Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-249/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxxxxxxxxxx, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə məhkəmə aidiyyətinin həll edilməsi məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: ünvan 1əhkəməsinin *(*-***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının IXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta protokol və ona əlavə edilmiş sənədlər işlə birlikdə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmələr arasında ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan məsələnin həll edilməsi əsası ilə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən sözügedən materialın Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair ## ##### 2026-cı il tarixli qərardad qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası IXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi ünvanı AZ 1000, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsidir. Qeyd olunmalıdır ki, IXM-nin 430.4-cü maddəsinin dispozisiyasında göstərilən əməl hərəkətsizlik formasında törədilən inzibati xətadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1 və 485.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2025-ci il # #### tarixli Qərardadına əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Qeyd olunanları, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi şəxslər tərəfindən hərəkətsizlik formasında inzibati xətaların törədilməsi zamanı inzibati işə baxılma yeri barədə hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC hərəkətsizlik formasında IXM-nin 430.4-cü maddəsi ilə ehtimal olunan inzibati xətanı hüquqi ünvanı AZ 1000, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ünvanında törətmişdir və ona görə də inzibati xəta haqqında iş baxılması üçün hüquqi şəxsin hüquqi ünvanının olduğu yerin məhkəməsinə - ünvan 1əhkəməsinə göndərilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının IXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 110.1, CPM-nin 77.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş baxılması üçün ünvan 1əhkəməsinə göndərilsin. Qərardan şikayət və ya protest verilə bilməz. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Məhkəmə qərarları › İş №3(3-8)-249/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-249/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver