Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-270/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X3 Xidmәti X2 Yanğın Nәzarәti Idarәsinin nümayәndәsi nümayәndә1 iştirakı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Quba Rayon Mәhkәmәsinin 3(5-139)- ***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X3 Xidmәti X2 Yanğın Nәzarәti Idarәsinin rәisi Emin Mehdiyev tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsilә Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X3 Xidmәti X2 Yanğın Nәzarәti Idarәsindәn daxil olmuş inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim Ibrahim Qazıbәyov). Işin halları: Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X3 Xidmәti X2 Yanğın Nәzarәti Idarәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә MN ******* nömrәli, ## #### 2026-cı il tarixli inzibati xәta haqqında protokol tәrtib edilmişdir ona görә ki, ## #### 2026-cı il tarixdә Quba rayonu, İ Nügәdi kәndindә yerlәşәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs”nә mәxsus tibb mәntәqәsindә planlı YTM zamanı YTQ 4.4;6.1; 4.2; 10.4-cü bәndlәrinin tәlәblәrinin pozulması aşkar edilmişdir. Protokol baxılması üçün Quba Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X3 Xidmәti X2 Yanğın Nәzarәti Idarәsinin rәisi Emin Mehdiyev apellyasiya şikayәti verәrәk, Quba Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini, yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, FHN DYNX X2 Yanğın Nәzarәti Idarәsinin X3 Şöbәsinin әmәkdaşları tәrәfindәn Ədliyyә Nazirliyinin Notariat, Qeydiyyat vә Reyestr Baş Idarәsi “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestri”ndәn ## #### 2026-cı il tarixli KY********* nömrәli çıxarışa әsasәn Quba rayonu, İ Nügәdi kәndindә yerlәşәn «xxxx» Publik Hüquqi Şәxsi”nә mәxsus tibb mәntәqәsindә planlı YTM zamanı YTQ 4.4; 6.1; 4.2 vә 10.4-cü bәndlәrinin tәlәblәrinin pozulması aşkar edilmişdir. Aşkar edilmiş pozuntular ilә bağlı «xxxx» Publik Hüquqi Şәxsi barәsindә ## #### 2026-cı il tarixli MN ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Tәrtib edilmiş protokol qәrar qәbul edilmәsi üçün Quba Rayon Mәhkәmәsinә göndәrilmişdir. Quba Rayon Mәhkәmәsi IXM-nin 105.1-ci maddәsinә әsasәn maddәdә qeyd olunan bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş hallardan hәr hansı biri olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında işin icraatına xitam verilmәsi haqqında qәrar qәbul etmişdir. Lakin IXM-nin 53-cü maddәsinin konkret hansı bәndinin tәlәblәrinin pozulduğu qәrarda qeyd edilmәmişdir. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X3 Xidmәti X2 Yanğın Nәzarәti Idarәsinin nümayәndәsi nümayәndә1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini, yeni qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsn nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, şikayәt üzrә nümayәndәnin iştirakı olmadan işә baxılması mümükün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçınını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk mәhkәmә hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәli, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәyin edilmәlidir. Belә ki, iş materiallarında olan yanğın-texniki müayinәnin aparılması haqqında Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X3 Xidmәtinin ## ###### 2026-cı il tarixli, *-**-**/Q***/**** nömrәli qәrarından göründüyü kimi, “Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsn” in plan üzrә növbәti yoxlamanın aparılması qәrara alınmışdır. Iş materiallarında olan “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestri”ndәn ## #### 2026-cı il tarixli KY********* nömrәli çıxarışdan görünür ki, Quba RMXnın ##.##.2026- ##.##.2026-cı il tarixәdәk yanğın tәhlükәsizliyi haqqında qanunun tәlәblәrinә riayәt edilib-edilmәmәsinin yoxlanılacağı müәyyәn edilmişdir. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, Q-*** nömrәli Yanğın texniki müayinә aktından göründüyü kimi, Quba şәhәrindә yerlәşәn Quba RMX-da müayinә aparılarkәn aşkar olunmuşdur ki:
1. Inzibati binanın elektrik tәsәrrüfatı EQQQ-na uyğun quraşdırılmamışdı. YTQ 01-2001 b: 6.1
2. Bina yanğın xәbәrverici siqnalizasiya qurğuları ilә tәmin olunmayıb.
3. Bina ilkin ödsöndürәn balonlarla tam tәmin olunmayıb. YTQ 01-2001 b: 10.4
4. Binanın yanar taxta konstruksiyaları odadavamlı mәhlulla hopdurulmayıb YTQ 01- 2001 b: 4.4 Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn işin müәyyәn olunmuş hallarına düzgün hüquqi qiymәt verilmәdәn iş üzrә icraata xitam verilmәsi barәdә sәhv nәticәyә gәlinmişdir. Belә ki, birinci instansiya mәhkәmәsi qәrarı onunla әsaslandırmışdır ki, sahibkarın sәlahiyyәtli nümayәndәsi kimi protokolu imzalayan X5 protokolu imzalamaq sәlahiyyәtinә malik olub olmaması, hüquqi şәxs adından hәr hansı bir rәsmi sәnәdi imzalamaq sәlahiyyәtini tәsdiq edәn etibarnamәnin mövcud olub-olmaması barәdә mәlumat aşkar edilmәmiş, aşkar edildiyi halda hәmin sәnәdin әsli işә әlavә edilmәmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin yuxarıda göstәrilәn әsasa görә inzibati xәta hqqında iş üzrә icraata xitam verilmәsinә dair gәldiyi nәticә әsassızdır. Belә ki, elektron mәhkәmә informasiya sistemindәn çıxarışdan görünür ki, X5 “xxxx” X1 tibb bacısı işlәyir. Azәrbaycan Respublikası IXM-nin 518.1-ci maddәsinә әsasәn mülkiyyәt formasından asılı olmayaraq müәssisә, idarә vә tәşkilatlarda, ictimai yerlәrdә, anbarlarda, yataqxanalarda vә ya digәr yaşayış sahәlәrindә, meşәlәrdә vә nәqliyyatda yanğın tәhlükәsizliyi standartlarının, normalarının vә qaydalarının tәlәblәrinin pozulmasına vә ya yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәrә xәbәrdarlıq edilir vә ya onlar iyirmi manatdan otuz manatadәk mәblәğdә cәrimә edilir, vәzifәli şәxslәrә xәbәrdarlıq edilir vә ya onlar yüz manatdan yüz әlli manatadәk mәblәğdә, hüquqi şәxslәr üç yüz әlli manatdan beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya mәhkәmәsi Azәrbaycan Respublikası Fövqәladә Hallar Nazirliyi X3 Xidmәti X2 Yanğın Nәzarәti Idarәsindәn daxil olmuş MN ******* nömrәli, ## #### 2026-cı il tarixli protokolu vә iş materiallarında olan sübutların mәcmusunu nәzәrә alaraq belә qәnaәtә gәlir ki, “xxxx” Publik Hüquqi Şәxsin әmәlindә inzibati xәta tәrkibi vardır vә Publik Hüquqi Şәxsin Azәrbaycan Respublikası IXM-nin 518.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirliliyi tam sübuta yetirilmişdir. Yuxarıda göstәrilәnlәrlә bağlı apellyasiya instansiyası mәhkәmәsi qeyd edir ki, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı qanuni vә әsaslı hesab edilә bilmәz. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, şikayәtin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi üçün qanuni әsas kimi qәbul oluna bilәr. Ona görә dә, apellyasiya mәhkәmәsi hesab edir ki, “xxxx” Publik Hüquqi Şәxsi barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilmәli, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs barәsindә cәrimә növündә inzibati tәnbeh tәyin edilmәli, apellyasiya şikayәti tәmin edilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә protestә baxılarkәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması halında qәrar dәyişdirilir vә ya lәğv edilir. Hәmin Mәcәllәnin 135.1.1-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 135.1.1 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә
QƏRARA ALDI:
Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 518.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Inzibati Xәtalar Mәcәllәsinin 518.1ci maddәsi ilә tәqsirli bilinsin vә barәsindә 500 (beş yüz) manat cәrimә növündә inzibati tәnbeh tәtbiq edilsin. Apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.