Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-248/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, zərərçəkmiş şəxs Əbişli Əfsanə Həsrət qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlunun barəsində Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim F.A.Nəsimiyev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlunun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlu barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlu yaranmış 3700 manat borcu üzrsüz səbəbdən ödəmir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlu Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Inzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Həmin qərardan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, qərarın dəyişdirilib iş üzrə ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hesab edir ki, bu cəza törədilmiş hüquq pozuntusuna uyğun deyil və həddindən artıq yüngüldür. Belə ki, borclu şəxs uzun müddət məhkəmə qərarını icra etməmişdir. Könüllü icra üçün verilmiş müddətə əməl edilməmişdir. Borcun ödənilməməsi nəticəsində onun hüquqları ciddi şəkildə pozulmuşdur. Borclu şəxs öhdəlikdən yayınmağa davam edir və borcu tam şəkildə ödəməmişdir. Bu hallar onun qanuni tələbləri qəsdən yerinə yetirmədiyini göstərir. Məhkəmə tərəfindən bu hallar tam nəzərə alınmamış və təyin olunmuş inzibati cəza kifayət qədər təsirli olmamışdır. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, bankdan götürülən kreditə görə borcluya zamin durmuş, sonra da kredit borcunu ödədiyindən məhkəmə qaydasında həmin məbləği tələb etmiş, borclunun uzun müddət məhkəmə qərarını icra etməməsi ona görə qərəzli hesab edilməlidir. Bu səbəbdən borclu barəsində daha da ciddi tədbir görülməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə etdi ki, borcun ödənilməsindən imtina etməmiş, işdən çıxarıldığı üçün borcun bir hissəsini ödəsə də qalan hissəsini ödəyə bilməmiş, amma tezliklə ödənilməsinə çalışır. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə Icra Idarəsinin nümayəndəsi məlumatlandırılmış olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş icra idarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X1 izahat verib bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi Icra Idarəsinin icraatına daxil olmuş, borclunun izahatı alınmış, borcunu ödəmək tələb olunmuşdur. Borclu tərəfindən icra sənədi üzrə 1300 manat ödəniş olunmuşdur. Borclu ilə əlaqə saxlamaq mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Tələbkar borcunu tam şəkildə tələb etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli icra sənədi icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlundan 4636,93 (dörd min altı yüz otuz altı manat doxsan üç qəpik) manat məbləğində pul, ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilən 300 (üç yüz) manat pul tutularaq iddiaçı Əbişli Əfsanə Həsrət qızına ödənilsin. Birinci instansiya məhkəməsi mübahisə olunan qərarı qəbul edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, eləcə də ailə vəziyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq etməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129 maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Yuxarıda qeyd olunanlara görə hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlu Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. O da qeyd edilməlidir ki, şikayətin dəlilləri iş üzrə müəyyən olunmuş faktiki hallar, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlu barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin ləğv edilərək ona həbs növündə tənbehin verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz ona görə ki, birinci instansiya məhkəməsinin qərarında qeyd olunan qənaəti inzibati xətalar qanunvericiliyinin tələbləri çərçivəsində olmuş və ona təyin edilmiş inzibati cəriməyə dair inzibati tənbeh tədbiri inzibati xəta törətmiş şəxsin islah olunması, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Həmçinin qeyd edilməsi zəruri hesab edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlunun qüvvədə olan məhkəmə və sair icra qərarlarını qərəzli olaraq icra etməməsi məsuliyyətini yüngülləşdirici halların olmasına baxmayaraq onun daha ciddi inzibati tənbeh tədbirinə məruz qalması və cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Şərh olunan işin hallarına əsasən törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, icra sənədində göstərilən tələb üzrlü səbəb olmadan ödənilmədiyini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qənaətbəxşt hesab edilməlidir. Qanunun tələbinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh edilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilməyərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlunun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlövsət oğlunun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-248/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-248/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver