Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-260/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi və onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi çərçivəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsinə dair Qobustan Rayon Məhkəməsi *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 510.1ci və 535.1-ci maddələri ilə ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat təxminən 20:00 radələrində Qobustan şəhəri, H.Əliyev prospektində telefonda ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşları vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nizam-intizama dəvət etsələr də, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qobustan Rayon Məhkəməsi *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və onun barəsində IXM-in 535.1-ci maddəsi çərçivəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, inzibati həbsetmənin əvvəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tutulduğu ## ##### 2026-cı il tarixdə saat 20:45-dən hesablanmış, qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilmiş, IXM-in 510.1-ci və 535.1-ci maddələri ilə təqsirləndirilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi, göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq vəkil Vəkil hesabına köçürülməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsi *(*-***)- ***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlini səmimi etirad edərək üzr istəmişdir. Həyatında birinci dəfədir ki, inzibati məsuliyyətə cəlb edilir. Himayəsində iki azyaşlı uşağı var, ailənin yeganə qazanc gətirən şəxsdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsi *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişlər. Qobustan Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə onu qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm ilkin izahatında, həm də birinci instansiya və apellyasiya məhkəməsindəki izahatlarında sonuncunun qeyd olunan inzibati xətları törətməsi sübut olunur. Birinci instansiya məhkəməsi əsaslı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almış, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şəxsin şəxsiyyətini xarakterizə edən halları, törədilmiş əməlin ictimai təhlükəliliyini və məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla yanaşı tətbiq edilən inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından hazırkı iş üzrə inzibati həbs inzibati tənbeh tədbiri şəxsin islah edilməsində ən optimal seçim hesab edilməlidir. Məhkəmə hesab edir ki, şəxsin təqsili bilindiyi maddələr üzrə nəzərdə tutulmuş alternativ inzibati tənbeh tədbiri tətbiqi nəticəsində şəxsin yaşayacağı məhdudiyyətlər nəticəsində islah olunması inandırıcı deyildir. Buna görə də, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, həmin sübutlar əsasında hüquqa uyğun və ədalətli qərar qəbul edilmişdir. Bu səbəbdən apellyasiya şikayətində göstərilənlər qərarın dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsi *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X1 33 (otuz üç) manat pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Azərbaycan Respublikası IXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-260/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-260/2026
29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver