Məhkəmə qərarları › İş №3(3-8)-263/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-263/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-263/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti qismәn tәmin edilmiş, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi X2 Patrul Xidmәti tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmiş, iş yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılmış, şikayәt digәr hissәdә tәmin edilmәmişdir (hakim Firuzә Kәrimova). Işin halları: Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi X2 Patrul Xidmәti tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar 323.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 40 (qırx) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, qәrarın lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Inzibati xәta haqqında işә baxan Abşeron Rayon Mәhkәmәsi yuxarıda göstәrilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Daxili Işlәr Nazirliyi X2 Patrul Xidmәti tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın tam lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, inspektor tәrәfindәn saxlanılan zaman heç bir qayda, o cümlәdәn yük daşıma qaydası pozuntusu olmamış, sonradan qanunsuz protokol tәrtib edilmiş vә bu barәdә heç bir bildiriş verilmәmişdir. Hesab edir ki, sonradan onun xәbәri olmadan tәrtib edilmiş protokol tam qanunsuz vә әsassızdır. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini vә Daxili Işlәr Nazirliyi X2 Patrul Xidmәti tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın tam lәğv edilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, Daxili Işlәr Nazirliyi X2 Patrul Xidmәtinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә nümayәndәnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki Qәrardan şikayәt verәn orqan (şәxs) TP ******* saylı qәrar ilә Azәrbaycan Respublikası IXM-in 323.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 40 (qırx) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Birinci instansiya mәhkәmәsi haqlı olaraq qәrarında qeyd etmişdir ki, baş vermiş hadisә üzrә tam, hәrtәrәfli vә obyektiv araşdırma aparılmamışdır ki, bu da mәhkәmәdә işә baxılarkәn Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd olunan inzibati xәtanı törәtmәsinә şübhә yaradır. Habelә iş üzrә şәxsin tәqsirli olmasına dәlalәt edә bilәcәk sübut vә әsas göstәrilmәdәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә natamam araşdırma aparmaqla inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Sәlahiyyәtli orqan tәrәfindәn isә qeyd olunan xüsusatlar üzrә qanunvericiliyin tәlәblәrinә uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı Qәrardan şikayәt verәn orqan (şәxs) hüquqlarının tәmin edilmәmәsi, elәcә dә iş üzrә toplanmış zәruri sübutların, inzibati icraat materialının tәqdim edilmәmәsi sonuncunun әmәlindә sözügedәn inzibati xәtanın tәrkib әlamәtlәrinin olmasına şübhә yaradır. Halbuki, qanunvericiliyin tәlәblәrinә әsasәn inzibati xәtanın baş vermәsini, elәcә dә şәxsin tәqsirliliyini sübuta yetirmәk sәlahiyyәtli orqanın üzәrinә düşür vә inzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Sәlahiyyәtli vәzifәli şәxs inzibati tәnbeh vermә haqqında qәrar qәbul edәrkәn sәthi araşdırma aparmaqla, barәsindә icraat aparılan şәxsin iştirakını tәmin etmәmәklә, inzibati xәtanın törәdilmәsini tәsdiq edәn hәr hansı sübuta (videogörüntü vә s.) istinad etmәmәklә şәxsin hüquqlarının pozulması ilә müşahidә olunan qәrar qәbul etmiş, bu isә öz növbәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin edilmәsinә, hazırki material üzrә tam, sonuncunun iştirakı ilә yenidәn hәrtәrәfli, tam vә obyektiv araşdırmanın tәmin edilmәsinә zәrurәt yaratmışdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Belәliklә yuxarıda göstәrilәnlәrә hüquqi qiymәt verәrәk mәhkәmә hesab edir ki, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi X2 Patrul Xidmәti tәrәfindәn qәbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә işin yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılmasına dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar