Məhkəmə qərarları › İş №3(3-8)-272/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-272/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-272/2026 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Mәmmәdov Elçin Qüdrәt oğlunun sәdrliyi, mәhkәmә iclas katibi X1 katibliyilә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilәn açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Protokol tәrtib edәn orqanlar tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta haqqında iş üzrә icraatın başlanması barәdә ##.##.2026-cı il tarixli qәrar qәbul edilmişdir. Qәrar vә ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 1500 (bir min beş yüz) manat mәblәğindә cәrimә edilmişdir. (Hakim Günel İsmayılova) Birinci instansiya mәhkәmәsinin qәrarından narazı qalan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarının lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, iş materiallarında onun konkret hansı әmәli törәtdiyi göstәrilmәmiş, hansı göstәrişi vermәmәsi vә ya hansı hәrәkәti etmәmәsi sübut olunmamış, yalnız vәzifәsinә görә ümumi mәsuliyyәt tәtbiq edilmişdir. Bu hal isә hüquqi baxımdan әsassızdır. Belә ki, vәzifә öhdәliklәri vә eyni zamanda işә әlavә edilmiş vәzifә tәlimatları diqqәtә alınmadan (göründüyü kimi hadisә konkret texniki әmәliyyat zamanı baş verib, bu әmәliyyat onun tәrәfindәn icra olunmayıb, istehsal prosesinә aid olmayan iş olub, texniki müdaxilәlәr yalnız ixtisaslaşmış texniki personallar tәrәfindәn edilir) qәrar qәbul edilmişdir. Bütün bunları isә hüquqi baxımdan әsassız hesab edir. Haidsә birbaşa işi icra edәn işçi (tәmirçi) tәrәfindәn törәdilmişdir. İşçi tәlimata zidd olaraq әl ilә müdaxilә etmişdir vә fәrdi mühafizә vasitәlәrindәn istifadә etmәmişdir. Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk şikayәtin tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarının lәğv edilmәsini, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Əlavә olaraq qeyd etdi ki, işçilәrә mühafizә avadanlıqları verilmiş onlara tәlim keçirilmişdir. İşçilәrin özlәri dә tәhlükәsizliklәrinә әmәl etmәlidir. Apellyasiya instansiyası mәhkәmәsinin iclasının yeri vә vaxtı barәdә mәlumat verilmiş Sumqayıt şәhәr prokurorunun nümayәndәsi mәlumatlandırılmış olsa da, mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәsinin sәbәblәri barәdә mәlumat vermәmişdir. Mәhkәmә apellyasiya şikayәti üzrә mәhkәmәnin baxış iclasının Protokol tәrtib edәn orqanlar nümayәndәsinin iştirakı olmadan keçirilmәsini mümkün hesab edir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXMnun 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә apellyasiya şikayәti tәmin edilmәmәli, iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Sumqayıt şәhәr prokuroru, R Mürvәt Hәsәnov tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli qәrarı ilә müәyyәn edilmişdir ki, vәzifәli şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası” ASC-nin növbә rәisi vәzifәsindә işlәyәrkәn “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası.” ASC-nin Növbә rәisinin vәzifә tәlimatının 3.9, 3.17, 30.20 vә 4.6-cı bәndlәrinә әsasәn, istehsalat zamanı daimi olaraq növbә işçilәrinin düzgün çalışıb-çalışmadıqlarını, iş yerini icazәsiz tәrk etmәdiklәrini nәzarәt altına tutmaq, tabeçiliyindә olan işçilәrin texniki tәhlükәsizlik tәlәblәrinә riayәt etmәsinә nәzarәt etmәk, lazım olduqda müvafiq müdaxilәlәr etmәk, işçilәrin iş disiplininә riayәt etmәsinә, tam sәmimi kollektiv halında çalışması üçün prosedura uyğun gәrәkli tәdbirlәrdәn istifadә etmәk sәlayiyyәtinә malik olmaqla iş vaxtı әrzindә әmәyin tәhlükәsizliyinә ciddi riayәt olunmasına, әmәl edilmәdiyi hallarda baş verә bilәcәk hadisәlәrә görә mәsul şәxs olaraq “Sahәvi standart 36-100.3.13-85 X4 Sistemlәri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi tәhlükәsizlik tәlәblәri”nin 2.26-cı bәndinin tәlәblәrini pozaraq, hәmin ASC-nin xam kağız fabrikinin rәhbәri olduğu Texniki şöbәsinin geniş profilli-tәmirçi çilingәri vәzifәsindә işlәyәn Zәrәrçәkmiş şәxs ## ####### 2025-ci il tarixdә saat 7:15 radәlәrindәn saat 09-10 radәlәrinәdәk makinanın qurutma bölmәsindәki ** nömrәli silindrindә tәmir işlәrinin aparılması zamanı kip birlәşmiş vәziyyәtdә olmuş yastığın (rulmanın) yerindәn çıxarılması işinin tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparılmasına (yәni işçi tәrәfindәn yastığın yerindәn çıxarılması işinin kuvaldla zәrbә ilә vurulmaqla icra edilmәsinә yol verildiyinә), elәcә dә, fәrdi mühafizә vasitәlәri olan qoruyucu eynәk vә dәmir sipәrdәn Zәrәrçәkmiş şәxs istifadә etmәsinә nәzarәt etmәdiyinә görә Zәrәrçәkmiş şәxs hәmin gün saat 09-10 radәlәrindә yastığın (rulmanın) yerindәn çıxarması üçün kuvaldla vurduğu zәrbә nәticәsindә rulman hәrәkәtdә olduğundan onun daxilindәki tәxmini diametri 3.5 sm olan diyircәk qәfil çıxıb onun sifәt nahiyәsinә dәymiş, nәticәdә heç bir fәrdi mühafizә vasitәsindәn istifadә etmәyәn sonuncu sağ orbitanın inferior divarının sınığı, sağ gözaltı nahiyyәnin, sağ üst göz qapağının yarasından ibarәt dәrәcәsinә görә sağlamlığın uzun müddәtә pozulmasına sәbәb olan sağlamlığa az ağır zәrәrvurmaya aid xәsarәt almışdır. İş materiallarında olan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Protokol tәrtib edәn orqanlar verdiyi ##.##.2026- cı il tarixli izahatından görünür ki, o, 2012-ci ildәn “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası” ASC-nin ünvan 1 ünvanında yerlәşәn kağız istehsalı zavodunda işlәyir. 2014-cü ildәn hazırki vәzifәdә, yәni zavodda növbә rәisi vәzifәsindә işlәyir. Əmәk funksiyası növbәdә olduğu müddәtdә istehsal olunan malın keyfiyyәt dәyәrlәrini yoxlamaq, hәr hansı bir avadanlıqda problem olduqda aidiyyәti bölmәyә mәlumat vermәk, işçilәrin yerindә olmasını yoxlamaq, makinada boşdayanmalara yol vermәmәk, minimum vaxt itkisinә yol vermәmәk vә s-dir. Müәssisәdә iş 3 növbәlidir. Birinci növbәnin işi saat 7:00-da başlayır. Zәrәrçәkmiş şәxs iş yerindә xәsarәt aldığı gün saat 07:00-da o, işә başlamışdır. Mәlum olmuşdur ki, qurutma bölümündә rulman sıradan çıxdığı üçün istehsal dayanmışdır. O, hәmin texniki problemin olduğunu texniki (mexaniki) şöbәyә xәbәr etmişdir. Belә ki, bu cür texniki problemlәr olanda texniki şöbәnin vәzifәsidir ki, hәmin problemi aradan qaldırsın. Saat 09-10 radәlәrindә işçilәrdәn eşitmişdir ki, çilingәr Zәrәrçәkmiş şәxs iş görәrkәn xәsarәt alıb. O, dәrhal texniki şöbәnin müdiri Elçin Mustafayevә xәbәr vermişdir. O, hadisә yerinә çatanda artıq tәcili tibbi yardım gәlmişdi. Hadisә vaxt o, alt mәrtәbәdә başqa bir texnoloji problemin hәlli ilә mәşğul olmuşdur. Bütün işçilәrә fәrdi mühafizә vasitәlәrinin verildiyini vә tәlimatlandırıldığını, ona görә dә işçilәr özlәri öz tәhlükәsizliklәrinә cavabdeh olmalı olduqlarını bildirmişdir. Texniki nasazlığın aradan qaldırılmasının mexanika tәmir şöbәsinin vәzifәsi olduğunu, özünün ümumi istehsalata nәzarәt etdiyini vә texniki mәsәlәlәri bilmәdiyini bildirmişdir. İş materiallarında olan “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası’’ ASC-nin baş direktorunun ## #### 2025-ci il tarixli әmrinin 3-cü bәndindәn görünür ki, zavodun lojistik vә tәsәrrüfat şöbәsi, anbar, avtomatika, istehsal, eletkrik istehsalı, komressor, qazanxana, mexanikә, makulatura sahәsi üzrә әmәyin tәhlükәsizlik qaydalarına riayәt edilmәsinә cavabdeh şәxslәrin iş vaxtı bitdikdәn sonra fabrik әrazisindә görülәn işlәrin tәhlükәsizliyinә növbә mühәndislәri cavabdehlik daşıyır. İş materiallarında olan “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası” ASC-nin növbә rәisinin vәzifә tәlimatı”nın 3.9-cu bәndindәn görünür ki, istehsalat zamanı daimi olaraq növbә işçilәrinin düzgün çalışıb-çalışmadıqlarını, iş yerini icazәsiz etmәdiklәrini nәzarәt altına tutmaq növbә rәisinin әmәk funksiyasıdır. Hәmin vәzifә tәlimatının 3.17-ci bәndinә әsasәn, iş növbәsi zamanı tabeçiliyindә olan işçilәrin texniki tәhlükәsizlik tәlәblәrinә riayәt etmәsinә nәzarәt etmәk, lazım olduqda müvafiq müdaxilәlәr etmәk növbә rәisinin әmәk funksiyasıdır. Hәmin vәzifә tәlimatının 3.20-ci bәndinә әsasәn, işçilәrin iş disiplininә riayәt etmәsinә, tam sәmimi kollektiv halında çalışması üçün prosedura uyğun gәrәkli tәdbirlәrdәn istifadә etmәk növbә rәisinin әmәk funksiyasıdır. Hәmin vәzifә tәlimatının 4.6-cı bәndinә әsasәn, növbә rәisi iş vaxtı әrzindә әmәyin tәhlükәsizliyinә ciddi riayәt olunmasına, әmәl edilmәdiyi hallarda baş verә bilәcәk hadisәlәrә görә mәsuldur. İş materiallarında olan Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi “xxxx” Publik hüquqi şәxsinin Sumqayıt şәhәr şöbәsinin mәhkәmә-tibb ekspertizası tәdqiqinә dair **** nömrәli, ##.##.2025-ci il tarixli rәyindәn görünür ki, Zәrәrçәkmiş şәxs bәdәni üzәrindә aşağıdakı xәsarәtlәr vardır: sağ orbitanın inferior divarının sınığı, sağ gözaltı nahiyyәnin, sağ üst göz qapağının yarası. Qeyd olunan xәsarәtlәr küt әşyanın (әşyaların) tәsirindәn törәnmişdirlәr, törәnmә müddәti zәrәrçәkәnin SAF Hospitalına müraciәt etdiyi vaxtdan az әvvәl olmaqla qәrarda göstәrilәn vaxtda vә şәraitdә yәni ##.##.2025-ci il tarixdә әmәlә gәlә bilәrdi vә dәrәcәsinә görә sağlamlığın uzun müddәtә pozulmasına sәbәb olan sağlamlığa az ağır zәrәrvurmaya aiddir. İş materiallarında olan Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertizası Mәrkәzinin mәhkәmә tәhlükәsizlik-texnikası ekspertizasının ##.##.2025-ci il tarixli, **/**** nömrәli rәyindәn görünür ki, “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası” ASC-dә qurğunun (makinanın) qurutma bölmәsindәki ** №-li silindrindә tәmir işlәrinin aparılması zamanı kip birlәşmiş vәziyyәtdә olmuş yastığın (rulmanın) yerindәn çıxarılması işinin tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparılmaması baş vermiş hadisәnin sәbәbi olmuşdur. Baş vermiş hadisә ilә әlaqәdar, Sahәvi standart 36-100.3.13-85 X4 Sistemlәri, Texnoloji avadanlıqların quraşdırılması, Ümumi tәhlükәsizlik tәlәblәri”nin 2.26-cı bәndinin vә İşçilәrin mühafizә vasitәlәri” 12.4.011-89. Dövlәtlәrarası standartarının 2.1,2.7-ci bәndlәrinin tәlәblәri pozulmuşdur. Əmәyin mühafizәsi vә tәhlükәsizlik texnikasına dair tәlimatlandırılmış vә nәzәri biliklәri yoxlanılmış “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası” ASC-dә tәmirçi çilingәr qurutma bölmәsinin ** №-li silindrindә tәmir işlәri apararkәn silindrdә kip birlәşmiş vәziyyәtdә olmuş yastığın (rulmanın) yerindәn çıxarılmasını tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparmadığına, (yәni yastığın yerindәn çıxarılması işinin kuvaldla zәrbә ilә vurmaqla icra etdiyinә), elәcә dә iş zamanı fәrdi mühafizә vasitәsindәn (qoruyucu eynәkdәn) istifadә etmәdiyinә görә, Sahәvi standart 36-100.3.13-85 X4 Sistemlәri, Texnoloji avadanlıqların quraşdırılması, Ümumi tәhlükәsizlik tәlәblәri” nin 2.26-cı bәndinin vә "İşçilәrin mühafizә vasitәlәri” 12.4.011-89. Dövlәtlәrarası standartın 21, 2.7-ci bәndlәrinin tәlәblәri, vәzifә tәlimatının 13, 14, 15-ci bәndlәrinә әsasәn Zәrәrçәkmiş şәxs özü tәrәfindәn pozulmuşdur. “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası” ASC-dә qurğunun (makinanın) qurutma bölmәsinin ** №-li silindrindә tәmir işlәrinin aparılması zamanı kip birlәşmiş vәziyyәtdә olmuş yastığın (rulmanın) yerindәn çıxarılması işinin tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparılması tәmin edilmәdiyinә (yәni işçi tәrәfindәn yastığın yerindәn çıxarılması işinin kuvaldla zәrbә ilә vurulmaqla icra edilmәsinә yol verildiyinә) görә, “Sahәvi standart 36-100.3.13-85 X4 Sistemlәri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi tәhlükәsizlik tәlәblәri”nin 2.26-cı bәndinin tәlәbi hәmin tәmir işlәrinin tәhlükәsiz aparılmasına cavabdeh olan şәxs(lәr) tәrәfindәn pozulmuşdur (konkret şәxs(lәr) istintaq tәrәfindәn müәyyәn edilә bilәr. İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsinә әsasәn texniki tәhlükәsizlik vә ya әmәk mühafizәsinin başqa qaydalarına riayәt edilmәsi vәzifәsi hәvalә edilmiş şәxs tәrәfindәn bu qaydaların pozulması nәticәsindә ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zәrәrin vurulmasına görә mәsuliyyәt nәzәrdә tutulur. Hәmin mәcәllәnin 198.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 198.2-ci maddәsindә nәzәrdә tutulmuş әmәllәr zәrәrçәkmiş şәxsin sağlamlığına az ağır zәrәr vurulmasına görә mәsuliyyәt nәzәrdә tutulur. Belәliklә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn İXM-nin 198.3cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanın törәdilmәsi işdә olan sübutlarla tәsdiq edilir. Belә ki, yuxarıda qeyd edilәn mәhkәmә tәhlükәsizlik-texnikası ekspertizasının rәyindәn göründüyü kimi “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası” ASC-dә qurğunun (makinanın) qurutma bölmәsinin ** №-li silindrindә tәmir işlәrinin aparılması zamanı kip birlәşmiş vәziyyәtdә olmuş yastığın (rulmanın) yerindәn çıxarılması işinin tәlimata uyğun olaraq dartıcılar vә ya xüsusi qurğular vasitәsi ilә aparılması tәmin edilmәdiyinә (yәni işçi tәrәfindәn yastığın yerindәn çıxarılması işinin kuvaldla zәrbә ilә vurulmaqla icra edilmәsinә yol verildiyinә) görә, “Sahәvi standart 36-100.3.13-85 X4 Sistemlәri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi tәhlükәsizlik tәlәblәri”nin 2.26-cı bәndinin tәlәbi hәmin tәmir işlәrinin tәhlükәsiz aparılmasına cavabdeh olan şәxs(lәr) tәrәfindәn pozulmuşdur vә “Azәrsun Kağız vә Karton İstehsalat Korporasiyası” ASC-nin növbә rәisinin vәzifә tәlimatı”nın 3.17-ci bәndinә әsasәn iş növbәsi zamanı tabeçiliyindә olan işçilәrin texniki tәhlükәsizlik tәlәblәrinә riayәt etmәsinә nәzarәt etmәk, lazım olduqda müvafiq müdaxilәlәr etmәk növbә rәisinin әmәk funksiyasıdır, habelә hәmin tәlimatın 4.6-cı bәndinә әsasәn, növbә rәisi iş vaxtı әrzindә әmәyin tәhlükәsizliyinә ciddi riayәt olunmasına әmәl edilmәdiyi hallarda baş verә bilәcәk hadisәlәrә görә mәsuldur. Bununla әlaqәdar mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikası İXM-nin 198.3-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilәn apellyasiya şikayәtinin onun әmәlindә inzibati xәta tәrkibi olmadığına görә inzibati iş üzrә icraata xitam verilmәsinә dair dәlili әsassızdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakılar nәzәrә alınır. Azәrbaycan Respublikası İXMnun 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. İXMnun 9.1-ci maddәsinә görә inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. 17-ci maddәsinә әsasәn vәzifәli şәxslәr öz vәzifәlәrinin yerinә yetirilmәmәsi vә ya lazımınca yerinә yetirilmәmәsi ilә bağlı inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. İXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belәliklә mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbeh törәdilmiş inzibati xәtanın xarakterinә vә tәqsirin dәrәcәsinә, işin hallarına, habelә İXM-nin yuxarıda qeyd edilәn normalarına uyğun gәlir. Ona görә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtindә göstәrilәn dәlillәr әsasında birinci instansiya mәhkәmәsinin hazırki qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur. Odur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. İXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İXM-nin 128-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Qərara aldı: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Bu qәrardan kassasiya şikayәti vә ya protesti verilmәsi hüququ Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar