Məhkəmə qərarları › İş №3(3-8)-246/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-246/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-246/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsinə dair Zəngilan Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət eədərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Zəngilan Rayon Polis X2 Polis Bölməsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Zəngilan Rayon Polis X2 Polis Bölməsinin «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» ## ###### 2026-cı il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin balansında olan **-PR-*** dövlət nömrə nişanlı «Great WALL Wingle 7» minik markalı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmiş, ##.##.2026-ci il tarixdə saat 19 radələrində Zəngilan rayonu, Ağıllı kənd ərazisində Azvirt MMC-in düşərgəsindən Zəngilan hava limanı istiqamətində yeni çəkilmiş yolun sağ hissəsi təmirlə əlaqədar olaraq bağlı olduğu üçün (yol təmirlə əlaqədar olaraq istismara verilməyib, heç bir yol nişanı yoxdur) yolun sol hissəsi ilə hərəkət edən zaman Zəngilan RPŞ-ə məxsus olan AP dövlət nömrə nişanlı pikap tipli avtomobildən düşən R rütbəli ( YPX əməkdaşı deyildi, avtomobil də YPX-ə məxsus avtomobil deyildi) polis əməkdaşı onu saxlamış, təklükəli şərait yaratmasını deyərək sənədlərinin şəklini mobil telefonla çəkib getmişdir. Sonradan mobil tətbiqdə onun adına IXM-in 327.2-ci maddəsi ilə 100 manat cərimə yazıldığını görmüşdür. ## ###### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protkol və ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, guya, o, idarə etdiyi **-PR-*** dövlət nömrə nişanlı «Great WALL Wingle 7» minik markalı nəqliyyat vasitəsi ilə ##.##.2026-ci il tarixdə saat 19:35-də Zəngilan rayonu, Birinci Ağalı kəndi, 6-cı küçə ərazisində “giriş qadağandır” nişanının tələbini pozaraq IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Əslində isə o, ümumiyyətlə həmin gün qərarda və protokolda qeyd olunan Zəngilan rayonu, Birinci Ağalı kəndi, 6-cı küçə ərazisində olmamış, polis əməkdaşlarının onu saxlatdığı ərazi ilə həmin ərazi arasında təxminən 10 km məsafə vardır. ## ###### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protkola, həmçinin ## ###### 2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərara inzibati xətanın törədilməsi, hansı ərazidə törədilməsi ilə əlaqədar fotoşəkilllər əlavə edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Zəngilan Rayon Polis X2 Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Idarənin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan «yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» ## ###### 2026-cı il tarixli TP ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaenı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Apellyasiya şikayəti üzrə icraat zamanı ##.##.2026-cı il tarixli məktubla Zəngilan Rayon Polis X2 Polis Bölməsinə müraciət olunaraq inzibati xəta ilə bağlı qeydə alınan videogörüntülərin və səs yazılarının təqdim olunması xahiş olunsa da, Idarə tərəfindən həmin görüntülər apellyasiya instansiya məhkəməsinə təqdim olunmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı Zəngilan Rayon Polis X2 Polis Bölməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli TP ******* nömrəli qərarın qəbul edilməsinə əsas olan sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Xüsusən də Qərardan şikayət verən orqan (şəxs) onu YPX əməkdaşları tərəfindən saxlanılmadığını bildirdyindən bunu aydınlaşdırmaq üçün DYP avtmobilində quraşdırılmış kameranın videogörüntülərinin, eləcə də, polis əməkdaşlarının üzərində olan səs yazan qurğudakı səs yazılarına baxmaq və dinləmək zəruri idi. Ancaq həmin sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərədə tutulan inzibati xəta tərkibini törədilməsinə dair hər hansı sübut mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı və inzibati orqanın qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası IXM-nin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 53, 105, 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı və Zəngilan Rayon Polis X2 Polis Bölməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş üzrə icraata Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar