Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-257/2026 04.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. (hakim Samir Məmmədov) İşin halları: Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli, ##.##.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir və məhkəmə tərəfindən yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Qərardan zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdırdıqdan sonra borclunun yalan vədinə inanaraq onun iştirakı olmadan mübahisələndirilən qərarı qəbul etmişdir. Qərardan görünür ki, məhkəmə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun ##.##.2025-ci ildə həbsdən azad olunmasını, vaxt verilərsə hətta borcun müəyyən qismini bir həftəyə ödəməsi barədə borclunun izahatını nəzərə almışdır. Lakin borclu həmin borcdan heç bir ödəniş etməmişdir. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini tədqiq edərək zərərçəkmiş şəxsi dinləyib aşağıda qeyd olunanlara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə olunan qərardan görünür ki, məhkəmə iş üzrə icraata xitam verilməsinə dair yekun nəticəyə gələrkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə prosesində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın qəsdən və üzürsüz olaraq törətməsi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materialında olan Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024cü il tarixli icra sənədindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlundan 6400 (altı min dörd) manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən ##.##.2024-cü il tarixdə iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli bildirişin surətindən görünür ki, “İcraata başlamaq haqqında” qərarın surəti borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğluna təqdim edilmişdir. İş materiallarında olan Quba rayon İcra və probasiya şöbəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin rəisinə olan məlumatından görünür ki, icra sənədi ##.##.2024cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin icrası barədə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildiriş göndərilmiş, borclu tərəfindən könüllü icra müddətində tələb təmin etmədiyi üçün onun əmlak və gəlir yerləri barədə aidiyyəti üzrə sorğular verilmiş, lakin onun adına borcun ödənilməsinə yönəldilməli əmlak və gəlir yerləri müəyyən edilməmişdir. İcraat zamanı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun Azrəbaycan Respublikası Ədliyyə Nazirliyinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən edilmiş və icra sənədi ##.##.2024-cü il tarixdə həmin müəssisəyə göndərilmişdir. ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən ##.##.2025-ci il tarixdə şöbəyə məktub ünvanlanmış və müəssisədə təsərüfat sahəsində iş yerləri məhdud olduğundan və istehsalat sahəsi olmadığından icra sənədi üzrə tələbi yerinə yetirmək mümkün olmadığı qeyd edilərək icra sənədi geri qaytarılmışdır. İşin bütün yuxarıda sadalanan hallarına baxmayaraq icra məmuru heç bir qanuni əsas olmadan və formal olaraq belə qənaətə gəlinmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlu icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra məmurunun qeyd etdiyi bütün hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə o da qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun əməlində icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədinin icrası zamanı üzürsüz səbəbdən yayınma kimi hərəkətlər aşkar edilməmişdir, belə ki, o, icra sənədinin icrası ilə bağlı ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə icra məmuruna verdiyi izahatlarda icra sənədindən məlumatlı olduğunu, təxminən 3 aydır ki, həbsdən azad olunduğunu, hal-hazırda işləmədiyini, məhkəmə qərarının icrasından yayınmadığını, qısa müddət ərzində borcunu ödəməyə başlayacağını bildirmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini material üzrə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi üçün əsaslar yoxdur. İXM-nin 528.1-ci maddəsinin tələbinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin həkərlərini davam etdirmiş olsun. İXM-nin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İş materiallarında inzibati icraata başlamış səlahiyyətli orqan tərəfindən təqdim olunmuş və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından qəsdən və üzürsüz olaraq boyun qaçırmasını təsdiq edən hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin olunmasın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlyas oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsinə dair Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-257/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-257/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver