Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-265/2026 01.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, zərərçəkmiş şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim S.B.Ismayılov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi, inzibati həbsdə saxlama müddətinin əvvəli ## ##### 2026-cı il tarixdən saat 14:20-dən hesablanması, qərarın icrası Sumqayıt Şəhər Polis Idarəsinə həvalə edilməsi, qərarın dərhal icra edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmin qərardan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan ən son həddində cəzanın verilməsi barədə yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, qərəzli olmasını nəzərə almamış, ona yüngül cəza verilmişdir. Cavabdeh təyin olunmuş alimenti qərəzli olaraq ödəməmişdir. Nəticədə qərar qəbul edilən tarixə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alimentə görə 21000 manat borcu var. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tam sağlamdır, fərdi əməklə məşğul olaraq ev tikintisi və təmiri üzrə ustadır. Pəşakar usta olduğundan 2000-2500 manat hər ay qazanc əldə edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər də xəbərdarlıq edilmiş, ölkədən çıxmasına məhdudiyyət qoyulmuşdur. Həmçinin Sumqayıt şəhəri üzrə Icra Idarəsinin müraciətinə əsasən onun axtarışı elan edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs günahı üzündən aliment borcu külli miqdar olmuşdur. Borclu alimenti ödəmədiyinə görə uşaqların maddi vəziyyəti ağırlaşmış, təlabatları ödənilməmişdir. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən obyektiv araşdırma aparmamış, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallara, onun təqsirinin dərəcəsinə, zərərçəkənin maddi vəziyyətinə hüquqi qiymət verməmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya məhkəməsində zərərçəkmiş şəxsin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, borclu uşaqlara baxmadığı üçün nəvələrini aldığı təqaüdü ilə saxlayır, qızı işləsə də 600 manat maaş alır ancaq özünə çatır. Məhkəmə işə baxarkən borclu 3000 manat ödəməsini bildirmiş və hazırda həmin pulun ödənməsini və hər ay 500 manat ödəniləcəyi təqdirdə borcludan şikayətləri olmayacaqdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə etdi ki, əslində o tələbkara mütəmadi olaraq aliment pulunu əlbəəl vermiş, lakin rəsmi heç bir sənəd olmadığından həmin ödəmələri sübut edə bilmir. Birinci instansiya məhkəməsində işə baxılarkən 3000 manat qohumları tərəfindən toplanılsa da, tələbkar tərəf həmin məbləği qəbul etməyərək 10000 manat verilməsini bildirmişdir. Hazırda da qeyd edir ki, azadlığa çıxan kimi həmin məbləğin ödənilməsini təmin edib qalan məbləği hissə-hissə ödəyəcəyinə söz verir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə Icra Idarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məlumatlandırılmış olsalar da, məhkəmə iclasına gəlməmişlər. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş icra idarəsinin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 izahat verib bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- *****/**** saylı icra sənədinə əsasən ##.##.2016-cı il tarixdən etibarən ##.##.2011-ci il təvəllüdlü X3 və ## ### 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 137 manat, cəmi 234 manat məbləğində aliment Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Icra sənədi üzrə ##.##.2018-ci il tarixdə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş ##.##.2018-ci il tarixdə borcluya təqdim edilmişdir. Borclu icra sənədinin icra etmədiyinə görə 2022-ci il IXM-in 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati həbs edilmişdir. Bundan sonra icra sənədi üzrə yığılmış borcun hər ay 500 manat olmaqla ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmiş, lakin borclu həmin razılığa uyğun olaraq hər ay ödənişlərini həyata keçirmədiyi üçün tələbkar tərəf yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. Hazırda icra sənədi üzrə ödənişləri təsdiq edən sənədlər və tələbkarın nümayəndəsinin özünün təsdiq etdiyi məbləğlər nəzərə alınmaqla hesablama aparıldıqda 16.000 manat aliment borcu mövcuddur. Borclu əlavə ödənişlər etdiyini bildirsə də həmin ödənişləri təsdiq edən sənədləri təqdim edə bilməmişdir. Borclu 3000 manat ödəniş edərək qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılıq əldə edilməsini təklif etsə də tələbkar tərəf bununla razılaşmamış, ona görə də tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclunun rəsmi gəliri və ya əmlakı müəyyən olunmamışdır. Göstərilən halları nəzərə alaraq borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- *****/**** saylı icra sənədindən görünür ki, ##.##.2016-cı il tarixdən etibarən ##.##.2011-ci il təvəllüdlü X3 və ## ### 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün sabit pul mbləğində 137 manat, cəmi 234 manat məbləğində aliment Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Birinci instansiya məhkəməsi hal-hazırda mübahisə olunan qərarı qəbul edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, eləcə də ailə vəziyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə tənbeh tədbiri tətbiq etməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129 maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Inzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Yuxarıda qeyd olunanlara görə hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməməsi iş materialları ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin onu IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilən borcun məbləğinin daha artıq olması, borclunun guya yüksək gəlir əldə etməsi və qərəzli davranması barədə iddialar iş materiallarında mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, borclunun rəsmi gəliri və əmlakının mövcudluğu müəyyən edilməmiş, əlavə ödənişlərin edilməsi barədə isə sənədlər təqdim olunmamışdır. Bu baxımdan həmin iddialar ehtimala əsaslanır və məhkəmə tərəfindən qəbul edilə bilməz. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, borclu tərəfindən müəyyən ödənişlərin edilməsi, borcun hissə-hissə ödənilməsi ilə bağlı təşəbbüslərin göstərilməsi halları mövcuddur ki, bu da onun davranışının tam qərəzli xarakter daşımadığını göstərən amillərdən biri kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxsin daha ağır cəzanın təyin olunması ilə bağlı tələbi isə yalnız subyektiv qiymətləndirməyə əsaslanır və iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmır. Həmçinin qeyd edilməsi zəruri hesab edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qüvvədə olan məhkəmə və sair icra qərarlarını qərəzli olaraq icra etməməsi məsuliyyətini yüngülləşdirici halların olmasına baxmayaraq onun daha ciddi inzibati tənbeh tədbirinə məruz qalması və cinayət məsuliyyətinə cəlb edilməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Şərh olunan işin hallarına əsasən törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, icra sənədində göstərilən tələb üzrlü səbəb olmadan ödənilmədiyini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qənaətbəxşt hesab edilməlidir. Qanunun tələbinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh edilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilməyərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-265/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-265/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver