Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-258/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş EQ ******** nömrәli, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsinә vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından AR DIN-in BDYPI-nin rәis müavini Pәrvin Sәfәrәliyev tәrәfindәn verilmiş apellyasiya şikayәtinә audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinin Inzibati tәnbeh vermә haqqında EQ ******** nömrәli, ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarına әsasәn Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinin inzibati tәnbeh vermә haqqında EQ ******** nömrәli, ##.##.2026-cı il tarixli qәrarı lәğv edilmiş vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim Fәrid Yaqubov). Apellyasiya şikayətinin dəlilləri: Baş Dövlәt Yol Polisi Idarәsinin rәis müavini Pәrvin Sәfәrәliyev apellyasiya şikayәti verәrәk, Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş elektron qәrarın dәyişdirilmәdәn saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi sәlahiyyәtli vәzifәli şәxsin qәrarından şikayәtә baxarkәn sәlahiyyәtli orqana (vәzifәli şәxs) mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat vermәdәn inzibati xәta haqqında işә baxmışdır. Idarәyә rәsmi olaraq hәr hansı bildiriş daxil olmamışdır. Mәhkәmәyә tәqdim olunmuş inzibati xәta haqqında elektron qәrardan vә onun foto şәkillәrindәn dә tam aydın olur ki, sürücü avtomobili yolun hәrәkәt hissәsinin kәsişmәsindә dayandırmışdır. Birinci instansiya mәhkәmәsinin hakimi bort kompyuter vasitәsilә inzibati xәtanı qeydә almış YPX әmәkdaşının iştirakını tәmin etmәli vә işi tam vә obyektiv sutәtdә araşdırmalı idi. Birinci instansiya mәhkәmәsi iş üzrә gәlinәn nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halları araşdırmamış, hәmçinin iş üçün әhәmiyyәtli olan hallar sübuta yetirilmәdәn nәticәdә qanunsuz vә әsasssız qәrar qәbul etmişdir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini, Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada, mәlumat verilmәsinә baxmayaraq, Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, şikayәt üzrә mәhkәmә iclasının nümayәndәnin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, şikayәt tәmin edilmәmәlidir. Iş materiallarında olan Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinin Inzibati tәnbeh vermә haqqında EQ ******** nömrәli, ##.##.2026-cı il tarixli qәrarından görünür ki, ##.##.2026-cı il tarixdә, saat 17:09-da “VAZ 21214 minik” markalı, **-OX-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin istifadәçisi Qәrardan şikayәt verәn orqan (şәxs) ünvan 1 ünvanında nәqliyyat vasitәlәrinin hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az yaxınlıqda dayanmasına vә ya durmasına görә, Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib, barәsindә 40 manat mәblәğindә inzibati cәrimә növündә tәnbeh tәtbiq edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsinә әsasәn “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş hallar istisna olmaqla, nәqliyyat vasitәlәrinin hәrәkәt hissәlәrinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az yaxınlıqda dayanmasına vә ya durmasına görә qırx manat mәblәğindә cәrimә edilir. Apellyasiya mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) AR IXM-nin 346.5-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi iş materialları ilә sübut olunmur. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarında qeyd etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn ##.##.2026-cı il tarixdә ünvan 1 ünvanında Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi sübuta yetirilmәmişdir. Belә ki, işә baxılarkәn ##.##.2026-cı il tarixdә “VAZ 21214 minik” markalı, **-OX-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin sürücüsünün ünvan 1 ünvanında törәtdiyi inzibati xәtanın aşkar olunması ilә bağlı, müvafiq görüntünün tәqdim olunması üçün sәlahiyyәtli orqana müraciәt olunsa da, mәhkәmәyә qeyd olunan nәqliyyat vasitәsinin yalnız ön vә arxa hissәsini әks etdirәn görüntü tәqdim edilmişdir ki, hәmin görüntülәrlә dә sürücünün nәqliyyat vasitәlәrinin hәrәkәt hissәsinin kәsişmәsindә vә kәsişәn hәrәkәt hissәsinin kәnarından 5 metrdәn az yaxınlıqda dayanmasını müәyyәn etmәk mümkün deyildir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 8.2-ci maddәsinә әsasәn, inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Hәmin Mәcәllәnin 8.3-cü maddәsinә әsasәn, inzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә şübhәlәr onun xeyrinә hәll edilir. Hәmin Mәcәllәnin 76.1-ci maddәsinә әsasәn, inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi hesab edir ki, Baş Dövlәt Yol Polisi Idarәsinin şikayәtindә göstәrilәn dәlillәrә әsasәn Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur, birinci instansiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.5-ci maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraata inzibati xәtanın törәdilmәsi sübuta yetirilmәdiyinә görә xitam verilmәsinә dair düzgün nәticәyә gәlmişdir. Ona görә dә, apellyasiya instansiyası mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş EQ ******** nömrәli, ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsinә vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Yuxarıdakılara әsasәn vә Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Şamaxı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-258/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-258/2026
06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver