Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-274/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim N.C.Ağazadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 05 (beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilməsi, həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni ## ##### 2026-cı il tarixdən, saat 17:50-dən hesablanması, qərarın dərhal icra olunması, qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 510.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xaçmaz Rayon Polis Şöbəsinin Ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilib, qanunsuzluğa yol vermiş şəxslər barədə araşdırılma başladılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində qeydiyyatda olmaqla Xaçmaz rayonu Ağtala kəndində yaşayır, övladları həmin kəndin məktəbində təhsil alır. Rastlaşdığı neqativ halları sosial şəbəkələrdə daim işıqlandırır. ##.##.2026-cı il tarixdə Xaçmaz rayonu Ağtala kənd məktəbinin qəzalı olması barədə video paylaşım etdi. Bundan sonra məktəbin direktoru ##.##.2026-cı il tarixdə onun məktəbə gedib orada səs-küy salması ilə bağlı şikayət ərizəsi yazıb. ##.##.2026-cı il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinə çağrılmış, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmədə barəsində tərtib olunmuş protokolla tanış olmaq istəsə də ona təqdim edilməyib. Məhkəmə qərarı yalnız polis tərəfindən tərtib edilmiş protokola və subyektiv şahid ifadələrinə söykənir. IXM-in 76-cı maddəsinə əsasən sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmalıdır. Iddia olunan "ictimai qaydanın pozulması" faktını təsdiq edən heç bir neytral maddi sübut (videoyazı, məktəbin daxili kamera görüntüləri və s.) təqdim edilməmişdir. Məhkəmə tərəfindən təqsirsizlik prezumpsiyası pozulmuş, iş üzrə mövcud şübhələr onun xeyrinə şərh edilməmişdir. Həmçinin IXM-in 510.1-ci maddəsinin sanksiyasında alternativ tənbeh növü kimi cərimə nəzərdə tutulmasına baxmayaraq, məhkəmə daha yüngül tənbehin tətbiq edilməsinin mümkün olub-olmamasını müzakirə etmədən birbaşa inzibati həbs tənbehi tətbiq etmiş, bu isə törədilmiş əmələ və işin hallarına qeyri-mütənasib olmuşdur. Ona görə də Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraat zamanı yol verilmiş qanun pozuntularının araşdırılması, protokolu tərtib etmiş polis əməkdaşının və şahidlərin məhkəmə iclasına çağırılaraq dindirilməsi, habelə apellyasiya baxışında şəxsi iştirakının təmin edilməsini xahiş edir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək onu da vurğuladı ki, o artıq məhkəmə qərarı ilə təyin edilmiş inzibati cəzanı çəkib qurtarmış, lakin hesab edir ki, iş üzrə izahat vermiş şahidlər olmayan hallar barədə məlumat vermişlər. Onun tərəfindən hər hansı bir qayda pozuntusu törədilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən onun barəsində inzibati cərimə tətbiq edilməsi mümkün olduğu halda inzibati həbs edilməsi də qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon polis şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məlumatlandırılmış olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş polis şöbəsinin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatını dinləyib, iş materialları ilə apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə Xaçmaz rayonu, Ağtala kənd orta məktəbin iş rejimini və həmin məktəbdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verib bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Xaçmaz rayonu, Ağtala kənd məktəbinin direktoru Zərərçəkmiş şəxs ərizəsi əsasında tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Turab Qurbanov ilə birlikdə Xaçmaz rayonu, Ağtala kənd orta məktəbinə gələrək məktəbin inzibati binasının köhnə olmasını video-çəkilişə qeyd etməklə ictimai qaydanı pozmuşdur. Məktəbin dərs rejimini pozmuş, məktəbin bir neçə sinfində dərs tamamilə pozulmuşdur. Şəxs, məktəbin direktorunun və məktəbdə işləyən digər şəxslərin təkid etməsinə baxmayaraq, məktəbin inzibati binasını tərk etməmişdir. Həmin şəxslər sinif otaqlarına daxil olaraq video-çəkiliş aparmaq istədikdə məktəbin işçiləri tərəfindən qarşısı alınmışdır. Bununla əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 510.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs izahat verib bildirmişdir ki, direktoru işlədiyi Xaçmaz rayon Ağtala kənd məktəbi həqiqətən də qəzalı vəziyyətdədir, imkan və səlahiyyətləri daxilində məktəbdə təmir işləri görülsə də, binanın əsaslı təmirə ehtiyacı vardır. Eyni zamanda son vaxtlar yağışların yağması bir qədər də öz təsirini göstərmiş, aidiyyəti orqanlara bu barədə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladı onların çalışdığı məktəbdə təhsil alır, özü də həmin kəndin sakinidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona müraciət edərək məktəbin vəziyyəti barədə video-çəkiliş edib, sosial şəbəkədə paylaşmaq istədiyini, onun məktəbin təmir olunması məsələsinə biganə yanaşdığını bildirmişdir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təmirlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirmiş və video çəkiliş edilməsinə etiraz etmişdir. Çünki bura dövlət qurumudur. Etirazlarına baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çəkiliş etmiş, xeyli söhbət edilsə də, həmin şəxs öz əməlini davam etmiş, çəkiliş edib sosial şəbəkələrdə paylaşmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə yenidən başqa bir şəxslə məktəbə gələrək video-çəkiliş etmək istəmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yenidən etirazını bildirsə də, vətəndaş təkid edərək çəkiliş edəcəyini bildirdikdə mübahisə yaranmağa başlamış, iş rejimi pozulmuşdur. Bundan sonra o, polisə müraciət etmişdir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir ki, başqalarına ibrət olsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və əsassız hesab edilməsi üçün əsas vermir. Belə ki, iş materiallarından və məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə digər şəxslə birlikdə Xaçmaz rayonu Ağtala kənd orta məktəbinə gələrək məktəbdə videoçəkiliş aparmış, məktəbin rəhbərliyinin və işçilərinin etirazlarına baxmayaraq hərəkətlərini davam etdirmiş, nəticədə məktəbin iş rejimi və ictimai qayda pozulmuş, dərs prosesinə maneçilik yaranmışdır. Barəsində inzibati icraat aparılan şəxsin öz izahatı ilə də onun məktəbə getməsi, videoçəkiliş aparmaq istəməsi və məktəb rəhbərliyi ilə mübahisəli vəziyyətin yaranması təsdiq olunur. Həmçinin zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələr bir-biri ilə uyğunluq təşkil etmiş, işin faktiki halları ilə uzlaşır. Şahidlərdən şahid1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məktəb ərazisində videoçəkiliş aparılması ilə bağlı mübahisə etdiyini təsdiq etmiş, şahid X2 isə həmin hadisə zamanı səs-küy yarandığını və polis əməkdaşlarının çağırıldığını göstərmişdir. Apellyasiya şikayətində sübutların kifayət qədər olmadığı və yalnız polis əməkdaşlarının izahatlarına əsaslanıldığı göstərilsə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası IXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirilmişdir. Inzibati xəta haqqında protokol digər sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunduğundan, həmin sübutların mötəbərliyi şübhə doğurmur. Apellyasiya şikayətində qeyd olunan təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı dəlillər də əsassızdır. Çünki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsi barədə nəticə ehtimallara deyil, iş üzrə toplanmış və qarşılıqlı şəkildə bir-birini tamamlayan sübutların məcmusuna əsaslanmışdır. Iş üzrə aradan qaldırılması mümkün olmayan şübhələr müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən ifadə azadlığının pozulması ilə bağlı dəlilləri də qəbul etmir. Belə ki, şəxsin ictimai əhəmiyyət kəsb edən məsələ ilə bağlı fikir bildirmək və məlumat yaymaq hüququ qanunla qorunsa da, həmin hüququn həyata keçirilməsi digər şəxslərin hüquq və qanuni mənafelərinin, habelə ictimai qaydanın pozulmasına səbəb olmamalıdır. Iş materialları ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məktəbdə olan problemlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etmək imkanı olduğu halda bunu etməyərək özünün seçdiyi üsulla problemin sosial şəbəkələrdə ictimailəşdirməsi üçün məktəbdə qarşıdorma yaratmaqla iş rejimin pozulmasına şərait yaratmış bu səbəbdən də məktəb rəhbərliyi tərəfindən aidiyyəti üzrə şikayət edilmiş, nəticədə onun barəsində inzibati icraat aparılaraq barəsində IXM-in 510.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şikayətçinin müdafiə hüququnun pozulması ilə bağlı dəlilləri də iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən barəsində inzibati icraat aparılan şəxsin izahat vermək, vəsatət qaldırmaq və öz müdafiəsini həyata keçirmək hüquqları təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının audio-video yazısına baxış zamanı müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, lakin o, öz iradəsi ilə dövlət büdcəsi hesabına vəkillə təmin olunmaqdan imtina etdiyini bildirmişdir. Həmçinin apellyasiya icraatı zamanı da ona hüquqlarının müdafiəsilə bağlı dövlət vəsaiti hesabına müdafiəçi təyin oluna bilməsi izah edilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçinin hüquqi yardımına ehtiyacı olmamasını və hüquqlarının özü tərəfindən müdafiə edilməsini bildirmişdir. Apellyasiya şikayətində həbs tənbehinin ağır olması ilə bağlı dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi IXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, törədilmə hallarını və inzibati tənbehin məqsədlərini nəzərə almaqla inzibati həbs növündə tənbeh tətbiq etmişdir. Tətbiq olunmuş 5 gün müddətində inzibati həbs tənbehi əmələ və şəxsiyyətə uyğun olmaqla ədalətli hesab edilir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətaya münasibətdə səmimilik göstərməməsi, bütün şahidlərin izahatlarında göstərilənləri təkzib etməsi və peşmançılıq keçirməməsi barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi üçün zəmin yaratmışdır. Apellyasiya instansiya məhkəməsi iş materiallarını və tərtib edilmiş protokola əsas olan işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, həmin qərarın ləğv edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız və formal mülahizə kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti inzibati tənbeh tədbirinin inzibati xəta törətmiş şəxsin islah olunmasına, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması, habelə törədilmiş inzibati xətanın xarakteri, onun törədilməsi halları baxımından qanuni və ədalətli olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumun müvafiq qərarlarında vurğulandığı kimi, apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilinir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarı). Beləlilklə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində qeyd etdiyi dəlillər iş materialları ilə təkzib edildiyindən həmin dəlillər formal xarakterli dəlillər kimi qiymətləndirilməklə əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinin tələblərinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-nin 76-cı maddəsinin tələblərinə görə Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri formal əsaslar kimi qiymətləndirilməklə apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 gün müddətinə inzibati qaydada həbs olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, IXM-nin 134.1, 134.1.1-ci maddələrinə əsasan inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, qərarın dəyişdirilmədən, şikayətin və protestin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən IXM-nin 134.1.1, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Xaçmaz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-274/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-274/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver