Məhkəmə qərarları › İş №3(3-8)-252/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-252/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-252/2026 24.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Zәrәrçәkmiş şәxs Bairamova Aida (X6), barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Bairamov İsmail (Bayramov İsmayıl Valeh oğlunun) vә müdafiәçisi – “Şimal” Vәkil Bürosunun vәkili vәkil1 iştirakı ilә, İsmail Bairamovun (Bayramov İsmayıl Valeh oğlunun) Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib barәsindә 20 (iyirmi) gün müddәtinә inzibati hәbs seçilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin müdafiәçisi vәkil2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra vә Probasiya Şöbәsi tәrәfindәn borclu Bairamov İsmail barәsindә Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsi ilә tәrtib edilmiş inzibati protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı (hakim E.Teymur-zadә) ilә İsmaıl Bairamov Azәrbaycan Respublikası İXM-in 528.1-ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinsin, o, 20 (iyirmi) gün müddәtinә inzibati hәbs olunması, hәbsin әvvәlinin ##.##.2026-cı il tarixdәn hesablanması qәrara alınmışdır. Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin şәxsin müdafiәçisi vәkil2 qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın dәyişdirilmәsini, Bairamov İsmailin barәsindә inzibati hәbs növündә olmayan yüngül cәza verilmәsi vә onun dәrhal hәbs yerindәn azad edilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Bairamov İsmail barәsindә mәhkәmә tәrәfindәn verilmiş qәrar әdalәtsiz vә әsassızdır. Belә ki, Bairamov İsmailin barәsindә ilk dәfәdir ki, mәhkәmәyә tәqdimat verilir. Aliment borcu isә yüksәk mәblәğ deyil. Bundan әlavә, Bairamov İsmail alimentin ödәnişinә qәrәzli şәkildә yanaşmamışdır. Tam olmasa da müәyyәn qәdәr aliment borcunu ödәmişdir. X4 Georgiyeva Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qarşı qәrәzli mövqe sәrgilәyәrәk onun barәsindә cәza verilmәsini istәmişdir. Mәhkәmә Bairamov İsmailin yaşını, maddi vә ailә vәziyyәtini nәzәr almamışdır. Bairamov İsmail aliment borcunu ödәmәk niyyәtindә olduğunu, lakin dәrhal hәmin mәblәği ödәyә bilmәyәcәyini bildirsә dә mәhәkәmә buna әhәmiyyәt vermәmişdir. Halbuki, mәhkәmә ona cәrimә cәzası verәrәk aliment borcunu ödәmәsi üçün möhlәt dә verә bilәrdi. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinin sanksiyasında alternativ cәza növü olsa da mәhkәmә Bairamov İsmailin barәsindә ağır cәza növünü zәruri hesab edәrәk şәxsә 20 (iyirmi) gün inzibati hәbs növündә cәza vermişdir. Halbuki, mәhkәmә daha yüngül cәzanı yәni ki, cәrimı növündә cәza verә bilәrdi. İnzibati hәbs növündә cәza o halda nәzәrdә tutulur ki, şәxsin barәsindә ilk dәfә cәrimә növündә cәza verilir, daha sonra tәqdimat verildikdә ağır cәza ver bilәr. Göründüyü kimi Bairamov İsmailin barәsindә birinci dәfәdir ki, cәzalanması üçün mәhkәmәyә müraciәt olunub. Bu halda Bairamov İsmailin barәsindә ağır cәza verilmәsi qәbul edilmәzdir. Bundan başqa Bairamov İsmail mәhkәmәnin qanuni qüvvәyә minmiş qәrarını icra etmәmә sәbәbi onun işsiz olması vә üzrlü sәbәb olması kimi qiymәtlәndirilmәlidir. Lakin mәhkәmә bunu da nәzәrә almamışdır. Bairamov İsmailin hal-hazırda inzibati qaydada hәbs olunması onun övladlarının mәnәvi zәrәr görmәsi kimi nәzәrә alınmalı idi. Çünki, Bairamov İsmailin iki övladı yetkinlik yaşındadırlar. Bairamov İsmailin barәsindә ilk dәfәdir ki, haqqında inzibati hәbs növündә inzibati tәnbeh tәtbiq edilmişdir. Dәfәlәrlә inzibati növündә tәnbeh verilmiş şәxslә Bairamov İsmaili eynilәşdirmәk әdalәtli hesab edilmir. Çünki, Bairamov İsmailin barәsindә ilk dәfәdir ki, inzibati protokol tәrtib olunur. Birinci dәfә olması sәbәbindәn onun barәsindә cәrimә növündә dә cәza verilә bilәr. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, qәrar dәyişdirilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrәli qәtnamәsi ilә birgә nikahdan doğulmuş ##.##.2014-cü il tәvәllüdlü Bayramov Emin İsmayıl oğlunun boşanmadan sonra anası Aida Bairamovanın (X7) himayәsindә saxlanılması, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (Bayramov İsmayıl Valeh oğlundan) Aida Bairamovanın (X7) xeyrinә birgә nikahdan doğulmuş ##.##.2014-cü il tәvәllüdlü Bayramov Emin İsmayıl oğlunun saxlanması üçün 27.07.2023cü il tarixdәn ##.##.2025-ci il tarixәdәk hәr ay 220 (iki üz iyirmi) manat sabit pul mәblәğindә alimentin ##.##.2025-ci il tarixdәn başlayaraq hәmin uşağın yetkinlik yaşına çatanadәk saxlanması üçün hәr il sonrakı artımlar nәzәrә alınmaqla minimum әmәk haqqının 0,55 misli hәddindә tutulması qәt edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrәli icra vәrәqәsi üzrә ##.##.2025-ci il tarixdә Abşeron Rayon İcra vә Probasiya şöbәsinin icra mәmuru tәrәfindәn icraata başlamaq haqqında qәrar qәbul edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmәnin qәrarının icrası üzrә öhdәliyinin könüllü icra edilmәsi barәdә ##.##.2025-ci il tarixdә bildiriş göndәrilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixli izahatından görünür ki, mәhkәmә qәtnamәsi üzrә tәyin edilmiş alimentin ödәnilmәmәsi sәbәbi kimi müvafiq qәtnamәdәn apellyasiya instansiyası mәhkәmәsinә şikayәt vermәsini göstәrmiş vә aliment öhdәliyini apellyasiya instansiyasının yekun qәrarının çıxmasından sonra ödәyәcәyini bildirmişdir. ##.##.2025-ci il tarixli Bairamova Aida Georgiyeva tәrәfindәn Abşeron Rayon İcra vә Probasiya Şöbәsinә tәqdim olunmuş әrizәdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn öhdәlik üzrә 220 (iki yüz iyirmi) manat mәblәğindә ödәniş edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixli izahatından görünür ki, mәhkәmә qәtnamәsi üzrә tәyin edilmiş alimentin ödәnilmәmәsi sәbәbi kimi müvafiq qәtnamәdәn ali mәhkәmә instansiyasına şikayәt vermәsini göstәrmişdir. Abşeron Rayon Mәhkәmәsinin hakimi X1 tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrardadla borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs borc mәblәği tam ödәnilәnәdәk ölkәdәn getmәk hüququ mәhdudlaşdırılmışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hal-hazırda aliment öhdәliyi üzrә 5.500 (beş min beş yüz) manat borcu yaranmışdır. “Mәhkәmәlәr vә hakimlәr haqqında” Azәrbaycan Respublikası Qanunun 5-ci maddәsinin 3 vә 4-cü bәndlәrinә görә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada qanuni qüvvәyә minmiş bu qәrarlar Azәrbaycan Respublikası әrazisindә bütün fiziki vә hüquqi şәxslәr tәrәfindәn mütlәq, vaxtında vә dәqiq icra olunmalıdır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının icra edilmәmәsi Azәrbaycan Respublikası qanunvericiliyi ilә nәzәrdә tutulmuş mәsuliyyәtә sәbәb olur. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar (“İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 3.1 vә 3.2-ci maddәsi). “İcra haqqında” Azәrbaycan Respublikası Qanunun 82.1-ci maddәsinә әsasәn borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdi icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә üzrsüz sәbәbdәn icra olunmadıqda, icra mәmuru borclunun Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada inzibati mәsuliyyәtә cәlb olunması üçün inzibati xәta haqqında protokol tәrtib edir vә onu işin digәr materialları ilә birlikdә müvafiq mәhkәmәyә göndәrir (vergilәr, faizlәr vә maliyyә sanksiyaları üzrә borcların alınması (vergilәrin ödәnilmәmәsi) ilә әlaqәdar qanuni qüvvәyә minmiş mәhkәmә qәrarları ilә bağlı verilmiş icra sәnәdlәri istisna olmaqla). İnzibati mәsuliyyәtә cәlb etmә haqqında qәrar qәbul edildikdәn sonra icra mәmuru tәrәfindәn borcluya icra üçün yeni müddәt tәyin edilir. Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsinin dizpozisiyasında, icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsi inzibati mәsuliyyәtә sәbәb olur. Apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası qaydaları vә şәrtlәri “İcra haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә tәnzimlәnir. İcra haqqında qanunvericilikdә mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası vәzifәsi icra mәmurunun üzәrinә qoyulmuşdur vә sonuncunun bununla әlaqәdar tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә qәtnamәsinin vә ya digәr mәhkәmә qәrarının icra edilmәmәsinin tәhlükәliliyi ondan ibarәtdir ki, qanuni qüvvәyә minmiş mәhkәmә aktlarını icra edilmәdikdә pozulmuş hüquqların bәrpası, dәymiş ziyanın ödәnilmәsi qeyri-mümkün olur vә әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı dövlәt adından çıxarılmış qәrarlar kağız üzәrindә qalır. Digәr tәrәfdәn bu әmәllә demokratik cәmiyyәt vә әdalәt mühakimәsinin fundamental hüquqlarından biri olan әdalәtli mәhkәmә araşdırması hüququ real mahiyyәt kәsb etmәyәn xәyali bir hüquqa çevrilir. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrәli qәtnamәsi ilә birgә nikahdan doğulmuş ##.##.2014-cü il tәvәllüdlü Bayramov Emin İsmayıl oğlunun boşanmadan sonra anası Aida Bairamovanın (X7) himayәsindә saxlanılması, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (Bayramov İsmayıl Valeh oğlundan) Aida Bairamovanın (X7) xeyrinә birgә nikahdan doğulmuş ##.##.2014-cü il tәvәllüdlü Bayramov Emin İsmayıl oğlunun saxlanması üçün 27.07.2023cü il tarixdәn ##.##.2025-ci il tarixәdәk hәr ay 220 (iki üz iyirmi) manat sabit pul mәblәğindә alimentin ##.##.2025-ci il tarixdәn başlayaraq hәmin uşağın yetkinlik yaşına çatanadәk saxlanması üçün hәr il sonrakı artımlar nәzәrә alınmaqla minimum әmәk haqqının 0,55 misli hәddindә tutulması qәt edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs aliment öhdәliyini icra etmәmiş vә nәticәdә onun ümumilikdә 5.500 (beş min beş yüz) manat borcu yaranmışdır. İcra sәnәdi üzrә tәlәbin icrasının tәmin edilmәmәsinә görә yuxarıda göstәrilәn inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Barәsindә inzibati xәta haqqında protokol üzrә tәqsirli bilinәrәk mübahisәlәndirilәn qәrar qәbul edildikdәn sonra 3000 (üç min) manat mәblәğindә ödәniş etmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, şikayәtin dәlillәri әsassız hesab edilmәklә, birinci instansiya mәhkәmәsinin әmәldә inzibati xәta olmasına dair gәlinәn nәticә qanuni vә әsaslıdır. Barәsindә inzibati xәta üzrә icraat aparılan şәxs İ.Bairamovun tәyin edilmiş 20 (iyirmi) gün müddәtinә inzibati hәbs tәnbeh tәdbiri ilә bağlı apellyasiya instansiya mәhkәmәsi qeyd etmәyi zәruri hesab edir ki, törәdilmiş әmәlin ictimai tәhlükәliliyi vә şәxsiyyәti nәzәrә alınarsa onun barәsindә hәbs inzibati tәnbeh tәdbirinin görülmәsi qәnaәtinә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı olsa da, onun әmәlindә ağırlaşdıran halların olmaması, icra sәnәdi üzrә ödәniş etmәsi hәbs inzibati tәnbeh tәdbirinin müddәtinin azaldılmalı olması qәnaәtini qaçılmaz edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin: 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 32.2-ci maddәsinә әsasәn inzibati tәnbeh tәtbiq edilәrkәn bu Mәcәllәnin 32.1.1 - 32.1.7-ci maddәlәrindә göstәrilmәmiş başqa hallar da hakim tәrәfindәn mәsuliyyәti yüngüllәşdirәn hal qismindә nәzәrә alına bilәr. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, İsmail Bayramovun Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinәrәk tәyin edilmiş 20 (iyirmi) gün müddәtinә inzibati hәbs tәnbeh tәdbiri 10 (on) gün müddәtinә inzibati hәbs inzibati tәnbeh tәdbiri ilә әvәz edilmәli, gәlinәn nәticә dәyişdirilmәli, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası İXM-nin 135.1.5-ci maddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәsinin 31-34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Bundan әlavә kollegiya qeyd edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin hüquqlarının müdafiәsinin apellyasiya icraatı zamanı tәmin edilmәsindәn ötrü dövlәt büdcәsinin vәsaiti hesabına müdafiәçi tәyin edilmişdir. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 66-cı maddәsinә әsasәn belә halda müdafiәçinin hüquqi yardımının ödәnilmәsi dövlәt büdcәsinin vәsaiti hesabına tәmin edilmәlidir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrәli qәrarına әsasәn tәqsirlәndirilәn şәxsin hüquqlarını müdafiә etmәyә görә müdafiәçiyә hәr iş saatı üçün 11 manat miqdarında haqq ödәnilmәlidir. Odur ki, hәmin hesabla, apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs İsmail Bayramova göstәrilmiş 3 iş saatı hәcmindә hüquqi yardımla bağlı isә vәkil1 vәkil işlәdiyi “Şimal” Vәkil Bürosunun hesabına 33 manat mәblәğindә pul köçürülmәsi Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasına hәvalә edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: İsmail Bairamovun Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib barәsindә 20 (iyirmi) gün müddәtinә inzibati hәbs seçilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilsin. İsmail Bairamova Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinәrәk tәyin edilmiş 20 (iyirmi) gün müddәtinә inzibati hәbs tәnbeh tәdbirinin müddәti 10 (on) gün müddәtinә endirilsin. Qәrar qalan hissәdә dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. İsmail Bairamovun apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә iclasında hüquqlarının müdafiә olunmasına görә dövlәt büdcәsindәn vәkil vәkil1 33 (otuz üç) manat mәblәğindә pul vәsaiti “Şimal” Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar