Məhkəmə qərarları › İş №3(3-8)-262/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-262/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-262/2026 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti ilə bağlı qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə (Hakim Vaqif Həsənov) Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın və Abşeron Rayon Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarı qanunsuz və əsassız olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas hüquqlarını pozmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikası İXM-nin tələblərinin də əsaslı şəkildə pozulması ilə nəticələnmişdir. Hesab edir ki, qərarın qanunsuz və əsassız olması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların araşdırılmaması və eyni zamanda sübuta yetirilməməsi aşağıda qeyd olunan əsaslarla təsdiq edilir. Məhkəmə ədalətli, qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsi üçün zəruri hesab edilən iş üzrə Baş Dövlət Yol Polisi İdarəsində olan materiallar (video müşahidə görüntüləri ilə birlikdə) məhkəməyə təqdim edilmədən və ya müvafiq məhkəmə sorğusuna hər hansı bir cavab məhkəməyə daxil olmadan inzibati xəta haqqında işə hər hansı sübut olmadan baxaraq hazırda qanunsuz və əsassız olan məhkəmə qərarını qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, apellyasiya məhkəməsi tərəfindən əldə edilmiş foto şəkillərlə inzibati xəta hadisəsinin olması sübuta yetirilmir. Qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsi üçün ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında iş üzrə Baş Dövlət Yol Polisi İdarəsində olan video müşahidə görüntülərin əldə edilməsi zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən piyadaya yol verilməməsinə, yəni: nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən piyadaya yol verilməməsinə, yəni: nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi öz təsdiqini tapmışdır. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etmədiyindən, işdə olan sübutlar isə onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmadığından məhkəmə hesab etmişdir ki, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur və şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab etməklə belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025ci il tarixli, EQ ******** nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Apellyasiya məhkəməsində tədqiq edilmiş foto şəkillərdən görünür ki, “**ZH***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidinə daxil olmuş, sürücü piyadaya yol verməyərək nəqliyyat vasitəsini dayandırmamışdır ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Qərardan şikayət vermiş şəxsin şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilir. Qərardan verilmiş apellyasiya şikayətinin dəlillərini, həmçinin iş materiallarını araşdıraraq apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etməkdə haqlı olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXMnin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair DİN BDYPİ Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar