Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-271/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əsgәrova Ruhiyyә Orucәli qızının sәdrliyi, Şükürov Cahangir Fәxrәddin oğunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası DİN Quba rayon Polis Şöbәsinin Yol Patrul Xidmәtinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarınna әsasәn, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 100 manat mәblәğindә cәrimә edilmişdir. Barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsilә Quba Rayon Mәhkәmәsinә müraciәt edәrәk, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv olunmasını, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixindә Quba rayon Yol Patrul Xidmәti inspektoru R İbişov Anar Fizuli oğlu tәrәfindәn barәsindә TP******* nömrәli inzibati tәnbehvennә haqqında qәrar qәbul edilmişdir. Hәmin qәrar әsasında Azәrbaycan Respublikası İXM-nin 327.2 maddәsindә nәzәrdә tutlmuş inzibati xәtanı törәtmәyi әsası ilә barәsindә 100 (yüz) manat vә 3 (üç) bal cәrimә edilmә haqqında tәnbeh növü tәtbiq edilmişdir. Hәmin qәrarla razılaşmır, hesab edir ki, bu qәrar әsassızdır. Ona görә dә hazırki şikayәtlә mәhkәmәyә müraciәt edir. Bildirir ki, onun tәrәfindәn heç bir inzibati xәta hadisәsi törәdilmәmişdir. O ** BU *** dövlәt qeydiyyat nişanlı avtomobili İlә ##.##.2026-cı il tarixindә saat 19:00 radәlәrindә Quba şәhәrindә "köhnә avtovağzal” dairәsinә daxil olub. Dairәdә heç bir avtomobil olmadığı üçün o gözlәmәdәn hәrәkәtini Qusar şәhәri istiqamәtindә davam etdirib. Hәrәkәt zamanı heç bir avtomobilә maneә yaratmayıb vә heç bir qәza şәraiti törәtmәyib. Dairәni keçdikdәn sonra arxasıca ** YP *** dövlәt qeydiyyat nişanlı YPX avtomobili gәlәrәk ona saxla әmri verib. O avtomobili saxlayıb. Ona yaxınlaşan YPX әmәkdaşı ona yol hәrәkәti qaydasını pozduğunu dedi. Bildirib ki, o heç bir qayda pozuntusu etmәyib. Polis әmәkdaşı cәrimә yazacağını dedi. Barәsindә qәbul edilәn inzibati tәnbeh vermә haqqında qәrar әsassız vә qanunsuzdur. Ona görә dә hesab edir ki, barәsindә qәbul edilmiş qәrar lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı (hakim N.Xәlilova) ilә şikayәtin tәmin edilmәmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, onun tәrәfindәn heç bir inzibati xәta hadisәsi törәdilmәmişdir. ## #### 2026-cı ildә Quba şәhәri Avtovağzal dairәsinә daxil olaraq yol hәrәkәti qaydalarına uyğun olaraq hәrәkәtdә olmuşdur. Hәmin vaxt dairәdә heç bir digәr avtomobil hәrәkәtdә olmamışdır. Tәrәfindәn heç bir avtomobilә maneә yaradılmayıb, heç bir qәza şәraiti yaranmayıb. Amma qeyd olunanlara baxmayaraq barәsindә Quba rayon Yol Patrul Xidmәtinin müvafiq qәrarı qәbul edilmişdir vә hәmin qәrardan verdiyim şikayәt tәmin edilmәmişdir. Barәsindә şikayәt verdiyi qәrar qәbul edilәrkәn Azәrbaycan Respublikası İXM-nin 8-9-cu maddәlәrinin tәlәblәri pozulmuş, mühüm әhәmiyyәt kәsb edәn faktiki hallar araşdırılmamış, iş üçün әhәmiyyәtli olan hallar sübuta yetirilmәmişdir. Mәhkәmә qәrarını “Yol hәrәkәti haqqında” Qanunun 42-ci maddәsinә istinadәn әsaslandırmışdır. Halbuki şikayәtindә bildirdiyi kimi, dairәyә daxil olarkәn dairәdә hәrәkәt edәn digәr nәqliyyat vasitәsi olmamışdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәri ilә bağlı birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә üzrә dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәti tәmin edilmәmәli, gәlinәn nәticә dәyişdirilmәdәn saxlanılmalıdır. Apellyasiya insatansiya mәhkәmәsi gәlinәn nәticәnin aydın vә anlaşılan olmasının tәmin edilmәsindәn ötrü aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. İnzibati tәnbeh vermә haqqında qәrara görә, Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi “Toyota Avalon minik” markalı **BU*** dövlәt qeydiyyat nişanlı avtomobil Quba rayonu könhә avtovağzal әrazisindә yolayrıcını keçmә qaydaları pozmuşdur. İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә görә svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmә inzibati mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Qeyd edilәnlәr üzrә dәyәrlәndirmә apararaq apellyasiya instansiya mәhkәmәsi qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) yol hәrәkәti qaydalarını pozmağını mübahisәlәndirsә dә, inzibati tәnbeh vermә haqqında qәrarda әks olunan mәlumatlar hadisәnin video görüntülәti ilә tәsdiq edilir. Bu şikayәtin dәlilinin әsassızlığını, onun barәsindә mübahisәlәndirilәn qәrar qәbul edilәrkәn inzibati хәta haqqında qәrar qәbul etmiş etmiş orqan Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 75-85-ci maddәlәrinin tәlәblәrinә әmәl edәrәk inzibati хәta törәtmiş şәхsin ona istinad olunmuş inzibati хәtanı törәtmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun qәrarı qәbul edilmişdir. İnzibati Xәtalar Mәcәllәsinin 6.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә inzibati tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati хәta haqqında qәrar qәbul etmiş orqan tәnbeh edilәn şәхsin inzibati qaydada tәnbeh edilmәsi ilә bağlı bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Qәrardan şikayәt verәn orqan (şәxs) tәnbeh olunan әmәli törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 327.2-ci maddәsi ilә düzgün qiymәtlәndirmişdir. Belә olan halda apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati tәnbehvermә haqqında qәrardan verilmiş şikayәtin tәmin edilmәmәsi barәdә gәldiyi nәticә qanuni vә әsaslı olmaqla, hәmin qәrarın lәğv edilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәri әsassız vә formal mülahizә kimi dәyәrlәndirilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu, hәmçinin apellyasiya instansiyası mәhkәmәlәrinin diqqәtini ona cәlb etmәyi lazım bilir ki, onlar birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi nәzәrindәn qanuni vә әsaslı, mahiyyәt üzrә düzgün olan qәrarının yalnız formal mülahizәlәrә görә lәğv edilmәsindәn çәkinmәlidirlәr (Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2019-cu il tarixli Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 38.1 vә 430.4-cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Qәrarı). Belәliklә apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Quba Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-271/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-271/2026
06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver