Məhkəmə qərarları › İş №3(3-8)-266/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-266/2026

13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-266/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X2, barәsindә inzibati xәtaq haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilov tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı ilә şikayәtin qismәn tәmin edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 228-ci maddәsi ilә 2500 (iki min beş yüz) manat mәblәğdә cәrimә olunmasına dair Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilsin vә inzibati xәta haqqında iş yenidәn araşdırlması üçün Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә göndәrilmәsi, şikayәtin qalan hissәdә tәmin edilmәmәsi qәrara alınmışdır (hakim Sәrxan Sәmәdzadә). Işin halları: Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilovun ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarına әsasәn Xaçmaz rayonu, Nәrәcan, Ağtala kәndi, Qusarçay çayının kanalından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn lazımı icazә olmadan yerin tәkindәn qanunsuz idtifadә edilmәsi nәticәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXMnin 228-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә, barәsindә 2500 manat mәblәğindә inzibati cәrimә növü tәtbiq edilmişdir. X1 Sistemlәrinin Istismarı Idarәsinin “Sahil” X3 sәdri Qәrardan şikayәt verәn orqan (şәxs) Nağdalı oğlu әrizә ilә mәhkәmәyә müraciәt edәrәk Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin inzibati tәnbeh vermә haqqında ## ####### 2025- ci il tarixli, MN seriyalı, ******* nömrәli qәrarını lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini mәhkәmәdәn xahiş etmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrarı ilә (hakim Aynur Əliyeva) Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilәrәk, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 228-ci maddәsi ilә 2500 (iki min beş yüz) manat mәblәğdә cәrimә olunmasına dair Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilib inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir. Qәrardan narazı qalan * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilov apellyasiya şikayәti verәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәtinin tәmin edilmәmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qәrarı ilә Xaçmaz Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrarı lәğv edilmiş vә Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin inzibati tәnbeh vermә haqqında ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtә yenidәn baxılması üçün material Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmişdir. Inzibati xәta haqqında işә baxan Xaçmaz Rayon Mәhkәmәsi yuxarıda göstәrilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilov apellyasiya şikayәti verәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә Qәrardan şikayәt verәn orqan (şәxs) Nağdalı oğlunun Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ##.##.2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından verilmiş şikayәtin tәmin edilmәmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә tәrәfindәn qәrar qәbul edilәrkәn işin obyektiv hәlli üçün mühüm әhәmiyyәt kәsb edәn hallar araşdırılmamış, nәticәdә maddi vә prossesual hüquq normaları pozulmuşdur. Mәhkәmә ##.##.2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi, inzibati xәta haqqında işә yenidәn baxılması üçün * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә göndәrilmәsi qәrarını Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati araşdırmanın tam, hәrtәrәfli vә obyektiv aparılmaması vә tәrtib edilmiş inzibati tәnbeh vermә haqqında protokol vә qәrarda heç bir mötәbәr sübutların işә әlavә olunmaması vә s. hallarla әsaslandırmışdır. Mәhkәmә әsassız olaraq ##.##.2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul etmişdir. Belә ki, işin faktiki halı ondan ibarәtdir ki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin әmәkdaşları tәrәfindәn xidmәti әrazidә vәtәndaş şikayәti әsasında aparılan araşdırma zamanı Xaçmaz rayonu, Nәrәcan-Ağtala kәndi, Qusar çayının kәnarında "Sahil" X3 sәdri Qәrardan şikayәt verәn orqan (şәxs) Nağdalı oğlu tәrәfindәn lazımi icazә olmadan yerin tәkindәn qanunsuz istifadә edilmәsi müәyyәn edilmişdir. "Yaşıllıqların mühafizәsi haqqında" Azәrbaycan Respublikasının # ### 2014-cü il tarixli ***-IVQ nömrәli qanununa әsasәn meşә fondu torpaqlarında vә xüsusi mühafizә olunan tәbiәt әrazilәri vә obyektlәrindә olan yaşıllıqlar, xüsusi mülkiyyәtdә olan hәyәtyanı vә bağ sahәlәrindәki yaşıllıqlar, habelә kәnd tәsәrrüfatı mәhsulları istehsalı üçün istifadә edilәn bitkilәrdәn ibarәt yaşıllıqlar (әkinlәr) istisna olmaqla, ölkә әrazisindәki digәr bütün yaşıllıqların götürülmәsinә dair Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin rәyi alınmalıdır. Bundan әlavә, meliorasiya vә irriqasiya obyektlәrindә (suvarma vә kollektor-drenaj şәbәkәlәrinin mәcrası, berma vә dambasında) olan yaşıllıqların köçürülmәsi mümkün olmayan yaşıllıqlar Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## #### 2017-ci il tarixli *** nömrәli qәrarının tәlәblәrinә uyğun olaraq hәqiqi bәrpa dәyәri ödәnilmәsi şәrtilә götürülә bilәr. Qәrardan şikayәt verәn orqan (şәxs) Nağdalı oğlu yazılı izahat verәrәk, suvarma kanalının tәmizlәnmәsi vә oradan çıxarılan xammalın kәnar yerә daşınmasını vәzifәli şәxs kimi onun göstәrişi ilә edildiyini bildirmiş vә inzibati xәta hadisәsini birbaşa olaraq etiraf etmişdir. Mәhkәmә qeyd olunanları nәzәrә almadan Qәrardan şikayәt verәn orqan (şәxs) Nağdalı oğlunun formal mülahizәlәrlә әsaslandırılmış şikayәtini tәmin edәrәk, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ##.##.2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi barәdә qәrar qәbul etmişdir. Qeyd olunanlar Xaçmaz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrarının әsassız vә qanunsuz olmasının birbaşa sübutudur. Mәhkәmә işin obyektiv, hәrtәrәfli araşdırılması üçün iş üzrә olan sübutları nәzәrә almamışdır. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X2 apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә Qәrardan şikayәt verәn orqan (şәxs) Nağdalı oğlunun Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ##.##.2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından verilmiş şikayәtin tәmin edilmәmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinә etiraz edәrәk, tәmin edilmәmәsini vә Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati icraat materiallarını yoxlayıb, proses iştirakçılarını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, ##.##.2026-cı il tarixdә keçirilmiş mәhkәmә iclasında Qәrardan şikayәt verәn orqan (şәxs) izahat verәrkәn bildirmişdir ki, X1 Sistemlәrinin Istismarı Idarәsinin “Sahil” Sudan Istifadә edәnlәr Birliyinin sәdri olsa da, vәzifәli şәxs deyil, çünki ictimai әsaslarla çalışır. Bu hal Sumqayıt Apellyasiya mәhkәmәsindә dә, öz tәsdiqi tapmışdır. O bu vәfizәyә seçilәrәk tәyin edilmiş, işinin әsas fәaliyyәt istiqamәti әhalini suvarma suları ilә tәmin etmәkdir. Suyu çaylardan götürürlәr. Qәrarla razı deyil vә düzgün qәrar qәbul edilmәsini xahiş etmişdir. ## ###### 2026-cı il tarixdә keçirilmiş mәhkәmә iclasında izahat verәn qәrarından şikayәt verilmiş şәxsin nümayәndәsi Nümayәndә bildirmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ictimai birliyin sәdri olması onlarda elә bir qәnaәt yaratmışdır ki, o vәzifәli şәxsdir. Ona görә dә, Qәrardan şikayәt verәn orqan (şәxs) mәhz vәzifәli şәxs qismindә cәrimә etmişdirlәr. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarında qeyd etmişdir ki, şikayәt qismәn tәmin olunmalı, iş üzrә Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin inzibati tәnbeh vermә haqqında ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edilәrәk, inzibati xәta haqqında iş üzrә icraatın materialları yenidәn baxılması üçün Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә göndәrilmәlidir. Belә ki, inzibati orqan tәrәfindәn düzgün araşdırma aparılmadan, mühüm әhәmiyyәt kәsb edәn hallar tam vә hәrtәrәfli müәyyәn edilmәdәn, barәsindә inzibati araşdırma aparılan şәxsin ümumiyyәtlә hüquqi statusu müәyyәn edilmәdәn qәrar qәbul olunmuşdur. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә dair Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilovun apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Belәliklә yuxarıda göstәrilәnlәrә hüquqi qiymәt verәrәk mәhkәmә hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) verdiyi şikayәtin qismәn tәmin edilmәsinә, tәrtib edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrәli qәrarın lәğv edilmәsinә vә inzibati xәta haqqında işin yenidәn araşdırılması üçün Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinә göndәrilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Xaçmaz Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Elnur Cәlilov tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar