Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-253/2026 25.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Quliyev Elsevәr Boris oğunun katibliyi, Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Sumqayıt şәhәr Polis İdarәsinin 3-cü Polis bölmәsinin sahә rәisi Nümayәndә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Sevindikzadә İlkin Qubat oğlunun vә müdafiәçisi – “Şimal” Vәkil Bürosunun vәkili Vәkil Pәrvlivan oğlunun iştirakı ilә, Sevindikzadә İlkin Qubat oğlunun Azәrbaycan Respublikası İXM-nin 535.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib barәsindә 08 (sәkkiz) gün müddәtinә inzibati hәbs seçilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Sumqayıt rayon Polis İdarәsi 3-cü Polis Bölmәsi tәrәfindәn Sevindikzadә İlkin Qubat oğlu barәsindә Azәrbaycan Respublikası İXM-nin 535.1-ci maddәsinә әsasәn tәrtib edilmiş inzibati xәta haqqında protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı (hakim E.Əliyev) ilә Sevindikzadә İlkin Qubat oğlu Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk barәsindә 08 (sәkkiz) gün müddәtinә inzibati hәbs tәtbiq edilmәsi, inzibati hәbsdә saxlama müddәtinin әvvәlinin ## ##### 2026-cı il tarixdәn saat 23:00-dan hesablanması qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxsin müdafiәçisi Vәkil qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә tәrәfindәn hadisәnin faktiki halları bir tәrәfli araşdırılmış, İ.Q.Sevindikzadәnin xeyrinә olan sübutlar nәzәrә alınmamışdır. İş materiallarında göstәrilәn hallar obyektiv sübutlarla tәsdiq olunmur. Sübutların qiymәtlәndirilmәsindә qanun pozuntusuna yo lverilmişdir. İş üzrә әsas götürülәn sübutlar (polis әmәkdaşının vә ya protokol) tәkbaşına İ.Q.Sevindikzadәnin tәqsirini sübut etmәk üçün kifayәt etmir. Hәmçinin, onun şәxsiyyәti, әvvәl inzibati mәsuliyyәtә cәlb olunmaması, ailә vәziyyәti vә digәr yüngüllәşdirici hallar mәhkәmә tәrәfindәn nәzәrә alınmamışdır. Elәcә dә mәhkәmә qәrarında onun konkret hansı hәrәkәtlәrlә hüquq pozuntusu törәtdiyi aydın vә sübutlara әsaslanaraq göstәrilmәmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 535.1-ci maddәsinә әsasәn polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, onların qanuni tәlәblәrinә qәsdәn tabe olmamaq inzibati mәsuliyyәt yaradır. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Göründüyü kimi xırda inzibati xәta üzrә mәsuliyyәtin yaranması üçün isә şәxs tәrәfindәn polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, polis әmәkdaşının qanuni tәlәblәrinin yerinә yetirilmәmәsi şәxsin әmәlinin hüquqa zidd xarakterini dәrk etmәsi, onun nәticәlәrini qabaqcadan görmәsi vә hәmin nәticәlәri arzu etmәsi, yәni şәxsin etdiyi hәrәkәtlәri qәsdәn törәtmәsi zәruri şәrtlәr kimi müәyyәn edilmişdir. Bununla әlaqәdar apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, şikayәtin dәlillәri ilә inzibati xәta haqqında protokol üzrә dәlinәn nәticә üzrә dәyәrlәndirilmә apararkәn protokolda istinad edilәn hallar şahid qismindә dindirilmiş şәxslәrin ifadәlәri ilә hadisәni әks etdirәn video görüntülәrin müqayisәli tәhlili inzibati xәta haqqında protokolun işin faktiki hallarına uyğun olduğu qәnaәtini formalaşdırır. Bu isә Sevindikzadә İlkin Qubat oğlunun Azәrbaycan Respublikası İХM-nin 535.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati хәtanı törәtmәsi barәdә nәticәyә gәlinәrkәn Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl uyğun sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәtlәndirilmә aparılmaqla işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edildiyi nәticәsini formalaşdırır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati хәta haqqında qәrar qәbul etmiş orqan tәnbeh edilәn şәхsin inzibati qaydada tәnbeh edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Sevindikzadә İlkin Qubat oğlunun tәnbeh olunan әmәli törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 535.1-ci maddәsi ilә düzgün qiymәtlәndirmişdir. İşin faktiki halları vә әmәlin hüquqi tövsifi inzibati хәta haqqında protokol tәrtib etmiş orqanın gәldiyi nәticә qanuni vә әsaslıdır. Sevindikzadә İlkin Qubat oğluna inzibati tәnbeh tәtbiq edilmәsi barәdә qәrarın lәğv edilmәsi üçün Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 135ci maddәsindә nәzәrdә tutulan qanuni әsaslar yoxdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. İnzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin әmәldә inzibati xәta olmasına dair gәlinәn nәticә qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin: 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. 34.3-cü maddәsinә әsasәn şәxsin eyni vaxtda öz hәrәkәtlәri (hәrәkәtsizliyi) ilә törәtdiyi bir neçә inzibati xәtaya dair işlәrә baxılması eyni orqanın sәlahiyyәtinә aiddirsә, hәmin şәxs daha ciddi xәtaya görә müәyyәn edilmiş sanksiya çәrçivәsindә tәnbeh edilir. Bu halda törәdilmiş xәtalardan hәr hansı birinә görә nәzәrdә tutulmuş әlavә tәnbehlәrdәn biri әsas tәnbehә әlavә edilә bilәr. Barәsindә inzibati xәta üzrә icraat aparılan şәxs İ.Sevindikzadә tәyin edilmiş 8 (sәkkiz) gün müddәtinә inzibati hәbs tәnbeh tәdbiri ilә bağlı apellyasiya instansiya mәhkәmәsi qeyd etmәyi zәruri hesab edir ki, törәdilmiş әmәlin ictimai tәhlükәliliyi vә şәxsiyyәti nәzәrә alınarsa tәyin edilmiş cәza qanuni, әsaslı vә әdalәtli hesab edilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta üzrә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133, 134.1, 134.1.4, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrar dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-253/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-253/2026
25.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver