Məhkəmə qərarları › İş №3(3-8)-255/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-255/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-255/2026 15.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apelyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında Dövlәt Əmәk Müfәttişliyi Xidmәtinin nümayәndәsi Əliyev Elçin İsmayıl oğlunun, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Abşeron-Xızı regional şöbәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu barәsindә Azәrbaycan Respublikası İXM-nin 198.2-ci maddәsi ilә ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarına әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim İsmayılov Samir Bәyistan oğlu). Qәrardan narazı qalan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәlikli apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayәti onunla әsaslandırılmışdır ki, vәzifә tәlimatında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan vәzifәli şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun mәsuliyyәti müәyyәn edilmәsinә baxmayaraq, mәhkәmә tәrәfindәn әsassız olaraq iş üzrә icraata xitam verilmişdir. Belә ki, hadisәnin baş vermә sәbәblәri tikişçinin tәhlükәsizlik qaydalarına әmәl etmәmәsi, hәmçinin sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun vәzifәli şәxs kimi nәzarәtsizliyi olmuşdur. Belә ki, “xxxx” MMC-dә “Sex rәisinin vәzifә tәlimatı”na әsasәn sex rәisi işlәrin düzgün vә tәhlükәsiz aparılmasını, avadanlıq vә mexanizmlәrin, alәtlәrin, nәzarәt-ölçü cihazlarının tәhlükәsiz istismarını, iş yerlәrinin, mühafizә vasitәlәrinin daim işçi halında olmasını tәmin etmәli vә iş şәraitinә daim nәzarәt etmәlidir. Bundan әlavә sex rәisi kimi avadanlığın vә mexanizmlәrin düzgün istismarını, alәtlәrdәn vә qurğulardan düzgün istifadә olunmasını yoxlamalıdır.İndiki halda sex rәisi tәhlükәsiz әmәk şәraitinә nәzarәt etmәmiş, buna görә dә tikişçi tikiş maşınının qoruyucu örtüyünü bağlamamış vә nәticәsә bәdbәxt hadisә baş vermişdir. Bundan başqa mәhkәmә prosesi zamanı barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan vәzifәli şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu izahatında vәzifә tәlimatına әsasәn işlәrin düzgün vә tәhlükәsiz aparılmasını, avadanlıq vә mexanizmlәrin, alәtlәrin, nәzarәt-ölçü cihazlarının tәhlükәsiz istismarını, iş yerinin mühafizә vasitәlәrinin daim işçi halında olmasını tәmin etmәli vә iş şәraitinә daim nәzarәt etmәli olduğunu bildirmiş dolayısı ilә inzibati xәta hadisәsinin mövcudluğunu tәsdiq etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu apellyasiya mәhkәmәsinin mәhkәmә iclasında çıxış edәrәk bildirdi ki, baş vermiş hadisәdә tәqsiri mövcud deyil. Videogörüntülәr dә mövcuddur. Apellyasiya şikayәtinә etiraz edir. Ona verilәn suallara cavab olaraq bildirmişdir ki, sex rәisi kimi vәzifә öhdәliklәrini bilir, zәrәrçәkәn şәxsә tәhlükәsizlik qaydaları izah edilib. Gündәlik tәlimat jurnalı müәssisәdә yoxdur. İşçi işә qәbul edilәrkәn tәhlükәsizlik qaydaları ilә tanış olaraq imzalayıb. İşçinin sәhlәnkarlığı ucbatından gözünә iynә batıb. İşçiyә o faktiki olaraq nәzarәt edә bilmәzdi. Çünki müәssisә iki mәrtәbәli olmaqla 120 işçi fәaliyyәt göstәrir vә hәr kәsә ayrı-ayrılıqda nәzarәt edilә bilmәz. Hadisә zamanı o, fasilәdә olmuşdur. İşçilәrә müntәzәm nәzarәt edilir. İşçi iş görәn zaman tikiş alәtinin qapağını bağlamalı idi. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında Dövlәt Əmәk Müfәttişliyi Xidmәtinin nümayәndәsi Əliyev Elçin İsmayıl oğlu apellyasiya mәhkәmәsinin mәhkәmә iclasında çıxış edәrәk bildirdi ki, istehsalatda bәdbәxt hadisә baş vermişdir. Belә ki, tikiş aparatında iynә qırılaraq işçinin göz nahiyәsini zәdәlәmişdir. Bununla bağlı araşdırma aparılmış vә müәyyәn olunmuşdur ki, işçi әmәyin tәhlükәsizliyi qaydalarını pozaraq şüşәni bağlamadan işә başlamışdır. Hәmçinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun da tәqsiri müәyyәn olunmuşdur. Belә ki, o, vәzifә tәlimatına әsasәn sex rәisinin iş şәraitinә tam nәzarәt etmәli, avadanlıqlardan düzgün istifadәni tәşkil etmәli vә tәlimatlandırma aparmalıdır. Tәhqiqat zamanı hәmin şәxsin nәzarәtsizliyi müәyyәn olunmuşdur. Şәxs özü mәhkәmә iclasında hәmin vaxt iş yerindә olmadığını bildirmişdir. Halbuki vәzifә tәlimatına görә o, daim iş yerindә nәzarәti hәyata keçirmәklә tәhlükәli hadisәlәrin baş vermәsinin qarşısını almalıdır. Komissiyanın rәyinә әsasәn hәmin şәxsin mәsuliyyәti müәyyәn olunduğu üçün İXM-nin 198.2-ci maddәsi ilә protokol tәrtib edilәrәk baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtә cәlb olunmalıdır. Belә ki, vәzifә tәlimatlarından irәli gәlәrәk avadanlıqların istismar qaydalarına uyğun istifadәsini tәmin etmәk hәmin şәxsin vәzifәsidir. Qeyd olunanlara әsasәn apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İş materiallarında olan ## #### 2025-ci il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu tәrәfindәn “Sex rәisi”nin vәzifә tәlimatının 2-ci maddәsinin (vәzifә öhdәliklәri) 2.1-ci bәndinin (sex rәisi işlәrin düzgün vә tәhlükәsiz aparılmasını, avadanlıq vә mexanizmlәrin, alәtlәrin, nәzarәt-ölçü cihazlarının tәhlükәsiz istismarını, iş yerlәrinin, mühafizә vasitәlәrinin daim işçi halında olmasını tәmin edir.) vә 2.3-cü bәndinin (iş şәraitinә daimә nәzarәt edir, iş yerlәrini, avadanlığın vә mexanizmlәrin düzgün istismarını, alәtlәrdәn vә qurğulardan düzgün istifadә olunmasını yoxlayır) tәlәblәri pozulmuşdur. Bunun nәticәsindә ##.##.2025-ci il tarixdә MMC-nin işçisi İsrafilova Ceyhunә Mәhyәddin qızı sağlamlığa yüngül zәrәrvurmaya aid xәsarәt almışdır. Nәticәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu Azәrbaycan Respublikası İXM-in 198.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. “xxxx” MMC-dә ##.##.2025-ci ildә olan bәdbәxt hadisә üzrә X8 tәrtib edilmiş tәhqiqat aktından görünür ki, “Overluk” tikiş maşını hal hazırda istismardadır, mütamadi olaraq texniki baxışdan keçirilir, hәmin maşında 3 qoruyucu örtük vardır. Bәdbәxt hadisәdә “Tikişçinin vәzifә tәlimatı”nın 1-ci maddәsinin (Ümumi müddәalar) 1.5-ci bәndinin (Tikişçi borcludur) 3-cü abzasının (avadanlığın qoruyucu örtüklәrini işlәk, saz vәziyyәtdә saxlamağa vә onlardan tәhlükәsizlik qaydalarına uyğun olaraq bağlı halda istifadә etmәyә) vә 2-ci maddәsinin (Vәzifә öhdәliklәri) 1-ci abzasının (texnoloji avadanlıq, qurğular vә alәtlәrdәn düzgün vә әmәyin mühafizәsi qaydalarına uyğun istifadә edir, texnoloji proses vә әmәliyyatları hәyata keçirir.) tәlәblәrinә әmәl olunmaması sәbәbindәn tikişçi İsrafilova Ceyhunә Mәhyәddin qızının cavabdehliyi vә “Sex rәisinin vәzifә tәlimatı”nın 2-ci maddәsinin (Vәzifә öhdәliklәri) 2.1-ci bәndinin (Sex rәisi işlәrin düzgün vә tәhlükәsiz aparılmasını, avadanlıq vә mexanizmlәrin, alәtlәrin, nәzarәt-ölçü cihazlarının tәhlükәsiz istismarını, iş yerlәrinin, mühafizә vasitәlәrinin daim işçi halında olmasını tәmin edir.) vә 2 3-cü bәndinin (İş şәraitinә daimә nәzarәt edir. İş yerlәrini, avadanlığın vә mexanizmlәrin düzgün istismarını, alәtlәrdәn vә qurğulardan düzgün istifadә olunmasını yoxlayır) tәlәblәrinә әmәl olunmaması sәbәbindәn “xxxx” MMC-nin sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun nәzarәt nәzarәtsizliyi müәyyәn edilmişdir. ## ###### 2026-cı il tarixli hadisә yerinә baxış keçirilmәsi haqqında protokoldan görünür ki, hadisә yeri Sumqayıt şәhәri Sülh küçәsindә yerlәşәn “xxxx" MMC-yә mәxsus tikiş fabrikidir. Fabrikin ikinci mәrtәbәsindә yerlәşәn tikiş sexindә çoxsaylı tikiş aparatları vardır. Hәmin tikiş aparlatlarında tikişçilәr sәrhәd qoşunlarının uniformalarını-paltar tikirlәr. Baxış iştirakçıları X1 vә X2 Zәrәrçәkmiş şәxs xәsarәt aldığı tikiş aparatını göstәrdilәr. Hәmin yer sexin mәrkәz hissәsindә yerlәşir. Tikiş aparatında tikişçi hazırda işlәmir, әtraflarında olan digәr aparatlarda tikişçilәr işlәyir. Hәmin tikiş maşını “Jack” istehsallı, “overlok" tikiş maşınıdır. Tikiş maşının tikiş iynәsi üzәrindә şәffaf plastik şüşә vardır. Üzәrindә isitfadә qaydasına dair xüsusi nişan vardır. Baxış iştirakçıları bildirdilәr ki, Zәrәrçәkmiş şәxs izah edilmişdir ki, aparat işlәyәrkәn hәmin qoruyucu şüşәni bağlamalıdır. Lakin, o ehtiyyatsızlıqdan şüşәni aşağı endirmәmiş, nәticәdә tikiş iynәsi qırılaraq onun gözünә batmışdır. Əgәr qoruyucu şüşә bağlı olsa idi, iynә Zәrәrçәkmiş şәxs dәymәyәcәkmiş. Hadisә nәzarәt kameralarına da düşmüşdür. Baxış iştirakçılaır bildirdilәr ki, tikiş iynәsi müxtәlif sәbәblәrdәn qırıla bilәrdi. Fabrikdә olan bütün overlok aparatlarının qoruyucu şüşәsi vardır. Baxış iştirakçısı Adil Cabbarov әlavә olaraq bildirdi ki, hadisәdәn sonra bütün tikişçilәrә qoruyucu eynәk verilmişdir. Lakin, bu tәhlükәsizlik tәlimatında nәzәrdә tutulmayıb, dünyanın heç bir yerindә qoruyucu eynәklә tikişçilәr işlәmir. Sadәcә olaraq әlavә tәhlükәsizlik tәdbiri kimi işçilәrә qoruyucu eynәk verilmişdir. 5 saplı JACK E4 -503/333 markalı “Overlok” tikiş maşının texniki pasportundan görünür ki, istehsalçı tәhlükәsiz tikiş maşınları istehsal etmәk üçün hәr cür sәy göstәrsә de, istifadәçi avadanlığı işlәdәn zaman texniki tәhlükәsizlik qaydalarına әmәl etmәlidir. qәzaların qarşısını almaq üçün avadanlığın üzәrindә olan hәr hansı qoruyucu örtüklәr çıxarılmamalı, işlәdilәn zaman onların bağlı halda olmasına diqqәt yetirilmәlidir, işlәyәrkәn overlokun stolu üzәrindә hәr hansı alәt vә ya başqa әşyalar qoyulmamalıdır. Overlok maşınında üç qoruyucu örtük vardır, avadanlıqda olan qoruyucular tikişçini hәr hansı zәdә almaqdan qoruyur. Bu qoruyucular ön alın şüşәsi, ön dәmir qapaq vә sol plastik qapaqdan ibarәtdir. Tikişçi әylәci basmadan öncә hәr üç qoruyucu örtüyün yerindә vә bağlı olmasına әmin olmalıdır. Qәzaların qarşısını almaq üçün avadanlığın üzәrindә olan hәr hansı qoruyucu örtüklәr çıxarılmamalı, işlәdilәn zaman onların bağlı halda olmasına diqqәt yetirilmәlidir. “xxxx” MMC-yә mәxsus tikiş fabrikinin nәzarәt kameralarının video görüntülәrindәn görünür ki, İsrafilova Ceyhunә Mәhyәddin qızı hadisәdәn öncә overlok aparatının qoruyucu lövhәsini bağlamadan işә başlayır, hadisәdәn dәrhal sonra qoruyucu lövhәni tikiş iynәsinin üzәrinә çәkir. Azәrbaycan Respublikası Sahiyyә Nazirliyi “xxxx” X3 tәrәfindәn verilmiş ##.##.2025ci il tarixli, **** saylı rәydәn görünür ki, vәtәndaş İsrafilova Ceyhunә Mәhyәddin qızının bәdәni üzәrindә aşağıdakı xәsarәt vardır: Sol gözün buynuz qişanı dәlib-keçәn yaralanması. Gözdaxili yad cisim. Görmә itiliyinin pozulması - VİS OS =0,7. Qeyd olunan xәsarәt deşici әşyanın tәsirindәn törәnmişdir, qәrarın tәsviri hissәsindә göstәrilәn şәraitdә tikiş maşınının iynәsinin sınıb gözünә dәymәsi nәticәsindә әmәlә gәlә bilәr, müddәti zәrәrçәkәnin Milli Oftalmologiya Mәrkәzinә daxil olduğu vaxtdan bir qәdәr әvvәl olmaqla ##.##.2025-ci il tarixә uyğun gәlә bilәr vә dәrәcәsinә görә ümumi әmәk qabiliyyәtinin cüzi dayanıqlı itirilmәsinә sәbәb olduğuna görә (5%) sağlamlığa yüngül zәrәrvurmaya aid edilir. Sumqayıt şәhәr prokurorunun kömәkçisi Araz Mahmudov tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli cinayәt işi başlanmasının rәd edilmәsi haqqında qәrardan görünür ki, tolanmış material üzrә cinayәt işinin başlanması rәdd edilmiş, eyni zamanda hadisә üzrә Azәrbaycan Respublikası İXM-in 198.1 vә 198.2-ci maddәlәri ilә inzibati icraat başlanması mәsәlәsinә baxılması üçün qәrarın surәti X4 Xidmәtinin Abşeron-Xızı regional şöbәsinә göndәrilmişdir. Birinci instansiya mәhkәmәsi qәrarını baş vermiş hadisәnin sistemli tәhlükәsizlik tәdbirlәrinin olmaması vә ya qeyri-kafi tәşkili ilә deyil, işçinin fәrdi qaydada müәyyәn edilmiş tәhlükәsizlik qaydalarına әmәl etmәmәsi ilә bağlı olduğunu, zәrәrçәkmiş şәxsin tikiş maşınını işә salarkәn qoruyucu örtüyü bağlamalı olduğu halda bunu etmәdiyini, nәticәdә baş vermiş zәrәrli nәticә onun öz ehtiyatsız davranışından irәli gәldiyi ilә әsaslandırmışdır. Apellyasiya mәhkәmәsi qeyd edir ki, iş materiallarında olan “xxxx” MMC-nin direktorunun әmri ilә tәsdiq edilmiş “sex rәisinin vәzifә tәlimatı”nın 2.1-ci vә 2.3-cü bәndlәrindәn görünür ki, sex rәisi işlәrin düzgün vә tәhlükәsiz aparılmasını, avadanlıq vә mexanizmlәrin, alәtlәrin, nәzarәt-ölçü cihazlarının tәhlükәsiz istismarını, iş yerlәrinin, mühafizә vasitәlәrinin daim işçi halında olmasını tәmin etmәlidir vә İş şәraitinә daima nәzarәt edir. İş yerlәrini, avadanlığın vә mexanizmlәrin düzgün istismarını, alәtlәrdәn vә qurğulardan düzgün istifadә olunmasını yoxlayır. “Sex rәisinin әmәyin mühafizәsi vә tәhlükәsizlik texnikası üzrә tәlimatının” 1.5-ci bәndindә isә göstәrilmişdir ki, sex rәisi avadanlığların qoruyucu elementlәrinin yerindә vә saz vәziyyәtdә olmasına fikir vermәlidir. ## ###### 2025-ci il tarixli әmrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu sex rәisi tәyin edilmişdir. Onun әsas vәzifәsinә: әmәyin mühafizәsi, tәhlükәsizlik qaydalarına vә standartlarına әmәl olunmasının tәmin edilmәsi, işçilәrin әmәyin mühafizәsi vә tәhlükәsizlik texnikası, hәmçinin istehsalat sanitariya qaydalarına ciddi riayәt etmәklәrinә nәzarәt edilmәsi vә s. olmuşdur. Mәhkәmә qeyd edir ki, tikişçinin vәzifә tәlimatında qoruyucu örtüyü bağlamaq öhdәliyinin olması yalnız işçinin fәrdi davranış qaydasını müәyyәn etsә dә, “Sex rәisinin vәzifә tәlimatı”nın 2.1, 2.3-cü bәndlәrinә әsasәn, işlәrin tәhlükәsiz aparılmasını, mühafizә vasitәlәrinin (qoruyucu elementlәrin) daim işçi vә saz halında olmasını tәmin etmәk, iş şәraitinә daima nәzarәt etmәk vә avadanlıqların düzgün istismarını yoxlamaq vәzifәsi birbaşa vә müstәsna olaraq sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs üzәrinә qoyulmuşdur. Tikişçinin maşını qoruyucu örtüksüz işә salması sex rәisinin öz xidmәti vәzifәsini (daimi nәzarәt vә yoxlama funksiyasını) icra etmәdiyini sübut edir. Eyni zamanda ##.##.2025-ci il tarixli әmrdәn vә vәzifә tәlimatından görünür ki, İsrafilova Ceyhunә Mәhyәddin qızı hәmin tarixdәn tikişçi vәzifәsinә tәyin edilmiş vә vәzifә tәlimatı ilә tanış olmuşdur. Mәhkәmә onu qeyd edir ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli әmrdәn vә vәzifә tәlimatından göründüyü kimi, zәrәrçәkmiş İsrafilova Ceyhunә Mәhyәddin qızı bәdbәxt hadisәnin baş verdiyi tarixdәn (##.##.2025-ci il) cәmi 5 (beş) gün әvvәl tikişçi vәzifәsinә tәyin edilmişdir. Zәrәrçәkmiş şәxsin müәssisәdә yeni işçi olması sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs xidmәti mәsuliyyәtini vә nәzarәt öhdәliyini daha da artırır. Belә ki, yeni işә qәbul olunmuş vә istehsalat mühitinә tam adaptasiya olmamış işçinin fәaliyyәti zamanı bәdbәxt hadisә riskinin yüksәk olması sәbәbindәn, sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs öz vәzifә tәlimatının 2.1, 2.3-cü bәndlәrindәn irәli gәlәn daimi nәzarәt funksiyasını mәhz bu kateqoriya işçilәrә qarşı xüsusi hәssaslıqla yerinә yetirmәli, avadanlığın qoruyucu elementlәrinin bağlı vә işlәk vәziyyәtdә olmasını fәrdi qaydada yoxlamalı idi. Hәmçinin hadisәdә işçinin ehtiyatsızlığı (örtüyü bağlamaması) ilә sex rәisinin vәzifә funksiyalarını yerinә yetirmәmәsi (örtüyün bağlanmasına nәzarәt etmәmәsi) birlәşәrәk bәdbәxt hadisәyә şәrait yaratmışdır. Sex rәisinin fәaliyyәtsizliyi ilә baş vermiş hadisә arasında birbaşa sәbәbli әlaqә vardır. Eyni zamanda tikişçinin tikiş maşınını qoruyucu örtüksüz idarә etmәsi anlıq bir hadisә deyil, sex rәisinin iş yerindә faktiki nәzarәti hәyata keçirmәdiyini sübut edir. Əgәr sex rәisi tәlimata uyğun olaraq daimi nәzarәt funksiyasını yerinә yetirsәydi, qoruyucu örtüyü bağlanmamış maşının işә salınmasına dәrhal müdaxilә etmәli vә işi dayandırmalı idi. Bundan başqa iş materiallarında olan “xxxx” MMC-nin direktoru Aqil İsmayılov tәrәfindәn imzalanmış ## ###### 2025-ci il tarixli, ** nömrәli әmrdәn görünür ki, istehsal proseslәrindә yaranan yubanmaları aradan qaldırmaq vә sifarişlәrin müqavilә şәrtlәrinә uyğun vaxtda tәhvil vermәk mәqsәdi ilә “xxxx” MMC-nin istehsal sahәsinin işçilәrinin ## ###### 2025-ci il tarixindә әlavә 1 gün artıq işә cәlb olunmaları,İstehsalatda bәdbәxt hadisәlәrin qarşısını almaq, yanğın tәhlükәsizliyinin tәmin edilmәsinә mәsul-cavabdeh şәxs sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәkdaşların әmәk şәraitinin tәmin edilmәsi, әmәyin mühafizәsi vә tәhlükәsizliyi qaydalarına ciddi riayәt etmәsinә nәzarәt etmәsi әmr edilmişdir. Hәmin әmrlә başda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs olmaqla digәr işçilәr tanış olmuş vә bunu imzaları ilә tәsdiq etmişlәr. Mәhkәmә onu da qeyd edir ki, iş materiallarında olan ## ###### 2025-ci il tarixli, ** nömrәli әmr xüsusi hüquqi әhәmiyyәt kәsb edir. Belә ki, әmrlә işçilәr qeyri-iş günündә (әlavә iş vaxtı) işә cәlb olunmuş vә istehsalatda sifarişlәrin tәcili çatdırılması mәqsәdi qoyulmuşdur. Tәlәskәnlik vә iş gәrginliyi olan belә şәraitdә bәdbәxt hadisә riski artır. Mәhz bu sәbәbdәn, direktoru әmri ilә sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs konkret olaraq hәmin gün üçün әmәyin mühafizәsi vә tәhlükәsizlik qaydalarına riayәt olunmasına ciddi nәzarәt etmәk funksiyası şәxsәn vә xüsusi olaraq hәvalә edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bu әmrlә tanış olaraq imzalamaqla üzәrinә hüquqi mәsuliyyәt götürmüşdür. Göstәrilәnlәr onu demәyә әsas verir ki, texniki tәhlükәsizlik vә ya әmәk mühafizәsinin başqa qaydalarına riayәt edilmәsi vәzifәsi hәvalә edilmiş şәxs sex rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu tәhlükәsiz әmәk şәraitinә nәzarәt etmәmiş, tikişçi tikiş maşınının qoruyucu örtüyünü bağlamamış vә nәticәdә bәdbәxt hadisә baş vermişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 12-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikasının İXM-nin 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. İnzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Qeyd olunan Mәcәllәnin 84.1-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Yuxarıda qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrini әsaslı hesab edәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi düzgün olmayan nәticәyә gәlmişdir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә tәqsirli olması işdә olan sübutlarla tәsdiq edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsinә әsasәn texniki tәhlükәsizlik vә ya әmәk mühafizәsinin başqa qaydalarına riayәt edilmәsi vәzifәsi hәvalә edilmiş şәxs tәrәfindәn bu qaydaların pozulması nәticәsindә ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zәrәrin vurulmasına görә min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәdi. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә belә qәnatә gәlir ki, şikayәt tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәlidir vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu Azәrbaycan Respublikasının İXM-nin 198.2-ci maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinmәli vә barәsindә, 1000(min) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәbul edilmiş qәrardan şikayәt vә ya protestә baxılarkәn bu Mәcәllәnin 135.1.2–135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası İXM-nin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.2 vә 135.1.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlunun barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilsin vә iş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs İmamqulu oğlu Azәrbaycan Respublikasının İXM-nin 198.2-ci maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinsin vә barәsindә, 1000(min) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar