Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-251/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxxxxxxxxxxxx Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə məhkəmə aidiyyətinin həll edilməsi məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yardımlı Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər işlə birlikdə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmələr arasında ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan məsələnin həll edilməsi əsası ilə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən sözügedən materialın Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair ## ##### 2026-cı il tarixli qərardad qəbul olunmuşdur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “ICMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Qeyd olunan Məcəllənin 129.1.3-1-ci maddəsinə görə bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının IXM-nin 129.1-1-ci maddəsinə görə bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Iş materiallarından əlavə edilmiş Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) qeydiyyatda olduğu yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının məzmunundan müəyyən edilir ki, sözügedən sənəd Inzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə tənzimlənən xətanın törədilməsinə görə tərtib edilmiş elektron qərardır. Hesab edirəm ki, Yardımlı Rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin mahiyyəti düzgün təfsir edilməmiş və vəsatətə hüquqi baxımdan yanlış münasibət bildirilmişdir. Məhkəmə inzibati xətanın Sumqayıt şəhəri ərazisində törədilməsini əsas gətirərək işin aidiyyət üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qənaətinə gəlsə də, IXM-nin 129.1.3-1-ci maddəsinin imperativ tələbinə əsasən, həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş elektron qərarlardan verilən şikayətlərə şikayətçinin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Xüsusi olaraq qeyd edilməlidir ki, qanunverici elektron qərarlardan şikayət verilməsi qaydasını müəyyən edərkən ərazi aidiyyətinin şikayətçinin yaşayış yeri üzrə müəyyən olunmasını təsbit etmiş və bu növ işlər üzrə IXM-nin 129.1.1-ci maddəsində nəzərdə tutulan vəsatətin verilməsi zərurətini istisna etmişdir. Bununla yanaşı, şikayətçi faktiki yaşayış yerinin Sumqayıt şəhəri olması barədə vəsatət qaldırmasına baxmayaraq, həmin yaşayış faktını təsdiq edən hər hansı mötəbər rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət şikayətçinin qeydiyyatda olduğu yaşayış yeri üzrə təqdim edilmişdir. Şikayətçinin şəxsiyyət vəsiqəsində yaşayış yerinin Yardımlı rayonu olaraq göstərildiyini nəzərə alaraq, şikayətə Yardımlı Rayon Məhkəməsində baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının IXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 122, 129, CPM-nin 77.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət və ya protest verilə bilməz. xxxxxxxxxxxxxxxxxxxxxx
Məhkəmə qərarları › İş №3(3-8)-251/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-251/2026
28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver