Məhkəmə qərarları › İş №3(3-8)-259/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-259/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-259/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlu, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsb oğlu barәsindә Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio vә video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim E.İ.Əliyev) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir. IŞIN HALLARI : Inzibati materialdan müәyyәn olunur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә inzibati xәta törәtmәsi haqqında Sumqayıt şәhәri üzrә Icra Idarәsinin icra mәmuru X3 tәrәfindәn tәrtib edilmiş protokol mәhkәmәyә göndәrilmiş vә protokola baxan birinci instansiya mәhkәmәsinin hakimi yuxarıda qeyd olunan nәticәyә gәlmişdir. Qәrardan narazı qalan zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs2 apellyasiya şikayәti verәrәk Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәliqәrarının lәğv edilmәsi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәdә qeyd olunan inzibati xәtaya görә ciddi cәza tәtbiq olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi işin hallarını tam, hәrtәrәfli vә obyektiv araşdırmamış, nәticәdә әsassız olaraq inzibati xәta haqqında iş üzrә icraata xitam vermişdir. Borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## ##### 2022-ci il tarixli icra sәnәdinin tәlәblәrini uzun müddәt icra etmәmiş, ona mәxsus borcun ödәnilmәsindәn qәsdәn yayınmışdır. Mәhkәmә borclunun yalnız pensiya gәlirinin olmasını vә başqa әmlakının müәyyәn edilmәmәsini әsas götürәrәk onun әmәlindә Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinin tәrkibinin olmaması qәnaәtinә gәlsә dә, borclunun faktiki olaraq әmlakının vә gәlir imkanlarının mövcudluğu araşdırılmamışdır. Borclu әvvәllәr hәyat yoldaşının adına alınmış mәnzildә yaşamış, sonradan hәmin ünvandan qeydiyyatdan çıxmış, hәmçinin formal boşanma yolu ilә üzәrinә rәsmәn әmlak rәsmilәşdirmәmәyә çalışmışdır. Borclu әmlakdakı payını tәlәb edib realizә etdirmәklә borcun ödәnilmәsini tәmin etmәk imkanına malik olduğu halda bunu etmәmişdir. Onun tәrәfindәn icra orqanına borclunun әmlakının olması barәdә mәlumat vә sәnәdlәr tәqdim edilsә dә, hәmin hallar lazımi qaydada araşdırılmamış, mәhkәmә dә bu xüsusatlara qiymәt vermәmişdir. Borclu barәsindә başqa mәhkәmә icraatında dәlәduzluq ittihamı üzrә cinayәt işinә baxılır. Birinci instansiya mәhkәmәsi işin hallarını tam araşdırmayaraq maddi vә prosessual hüquq normalarını pozmuş, nәticәdә qanunsuz vә әsassız qәrar qәbul etmişdir. Bu әsasla qәrarın lәğv edilmәsi vә borclunun IXM-nin 528.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb olunması xahiş edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirazı: Borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinә etiraz edәrәk bildirmişdir ki, barәsindә IXM-in 528-ci maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib olunaraq mәhkәmәyә göndәrilmiş, lakin Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarı ilә onun әmәlindә IXM-in 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi müәyyәn edilmәdiyindәn tәlәb tәmin olunmamışdır. O, tәlәbkar X2 apellyasiya şikayәtindә göstәrilәn hallarla razılaşmayaraq şikayәtdә onun guya şәxslәri aldatmaqla pul әldә etmәsi, mәcburi köçkün kimi gәldikdәn sonra dörd otaqlı mәnzil alması vә sonradan hәmin mәnzili sataraq pulunu ödәmәmәsi barәdә qeyd edilәnlәrin hәqiqәtә uyğun olmadığını göstәrәrәk bildirir ki, Qubadlı rayonunun işğalından sonra mәcburi köçkün düşmüş, hazırda da hәmin statusa malikdir, nә onun, nә dә hәyat yoldaşının adına hәr hansı daşınmaz әmlak olmamışdır. Hazırda qohumuna mәxsus evdә yaşayır. Mәhkәmә qәrarlarının icrasından heç vaxt boyun qaçırmamış, qәrarların icrasına qәrәzli münasibәt göstәrmәmiş, hәr hansı gәlirini gizlәtmәmişdir. Icra mәmuru tәrәfindәn onun mәhkәmә qәtnamәsinin icrasından qәsdәn yayınmasını, üzürsüz sәbәbdәn icra etmәmәsini vә ya gәlirlәrini gizlәtmәsini tәsdiq edәn hәr hansı sübut mәhkәmәyә tәqdim edilmәmişdir. Pensiya aldığı vaxtdan etibarәn son üç il әrzindә pensiyasının yarısının tәlәbkarın xeyrinә tutulur.Tәlәbkar tәrәfindәn onun barәsindә tәhqiredici vә böhtan xarakterli ifadәlәr işlәdildiyindәn hәmin hallarla bağlı CM-nin 147 vә 148-ci maddәlәri ilә xüsusi ittiham qaydasında Sumqayıt Şәhәr Mәhkәmәsinә şikayәt tәqdim etmişdir. Göstәrilәnlәrә әsasәn Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarı qanuni vә әsaslı olduğundan hәmin qәrarın qüvvәdә saxlanılmasını, apellyasiya şikayәtinin isә tәmin edilmәmәsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR : Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş inzibati xәta haqqında protokol tәrtib etmiş Sumqayıt şәhәri üzrә Icra Idarәsinin nümayәndәsi vә zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs2mәlumatlandırılmış olsalar da, mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin sәbәblәri barәdә mәlumat vermәmişlәr. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs isә telefon vasitәsilә hazırda sәhhәti ilә әlaqәdar xәstәxanada olduğunu bildirәrәk mәhkәmә iclasında iştirak edә bilmәmәsini qeyd etsә dә bu barәdә tәklif edilәn müvafiq sәnәdin mәhkәmәyә göndәrilmәsini tәmin etmәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati xәta haqqında protokol tәrtib etmiş icra qurumunun nümayәndәsinin, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vә zәrәrçәkmiş şәxsin iştirakları olmadan keçirilmәsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verilәrәk hesab edilir ki, apellyasiya şikayәti tәmin edilmәklә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXM-nin 528.1-ci maddәsilә nәzәrdә tutulmuş inzibati xәtaya görә tәqsirli bilinәrәk barәsindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәyin edilmәlidir. Belә ki, iş materiallarında olan protokoldan görünür ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sәnәdinә әsasәn 12030 manat, Suraxanı Rayon Mәhkәmәsinin *(***)***/**** saylı, ##.##.2022-ci il tarixli icra sәnәdinә әsasәn 8230 manat, Qubadlı Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sәnәdinә әsasәn 3300 manat pulu ödәmәkdәn borclu üzrsüz sәbәbdәn yayınmışdır. Nәticәdә icra sәnәdi üzrә ümumilkdә 19145 borc yığılmışdır. Bununla da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn IXM-nin 528.1ci maddәsindә nәzәrdә tutulan inzibati xәta törәdilmişdir. Birinci instansiya mәhkәmәsindә hazırkı mübahisә olunan qәrar qәbul edilәrkәn mәhkәmә iclasında iştirak edәn Sumqayıt şәhәri üzrә Icra Idarәsinin icra mәmuru X3 izahat verib bildirmişdir ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2022-ci il tarixli icra sәnәdinә әsasәn borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 12030 manat tutularaq zәrәrçәkmiş şәxs2, Qubadlı rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli icra sәnәdinә әsasәn 3300 manat tutularaq X1, Suraxanı rayon Mәhkәmәsinin ##.##.2022-ci il tarixli icra sәnәdinәәsasәn 8230 manat pul tutularaq zәrәrçәkmiş şәxs1 ödәnilmәlidir. zәrәrçәkmiş şәxs2 vә zәrәrçәkmiş şәxs1 olan borc borclunun tәqaüdünә yönәldilmişdir. Iki ildir ki, zәrәrçәkmiş şәxs2 vә bir ildir ki, zәrәrçәkmiş şәxs1 xeyrinә tutulma aparılır. Ümumilikdә cәmi 19145 manat borc yaranmışdır. Tәlәbkarlardan zәrәrçәkmiş şәxs2 dәfәlәrlә әrizә ilә müraciәt etmiş, borcun tәqaüddәn tutulmasına razı deyildir, tam şәkildә ödәnilmәsini tәlәb edir. Borclunun başqa gәliri vә әmlakı yoxdur. Protokolu müdafiә edir. Mәhkәmәdәn protokolun tәmin edilmәsini xahiş edir. Birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarı onunla әsaslandırılmışdır ki, iki icra sәnәdi üzrә borc Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәqaüdünә yönәldilmiş vә mütәmadi olaraq tutulmalar aparılır. Borclunun mülkiyyәtindә borcun yönәldilә bilәcәyi әmlakı vә başqa gәliri yoxdur. Yeganә qazancı aldığı tәqaüddür ki, hәmin mәblәğ dә icra idarәsi tәrәfindәn borcun ödәnilmәsinә yönәldilmişdir. Hesab edirәm ki, birinci instansiya mәhkәmәsinin gәldiyi qәnaәt әsaslı hesab edilә bilmәz. Belә ki, birinci instansiya mәhkәmәsi yalnız Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәqaüd almasını, tәqaüdündәn müәyyәn mәblәğdә tutulmalar aparılmasını vә onun adına rәsmi qeydiyyatda daşınmaz әmlakın olmamasını әsas götürәrәk әmәlindә Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinin tәrkibinin olmadığı qәnaәtinә gәlmişdir. Halbuki, iş materiallarından görünür ki, borclu uzun müddәt әrzindә icra sәnәdlәrindә göstәrilәn öhdәliklәri tam şәkildә icra etmәmiş, icra sәnәdlәri üzrә әhәmiyyәtli mәblәğdә borc qalmışdır. Apellyasiya şikayәtinә әlavә edilmiş sәnәdlәrdәn, o cümlәdәn yaşayış yeri üzrә arayışdan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әvvәllәr Sumqayıt şәhәrindә yerlәşәn mәnzildә qeydiyyatda olmuşdur. Tәlәbkar tәrәfindәn borclunun ailә üzvlәrinin adına әmlak rәsmilәşdirmәsi, sonradan qeydiyyatdan çıxması vә әmlakını rәsmi olaraq öz adına keçirmәmәklә öhdәliklәrin icrasından yayınması barәdә dәlillәr irәli sürülmüşdür. Birinci instansiya mәhkәmәsi isә hәmin halları tam vә obyektiv araşdırmamış, bu xüsusatların yoxlanılması üçün әlavә sübutların toplanmasını tәmin etmәmişdir. Belә ki, iş materiallarından olan elektron sistemdәn әldә edilmiş mәlumatlardan müәyyәn edilir ki, borclu ##.##.1958-ci il tәvәllüdlü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 357.88 manat mәblәğindә pensiya alır, icra mәmurunun bildirdiyinә görә hәmin pensiya mәblәğinin 50 %-i, yәni tәxminәn 179 manatı iki tәlәbkarın borcu üçün tutulur, bu da tәxminәn hәr bir tәlәbkar üçün tәxminәn 90 manat mәblәğ edir, hәmçinin borclunun iş materiallarında olan izahatında qeyd edildiyi kimi tәlәbkar zәrәrçәkmiş şәxs2 borcundәn 2032 manat pensiyasından iki il әrzindә tutularaq ödәnilmişdir. Belәliklә, mәhkәmә qәrarına әsasәn 12030 manat borcdan 2032 manat ödәnildiyi tәqdirdә hazırda tәxminәn 10000 manat borcun hәlә uzun müddәt әrzindә ödәnilib-ödәnilmәyәcәyi ilә razılaşmayan ##.##.1956-cı il tәvәllüdlü tәlәbkar zәrәrçәkmiş şәxs2 haqlı olaraq birinci instansiya mәhkәmәsinin qәbul etdiyi qәrarla razılaşmayaraq apellyasiya şikayәti vermişdir. Mәhkәmә hesab edir ki, IXM-nin 528.1-ci maddәsinin dispozisiyasına görә mәsuliyyәtin yaranması üçün icra sәnәdindә göstәrilәn tәlәbin üzrsüz sәbәbdәn icra edilmәmәsi kifayәtdir. Iş materialları ilә müәyyәn olunur ki, borclu uzun müddәt әrzindә mәhkәmә qәrarlarını tam icra etmәmiş, yalnız tәqaüddәn mәcburi tutulmalar aparılmışdır. Bu hal isә özlüyündә mәhkәmә qәrarının könüllü vә lazımi qaydada icra edilmәsi kimi qiymәtlәndirilә bilmәz. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinә qarşı etirazında göstәrdiyi hallar, o cümlәdәn daşınmaz әmlakının olmaması, mәcburi köçkün olması vә pensiyasından tutulmalar aparılması onun inzibati mәsuliyyәtini istisna edәn hallar kimi qәbul edilә bilmәz. Çünki hәmin izahatlar icra sәnәdlәrinin uzun müddәt tam icra edilmәmәsi faktını aradan qaldırmır. Qeyd edilmәsi zәruridir ki, Azәrbaycan Respublikası Konstitusiyasının 129 maddәsinin İ vә II hissәlәrinә әsasәn mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Mәhkәmә qәrarının icra olunmaması qanunla müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 15.2-ci maddәsinә әsasәn mәhkәmәlәrin qanuni qüvvәyә minmiş qәtnamәsi, qәrardadı, qәrarı, әmri bütün dövlәt hakimiyyәti, yerli özünüidarә orqanları, onların vәzifәli şәxslәri, ictimai birliklәr, siyasi partiyalar, hәmkarlar ittifaqları, onların vәzifәli şәxslәri, hәmçinin fiziki vә hüquqi şәxslәr üçün mәcburidir vә Azәrbaycan Respublikasının bütün әrazisindә hökmәn icra olunmalıdır. Hәmin Mәcәllәnin 15.3-cü maddәsinә әsasәn mәhkәmә aktının icra olunmaması, habelә mәhkәmәyә digәr hörmәtsizlik halları qanunda nәzәrdә tutulmuş mәsuliyyәtlә nәticәlәnir. O da qeyd edilmәlidir ki, Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Inzibati hüquq nәzәriyyәsindә mәhkәmә qәtnamәsini, hökmünü, qәrarını vә yaxud digәr aktını icra etmәmә dedikdә, icra üçün daxil olmuş mәhkәmә qәtnamәsinin, hökmünün, qәrardadının vә ya qәrarının icrasını hәyata keçirmәk üçün bu vә ya digәr hәrәkәti etmәli olan şәxsin qanunla müәyyәn edilmiş müddәtdә hәmin hәrәkәtlәri etmәmәsi başa düşülür. Mәhkәmә aktlarının icrası ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmә onda ehtiva olunur ki, tәqsirkar şәxsә yazılı şәkildә mәhkәmә qәrarının icra edilmәsi barәdә xәbәrdarlıq edilmiş olsun, hәmin xәbәrdarlıqdan vә icra mәmurlarının qanuni tәlәblәrindәn tәqsirkar şәxsin mәlumatı olsun vә hәr hansı üzrlü sәbәb göstәrmәdәn hәmin hәrәkәtlәrini davam etdirmiş olsun. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinin hәmin Mәcәllәnin 9.2 vә 35-ci maddәlәri baxımından şәrh edilmәsinә dair” ## ######## 2018-ci il tarixli plenum qәrarında göstәrilmişdir ki, “...mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәrinin yerinә yetirilmәmәsinә görә şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәsi mәsәlәsinә baxılarkәn hüquqtәtbiqedici işin faktiki hallarını hәrtәrәfli araşdırmalı, bundan әvvәl onun barәsindә bu әmәlә görә inzibati tәnbeh tәtbiq edilib-edilmәmәsini, inzibati tәnbehin mәqsәdlәrinә nail olunub-olunmamasını, әmәlin mәhz qәrәzli olaraq törәdilib-törәdilmәmәsini vә digәr mühüm halları araşdırmalıdır. Mәhkәmәlәr nәzәrә almalıdırlar ki, tәnbeh vә ya cәzanın tәtbiqi tәrbiyәvi xarakter daşıyır. Hәr hansı bir sanksiyanın tәtbiqi isә mütәnasib vә әdalәtli olmalıdır. Mәhkәmә aktlarının icra edilmәmәsi ilә әlaqәdar hәr hansı inzibati tәnbeh vә ya cәza tәtbiq edilәrkәn, ilk növbәdә, borclu şәxs tәrәfindәn icra mәmurunun tәlәblәrinin yerinә yetirilmәsi üçün mümkün vasitәlәrdәn istifadә edilib-edilmәmәsi obyektiv qiymәtlәndirilmәlidir...”. Konstitusiya Mәhkәmәsinin Plenumu “Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 37-ci maddәsinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 306.1-ci maddәsi baxımından şәrh edilmәsinә dair” 2014-cü il ## ###### tarixli Qәrarında formalaşdırdığı hüquqi mövqeyi tәkrarlayaraq bir daha qeyd etmişdir ki, mәhkәmә aktlarının qәrәzli icra edilmәmәsini mәhkәmә qәrarında nәzәrdә tutulmuş tәlәblәrin hәmin qәrarda müәyyәn edilmiş müddәt әrzindә icra edilmәmәsi, borcluya mәhkәmә qәrarının icra edilmәmәsi haqqında dәfәlәrlә rәsmi xәbәrdarlıq edilmәsi, borclunun mәhkәmә qәrarını icra etmәmәsinә görә inzibati mәsuliyyәtә cәlb edilmәsi, borclu tәrәfindәn mәhkәmә qәrarının icrası üçün yetәrli tәdbirlәrin görülmәmәsi ilә müәyyәn etmәk olar. Iş materiallarını araşdırıb tәqdim edilmiş sәnәdlәrlә iş üzrә toplanmış sübutlara mәcmu halda hüquqi qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsnın IXM-nin 528.1ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilir. IXM-in 528.1-ci maddәsinә әsasәn mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsi vә ya icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsi inzibati mәsuliyyәt yaradır. Apellyasiya instansiyası hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs davranışları mәhz bu maddәnin tәrkib әlamәtlәrinә tam uyğun gәlir. Belәliklә, birinci instansiya mәhkәmәsinin “әmәlindә inzibati xәta tәrkibi yoxdur” nәticәsi işin faktiki halları ilә tәsdiqlәnmir vә hüquqi cәhәtdәn әsassızdır. Qeyd edilmәlidir ki, IXM-nin 528.1-ci maddәsinin tәlәbinә görә icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Belәliklә, apellyasiya şikayәtinin dәlillәri ilә razılaşaraq apellyasiya şikayәtinin dәlillәri әsaslı hesab edilir vә yuxarıda sadalanan işin hallarına görә vә qanunvericiliyin tәlәblәrinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 528.1-ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәta törәtmәsi qәnaәtinә gәlinir. Ona görә dә sonuncu hәmin maddә ilә tәqsirli bilinәrәk barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Belә ki, IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәdi. Göstәrilәnlәri nәzәrә alaraq hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilmәli, yeni qәrar qәbul edilmәklә barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәklә barәsindә inzibati cәrimә növündә tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Belә ki, IXM-in 135.1.2-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Hәmin Mәcәllәnin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.2-135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.2, 135-137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinsin vә o, inzibati tәnbeh tәdbiri olaraq 500 (beş yüz) manat mәblәğindә cәrimә edilsin. Zәrәrçәkmiş şәxs zәrәrçәkmiş şәxs2 apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar