Məhkəmə qərarları › İş №3(3-8)-245/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-245/2026

29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-245/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Sumqayıt Baş Idarәsinin rәisi Natiq Qarayev tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә şikayәt tәmin olunmuş, Azәrbaycan Respublikası Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Sumqayıt Baş Idarәsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilmiş vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim Samir Ismayılov). Işin halları: Azәrbaycan Respublikası Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Sumqayıt Baş Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) hәrbi qeydiyyat qaydalarını pozduğu üçün Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 606.3-cü maddәsi ilә tәqsirli bilinәrәk, 300 (üç yüz) manat mәblәğindә cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Sumqayıt Şәhәr Mәhkәmәsinә müraciәt edәrәk, Azәrbaycan Respublikası Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Sumqayıt Baş Idarәsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Azәrbaycan Respublikası Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Sumqayıt Baş Idarәsinin rәisi Natiq Qarayev apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Sumqayıt şәhәr Baş Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәtin tәmin edilmәmәsi barәdә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtini tәmin edәrәk, onun barәsindә SHXÇDX-nin Sumqayıt şәhәr Baş Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv etmәkdә haqlı olmamışdır. Belә ki, hәrbi vәzifәli Qәrardan şikayәt verәn orqan (şәxs) tәkrar tibbi müayinә vaxtı ##.##.2024-cü il tarixdә olmasına baxmayaraq o, heç bir üzürlü sәbәb olmadan SHXÇDX-nin Sumqayıt şәhәr Baş Idarәsinә gәlmәmişdir. Bununla da, Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 606.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi yaranmışdır. Mәhkәmә şikayәti tәmin edәrkәn qәrarını onunla әsaslandırmışdır ki, “... qәrarı çıxarmış orqan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәkrar tibbi müayinәyә gecikmәsi әsası ilә qәrar çıxarmışdır. Yәni barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә Azәrbaycan Respublikası IXM-nin 606.3-cü maddәsindә nәzәrdә tutulmuş әmәlin tәrkib hissәsi yoxdur. Bundan başqa, qәrarı çıxarmış orqan tәrәfindәn bildirişin barәsindә qәrar çıxarılmış şәxsә çatdırılması haqqında sübut da tәqdim edilmәmişdir...”. Lakin mәhkәmәnin gәldiyi bu mövqe tamamilә yanlışdır. Belә ki, birincisi, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 606.3-cü maddәsindә, elәcә dә Mәcәllәnin hәrbi uçot, hәrbi qeydiyyat vә sәfәrbәrlik qaydaları әleyhinә olan inzibati xәtalar fәslindә çağırışçının ayrıca olaraq tәkrar müayinәyә gәlmәmәsi halı deyil, ümumilikdә çağırışçının tibbi müayinә (tibbi şәhadәtlәndirilmә) ilә әlaqәdar müvafiq icra hakimiyyәti orqanına üzrlü sәbәblәr olmadan gәlmәmәsinә görә mәsuliyyәt nәzәrdә tutulmuşdur. Yәni çağırış dövrü әrzindә çağırışçının ilkin vә ya tәkrar tibbi müayinәyә üzürlü sәbәblәr olmadan gәlmәmәsi inzibati xәta әmәli hesab olunur vә IXM-nin 606.3-cü maddәsi ilә inzibati mәsuliyyәt yaranır. Odur ki, mәhkәmәnin bu әsasla Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş inziabti tәnbeh vermә haqqında qәrarı lәğv etmәsi qanunsuzdur. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada, mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Sumqayıt Baş Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, şikayәt üzrә mәhkәmә iclasının nümayәndәnin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarından görünür ki, inzibati tәnbeh vermә haqqında qәrarda inzibati xәtanın törәdilmә vaxtı konkret olaraq göstәrilmәmişdir. Hәmçinin inzibati orqanın nümayәndәsinin birinci instansiya mәhkәmәsindә verdiyi izahatından qeyd edilәn inzibati xәtanın 2025-ci ilin yanvar ayından iyul ayınadәk olan müddәtdә törәdilmәsi müәyyәn edilmişdir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarında qeyd etmişdir ki, inzibati tәnbeh vermә haqqında qәrarda inzibati xәtanın törәdilmә vaxtı konkret olaraq göstәrilmәmişdir. Halbuki, inzibati xәtanın törәdilmә vaxtı hәmin xәtaya hüquqi qiymәt verilmәsi, elәcә dә mәsuliyyәtә cәlb etmә müddәtinin hesablanması baxımından mühüm әhәmiyyәt kәsb edir vә bu hal inzibati icraatın qanunauyğun aparılmasının әsas elementlәrindәn biridir. Mәhkәmә iclasında inzibati orqanın nümayәndәsinin izahatına әsasәn müәyyәn edilmişdir ki, qeyd edilәn inzibati xәta 2025-ci ilin yanvar ayından iyul ayınadәk olan müddәtdә törәdilmişdir. Bu baxımdan müәyyәn edilmişdir ki, inzibati tәnbeh tәtbiq edilәrkәn inzibati xәta haqqında iş üzrә icraatı istisna edәn hallar mövcud olmuşdur. Belә ki, Azәrbaycan Respublikası IXM-nin 606.3cü maddәsi hәmin Mәcәllәnin hәrbi uçot, hәrbi qeydiyyat vә sәfәrbәrlik qaydaları әleyhinә olan inzibati xәtalara aid olan 40-cı fәslindә nәzәrdә tutulmuşdur vә bu kateqoriyadan olan inzibati xәtalar üzrә şәxsin mәsuliyyәtә cәlb edilmә müddәti qanunvericiliklә 04 (dörd) ay müәyyәn edilmişdir. Inzibati mәsuliyyәtә cәlb etmә müddәti imperativ xarakter daşıyır vә bu müddәtin ötürülmәsi inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini şәrtlәndirәn әsaslardan biridir. Bu müddәtin gözlәnilmәsi inzibati orqan üçün mәcburidir vә hәmin müddәt keçdikdәn sonra şәxs barәsindә inzibati tәnbeh tәtbiq edilmәsi yolverilmәzdir. Inzibati xәtanın törәdildiyi vaxt ilә inzibati tәnbeh vermә haqqında qәrarın qәbul edildiyi ## ###### 2026-cı il tarixi arasında 04 aydan artıq müddәt keçmiş vә bununla da inzibati orqan tәrәfindәn şәxsin mәsuliyyәtә cәlb edilmәsi üçün qanunla müәyyәn edilmiş müddәt ötürülmüşdür. Göstәrilәnlәrә әsasәn mәhkәmә belә qәnaәtә gәlmişdir ki, inzibati orqan tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrar qanunvericiliyin tәlәblәrinә uyğun olmamışdır. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Belә ki, Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati mәsuliyyәtә cәlb etmәyә imkan verәn müddәt keçmişdir. Birinci instansiya mәhkәmәsi haqlı olaraq inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi ilә әlaqәdar işin icraatına xitam vermişdir. Azәrbaycan Respublikası IXM-nin 38.1-ci maddәsinә әsasәn inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr. Yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları, gömrük qaydaları, әtraf mühitin qorunması qaydaları, xarici dövlәtlәrin qeyri-hökumәt tәşkilatlarının filial vә ya nümayәndәliklәrinin fәaliyyәt göstәrmәsi qaydaları, qrant müqavilәlәrinin (qәrarlarının) qeydә alınması qaydaları, elәcә dә maliyyә, vergilәrin vә rüsumların ödәnilmәsi qaydaları әleyhinә olan inzibati xәtalara görә, habelә qanunsuz sahibkarlıq fәaliyyәti ilә mәşğul olmağa, hüquqi şәxslәrin dövlәt reyestri üçün zәruri mәlumatların verilmәmәsinә, hüquqi şәxslәrin dövlәt qeydiyyatı zamanı yanlış mәlumatların verilmәsinә, qeyri-hökumәt tәşkilatları haqqında vә cinayәt yolu ilә әldә edilmiş әmlakın leqallaşdırılmasına vә terrorçuluğun maliyyәlәşdirilmәsinә qarşı mübarizә haqqında, sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi vә sahibkarların maraqlarının müdafiәsi haqqında, hәmçinin dәrman vasitәlәri haqqında qanunvericiliyin, әmәk qanunvericiliyinin, habelә әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin Azәrbaycan Respublikasında olması vә yaşaması qaydalarının, әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin işә cәlb edilmәsi qaydasının, kritik informasiya infrastrukturunun tәhlükәsizliyinin tәmin edilmәsi qaydasının pozulmasına, xırda talamaya görә inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci bir il keçәnәdәk verilә bilәr. Azәrbaycan Respublikası IXM-nin 53.1.6-cı maddәsinә әsasәn bu Mәcәllәnin 38-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәr başa çatdıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. Azәrbaycan Respublikası IXM-nin 114.2.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü madәsindә nәzәrdә tutulmuş hallardan biri mövcud olduqda iş üzrә icraata xitam verilir. Qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi hesab edir ki, Azәrbaycan Respublikası Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Sumqayıt Baş Idarәsinin şikayәtindә göstәrilәn dәlillәrә әsasәn Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur, birinci instansiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 606.3-cü maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraata inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçdiyinә görә xitam verilmәsinә dair düzgün nәticәyә gәlmişdir. Belәliklә, apellyasiya mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 606.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar