Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-273/2026 15.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Sumqayıt şәhәri üzrә İcra idarәsinin icra mәmuru Vәzifәli şәxs, Tәlәbkar zәrәrçәkmiş şәxs1, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә müdafiәçisi X2 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından tәlәbkar zәrәrçәkmiş şәxs1 vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt şәhәri üzrә İcra idarәsinin icra mәmuru Vәzifәli şәxs tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-in 528.1-1ci maddәsi ilә ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunaraq baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә tәqdim edilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim İsmayılov Samir Bәyistan oğlu) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-in 528.1-1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 1000 (min) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan tәlәbkar zәrәrçәkmiş şәxs1 apellyasiya şikayәti verәrәk qәrarın dәyişdirilmәsini vә borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә daha sәrt tәnbeh tәtbiq edilmәsini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs isә apellyasiya şikayәti verәrәk qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Tәlәbkar zәrәrçәkmiş şәxs1 apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, borclu barәsindә tәyin olunmuş olunmuş tәnbeh tәdbiri yüngüldür. Borclu mәhkәmә qәrarını uzun müddәt qәsdәn icra etmәmiş, әvvәllәr dә eyni icra sәnәdi üzrә mәsuliyyәtә cәlb olunmasına baxmayaraq nәticә çıxarmamışdır. Ona satılmış nәqliyyat vasitәsi hazırda yenidәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs istifadәsinә vә sahibliyinә qaytarılmışdır. Hәmin avtomobil borcun ödәnilmәsi üçün real tәminat vasitәsidir. Lakin bu әmlakdan borcun tutulması istiqamәtindә yetәrli tәdbirlәr görülmәmişdir ki, bu da mәhkәmә qәrarının icrasının uzun müddәt lәngimәsinә vә onun hüquqlarının kobud şәkildә pozulmasına sәbәb olmuşdur. Birinci instansiya mәhkәmәsi yalnız minimum cәrimә tәtbiq etmәklә kifayәtlәnmiş, lakin qәrarın real icrasını tәmin edәn halları lazımi sәviyyәdә nәzәrә almamışdır. Hәmçinin mәhkәmә qәrarının icrası yalnız әmәk haqqına yönәltmә ilә icra edilәrsә ona olan 13000 manat borcun qaytarılması uzun illәr çәkәcәkdir ki, bununla razı deyil. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, tәlәbkar avtomobili ona qaytarsa da avtomobilә çox ciddi zәrәr dәymiş vә onun faktiki dәyәri hazırda 10000 manat tәşkil edәr. Hazırda 23000 manatı ödәmәkdәn imtina etmir, tәlәbkar hissәvi ödәnişә razı olmadığı vә tam ödәniş tәlәb etdiyi üçün hәmin mәblәğdәn ##.##.2026-cı il tarixdә 10000 manat icra idarәsinin depozit hesabına ödәniş etmiş, qalan borc üzrә icra tәlәbi isә 550 manat tәşkil edәn әmәkhaqqının 50 faiz hissәsinә yönәldilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsi iclasında iştirak edәn tәlәbkar zәrәrçәkmiş şәxs1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk sonuncu mәhkәmә iclasında әlavә olaraq bildirdi ki, 3500 manat pulu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs valideyninin xahişi vә borcun qalan hissәsinin 10 gün әrzindә ödәnilmәsi şәrtilә qәbul edir. Onun hәbs edilmәsini istәmir. Apellyasiya mәhkәmәsi iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, onun hәrәkәtlәrindә heç bir qәrәz olmadığından inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Apellyasiya mәhkәmәsi iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs borclu tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәsini, tәlәbkar tәrәfindәn verilmiş şikayәtin isә tәmin edilmәmәsini xahiş etdi. Sumqayıt şәhәri üzrә İcra idarәsinin icra mәmuru Vәzifәli şәxs qanunamüvafiq qәrar qәbul edilmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi vә onun müdafiәçisini, tәlәbkar vә icra mәmurunu dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәtlәri tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sәnәdi üzrә 13.000 manat borcu ödәmәmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sәnәdindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “X1” markalı, **- KS-*** dövlәt qeydiyyat nişanlı avtomobilә görә ödәnilmiş 23.000 manat mәblәğindә pul vәsaiti alınaraq zәrәrçәkmiş şәxs1 ödәnilmәlidir. ## ###### 2025-ci il tarixli icraata başlamaq haqqında qәrardan görünür ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sәnәdi üzrә icraata başlanmışdır. ## ###### 2026-cı il tarixli tәlәbin könüllü icra barәdә bildirişdәn görünür ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sәnәdi üzrә tәlәbi könüllü şәkildә icra etmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәlәb edilmiş, әks halda mәsuliyyәt daşıması barәdә ona xәbәrdarlıq edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt şәhәri üzrә İcra İdarәsindә verdiyi ##.##.2025-ci il tarixli izahatından görünür ki, o, icra sәnәdi üzrә ödәniş etmәk imkanının olmadığını vә barәsindә görülәcәk qanuna müvafiq tәdbirlәrdәn mәlumatlı olmasını bildirmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sәnәdi üzrә tәlәbi üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra etmәdiyinә vә icra mәmurunun qanuni tәlәblәrini yerinә yetirmәdiyinә görә Azәrbaycan Respublikası İXM-in 528.1-ci maddәsi ilә tәqsirli bilinib 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Elektron Mәhkәmә İnformasiya Sistemindәn çıxarışdan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “xxxx” MMC-dә menecer işlәyir vә aylıq әmәk haqqı 550 manat tәşkil edir. ##.##.2026-cı il tarixli qәbzin surәtindәn vә ##.##.2026-cı il tarixli çıxarışdan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt şәhәri üzrә İcra idarәsinin depozit hesabına 10.000 manat ödәniş etmişdir. Ödәnişin tәyinatı kimi “zәrәrçәkmiş şәxs1” qeyd edilmişdir. Hәmçinin borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn işin apellyasiya instansiya mәhkәmәsindә baxışı zamanı tәlәbkara 3500 manat ödәniş edilmiş vә tәlәbkar tәrәfindәn qәbul edilmişdir. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Sumqayıt Şәhәr Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanuni vә әsaslıdır. Belә ki, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn bir il әrzindә eyni icra sәnәdinә münasibәtdә tәkrar törәdilmәsinә görә - fiziki şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla iki ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr iki min beş yüz manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr beş min manatdan yeddi min manatadәk mәblәğdә cәrimә edilir. Qeyd olunan inzibati xәtaya görә mәsuliyyәtin yaranması üçün inzibati xәta tәrkibinin obyektiv tәrәfinin vacib elementi kimi şәxsin hәrәkәtinin icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn bir il әrzindә tәkrar icra edilmәmәsinә yönәlmәsi vә subyektiv tәrәfinin elementi kimi şәxsin әmәlinin hüquqa zidd xarakterini dәrk etmәsi, onun nәticәlәrini qabaqcadan görmәsi vә hәmin nәticәlәri arzu etmәsi, yәni şәxsin etdiyi hәrәkәtlәri qәsdәn törәtmәsi zәruri şәrtlәr kimi müәyyәn edilmişdir. “İcra Haqqında» Azәrbaycan Respublikasının Qanunun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası İXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Apellyasiya mәhkәmәsi apellyasiya şikayәtlәrinin dәlillәrinә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. İş materiallarından görünür ki, borclu tәrәfindәn tәlәbkar zәrәrçәkmiş şәxs1 icra sәnәdi üzrә 23000 manat borc ödәnilmәdiyindәn barәsindә inzibati inzibati qaydada cәrimә tәtbiq edilmiş, buna baxmayaraq yenә dә borcunu tam ödәmәmiş, cәmi 10000 manat ödәniş etmiş vә barәsindә ikinci dәfә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Apellyasiya mәhkәmәsinin icraatında da qalan 13000 manat borcdan cәmi 3500 manat ödәniş edilmişdir. Hazırda isә 9500 manat mәblәğindә borcu qalmışdır. Göründüyü kimi, borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdini tam olarq icra etmәyәrәk üzrsüz sәbәbdәn yayınır vә icra mәmurunun qanuni tәlәbini qәrәzli şәkildә icra etmir, icra sәnәdinә etinasız yanaşır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarının icrası mәhkәmәyә müraciәt etmәk hüququnun tәrkib hissәsi olmaqla xüsusi önәm daşıyır. Belә ki, mәhkәmә qәrarının vaxtında vә düzgün icra olunmaması bütövlükdә mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsini sәmәrәsiz vә qәbul olunmuş qәrarı әhәmiyyәtsiz edir. Konstitusiya vә beynәlxalq hüquq aktlarının tәlәblәrinә görә әdalәt mühakimәsi mәhkәmә qәrarlarının effektiv icrası nәticәsindә hüquqların sәmәrәli şәkildә bәrpa olunmasını tәmin etmәlidir. (Konstitusiya Mәhkәmәsi Plenumunun “İcra haqqında” Azәrbaycan Respublikası Qanununun 7, 10, 24 vә 26-cı maddәlәrinin Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin bәzi müddәaları baxımından şәrh edilmәsinә dair” 2015-ci il # ######## tarixli Qәrarı). Bundan başqa apellyasiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn hal kimi borcundan qismәn ödәniş etmәsi nәzәrә alınmış, ağırlaşdırıcı hallar müәyyәn olunmamış, әlavә olaraq hәmçinin apellyasiya mәhkәmәsindә işә baxılan zaman 3500 manat ödәniş edilmişdir. Odur ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn borclu şәxs barәsindә tәtbiq edilmiş inzibati tәnbeh tәdbiri qanuni vә әsaslı olmaqla, hәm dә әdalәtlidir. Onun barәsindә daha sәrt tәnbeh tәdbirinin tәtbiq edilmәsi üçün әsaslar yoxdur. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb hesab edir ki, apellyasiya şikayәtlәri tәmin edilmәmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Hәmçinin mәhkәmә hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili X2 dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, Azәrbaycan Respublikası inzibati qanunvericiliyin tәlәblәrinә әsasәn müdafiәçinin mәhkәmә prosesindә iştirakı İXM-nin 66-cı maddәsindә nәzәrdә tutulmuş hallarda tәmin olunmalıdırsa, mәhkәmә prosesini hәyata keçirәn orqan hәmin şәxsә hüquqi yardımın göstәrilmәsini Azәrbaycan Respublikasının dövlәt büdcәsi vәsaiti hesabına tәmin etmәlidir. “Müdafiәçilәrә, tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrәli Qәrarının 1-ci bәndinә әsasәn hüquqi yardımın göstәrilmәsinә görә müdafiәçiyә ödәnilәn haqq hәr iş saatı üçün 11 (on bir) manat mәblәğindә müәyyәn edilir. Mәhkәmә, vәkil tәrәfindәn tәqdim edilmiş hesabatı nәzәrdәn keçirәrәk hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt Regional Vәkil Bürosunun vәkili X2 mәhkәmәdә iştirak etdiyi cәmi 04 (dörd) iş saatına görә 44 (qırx dörd) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәtlәri tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili X2 sәrf etdiyi hәr iş saatına görә 04 (dörd) manat hesab edilmәklә, 04 (dörd) iş saatına görә 44 (qırx dörd) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsindәn Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-273/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-273/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver