Məhkəmə qərarları › İş №3(3-8)-250/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-250/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-250/2026 04.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası İXM-nin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta haqqında iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq İdarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası İXM-nin 539.3-cü maddәsi ilә tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı (hakim S.İsmayılov) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Hüquq İdarәsi qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә tәrtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMCnin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli vә X3 Xidmәtinin Abşeron-Xızı regional şöbәsinin ##.##.2025-ci il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokolu әsasında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC inzibati mәsuliyyәtә cәlb edilmәlidir. Belә ki, X2 şikayәti әsasında Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn aparılan araşdırma zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-yә ##.##.2025-ci il tarixli, 3-17- */*-C-*****/**** nömrәli mәktub göndәrilәrәk vәtәndaşın müraciәtinә dair mәlumatların vә mәktubda göstәrilәn sәnәdlәrin 7 (yeddi) iş günü müddәtindә Xidmәtin Abşeron-Xızı regional şöbәsinә verilmәsi tәlәb olunmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn sәnәdlәr tәqdim edilmәmişdir. Göründüyü kimi qanunvericilikdә müvafiq maddә ilә inzibati mәsuliyyәt tәkcә sәnәdlәrin tәqdim edilmәmәsinә görә yox, hәm dә sәnәdlәrin tam, düzgün vә vaxtında tәqdim edilmәmәsinә görә yaranır. Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn müәyyәn edilmiş müddәt әrzindә sәnәdlәr tәqdim edilmәdiyindәn inzibati xәta törәdilmiş hesab edilir. Hәmçinin, inzibati xәta haqqında protokol tәrtib olunan dövrdә müvafiq sәnәdlәr hәlә dә tәqdim olunmadığı üçün inzibati xәta tәrkibi yarandığından bundan sonrakı mәrhәlәdә hüquq pozuntusunun aradan qaldırılmasının mәsuliyyәti aradan qaldırması yalnız qanunla müәyyәn edildiyi halda mümkün ola bilәrdi. Mәhkәmәnin inzibati xәtanın törәdilmәsindә tәqsirliliyin sübuta yetirilmәmәsi ilә bağlı qәnaәti qanunaziddir. Sumqayıt Şәhәr Mәhkәmәsi tәrәfindәn mötәbәr sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmişdir. Xidmәtin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn inzibati xәta haqqında protokol tәrtib edilәrkәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin әmәlindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu aşkar edilmiş vә sübuta yetirilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәti tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMCyә ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-C-*****/**** nömrәli nömrәli mәktubdan görünür ki, X2 Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-dә әmәk hüquqlarının pozulması barәdә müraciәti üzrә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 15.2-ci maddәsinә әsasәn 07 iş günü әrzindә aşağıdakı sәnәdlәrin tәqdim edilmәsi tәlәb edilmişdir: işlәdiyi dövr üzrә iş vaxtının uçot cәdvәllәrinin surәti, işlәdiyi dövr üzrә әmәk haqlarının hesablanması vә ödәnilmәsini tәsdiq edәn sәnәdlәrin surәti, vәtәndaşın müraciәtindә qeyd olunan mәsәlәlәrә münasibәt bildirilmәsinә dair cavab mәktubu. İş materiallarına әlavә edilmiş çıxarışlardan görünür ki, X3 Xidmәti tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nә ünvanlanmış ##.##.2025-ci il tarixli *-**- */*-C-*****/**** nömrәli mәktub ##.##.2025-ci il tarixdә hәmin MMC-ә çatıdırılmışdır. İş materiallarına әlavә edilmiş ## ###### 2025-ci il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, vәtәndaş X2 Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-dә әmәk hüquqlarının pozulması barәdә müraciәti ilә әlaqәdar Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 15.2-ci maddәsinә әsasәn ##.##.2025-ci il tarixli *-**-*/*C- *****/**** nömrәli mәktubla cәmiyyәt rәhbәrliyindәn 07 (yeddi) iş günü müddәtindә aidiyyәti sәnәdlәr tәlәb edilsә dә, hәmin müddәt әrzindә sәnәdlәr tәqdim edilmәmiş, eyni zamanda müraciәtә rәsmi cavab verilmәmişdir. Bununla da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn Azәrbaycan Respublikası İXM-in 539.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 539.3-cü maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının tәlәbi ilә bu Mәcәllәnin 539.1-1-ci maddәsindә nәzәrdә tutulan hallarla bağlı zәruri olan mәlumatların (sәnәdlәrin) tәqdim edilmәmәsi, yaxud tam, düzgün vә ya vaxtında tәqdim edilmәmәsi (sahibkarlıq fәaliyyәtinin hәyata keçirildiyi yerlәrә gәlmәklә aparılan yoxlamalara münasibәtdә bu Mәcәllәnin 602.4-cü maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla) inzibati mәsuliyyәtә sәbәb olur. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, ##.##.2025-ci il tarixli *-**-*/*-C-*****/**** nömrәli mәktub ##.##.2025-ci ildә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-ә rәsmi qaydada çatdırılmış, hәmin vaxtdan etibarәn 07 (yeddi) iş günü müddәtindә, yәni ##.##.2025-ci il tarixәdәk müvafiq sәnәdlәr X3 Xidmәtinә tәqdim edilmәli olduğu halda, tәqdim edilmәmiş vә belәliklә dә ##.##.2025-ci il tarixdә İXM-in 539.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası İXM-nin 539.3-cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәsi öz tәsdiqini tapsa da, inzibati xәta haqqında iş üzrә şәxsin inzibati mәsuliyyәtә cәlb etmә müddәti ötmüşdür. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr. Yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları, gömrük qaydaları, әtraf mühitin qorunması qaydaları, xarici dövlәtlәrin qeyri-hökumәt tәşkilatlarının filial vә ya nümayәndәliklәrinin fәaliyyәt göstәrmәsi qaydaları, qrant müqavilәlәrinin (qәrarlarının) qeydә alınması qaydaları, elәcә dә maliyyә, vergilәrin vә rüsumların ödәnilmәsi qaydaları әleyhinә olan inzibati xәtalara görә, habelә qanunsuz sahibkarlıq fәaliyyәti ilә mәşğul olmağa, hüquqi şәxslәrin dövlәt reyestri üçün zәruri mәlumatların verilmәmәsinә, hüquqi şәxslәrin dövlәt qeydiyyatı zamanı yanlış mәlumatların verilmәsinә, qeyri-hökumәt tәşkilatları haqqında vә cinayәt yolu ilә әldә edilmiş әmlakın leqallaşdırılmasına vә terrorçuluğun maliyyәlәşdirilmәsinә qarşı mübarizә haqqında, sahibkarlıq sahәsindә aparılan yoxlamaların tәnzimlәnmәsi vә sahibkarların maraqlarının müdafiәsi haqqında, hәmçinin dәrman vasitәlәri haqqında qanunvericiliyin, әmәk qanunvericiliyinin, habelә әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin Azәrbaycan Respublikasında olması vә yaşaması qaydalarının, әcnәbilәrin vә vәtәndaşlığı olmayan şәxslәrin işә cәlb edilmәsi qaydasının, kritik informasiya infrastrukturunun tәhlükәsizliyinin tәmin edilmәsi qaydasının pozulmasına, xırda talamaya görә inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci bir il keçәnәdәk verilә bilәr. Hәmin Mәcәllәnin 38.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 38.1-ci maddәsindә nәzәrdә tutulan müddәtlәr uzanan inzibati xәtalara münasibәtdә xәtanın aşkara çıxarıldığı gündәn hesablanır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 263-cü maddәsinin Qeyd hissәsinin vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38-ci maddәsinin bәzi müddәalarının şәrh edilmәsinә dair” # #### 2022-ci il tarixli qәrarında göstәrilmişdir ki, inzibati mәsuliyyәtә cәlbetmә müddәti elә bir müddәtdir ki, onun әrzindә şәxs, hüquqpozmaya yol verdiyinә görә inzibati tәnbehә mәruz qala bilәr. İnzibati mәsuliyyәtә cәlbetmә müddәtinin bitmәsi inzibati xәtalar haqqında işlәr üzrә icraatın başlanılmasını istisna edәn, başlanmış icraata isә xitam verilmәsinә sәbәb olan hallardan biridir (İnzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsi). Bu cür müddәtlәri nәzәrdә tutarkәn vә onların hesablanması qaydalarını müәyyәn edәrkәn qanunverici Konstitusiyanın 71-ci maddәsinin II hissәsindәn irәli gәlәn insan vә vәtәndaş hüquq vә azadlıqlarının hüquqi tәnzimlәnmәsi zamanı şәxsi vә publik maraqlar arasındakı tarazlığın gözlәnilmәsi tәlәbini rәhbәr tutaraq inzibati mәsuliyyәtin qaçılmazlığının tәmin olunması üçün şәrait yaratmaqla yanaşı, eyni zamanda inzibati xәta törәtmiş şәxslәrin әsassız olaraq uzun müddәtә inzibati tәqib vә inzibati tәnbehin tәtbiqi tәhlükәsi altında qalmasının qarşısını almaq mәqsәdini güdmüşdür. “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 110.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2021ci il tarixli qәrarında göstәrilmişdir ki, maddi tәrkibli inzibati xәtalarda isә xәtanın obyektiv cәhәtinә hәrәkәtlә (hәrәkәtsizliklә) yanaşı, hәm dә belә hәrәkәtdәn (hәrәkәtsizlikdәn) törәyәn zәrәrli nәticә dә daxil edilir. Maddi tәrkibli inzibati xәtalar üzrә mәsuliyyәtin yaranması üçün zәrәrli nәticәnin baş vermәsi tәlәb olunur vә belә inzibati xәta tәrkiblәrindә hәrәkәt vә ya hәrәkәtsizliklә nәticә arasında sәbәbli әlaqә olmalıdır. Qeyd edilmәlidir ki, inzibati xәta haqqında mәsuliyyәt nәzәrdә tutulan maddә “İdarәçilik qaydaları әleyhinә olan inzibati xәtalar” fәslindә yerlәşir. Hazırkı inzibati xәta uzanan inzibati xәta olmaqla, inzibati xәta ##.##.2025-ci il tarixdә başlamışdır. Hәmin müddәtdәn dә 4 ay müddәt әrzindә şәxs inzibati mәsuliyyәtә cәlb edilmәli olduğu halda, material ##.##.2026-cı il tarixli mәktubla mәhkәmәyә göndәrilmiş, ##.##.2026-cı il tarixdә dә mәhkәmәdә qeydiyyata alınmışdır ki, artıq hәmin müddәtdә bir neçә qısa müddәt qalmışdır. İşә baxılarkәn dә hәmin cәlb etmә müddәti keçmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 105.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş hallardan hәr hansı biri olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında işin icraatına xitam verilmәsi haqqında qәrar qәbul edir. İnzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsinә әsasәn bu Mәcәllәnin 38-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәr başa çatdıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi haqlı olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi üçün qanunla müәyyәn edilmiş müddәt keçdiyindәn, başlanmış icraata İXM-nin 53.1.6-cı maddәsinә әsasәn icraata xitam verilmәli olması qәnaәtinә gәlmişdir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar