Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-269/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə Ilham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDIM: Protokol tərtib edən orqanlar-nin ITB-nin polis sahə rəisi, X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 232-1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında ##.##.2026-cı il tarixli, MN 2215920-**** №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 10:30 radələrində Zərərçəkmiş şəxs məxsus T- 16 markalı 27-T-249 dövlət qeydiyyat nişalı traktorun qabaq sol tərəfini yandıraraq ona 670 manat ziyan vurmuşdur. Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 670 manat ziyanın 1 bir) misli miqdarında, yəni 670 (altı yüz yetmiş) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Zərərçəkmiş şəxs heç bir ziyan vurmamışdır. Iş materiallarında göstərilən T-16 markalı, 27-T-249 dövlət nömrə nişanlı traktorun Zərərçəkmiş şəxs heç bir aidiyyatı yoxdur. Zərərçəkmiş şəxs ümumiyyətlə Quba rayonu, Zərdabi qəsəbəsində yaşamır, orada qeydiyyatda deyildir. O, Xaçmaz rayonunda yaşayır. Adıçəkilən şəxs zərərçəkmiş şəxs deyildir. Təkərin yandığı göstərilən traktor isə X3 məxsusdur. Həmin şəxs tərəfindən də hər hansı hadisə barədə şikayət yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Quba Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir: Iş materiallarında olan Protokol tərtib edən orqanlar-nin TB-nin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarından görünür ki, ##.##.2026-cı il tarixdə saat 10:30 radələrində Zərərçəkmiş şəxs məxsus T-16 markalı 27-T-249 dövlət nömrə nişanlı təsərrüfat traktorunu əmisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qabaq sağ təkərinə benzin tökərək yandırmış, nəticədə sonuncu tərəfindən Zərərçəkmiş şəxs 670 manat məbləğində maddi ziyan dəymişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinin, yəni Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi yoxdur, lakin həmin məbləğ qüvvədə olan Azərbaycan Respublikası IXM-nin 232.1-ci maddəsinin tərkibini yaradır. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM 232.1 maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Protokol tərtib edən orqanlar-nin ITB-nə göndərilməsi qərara alınmışdır. “xxxx” MMC-nin təsdiq etdiyi ziyan aktına əsasən avtotraktorun yandırılması nəticəsində cəmi 670 manat ziyan dəymişdir Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda – inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Iş materiallarının tədqiqi nəticəsindən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs də bu halı (əmlaka qəsdən ziyan vurduğunu) təsdiq edir. Apellyasiya şikayəti üzrə icraat zamanı təqdim edilmiş Qusar rayon Icra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, T-16 markalı 27-T- 249 dövlət nömrə nişanlı təsərrüfat traktoru Zərərçəkmiş şəxs məxsusdur. Bu da bir daha apellyasiya şikayətinin dəlillərini formal mülahizələrdən ibarət olduğunu göstərir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, həmin sübutlar əsasında hüquqa uyğun və ədalətli qərar qəbul edilmişdir. Bu səbəbdən apellyasiya şikayətində göstərilənlər qərarın dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-269/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-269/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver