Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-261/2026 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr Ismayıl oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrәliinzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDIM: Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli EQ ******** saylı qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.9-cu maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 60 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) hәmin qәrardan Abşeron Rayon Mәhkәmәsinә şikayәt vermәklә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli EQ ******** saylı qәrarından şikayәt vermә müddәtinin bәrpa edilmәsini, hәmçinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәklә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim V.İ.Hәsәnov)әrizә tәmin edilmiş, şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.9-cu maddәsi ilә tәqsirli bilinәrәk inzibati mәsuliyyәtә cәlb edilmәsinә dair Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli EQ ******** saylı qәrarından şikayәt vermә müddәtinin bәrpa olunması qәrara alınmışdır. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtini onunla әsaslandırmışdır ki, barәsindә tәrәfindәn törәdilmәyәn yol hәrәkәti qayda pozuntusuna görә ##.##.2025-ci il tarixindә EQ ******** nömrәli qanunsuz inzibati xәta haqqında protokol/elektron qәrar tәrtib edilmişdir. Hәmin inzibati xәta haqqqında protokolla/elektron qәrarla o Azәrbaycan Respublikası IXM-nin 346.9-cu maddәsi ilә 60 manat mәblәğindә cәrimә edilmiş vә sürücülük vәsiqәsinә 2 cәrimә balı yazılmışdır. IXM-nin 346.9-cu maddәsi ilә müәyyәn edilmiş "Nizamlama vasitәlәrindә başqa göstәriş nәzәrdә tutulmamışdırsa, nәqliyyat vasitәlәrinin sәkilәrdә dayanması vә ya durması" yol hәrәkәti qaydasının tәlәblәrini pozmadığı halda barәsindә IXM-nin tәlәblәri pozulmaqla qanunsuz tәrtib edilmiş ##.##.2025-ci il tarixli, EQ******** nömrәli inzibati xәta haqqında protokol/elektron qәrar lәğv edilmәlidir. Belә ki, protokolda qeyd olunan tarixdә "Yol hәrәkәti haqqında" Qanunun hәr hansı bir tәlәbi tәrәfindәn pozulmadığı halda qanunsuz vә tam әsassız olaraq barәsindә IXM-nin 346.9-cu maddәsi ilә EQ ******** nömrәli protokol/elektron qәrar tәrtib edilmişdir. Göründüyü kimi, barәsindә qeyd olunan tarixdә qanunsuz olaraq tәrtib edilmiş EQ ******** nömrәli protokolun elektron qәrarın heç bir hüquqi qüvvәsi yoxdur vә belәliklә dә "Yol hәrәkәti haqqında" Qanunun vә Azәrbaycan Respublikası IXM-nin tәlәblәri pozulmaqla tәrtib edildiyindәn hәmin elektron qәrar lәğv edilәrәk iş üzrә icraata xitam verilmәlidir. Tәrәfindәn törәdilmәyәn yol hәrәkәti qayda pozuntusuna görә barәsindә qanunsuz tәrtib edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrәli protokoldan/elektron qәrardan elektron qaydada Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk, barәsindә ##.##.2025-ci il tarixindә IXM-nin 346.9-cu maddәsi ilә qanunsuz tәrtib edilmiş EQ ******** nömrәli inzibatı xәta haqqında protokolun/eleklron qәrarın lәğv edilmәsini, әks tәqdirdә hәmin qanunsuz qәrardan mәhkәmәyә şikayәt verә bilmәsi üçün qәrarın surәtinin ona rәsmi qaydada tәqdim edilmәsini vә ya elektron poçtla e-mail ünvanına göndәrilmәsini xahiş etmişdir. Eyni zamanda DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinә әrizә ilә elektron qaydada şikayәt verdiyi ##.##.2025-ci il tarixli, EQ ******** nömrәli inzibati xәta haqqında protokola/elektron qәrara baxılanadәk hәmin qәrarın icrasının IXM-nin 144.1-ci maddәsindә nәzәrdә tutulmuş qaydada dayandırılmasının tәmin edilmәsini vә qәbul edilәcәk qәrardad barәdә ona yazılı şәkildә mәlumat verilmәklә, hәmin qәrardadın rәsmi qaydada tәqdim edilmәsini vә ya elektron poçt ünvanına göndәrilmәsini xahiş etmiş, lakin barәsindә qanunsuz tәrtib edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrәli elektron qәrardan Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinә bir neçә dәfә verdiyi şikayәtinә vә elәcә dә IXM-nin 144.1-ci maddәsindә nәzәrdә tutulmuş qaydada qәrarın icrasının dayandırılması barәdә әrizәsinә (vәsatәtinә) baxılmamışdır. ##.##.2025-ci il tarixli, EQ ******** nömrәli elektron qәrarla bağlı Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinә ünvanladığı nә şikayәtinә vә nә dә ki, әrizәsinә (vәsatәtinә) bugünәdәk baxılmamış vә nәticәsi barәdә ona hәr hansı bir mәlumat verilmәmişdir. Əlavә olaraq Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn ona barәsindә qanunsuz tәrtib edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrәli elektron qәrarın surәti tәqdim edilmәmişdir. Belә ki, qeyd olunan mübahisәli qәrarın ona Azәrbaycan Respublikası IXM- nin 126.1-ci maddәsinin tәlәbinә uyğun olaraq rәsmi qaydada tәqdim edilmәsi ilә bağlı ilkin müraciәtlәrinә baxılmamış vә hәmin qәrarın surәti ona tәqdim edilmәmişdir. Mәlumatı olmadan vә eyni zamanda hәr hansı yol hәrәkәti qayda pozuntusu törәtmәdiyi halda barәsindә qanunsuz qәbul edilmiş sözügedәn ##.##.2025-ci il tarixli, EQ ******** nömrәli elektron qәrarın surәtinin ona tәqdim edilmәsi ilә bağlı çoxsaylı şikayәtlәrindәn sonra (xüsusilә "102" Qaynar xәtti vasitәsilә edilmiş şikayәtlәrindәn sonra) hәmin mübahisәli qәrarın surәti uzun müddәl keçdikdәn sonra ona ##.##.2026-cı il tarixindә tәqdim edilmişdir. Barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin tәlәblәri pozulmaqla hәmin Mәcәllәnin 346.9cu maddәsi ilә tәrtib edilmiş ##.##.2025-ci il tarixli, EQ****Ü*** nömrәli inzibati tәnbeh vermә haqqında elektron qәrar lәğv edilmәklә, hәmin inzibati xәta haqqında iş üzrә başlanmış icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim V.İ.Hәsәnov) Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarının dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. Qәrarla razılaşmayan barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi, barәsindә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn X1 tәlәblәri pozulmaqla qanunsuz qәbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında elektron qәrar lәğv edilmәklә, hәmin inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә müvafiq qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı qanunsuz vә әsassız qәbul edilmiş, iş üzrә mühüm әhәmiyyәt kәsb edәn hallar tam, hәrtәrәfli vә obyektiv araşdırılmamışdır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn IXM-nin 61.3-cü maddәsinin tәlәblәri pozularaq işә onun iştirakı olmadan baxılmışdır. Belә ki, o, mәhkәmә iclasının başqa tarixә tәyin olunması barәdә EMS vasitәsilә yazılı vәsatәt tәqdim etmiş, hәmçinin bu barәdә hakimin kömәkçisini telefon vasitәsilә mәlumatlandırmış, lakin mәhkәmәnin hәmin vәsatәtә münasibәt bildirmәdәn vә iştirakı tәmin edilmәdәn işә baxaraq qәrar qәbul etmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn DIN Baş Dövlәt Yol Polisi Idarәsindәn inzibati xәta haqqında materialların, o cümlәdәn video müşahidә görüntülәrinin tәqdim olunması tәlәb edilsә dә, hәmin sübutlar mәhkәmәyә tәqdim edilmәdәn iş üzrә qәrar qәbul edilmişdir. Mәhkәmәnin onun inzibati xәtanı törәtmәsini hansı sübutlar әsasında müәyyәn etmәsi qәrardan aydın görünmür vә bu hal IXM-nin 84-cü maddәsinin tәlәblәrinin pozulmasına sәbәb olmuşdur. Mәhkәmә tәrәfindәn işin faktiki halları tam araşdırılmadan, sübutlara düzgün hüquqi qiymәt verilmәdәn vә IXM-nin 135.1.1, 135.1.2, 135.1.3 vә 135.1.6-cı maddәlәrinin tәlәblәri nәzәrә alınmadan qәrar qәbul edilmişdir. Əmәlindә inzibati xәta hadisәsi vә inzibati xәta tәrkibi olmadığından, IXM-nin 53-cü maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәli idi. PROSES IŞTIRAKÇISININ IZAHATI : Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, mәhkәmәyә tәqdim etdiyi fotoşәkillәrdәn dә görünür ki, ona mәxsus avtomaşın vә digәr maşınlar piyadalar üçün nәzәrdә tutulan sәkidә deyil, sәkidәn sonra görünәn torpaq yolda movcud ağaclıq sahәdә saxladıqlarından buna görә IXM-nin 346.9-cu maddәsi ilә müәyyәn edilmiş inzibati xәta törәdilmәsinә dair tәrtib edilmiş protokol vә bunun әsasında qәbul edilmiş qәrar qanunsuzdur, ona görә dә lәğv edilәrәk әmәldә inzibati xәta tәrkibi olmadığından iş üzrә icraata xitam verilmәlidir. Işә baxılmasının yeri vә vaxtı barәdә Azәrbaycan Respublikası DIN-nin Baş Dövlәt Yol Polisi Idarәsinә mәlumat verilsә dә, nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş idarәnin nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. IXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Inzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır ona görә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Aşağıda qeyd olunanlara görә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi nәticәsini qanuni vә әsaslı sayıram. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn nizamlama vasitәlәrindә başqa göstәriş nәzәrdә tutulmamışdırsa, nәqliyyat vasitәlәrinin sәkilәrdә dayanması vә ya durması nәticәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.9-cu maddәsindә nәzәrdә tutulmuş әmәli törәtmәkdә tәqsirli bilinәrәk, 60 manat mәblәğindә cәrimә edilmişdir. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin işә şikayәtçinin iştirakı olmadan baxmasının IXM-nin 61.3-cü maddәsinin tәlәblәrini pozduğu göstәrilsә dә, mәhkәmә hәmin dәlili әsaslı hesab etmir. Belә ki, iş materialları ilә müәyyәn olunur ki, şikayәtçi mәhkәmә iclasının vaxtı vә yeri barәdә әvvәlcәdәn lazımi qaydada mәlumatlandırılmış, onun mәhkәmәdә iştirak hüququ tәmin edilmişdir. Şikayәtçinin mәhkәmә baxışının tәxirә salınması barәdә vәsatәtlәrinә әsasәn 3 dәfә mәhkәmә iclasları tәxirә salınmış, sonuncu dәfә dә şikayәtçi gәlmәdiyindәn vә gәlmәmәnin sәbәbi işin baxılmasına mane olan obyektiv vә әsaslı hallarla tәsdiq edilmәdiyindәn işә baxılmışdır. Bundan әlavә, IXM-nin 133.2.4-cü maddәsinә әsasәn işә icraat iştirakçılarının iştirakı olmadan baxılması mәsәlәsinin hәlli mәhkәmәnin sәlahiyyәtinә aid olmaqla, birinci instansiya mәhkәmәsi konkret işin hallarını nәzәrә alaraq işә tәrәflәrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu hal özlüyündә müdafiә hüququnun pozulması kimi qiymәtlәndirilә bilmәz. Apellyasiya şikayәtindә hәmçinin qeyd edilmişdir ki, birinci instansiya mәhkәmәsinin sorğusuna baxmayaraq inzibati xәta üzrә video müşahidә görüntülәri vә digәr materiallar mәhkәmәyә tәqdim edilmәmiş, buna baxmayaraq mәhkәmә şәxsin tәqsirli olması nәticәsinә gәlmişdir. Mәhkәmә hesab edir ki, hәmin dәlil dә әsassızdır. Belә ki, IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә sübutlar yalnız video görüntülәrlә mәhdudlaşmır vә inzibati tәnbeh vermә haqqında qәrar, protokol, digәr sәnәdlәr vә faktik mәlumatlar da sübut kimi qiymәtlәndirilә bilәr. Birinci instansiya mәhkәmәsi iş materiallarında olan sübutları mәcmu halında qiymәtlәndirәrәk inzibati xәta hadisәsinin mövcud olması qәnaәtinә gәlmişdir. Apellyasiya şikayәtindә isә hәmin sübutların etibarsızlığını vә ya saxtalığını tәsdiq edәn hәr hansı mötәbәr sübut tәqdim edilmәmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn işin hallarına tam, hәrtәrәfli vә obyektiv hüquqi qiymәt verilmiş, sübutlar IXM-nin 84.1-ci maddәsinin tәlәblәrinә uyğun olaraq daxili inam әsasında qiymәtlәndirilmişdir. Şikayәtçinin inzibati xәtanı törәtmәmәsi ilә bağlı dәlillәri isә iş materialları ilә öz tәsdiqini tapmamışdır. Apellyasiya şikayәtindә qeyd edilәn digәr prosessual pozuntular, o cümlәdәn inzibati orqana edilmiş müraciәtlәrә vaxtında cavab verilmәmәsi, elektron qәrarın sonradan tәqdim olunması vә digәr hallar mübahisәlәndirilәn qәrarın mahiyyәti üzrә qanunsuz hesab olunması üçün әsas yaratmır. Hәmin hallar inzibati xәtanın baş veribvermәmәsinә vә şәxsin tәqsirliliyinә tәsir edәn hallar kimi qiymәtlәndirilә bilmәz. O da qeyd edilmәlidir ki, iş materiallarında olan fotoşәkillәrdәn dә göründüyü kimi, nәqliyyat vasitәlәrinin dayandığı sahә hәrәkәt hissәsindәn sәki daşı (bordür) vә piyada zolağı (asfalt örtük) ilә ayrılmışdır. Sürücülәrin bu sahәni "torpaq örtüklü" hesab edәrәk park etmәsi aşağıdakı sәbәblәrdәn yol hәrәkәti qaydalarının pozulması kimi tövsif edilir: "Yol hәrәkәti haqqında" Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin 16cı bәndinә әsasәn səki – yolun hәrәkәt hissәsinә bitişik olan vә ya qazon vasitәsilә ondan ayrılmış, piyadaların hәrәkәti üçün nәzәrdә tutulan hissәsidir. Nәqliyyat vasitәsinin bu sahәyә daxil olması üçün mütlәq şәkildә piyada hәrәkәti üçün nәzәrdә tutulmuş asfalt örtüyün üzәrindәn keçmәsi tәlәb olunur ki, bu da piyadalar üçün tәhlükә yaradır. Hәmin sahәdә ağacların mövcudluğu vә sahәnin sәki daşı ilә hәrәkәt hissәsindәn (asfalt yoldan) fiziki olaraq ayrılması, bu әrazinin avtomobil duracağı deyil, dekorativ vә ya piyada tәhlükәsizliyi zonası olduğunu sübut edir. Nәqliyyat vasitәlәrinin torpaq örtüyü üzәrindә dayanması faktı xәtanın tәrkibini dәyişmir. Eyni zamanda "Yol hәrәkәti haqqında" Qanunun 31-ci maddәsinin İ hissәsinә әsasәn nәqliyyat vasitәlәrinin sahiblәri vә ya sürücülәri nәqliyyat vasitәlәrini duracaqlarda vә qarajlarda, habelә yol hәrәkәti tәhlükәsizliyi, әtraf mühitin mühafizәsi vә ictimai tәhlükәsizliyin tәlәblәrinә cavab verәn yerlәrdә saxlamalıdırlar. "Yol hәrәkәti haqqında" Azәrbaycan Respublikası Qanununa * saylı әlavәdә müәyyәn edilmiş yol nişanlarını әks etdirәn 7.6.2-7.6.9-cu lövhәciklәr konkret olaraq duracaqların müәyyәn edildiyi yerlәri bildirir vә bu xüsusi mәlumatverici göstәrici nişanlar yoxdursa, sәki ilә yiolun kәnarını ayıran “yaşıl zolaqda” avtomaşının saxlanılması qanunsuz hesab edilir vә bu, sәki pozuntusu ilә eyni dәrәcәli xәta hesab edilir. Apellyasiya instansiyası mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikası IXM-in 76.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında işlәr üzrә sübutlar sırasında xüsusi texniki vasitәlәrin göstәricilәri mühüm sübut növü kimi qәbul edilir vә hәmin sübutlar iş üzrә digәr hallarla birlikdә qiymәtlәndirilmәlidir. Bu baxımdan, işdә olan foto materiallar inzibati xәtanın baş vermәsini tәsdiq edәn etibarlı sübut kimi düzgün qiymәtlәndirilmişdir. Hәmçinin, IXM-in 84.1-ci maddәsinә uyğun olaraq sübutlar birinci instansiya mәhkәmәsi tәrәfindәn daxili inam әsasında, işin bütün hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılması nәticәsindә düzgün qiymәtlәndirilmişdir. Apellyasiya şikayәtindә mәhkәmәnin guya işi düzgün araşdırmaması vә qәrәzli qәrar qәbul etmәsi barәdә göstәrilәn iddialar da öz tәsdiqini tapmır vә abstrakt xarakter daşıyır. Belә ki, birinci instansiya mәhkәmәsi iş üzrә mövcud bütün sübutları araşdırmış, onlara hüquqi qiymәt vermiş vә gәldiyi nәticәni әsaslandırmışdır. Bundan başqa, apellyasiya şikayәtindә istinad edilәn IXM-in 53-cü maddәsinin tәtbiqi üçün әsas olan inzibati xәta hadisәsinin olmaması halı mövcud deyildir. Əksinә, iş materialları ilә inzibati xәta hadisәsinin baş verdiyi, hәmin xәtanın mәhz şikayәtçi tәrәfindәn törәdildiyi sübuta yetirilmişdir. Qeyd edilmәsi zәruridir ki, “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinin 29-cu bәndinә әsasәn nәqliyyat vasitәsinin dayanması – adamların minmәsi vә ya düşmәsi, yaxud yüklәrin yığılması vә ya boşaldılması üçün zәruri olan vaxt әrzindә nәqliyyat vasitәsinin hәrәkәtsiz vәziyyәtә gәtirilmәsidir. Hәmin maddәnin 31-ci bәndinә әsasәn nәqliyyat vasitәsinin durması – әgәr nәqliyyat vasitәsi digәr yol istifadәçisi vә ya hәr hansı maneә ilә toqquşmanın qarşısını almaq vә ya hәrәkәt qaydalarının göstәrişlәrini yerinә yetirmәk sәbәblәrindәn başqa digәr sәbәblәrә görә hәrәkәtsiz vәziyyәtә gәtirilmişdirsә vә onun dayanması adamların minmәsi vә ya düşmәsi, yaxud yüklәrin yığılması vә ya boşaldılması üçün zәruri olan vaxtla mәhdudlaşmırsa, nәqliyyat vasitәsi durmuş hesab edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.9-cu maddәsinә әsasәn, nizamlama vasitәlәrindә başqa göstәriş nәzәrdә tutulmadıqda nәqliyyat vasitәlәrinin sәkilәrdә dayanması vә ya durmasına görә 60 manat mәblәğindә cәrimә tәtbiq edilir. Hәmin normanın dispozitiv mәzmunundan görünür ki, inzibati xәta tәrkibinin obyektiv cәhәti iki әsas elementdәn ibarәtdir:
1. nәqliyyat vasitәsinin sәkidә dayanması vә ya durması faktı;
2. hәmin hәrәkәtin yol hәrәkәtini tәnzimlәyәn vasitәlәrin (nişan, işarә vә s.) әks göstәrişi olmadan baş vermәsi. Iş materiallarında olan inzibati tәnbeh vermә haqqında elektron qәrar, elәcә dә birinci instansiya mәhkәmәsinin araşdırması ilә müәyyәn edilmiş hallara әsasәn, şikayәtçinin idarә etdiyi nәqliyyat vasitәsinin mәhz sәkidә dayanması/durması faktı tәsdiq edilmişdir. Şikayәtçi isә hәmin halı tәkzib edәn mötәbәr sübutlar tәqdim etmәmiş, yalnız ümumi xarakterli etirazlarla kifayәtlәnmişdir. Bu baxımdan mәhkәmә hesab edir ki, inzibati xәta tәrkibinin obyektiv vә subyektiv elementlәri mövcuddur, IXM-nin 346.9-cu maddәsinin tәtbiqi üçün qanuni әsaslar yaranmışdır vә birinci instansiya mәhkәmәsinin hüquqi nәticәsi düzgündür. Şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edilәrkәn aşağıdakılar nәzәrә alınır. IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır.
IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq,
QƏRARA ALDIM :
Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.