Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-267/2026 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı qəbul olunmuş Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin direktoru İntiqam Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 38720.00 (otuz səkkiz min yeddi yüz iyirmi) Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 7744 (yeddi min yeddi yüz qırx dörd) Avro məbləğində (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları : Protokol tərtib edən orqanlar Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC tərəfindən 38720.00 Avro məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. 'Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 10207.93 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında (AZ5000, ünvan 1) törədilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə hərtərəfli, tam obyhektiv araşdırma aparmamış, barəsində icraat aparılan şəxsi dəvət etməmişdir. İXM-nin 430.4-cü maddənin dispozisiyasını avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması təşkil edir. Lakin “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə 38720.00 (otuz səkkiz min yeddi yüz iyirmi) Avro məbləğində xarici valyutada olan pul vəsaitini avans olaraq Azərbaycan Respublikasından kənara köçürülmüş məbləğin müqabilində Azərbaycan Respublikasına qanunla müəyyən olunmuş müddət ərzində “Mersedes-Benz EQC 400 4MATİC” minik avtomobili gətirilmiş və bu barədə müvafiq gömrük bəyannaməsi verilmişdir. Belə olan halda “xxxx” MMMC barəsində inzibati tənbeh tətbiq olunması tamamilə qanunsuz və əsassızdır. Prosessual məsələlər : Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş Protokol tərtib edən orqanlar nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin Mərkəzi Bankın nümayəndəsi nümayəndə2 telefon vasitəsilə əlaqə saxlayıb “xxxx” barəsində ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş malların ölkəyə idxal edilməsini, buna görə də apellyasiya şikayətinin təmin edilməsinə etirazlarının olmamasını bildirib, Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş “xxxx” MMC-nin nümayəndəsi məlumatlandırılmış olsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclasının Protokol tərtib edən orqanlar və “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan və şikayətə əlavə edilmiş sənədlərlə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş sənədlərdən görünür ki, hüquqi şəxs “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə 38720.00 (otuz səkkiz min yeddi yüz iyirmi) Avro məbləğində xarici valyutada olan pul vəsaitini avans olaraq Azərbaycan Respublikasından kənara köçürülmüş və bundan 38720.00 (otuz səkkiz min yeddi yüz iyirmi) Avro vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokol və ona əlavə olunmuş yuxarıda qeyd edilmiş sənədləri araşdıraraq “xxxx” MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması və bu əsasla da barəsində inzibati xətanın obyekti olmuş 38720.00 Avro valyuta məbləği vəsaitinin 20 (iyirmi) faizi həddində, yəni 7744 Avro məbləğinin ödəniş gününə olan Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla cərimə edilməsi barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə hesab edir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əsasən “xxxx” MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş ##.##.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, idxalçı “xxxx” MMC tərəfindən dəyəri 38720.00 Avro olan “MERCEDES-BENZ EQC 400 4MATİC” markalı minik avtomobili ölkəyə idxal olunmuşdur. Protokol tərtib edən orqanlar İdarə Heyətinin **/** nömrəli, ## ###### 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda (bundan sonra mətndə “Qaydaları”) dəyişikliklər edilmiş və “Qaydaların” 4.3.1.3-cü bəndi aşağıdakı redaksiyada verilmişdir: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. İXM-nin 430.4-cü maddəsinin dispozisiyasına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Yuxarıda qeyd olunan Qanun və Normativ hüquqi aktın normalarının məzmunundan göründüyü kimi İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi o halda mövcud olur ki, müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilməsin və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmasın və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olsun. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibinin olmadığı halda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ona görə də apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, “xxxx” MMC-nin İXMnin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv olunmalı, “xxxx” MMC-nin əməli İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmadığı üçün barəsində başlanmış inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-Nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 7744 (yeddi min yeddi yüz qırx dörd) Avro məbləğinin ödəniş gününə olan Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla cərimə olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin və“xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-267/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-267/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver