Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-244/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin nümayәndәsi X2 iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 199-cu maddәsi ilә tәqsirli bilinmәsinә dair MN seriyalı, ******* nömrәli, ## ###### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq Idarәsinin rәisi Islam Hәsәnzadә tәrәfindәn verilmiş apellyasiya şikayәtinә audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim A.S.Qasımov) Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәsi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti Abşeron-Xızı regional şöbәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-ci il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. IŞIN HALLARI: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanındaQәrarından şikayәt verilәn orqan ##.##.2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 199-cu maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә 1300 manat mәblәğindә cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti Abşeron-Xızı regional şöbәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-ci il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilәrәk, iş üzrә icraata xitam verilmәsini mәhkәmәdәn xahiş etmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmәyә әlavә әrizә ilә müraciәt edәrәk, şikayәtini müdafiә etdiyini bildirmiş, mәhkәmә prosesinin onun iştirakı olmadan keçirilmәsini xahiş etmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş әrizәdәn görünür ki, әrizәçi “xxxx” MMC-nin sәdri kimi Azәrbaycan Respublikası IXM-nin 199-cu maddәsi ilә tәqsirli bilinmiş vә 1300 manat mәblәğindә cәrimә edilmişdir. Ərizәci bildirir ki, qәrar IXM-nin 38.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb etmәk üçün nәzәrdә tutulmuş bir illik müddәtin başa çatmasından 46 gün sonra qәrar qәbul edilmişdir. Nәticәdә Azәrbaycan Respublikası IXM-nin tәlәblәri pozulmaqla qәrar qәbul edilmişdir. Ona görә dә hәmin qәrarın lәğv edilmәsini xahiş etmişdir. Işә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Qәrarla razılaşmayan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq Idarәsinin rәisi Islam Hәsәnzadә apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәdә saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Inzibati Xәtalar Mәcәllәsinin 199-cu maddәsi ilә tәtbiq edilmiş ##.##.2026-cı il tarixli inzibati tәnbeh haqqında qәrar tam qanuni vә әsaslı olmuşdur. Belә ki, “xxxx” MMC-dә baş vermiş istehsalat qәzası zamanı işәgötürәn tәrәfindәn әmәyin mühafizәsi qaydalarına әmәl edilmәmiş, işçilәrin tәhlükәsizliyi lazımi qaydada tәmin olunmamışdır. Işәgötürәn tәrәfindәn әmәyin mühafizәsi üzrә normativ tәlәblәrә riayәt edilmәmiş, istehsalat prosesinә vә işçilәrin fәaliyyәtinә lazımi nәzarәt tәşkil olunmamış, әmәyin mühafizәsinә cavabdeh şәxslәr tәyin edilmәmiş, işçilәrin tәhlükәsizliyi ilә bağlı zәruri sәnәdlәr vә sübutlar tәqdim olunmamışdır. Hәmçinin bildirilir ki, baş vermiş hadisә istehsalatla әlaqәli olub, bu hal müvafiq qaydada tәhqiq edilmiş vә işәgötürәnin mәsuliyyәti müәyyәn edilmişdir. Birinci instansiya mәhkәmәsi iş üzrә toplanmış sübutları düzgün qiymәtlәndirmәmiş, işin faktiki hallarına uyğun olmayan nәticәyә gәlmişdir ki, bu da Inzibati Xәtalar Mәcәllәsinin 135.1.4-cü maddәsinә әsasәn qәrarın lәğvi üçün әsasdır. Inzibati xәta tәrkibi tam sübuta yetirilmiş, Qәrardan şikayәt verәn orqan (şәxs) işәgötürәn kimi mәsuliyyәt daşımalı şәxs olmuş vә ona tәtbiq edilmiş inzibati tәnbeh qanunvericiliyin tәlәblәrinә uyğun olmuşdur. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin nümayәndәsi X2 apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk şikayәtin tәmin edilmәsini xahiş etdi. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) e-kabinet vasitәsilә әrizә tәqdim edәrәk mәhkәmә iclasının onun iştirakı olmadan keçirilmәsini vә apellyasiya şikayәtinin rәdd edilmәsi, birinci instansiya mәhkәmәsinin qәrarının qüvvәdә saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs - Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını nәzәrdәn keçirib, X4 Xidmәtinin nümayәndәsinin izahatları dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edirәm ki, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn, apellyasiya şikayәti tәmin edilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Iş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti Abşeron-Xızı regional şöbәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-ci il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) işçilәrin iş yerindә sağlam vә tәhlükәsiz әmәyin mühafizәsi şәraiti ilә tәmin edilmәmәsi sәbәbindәn ##.##.2024-ci il tarixdә işçisi X1 iş vaxtı xәsarәt almışdır. Bununla da Əmәk Mәcәllәsinin 221-ci maddәsinin tәlәblәri pozulmişdur. Iş materiallarından müәyyәn olunur ki, inzibati orqan tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati tәnbeh vermә haqqında qәrar ##.##.2026-cı il tarixdә qәbul edilmiş, inzibati xәtanın baş vermә tarixi isә ##.##.2024-cü il olmuşdur Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn әmәk qanunvericiliyinin pozulmasına görә inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci bir il müddәtindә tәtbiq edilә bilәr. Hәmin müddәtin hesablanması zamanı inzibati xәtanın törәdildiyi tarix әsas götürülmәli vә qanunvericilikdә bu müddәtin dayandırılması vә ya uzadılması üçün istisna hallar nәzәrdә tutulmamışdır. Birinci instansiya mәhkәmәsi düzgün olaraq müәyyәn etmişdir ki, inzibati orqan tәrәfindәn qәrar qeyd edilәn müddәt bitdikdәn sonra qәbul edilmişdir vә bu hal Inzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün müstәqil әsasdır. Apellyasiya şikayәtindә göstәrilәn “araşdırmanın aparılması, sәnәdlәrin toplanması vә digәr prosessual hәrәkәtlәrin vaxt tәlәb etmәsi” barәdә dәlillәrә münasibәtdә mәhkәmә qeyd edir ki, qanunvericilik inzibati mәsuliyyәtә cәlbetmә müddәtinin uzadılmasını vә ya bu kimi sәbәblәrlә dayandırılmasını nәzәrdә tutmur. Bu sәbәbdәn inzibati orqanın göstәrdiyi hallar hüquqi әhәmiyyәt kәsb etmir vә müddәtin ötürülmәsini aradan qaldıran әsas kimi qәbul edilә bilmәz. Eyni zamanda apellyasiya şikayәtindә Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә inzibati xәta tәrkibinin olması, onun tәqsirinin sübuta yetirilmәsi vә tәtbiq edilәn tәnbehin әsaslı olması barәdә göstәrilәn dәlillәr dә mәhkәmә tәrәfindәn әsaslı hesab edilmir. Belә ki, Inzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinә görә inzibati mәsuliyyәtә cәlbetmә müddәtinin keçmәsi hallarında şәxsin tәqsirli olub-olmamasının araşdırılması hüquqi nәticәyә tәsir göstәrmir vә belә hallarda icraata xitam verilmәsi mәcburidir. Birinci instansiya mәhkәmәsi işin faktiki hallarını düzgün müәyyәn etmiş, tәtbiq edilmәli olan maddi hüquq normalarını düzgün tәtbiq etmiş vә prosessual hüquq normalarının pozulmasına yol vermәmişdir. Mәhkәmәnin gәldiyi nәticәlәr iş materiallarına uyğun olmaqla qanuni vә әsaslıdır. IXM-nin 53.1.6-cı maddәsinә әsasәn Mәcәllәnin 38-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәr başa çatdıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. Iş materiallarında olan sübutların tәhlili nәticәsindә müәyyәn olunur ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinmiş qәnaәt әsaslıdır, apellyatorun şikayәtin dәlillәrindә istinad etdiyi hallar hazırkı iş üzrә qәbul edilmiş mәhkәmә qәrarının lәğv edilmәsi üçün әsaslı hesab edilmir ona görә ki, apellyasiya şikayәtinin dәlillәri işin halları ilә tәkzib edilmәklә mülahizә xarakterli olmaqla әsassızdır. Belә ki, IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә yahәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. IXM-nin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllә ilә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsiri olmayan hesab edilir. IXM-nin 8.2-ci maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. IXM-nin 8.3-cü maddәsinә әsasәn inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә olan şübhәlәr onun xeyrinә hәll olunur. IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 80.1-ci maddәsinә әsasәn sәnәdlәrdә müәssisәlәrin, idarәlәrin, tәşkilatların, vәzifәli şәxslәrin vә fiziki şәxslәrin tәsdiq etdiklәri vә ya şәrh etdiklәri mәlumatların inzibati xәta haqqında iş üzrә icraat üçün әhәmiyyәti vardırsa, bu sәnәdlәr iş üzrә sübutlar hesab edilir. IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. IXM-nin 84.2-ci maddәsinә әsasәn heç bir sübutun qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. IXM-nin 105.1-ci maddәsinә әsasәn Bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş hallardan hәr hansı biri olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında işin icraatına xitam verilmәsi haqqında qәrar qәbul edir. IXM-nin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibi olmadıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. IXM-nin 53.2-ci maddәsinә әsasәn hәr hansı şәxs barәsindә başlanılmış inzibati xәtalar haqqında işlәr üzrә icraata, hәmçinin onun inzibati xәta törәdilmәsinә aidiyyәti olmadıqda vә ya tәqsirliliyi sübuta yetirilmәdikdә, o cümlәdәn tәqsirliliyin sübuta yetirilmәsindә qanuna zidd olaraq әldә edilmiş sübutlardan istifadә edildikdә xitam verilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, apellyasiya şikayәtinin dәlillәri iş üzrә müәyyәn olunmuş faktiki hallarla tәkzib olunduğundan hәmin dәlillәr birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi üçün әsas ola bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәdәn Abşeron Rayon Mәhkәmәsinin 16 mart 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq Idarәsinin rәisi Islam Hәsәnzadә tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-244/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-244/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver