Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-247/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclas katibi X3 katibliyilә, Sumqayıt şәhәr prokurorunun kömәkçisi, R X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Protokol tәrtib edәn orqanlar tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta haqqında iş üzrә icraatın başlanması barәdә ##.##.2026-cı il tarixli qәrar qәbul edilmişdir. Qәrar vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 1500 (bir min beş yüz) manat mәblәğindә cәrimә edilmişdir. (Hakim Elşad Əliyev) Birinci instansiya mәhkәmәsinin qәrarından narazı qalan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәt verәrәk, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarının lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, iş materiallarında onun konkret hansı әmәli törәtdiyi göstәrilmәmiş, hansı göstәrişi vermәmәsi vә ya hansı hәrәkәti etmәmәsi sübut olunmamış, yalnız vәzifәsinә görә ümumi mәsuliyyәt tәtbiq edilmişdir. Bu hal isә hüquqi baxımdan әsassızdır. Belә ki, qәrarda istinad edilәn Sahәvi Standard kimi göstәrilәn 36- 100.3.13-85-in 2.26 cı maddәsindә "Sıx birlәşәn hissәlәrin (muftalar, dişlilәr, yastıqlar vә s.) üzәrinә basmaq vә çıxartmaq dartma aparatları vә ya xüsusi cihazlar vasitәsilә hәyata keçirilmәlidir" kimi qeyd edilib. İşçiyә dә bununla әlaqәdar bütün tәlimatlar verilmiş vә alәtlәrlә tәmin edilmişdir. İş materiallarında bu kimi alәtlәrin verilmәmәsinә dair hәr hansı bir sübut yoxdur. Bütün bunlardan әlavә qәrarda istinad edilәn Sahәvi standart ölkәdә ratifikasiya olunmamış vә qüvvәsi yoxdur. Mәhkәmә işçinin fәrdi sәhvini, texniki qaydalara әmәl etmәmәsini nәzәrә alsa da, bunu onun üzәrinә yönәltmişdir. Lakin, işçiyә tәlimat verilmәsi, tәhlükәsizlik qaydalarının mövcud olması, nәzarәt mexanizmlәrinin tәtbiq olunub-olunmaması kimi hallar araşdırılmamış vә qiymәtlәndirilmәmişdir. Birinci instansiya mәhkәmәsi "vәzifә sahibidir"- "mәsuliyyәt daşıyır pirinsipini tәtbiq etmişdir. Lakin bu yanaşma qanunvericiliyә ziddir. Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk şikayәtin tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarının lәğv edilmәsini, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Əlavә olaraq qeyd etdi ki, işçilәrә mühafizә avadanlıqları verilmiş onlara tәlim keçirilmişdir. İşçilәrin özlәri dә tәhlükәsizliklәrinә әmәl etmәlidir. Mәhkәmә iclasında iştirak edәn Sumqayıt Şәhәr prokurorunun kömәkçisi Araz Mahmudov apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk, birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Şikayәtin tәmin edilmәsi üçün әsaslar olmadığını vurğulayıb qeyd etdi ki, hadisә baş vermәmişdәn әvvәl texniki nasazlıq olmuş, hәmin nasazılığı texniki işçilәr aradan qaldırmalı olduğu halda hәmin vaxt orada olmuş işçi hәll etmişdir. Hәmçinin işçi mühafizә vasitәlәrindәn istifadә etmәmişdir. Növbә rәisi hadisә zamanı müәssisәdә 40 işçi olmasını bildirsә dә texniki işlәr müdiri olaraq işçilәrә yaxınlaşıb nasazlıqla vә mühafizә avadanlıqlarından istifadә etmәmәsi ilә maraqlanmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXMnun 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Sumqayıt şәhәr prokuroru, R Mürvәt Hәsәnov tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli qәrardan görünür ki, vәzifәli şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (FİN: *******) ##.##.1986-cı ildә Xaçmaz rayonu, SusayQışlaq kәndindә anadan olmuş, Azәrbaycan Respublikası vәtәndaşı, ali tәhsilli, evli, xxxx ASC-nin texniki işlәr müdiri vәzifәsindә işlәyәn, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şәhәri, M.Ə.Rәsulzadә 3 ünvanında yaşayan barәsindә Azәrbaycan Respublikası İXMin 198.3-cü maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraat başlanılmış, qәrar vә toplanmış material şәxsin barәsindә inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsi mәqsәdilә baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. İş materiallarında olan müstәntiq Xalıq Dadaşzadә tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli qәrardan görünür ki, toplanmış ***-C-** nömrәli material üzrә cinayәt işinin başlanması rәdd edilmiş, “sahәvi standart 36-100.3.13-85 X9 Sistemlәri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi tәhlükәsizlik tәlәblәri”nin 2.26-cı bәndinin tәlәbi hәmin tәmir işlәrinin tәhlükәsiz aparılmasına cavabdeh olan şәxs(lәr) tәrәfindәn pozulması faktına görә inzibati xәta haqqında iş üzrә icraat başlanması mәsәlәsinә baxılması üçün qәrarın surәti ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora tәqdim edilmişdir. İş materiallarında olan әmәk müqavilәsi bildirişinin surәtindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2011-ci il tarixdә bağlanmış müqavilәyә әsasәn “xxxx” ASC-dә texniki işlәr müdiri vәzifәsindә çalışır. İş materiallarında olan mәhkәmә-tibbi ekspertizasının **** saylı, ##.##.2025-ci il tarixli rәyindәn görünür ki, X2 bәdәni üzәrindә “sağ orbitanın inferior divarının sınığı sağ gözaltı nahiyyәnin, sağ üst göz qapağının yarası” xәsarәtlәri vardır. Qeyd olunan xәsarәtlәr küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdirlәr, törәnmә müddәti zәrәrçәkәnin SAF Hospitalına müraciәt etdiyi vaxtdan az әvvәl olmaqla qәrarda göstәrilәn vaxtda vә şәraitdә yәni 22.10.25-ci il tarixdә әmәlә gәlә bilәrdi vә dәrәcәsinә görә sağlamlığın uzun müddәtә pozulmasına sәbәb sağlamlığa az ağır zәrәrvurmaya aiddir. İş materiallarında olan mәhkәmә-texniki ekspertizasının **/**** saylı, ##.##.2025-ci il tarixli rәyindәn görünür ki, “xxxx” ASC-dә qurğunun (makinanın) qurutma bölmәsindәki 29 №li silindrindә tәmir işlәrinin aparılması zamanı kip birlәşmiş vәziyyәtdә olmuş yastığın (rulmanın) yerindәn çıxarılması işinin tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparılmaması baş vermiş hadisәnin sәbәbi olmuşdur. Baş vermiş hadisә ilә әlaqәdar, Sahәvi standart 36-100.3.13- 85 X9 Sistemlәri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi tәhlükәsizlik tәlәblәri" nin 2.26-cı bәndinin vә İşçilәrin mühafizә vasitәlәri” 12.4.011-89. Dövlәtlәrarası standartarının 2.1,2.7-ci bәndlәrinin tәlәblәri pozulmuşdur. Əmәyin mühafizәsi vә tәhlükәsizlik texnikasına dair tәlimatlandırılmış vә nәzәri biliklәri yoxlanılmış “xxxx” ASC-dә tәmirçi çilingәr vәzifәsindә işlәyәn X2 tәrәfindәn iş zamanı qurğunun (makinanın) qurutma bölmәsinin 29 №li silindrindә tәmir işlәri apararkәn silindrdә kip birlәşmiş vәziyyәtdә olmuş yastığın (rulmanın) yerindәn çıxarılmasını tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparmadığına, (yәni yastığın yerindәn çıxarılması işinin kuvaldla zәrbә ilә vurmaqla icra etdiyinә), elәcә dә iş zamanı fәrdi mühafizә vasitәsindәn (qoruyucu eynәkdәn) istifadә etmәdiyinә görә, Sahәvi standart 36- 100.3.13-85 X9 Sistemlәri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi tәhlükәsizlik tәlәblәri” nin 2.26-cı bәndinin vә “İşçilәrin mühafizә vasitәlәri” 12.4.011-89. Dövlәtlәrarası standartın 21. 2.7-ci bәndlәrinin tәlәblәri, vәzifә tәlimatının 13, 14, 15-ci bәndlәrinә әsasәn X2 özü tәrәfindәn pozulmuşdur. “xxxx” ASC-dә qurğunun (makinanın) qurutma bölmәsinin 29 №li silindrindә tәmir işlәrinin aparılması zamanı kip birlәşmiş vәziyyәtdә olmuş yastığın (rulmanın) yerindәn çıxarılması işinin tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparılması tәmin edilmәdiyinә (yәni işçi tәrәfindәn yastığın yerindәn çıxarılması işinin kuvaldla zәrbә ilә vurulmaqla icra edilmәsinә yol verildiyinә) görә, “Sahәvi standart 36-100.3.13-85 X9 Sistemlәri, Texnoloji avadanlıqların quraşdırılması. Ümumi tәhlükәsizlik tәlәblәri”nin 2.26-cı bәndinin tәlәbi hәmin tәmir işlәrinin tәhlükәsiz aparılmasına cavabdeh olan şәxs(-lәr) tәrәfindәn pozulmuşdur (konkret şәxs(-lәr) istintaq tәrәfindәn müәyyәn edilә bilәr). İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsinә әsasәn texniki tәhlükәsizlik vә ya әmәk mühafizәsinin başqa qaydalarına riayәt edilmәsi vәzifәsi hәvalә edilmiş şәxs tәrәfindәn bu qaydaların pozulması nәticәsindә ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zәrәrin vurulmasına görә mәsuliyyәt nәzәrdә tutulur. Hәmin mәcәllәnin 198.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 198.2-ci maddәsindә nәzәrdә tutulmuş әmәllәr zәrәrçәkmiş şәxsin sağlamlığına az ağır zәrәr vurulmasına görә mәsuliyyәt nәzәrdә tutulur. Belәliklә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn İXM-nin 198.3cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanın törәdilmәsi işdә olan sübutlarla tәsdiq edilir. Belә ki, iş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahatından görünür ki, 2025-ci ildәn “xxxx” ASC-nin ünvan 2 ünvanında yerlәşәn kağız istehsalı zavodunun texniki işlәr müdiridir.Texniki şöbәdә olan mexaniklәr, elektrik vә avtomatiklәr zavodun texniki işlәrini icra edir. Onun әsas әmәk funksiyası texniki şöbәnin işinә nәzarәt etmәk, işlәri idarә etmәkdir. Amid Hüseynov kağız istehsal edәn ümumi dәzgahın 29-cu silindr dediklәri hissәsindә apardığı tәmir zamanı kuvaltla zәrbә endirib silindrdәki diametri tәxminәn 40 sm olan rulmanı (paçennik) yatağından çıxardan zaman hәmin zәrbәnin tәsirindәn rulmandan çıxan diyircәk onun sağ gözünün altına dәymişdir. Amid Hüseynov mexanikә şöbәsinin çilingәridir.Mexaniklәrin işlәrinә bilavasitә nәzarәti, rәhbәrliyi baş mexanik, Vüsal Nәcәfov edir. Hadisә günü Vüsal Nәcәfov hәyat yoldaşı xәstә olduğundan işә çıxmamışdır. Onu texniki müşavir Əjdәr Əsgәrov әvәz etmişdir. Saat 10 radәlәrindә növbә rәisi Ağasәf Hüseynov çilingәr Amid Hüseynovun iş vaxtı xәsarәt aldığını ona demişdir. “xxxx” ASC-nin Texniki şöbә müdiri vәzifә Tәlimatı"nın 4.6-cı bәndinә әsasәn, texniki şöbә müdiri müәssisәnin işinә vә onun işçilәrinә qarşı tәhlükә meydana gәtirә bilәcәk texniki tәhlükәsizlik, yanğından müdafiә vә digәr qaydaların pozulmasının qarşısının alınması üçün lazım olan tәdbirlәri görmәmәsi halında mәsuliyyәt daşıyır. Hәmin vәzifә tәlimatının 4.7-ci bәndlәrinә әsasәn, texniki şöbә müdiri ona tabe olan işçilәrin iş vә әmәk intizamı qaydalarına riayәt etmәdiyinә görә mәsuliyyәt daşıyır. Hәmçinin iş materiallarında olan “texniki sahә rәisi kömәkçisi vә texniki müşavir” vәzifәsinin tәlimatından görünür ki, hәmin şәxsin yeni tәsislәrin qurulması vә ya prosesdәki dәyişikliklәrdә avadanlıq vә tәchizatların proyeklәşdirilmәsi, yerlәşdirilmәsi, montaj vә demontajı, fromların tәmizlәnmәsindә, prosedur, iş tәlimatlarının hazırlanmasında iştirak etmәk vә tәtbiqlәri yoxlamaq iş tәhlükәsizliyi, işçi sağlamlığı, sanitar vә ekoloji mühafizә üçün qәrar vә tәdbirlәrin alınmasında iştirak edib, tәtbiqlәri yoxlamaq әmәk funksiyasına daxildir. Belә olan halda tәmir zamanı yastığın (rulmanın) yerindәn çıxarılması işinin tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparılması tәmin edilmәdiyinә görә “Sahәvi standart 36-100.3.13-85 X9 Sistemlәri, Texnoloji avadanlıqların quraşdırılması. Ümumi tәhlükәsizlik tәlәblәri”nin 2.26-cı bәndinin tәlәbi hәmin tәmir işlәrinin tәhlükәsiz aparılmasına cavabdeh olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn pozulması öz tәsdiqini tapır. Habelә zavodda texniki problemlәrin hәllinә mәsul şöbә olan Texniki şöbәnin rәhbәri kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs zavodda istehsalın dayanmasına sәbәb olan ** nömrәli silindrindә baş vermiş texniki nasazlığın saat 7:15 radәlәrindәn saat 09-10 radәlәrinәdәk çilingәr Amid Hüseynov vә digәrlәri tәrәfindәn aradan qaldırılıb-qaldırılmamasını, aidiyyәti cavabdeh şәxslәrin yerindә olub-olmadığını yoxlamamış, elәcә dә, Amid Hüseynovun tәhlükәsizlik texnikası vә әmәyin tәhlükәsizliyi qaydalarına riayәt edib-etmәmәsinә nәzarәt etmәmişdir. Bununla әlaqәdar mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikası Azәrbaycan Respublikası İXM-nin 198.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilәn apellyasiya şikayәtinin onun әmәlindә inzibati xәta tәrkibi olmadığına görә inzibati iş üzrә icraata xitam verilmәsinә dair dәlili әsassızdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakılar nәzәrә alınır. Azәrbaycan Respublikası İXMnun 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. İXMnun 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. İXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. İXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Belәliklә mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbeh törәdilmiş inzibati xәtanın xarakterinә vә tәqsirin dәrәcәsinә, işin hallarına, habelә İXM-nin yuxarıda qeyd edilәn normalarına uyğun gәlir. Ona görә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtindә göstәrilәn dәlillәr әsasında birinci instansiya mәhkәmәsinin hazırki qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur. Odur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Qərara aldı: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-247/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-247/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver