Əmәk Mәcәllәsinin 187-ci maddәsinin 2-ci bәndinin tәlәblәri pozulmuşdur. Əmәk Mәcәllәsinin 187-cu maddәsinin 2-ci bәndinә görә İntizam tәnbehi, işçi tәrәfindәn әmәk vә ya icra intizamının pozulduğu aşkar edildiyi gündәn bir ay keçәnәdәk verilә bilәr. İşçinin әmәk qabiliyyәtini müvәqqәti itirdiyi, yaxud mәzuniyyәtdә olduğu vaxt, habelә bu Mәcәllәnin 179-cu maddәsindә nәzәrdә tutulan hallarda iş yeri vә orta әmәkhaqqının saxlanıldığı dövrlәr hәmin müddәtә daxil edilmir. İnzibati Xәtalar Mәcәllәsinin 192.6-cı maddәsinә görә işçinin әmәk müqavilәsinә әmәk qanunvericiliyinin tәlәblәri pozularaq xitam verilmәsi inzibati mәsuliyyәt yaradır. İnzibati Xәtalar Mәcәllәsinin 2-ci maddәsinә görә Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, qәrardan şikayәt verәn orqan (şәxs)1 barәsindә işәgötürәn şәxs qismindә işçi barәsindә әmәk münasibәtlәri üzrә intizam tәnbeh tәtbiq edilәrkәn ƏM-nin 187-ci maddәsinin 2-ci bәndinin tәlәblәrinin pozduğu әsası ilә barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. İnzibati tәnnbeh tәdbirinin tәtbiq edilmәsi barәdә qәrar mәhkәmә qaydasında mübahisәlәndirilmiş, mәhkәmә hәmin qәrarın qәbul edilәrkәn qәrardan şikayәt verәn orqan (şәxs)1 hüquqlarının tәmin edilmәdiyini, natamam araşdırılmanın aparıldığına istinad edәrәk gәlinәn nәticәni lәğv edәrәk, yenidәn araşdırılma aparılması üçün inzibati orqana qaytarmışdır. Hәmin qәrar üzrә şikayәtin dәlillәri üzrә apaşdırılma aparılarkәn qeyd edilәn xüsusatlarla yanaşı, inzibati xәtanın aşkar edildiyi tarixin dәqiq müәyyәn edilmәdiyi, hәmin xüsusat üzrә әlavә araşdırılmanın aparılmasının qaçılmaz olması müәyyәn edilir. Hәmin halların aydınlaşdırılmadan şәxsin әmәlindә inzibati xәta tәrkibinin olması barәdә qәnaәtә gәlinmәsi mümkünsüzdür. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. İnzibati Xәtalar Mәcәllәsinin 84.1-cü maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası Konstitusiyasının 70-ci maddәsinin İ hissәsinә görә Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Belә olan halda apelyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn inzibati xәta haqqında işә әlavә araşdırılma aparılmasından ötrü inzibati orqana qaytarılma barәdә gәlinәn nәticә qanuni vә әsaslı hesab edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar