Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-254/2026 25.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Quliyev Elsevәr Boris oğunun katibliyi, Protokol tәrtib edәn şәxs – Siyәzәn rayon Polis Şöbәsinin sahә rәisi Vәzifәli şәxs, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi – Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun vәkili vәkil2 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib barәsindә 15 (on beş) gün müddәtinә inzibati hәbs seçilmәsinә dair Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin müdafiәçisi vәkil1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikasının Daxili İşlәr Nazirliyi Siyәzәn rayon Polis Şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXMnin 206-cı maddәsi ilә tәrtib edilmiş MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xәta haqqında protokol baxılmasından ötrü Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmişdir. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı (hakim G.Quluzadә) ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsi vә ona inzibati tәnbeh olaraq 15 (on beş) gün müddәtindә inzibati hәbs tәyin olunması, hәbs etmәnin әvvәlinin ## ##### 2026-cı il tarixdәn saat 11:50-dәn hesablanması qәrara alınmışdır. Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin şәxsin müdafiәçisi vәkil1 qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, protokol vә bu protokol әsasında onun barәsindә intizam tәnbehi tәtbiq edilmәsi barәdә qәbul edilmiş mәhkәmә qәrar qanunsuz vә әsasızdır. İnzibati xәta haqqında icraat materiallarına әlavә edilmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Siyәzәn RPŞ-nin tәhqiqatçısı,R X1 tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli cinayәt işinin başlanmasının rәdd edilmәsi barәsindә qәrardan görünür ki, “toplanmış material üzrә cinayәt işinin başlanması rәdd edilmiş vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә İXM- nin 206-cı maddәsinә әsasәn inzibati qaydada tәdbir görülmәsi qәrara alınmışdır. Hәmin qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә polis şöbәsindә araşdırma aparılması üçün Siyәzәn rayon sakinlәri X7, X2 vә X5 Siyәzәn RPŞ-nә etdiklәri Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs narkotik vasitә istifadәçisi olması ilә bağlı ## ###### 2026-cı il tarixli müraciәtlәri olmuşdur. Bundan әvvәl Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ###### 2026-cı il tarixdә Azәrbaycan Respublikası DİN-nin 102 xidmәtinә zәng edәrәk Siyәzәn şәhәr әrazisindә “Shaqman” markalı avtomobillәrin qadağan olunmuş әrazilәrdә hәrәkәt etmәsi, qanunsuz olaraq taksi fәaliyyәti ilә mәşğul olan sürücülәrin narkotik maddәlәrin alqı-satqısı ilә mәşğul olması barәdә mәlumat vermişdir. Siyәzәn RPŞ-nә daxil olmuş müraciәtlәrlә әlaqәdar aparılmış araşdırma zamanı izahatı alınmış Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahatında göstәrmişdir ki, hal-hazırda nömrәlәrini xatırlamadığı “Shaqman”markalı yük avtomobillәri günün istәnilәn saatlarında Siyәzәn şәhәrinin mәrkәzi hissәsindә hәrәkәt etmәklә, işıqforun qırmızı işıqlarında hәrәkәti dayandırmadan hәrәkәt etmәlәrini müşahidә etmiş, bundan başqa Bәhman adlı şәxs Siyәzәn rayon әrazisindә qanunsuz taksi fәaliyyәti ilә mәşğul olur. Hәmin şәxsin narkotik vasitәlәrin istifadәsi ilә mәşğul olması sәbәbindәn hәbs olunması ilә bağlı mәlumatı olmuşdur. Hәmin şәxsin narkotik vasitәlәrin tәsiri altında taksi fәaliyyәti ilә mәşğul olmasını qanunsuz olduğunu bilir. Onların bu cür hәrәkәt etmәlәrinin qanunsuz olmasını bildiyi üçün bu barәdә 102 xidmәtinә mәlumat vermişdir. X5 (qanunsuz taksi fәaliyyәti ilә mәşğul olur), X8 vә X3(qanunsuz taksi fәaliyyәti ilә mәşğul olur) özlәrinin qanunsuz әmәllәri ilә bağlı müvafiq orqanlara müraciәt etdiyi üçün onlar da onun barәsindә qәrәzli olaraq polisә yalan mәlumat vermişlәr. O heç vaxt narkotik vasitәnin hәr hansı növündәn istifadә etmәmişdir. ” Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs onun narkotik vasitәdәn istifadә etmәsi barәdә Siyәzәn RPŞ-ә mәlumat vermiş hәr üç şәxsin yәni, Siyәzәn rayon sakinlәri X5, X8 vә X3 qanunsuz әmәllәri barәsindә bundan әvvәl müvafiq orqanlara onun tәrәfindәn mәlumat verdiyi üçün onlarda qәrәzli olaraq onun barәsindә narkotik vasitәdәn istifadә etmәsi barәdә yalan mәlumatı Siyәzәn RPŞ-ә vermişlәr. Yoxlama zamanı әldә edilmәklә materiallara әlavә edilmiş, Elşәn Mәhәrrrәmov tәrәfindәn narkotik vasitә istehlak edilmәsi qәnaәtinә gәlmәk üçün sübut kimi әsas olmuş, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin Respublika Narkoloji X4 X6 X10 ## ###### 2026-cı il tarixli **** №-li Rәyinә, münasibәtdә bir daha bildirir ki, hәmin rәyi qanunsuzdur. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin rәylә әlaqәdar müayinәdәn keçәn zaman yәni ## ###### 2026-cı il tarixdә artıq, 8 (sәkkiz) gün, yәni ##.##.2026-cı ildәn Siyәzәn Rayon Mәhkәmәsinin İş № *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qәrarına әsasәn ona 15 (on beş) gün müddәtindә inzibati hәbs cәzası tәyin edildiyi üçün Siyәzәn RPŞ-nin MSY-dә inzibati hәbs cәzasını çәkirdi. Bu müddәt әrzindә onun sidiyindә narkotik vasitәlәrdәn istifadә izlәrinin qalmaqla aşkarlanmasının zaman baxımından inandırıcıl olmaması, eyni zamanda ondan analiz üçün nümunәlәrin götürülmәsi, tәdqiq üçün ekspertә tәqdim edilmiş analizlәrin konkret olaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәxsus olub-olmaması, ümumiyyәtlә nümunәnin götürülmәsi, saxlanması vә tәdqiqi zamanı müvafiq qanunvericiliyin tәlәblәrinә tam riayәt olunub-olunmaması aydın olmamaqla, şübhәli mәqamların kifayәt qәdәr olmasını vә nәhayәt hesab edir ki, bu hallar mәhkәmә prosesi zamanı da kifayәt qәdәr araşdırılmamışdır. Eyni zamanda ekspert rәyinә diqqәt yetirilsә görünәr ki, rәyin özü dә natamam olmaqla, tam aydın deyildir. Ona görә ki, hәmin rәyin son sәhifәsinin axırıncı abzasında qeyd olunur ki, “yuxarıda göstәrilәnlәrә әsaslanaraq ekspert komissiyası aşağıdakı nәticәyә gәlir: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs KANNABİNOİDLƏRDƏN istifadә halları olub. Lakin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müayinә zamanı nakomaniya xәstәliyinin әlamәtlәri aşkar olunmur. NARKOMANİYA xәstәliyindәn ƏZAB ÇƏKMİR”. Göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә verilmiş ekspert rәy nәticәlәrinә görә kifayәt qәdәr natamam olmaqla, mübahisәli vә qaranlıqdır. Bundan әlavә hәmin rәyin әldә edilmәsi vә tәtbiqi zamanı tәhqiqat orqanı tәrәfindәn ciddi prosessual pozuntulara yol verilmişdir. Belә ki, bütün tәhqiqat vә mәhkәmә araşdırılması zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bir mәnalı olaraq onun tәrәfindәn narkotik tәrkibli heç bir maddәlәrdәn istifadә olunması inkar edilmәsi bildirilsә dә o, yuxarıda qeyd olunan Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin Respublika Narkoloji X4 X6 X10 ## ###### 2026-cı il tarixli **** №-li ekspert Rәyi ilә müvafiq qaydada tanış edilmәmiş, hәtta Elşәnin mәhkәmә dә bildirdiyi kimi ekspertizadan keçәndәn sonra polisdә hansısa polis әmәkdaşı ona bildirmişdir ki, ekspert rәyindә sәnin narkotik vasitәlәrdәn istifadә etmәyi göstәrilib. Bu vә digәr hallar onu göstәrir ki, tәhqiqat zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs özünü müdafiә etmәsi üçün şәrait yaradılmayıb, bu hüquqdan hәbsdә olmaqla vә ekspert rәyi ilә tanış edilmәmәsi nәticәsindә mәhrum edilmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә zamanı bildirmәsi ki, ondan sidik analizi götürülüb, lakin bu hәlә o demәk deyil ki, o narkotik vasitәlәrdәn istifadә edib vә yaxud edir, bununla da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs yoxlamanın bәzi formal hallarını tәsdiq etsә dә vә hәr zaman bildirib ki, onun barәsindә daxil olmuş mәlamatlar, onunla qәrәzi olan şәxslәr tәrәfindәn verilmәklә, hәqiqәtә uyğun deyildir vә o heç vaxt narkotik vasitәlәrdәn istifadә etmәmişdir. Bu zaman haqlı olaraq bir sual meydana çıxır ki, belә olan halda niyә Elşәn tәrәfindәn nә ekspert rәyi, nә dә ki Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Siyәzәn RPŞ-nin tәhqiqatçısı, R X1 tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli cinayәt işinin başlanmasının rәdd edilmәsi barәsindә qәrar mübahisәlәndirilmәmişdir. Bunun da sәbәbi onun ekspert rәyi ilә tanış edilmәmәsi, qәrarın ona verilmәmәsi vә hәmin qәrardan tәxminәn iki ay dәqiq desәk 48 (qırx sәkkiz) gün keçәndәn sonra onun inzibati mәsuliyyәtә cәlb edilmәsi faktı buna bir sübutdur. Hesab edir ki, inzibati xәta haqqında toplanmış materiallara Siyәzәn Rayon Mәhkәmәsindә baxılan zaman da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirliliyi sübut olunmamışdır, әn azından inzibati xәtanın törәdilmәsi zamanının qeyri-müәyyәn olması baxımından onun tәqsirli olmaqla cәzanlandırılması sübut olunmur, inzibati xәtanın törәdilmәsi vaxtına, zamanına münasibәtdә müddәtin tәtbiq edilibedilmәmәsi mәsәlәsi açıq qalmışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә qeyd olunan inzibati xәta әmәli mövcud hesab edilsә belә, ona qarşı törәdilmәsi ona istinad edilәn inzibati xәtanın sanksiyasında nәzәrdә tutulmuş digәr daha yüngül cәza hesab edilәn cәrimә cәzasının deyil, 15 gün müggәtinә hәbs cәzasının tәtbiq edilmәsi dә hәddәn artıq ağır olmaqla әdalәtsizdir. Ən azından onun ailәli olmaqla, işlәmәsi dövlәtimizin cәza siyasәtinin humanizm prinsiplәrinә ziddir. Mәhkәmә qәrarını qәbul edәrkәn inzibati mәsuliyyәt müәyyәn edәn qanunun normasını düzgün tәtbiq etmәmiş, gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki hallar araşdırılmamış, eyni zamanda hakimin,gәldiyi nәticәlәr işin faktiki hallar uyğun olmamış, İXM-i ilә müәyyәn edilmiş tәlәblәrin işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırmasına maneә törәdәcәk dәrәcәdә pozulmuşdur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә cәza tәyini hissәdә dәyişdirilmәli, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Apellyasiya instansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qeyd edilәn ictimai tәhlükәli әmәlini törәtmәsi ilә bağlı yekun nәticәyә gәlәrkәn tәdqiq edilmәklә qiymәtlәndirilәn sübutlara düzgün istinad edilmәklә, onlara hüquqi qiymәt verilmәsi barәdә gәldiyi nәticә ilә razılaşdığından, hәmin sübutların mәzmununu hazırki qәrarda tәkrarlamağa zәrurәt görmür. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsinә görә qanunsuz olaraq narkotik vasitәlәrin, psixotrop maddәlәrin istehlakına, satış mәqsәdi olmadan şәxsi istehlak miqdarında hazırlanmasına, әldә edilmәsinә, saxlanılmasına, daşınmasına vә ya göndәrilmәsinә görә inzibati mәsuliyyәt müәyyәn edilmişdir. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Göründüyü kimi, şәxsin qeyd edilәn әmәl üzrә tәqsirinin müәyyәn edilmәsi üçün hәmin şәxs narkotik vasitәlәri, psixotrop maddәlәri istehlak etmәsi, yәni onlardan istifadә etmәsi, yaxud da satış mәqsәdi olmadan şәxsi istehlak miqdarında hazırlanması, әldә edilmәsinә, saxlanılmasına, daşınmasına vә ya göndәrilmәsi müәyyәn edilmәlidir. Qeyd edilәn maddәdә dә göstәrilәn әmәl alternativ tәrkiblidir. İnzibati Xәtalar Mәcәllәsinin müvafiq maddәsinin dispozisiyasında alternativ olaraq nәzәrdә tutulmuş hәrәkәt vә ya hәrәkәtsizlikdәn birinin törәdilmәsi kifayәt etsin. Başqa sözlә, alternativ әlamәtli inzibati xәta tәrkibinin xüsusiyyәti ondan ibarәtdir ki, belә әmәlin başa çatmış hesab edilmәsi üçün müvafiq maddәdә nәzәrdә tutulmuş alternativ hәrәkәtlәrdәn birinin vә ya bir neçәsinin törәdilmәsi kifayәtdir. Bu hәrәkәtlәrdәn hәtta birinin başa çatması artıq әmәlin törәdilmәsi kimi qiymәtlәndirilir Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn narkotik vasitәdәn istifadә etmәsi tibbi müayinә aktı ilә dә müәyyәn edilir. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin әmәldә inzibati xәta olmasına dair gәlinәn nәticә qanuni vә әsaslıdır. İnzibati xәta üzrә tәnbeh tәdbirinә gәldikdә isә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni qanuni vә әsaslı hesab etmir. İnzibati Xәtalar Mәcәllәsinin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. İnzibati Xәtalar Mәcәllәsinin 32.2-ci maddәsinә әsasәn inzibati tәnbeh tәtbiq edilәrkәn bu Mәcәllәnin 32.1.1 - 32.1.7-ci maddәlәrindә göstәrilmәmiş başqa hallar da hakim tәrәfindәn mәsuliyyәti yüngüllәşdirәn hal qismindә nәzәrә alına bilәr. Barәsindә inzibati xәta üzrә icraat aparılan şәxs mәsuliyyәti ağırlaşdıran hal müәyyәn edilmәmişdir. Əmәldә cәzanı ağırlaşdıran halın olmaması ictimai tәhlükәli әmәli törәdәn şәxs barәsindә sәrt cәza tәdbirinin tәtbiq edilmәsini istisna edir. Tәnbeh tәdbiri tәtbiq edәrkәn tәyin edilәn inzibati tәnbeh tәdbirinin yalnız sitәm xarakteri daşımamaqla, әvәz çıxmaq, qisas almaq niyyәti ilә tәtbiq edilmәmәmәlidir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs ailәli olmaqla, iki övladı var. Birinci instansiya mәhkәmәsi cәza tәyin edәrkәn gәlinәn nәticәnin qanunçuluq vә әdalәtlilik prinsipinә riayәt edilmәklә qәbul edilmәli olmasına riayәt etmәyәrәk, sәrt tәnbeh tәdbiri tәtbiq etmişdir. Azәrbaycan Respublikası İXM-nin 135.1.5-ci maddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәsinin 31-34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri әsaslı hesab edilmәmәli, gәlinәn nәticә tәnbeh tәdbirinin tәtbiq edilmәsi hissәsindә dәyişdirilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 535.1-ci maddәsi ilә tәqsirli bilinәrәk tәyin edilmiş inzibati hәbs növündә inzibati tәnbehin inzibati cәrimә ilә әvәz edilmәli, tәyin edilmiş inzibati cәrimә tәnbeh tәdbirinin hәddi әmәlin xarakteri, nәzәrә alınmaqla 400 (dörd yüz) manat mәblәğindә müәyyәn edilmәlidir. Apellyasiya instansiya mәhkәmәsi onu da qeyd edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs##.##.2026-cı il tarixdәn ##.##.2026-cı il tarixәdәk inzibati hәbsdә saxlama müddәti nәzәrә alınmaqla, tәyin edilmiş cәzanın mәblәği azaldılmaqla 50 (әlli) manat mәblәğindә inzibati cәrimә tәnbeh tәdbiri saxlanılmalıdır. Bundan әlavә kollegiya qeyd edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin hüquqlarının müdafiәsinin apellyasiya icraatı zamanı tәmin edilmәsindәn ötrü dövlәt büdcәsinin vәsaiti hesabına müdafiәçi tәyin edilmişdir. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 66-cı maddәsinә әsasәn belә halda müdafiәçinin hüquqi yardımının ödәnilmәsi dövlәt büdcәsinin vәsaiti hesabına tәmin edilmәlidir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrәli qәrarına әsasәn tәqsirlәndirilәn şәxsin hüquqlarını müdafiә etmәyә görә müdafiәçiyә hәr iş saatı üçün 11 manat miqdarında haqq ödәnilmәlidir. Odur ki, hәmin hesabla, apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş 3 iş saatı hәcmindә hüquqi yardımla bağlı isә vәkil2 vәkil işlәdiyi Sumqayıt şәhәr * saylı Vәkil Bürosunun hesabına 33 manat mәblәğindә pul köçürülmәsi Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasına hәvalә edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 206-cı maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib barәsindә 15 (on beş) gün müddәtinә inzibati hәbs seçilmәsinә dair Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (FİN: *******) barәsindә Azәrbaycan Respublikası İXM-nin 206-cı maddәsi ilә tәyin edilmiş 15 (on beş) gün inzibati hәbs tәnbeh tәdbiri 400 (dörd yüz) manat cәrimә inzibati tәnbeh tәdbiri ilә әvәz edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdәn ##.##.2026cı il tarixә kimi inzibati hәbsdә olması nәzәrә alınaraq, tәyin edilmiş 400 (dörd yüz) manat cәrimә inzibati tәnbeh tәdbiri yüngüllәşdirilsin, üzәrindә 50 (әlli) manat cәrimә inzibati tәnbeh tәdbiri saxlanılsın. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclas zalından hәbsdәn dәrhal azad edilsin. Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә iclasında hüquqlarının müdafiә olunmasına görә dövlәt büdcәsindәn vәkil vәkil2 33 (otuz üç) manat mәblәğindә pul vәsaiti Sumqayıt şәhәr * saylı Vәkil Bürosu vasitәsilә ödәnilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-254/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-254/2026
25.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver