Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-256/2026 01.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxxxxxxxxxx “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə məhkəmə aidiyyətinin həll edilməsi məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikasının IXMnin 275.4-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər işlə birlikdə baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən sözügedən materialın Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair ## ##### 2026-cı il tarixli qərardad qəbul olunmuşdur. Iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin hüquqi ünvanı AZ 0100, ünvan 1 küçəsidir. Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Azərbaycan Respublikası IXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Azərbaycan Respublikasının IXM-nin 275.4-cü maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Iş materiallarından da göründüyü kimi “Jahan-1” gəmisi vasitəsilə “xxxx” MMC-nin ünvanına göndərilən və şirkət tərəfindən ************** nömrəli qısa idxal bəyannaməsi ilə bəyan edilən 72 yer, 49325 kq “Nylon” adlı yükə gömrük yoxlaması həyata keçirilmişdir. Bununla bağlı ## ###### 2026-cı il tarixli “yoxlama, əşyaların götürülməsi haqqında” protokol tərtib edilmiş və həmin protokolda yoxlamanın Bakı şəhəri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postunda keçirildiyi göstərilmişdir. Bundan sonra “Nylon” adlı yükün qanunauyğunluğunun (polietilen paketlərin qalınlığının 15 mikrondan aşağı olması şübhəsi ilə) yoxlanılması üçün Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza Idarəsinə məktub ünvanlanmış, mallardan nümunələr göndərilmiş və ekspert tərəfindən rəy verilmişdir. Yoxlama predmeti olan mallar götürülərək “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postunda gömrük nəzarəti altında saxlanılmışdır. Gömrük Nəzarətində olan mallardan nümunələrin götürülməsi haqqında aktdan görünür ki, həmin akt “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postunda tərtib edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 275.4cü maddəsinin dispozisiyasında təsbit olunmuş xətanın tərkibi (idxal) mahiyyət etibarilə aktiv hərəkətlə xarakterizə olunur. Belə ki, qanunvericiliklə idxalı qadağan edilmiş, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ölkə ərazisinə gətirilməsi məsuliyyətə səbəb olur. Şəxsin qanunla qoyulmuş qadağalara riayət etməyərək nümayiş etdirdiyi aktiv iradəsi və bilavasitə fiziki hərəkəti nəticəsində qeyd olunan norma pozulur. Beləliklə, sözügedən inzibati xəta hərəkətsizliklə deyil, məhz aktiv davranışla törədilir. Həmçinin idxala münasibətdə bu xəta formal tərkibli xəta hesab olunur. Malların gömrük sərhədindən keçirildiyi və ya gömrük bəyannaməsinin təqdim edildiyi an xəta başa çatmış sayılır və bu zaman maddi zərərin (məsələn, ekoloji ziyanın) baş verməsi tələb olunmur. Bəyannamə hüquqi şəxs tərəfindən əvvəldən təqdim edilsə də, o, hüquqi qüvvəsini xətanın aşkar edildiyi Suraxanı rayonu ərazisində alır. Məsuliyyətə səbəb olan məhsullar məhz Suraxanı rayonunda olan gömrük postunda aşkar edildiyi üçün xətanın törədilmə yeri həmin rayon hesab olunmalıdır. Qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, “xxxx” MMC tərəfindən törədilməsi ehtimal olunan inzibati xətanın hərəkətsizliklə deyil, bilavasitə aktiv hərəkətlə törədilən xəta olması və xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin (qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkar tərəfindən idxalı) Suraxanı rayonunun inzibati ərazisində yerləşən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postunda yüklərin yoxlanılması zamanı aşkar edilməsi faktı nəzərə alınaraq, Azərbaycan Respublikası IXM-nin 110.1-ci maddəsinə uyğun olaraq, işə xətanın törədildiyi yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmaldır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair” ## ###### 2022-ci il tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının IXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 110.1, CPM-nin 77.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət və ya protest verilə bilməz. xxxxxxxxxxxxxxxxxxxxxxx
Məhkəmə qərarları › İş №3(3-8)-256/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-256/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver