Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-277/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mәn, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Ağayev Rәşadәt Əhmәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr İsmayıl oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan verilmiş şikayәt üzrә Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasındabaxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim F.Ş.Kәrimova) Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin qismәn tәmin edilmәsi, Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Baş Dövlәt Yol Polisi İdarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә işin yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılması, şikayәtin digәr hissәdә tәmin edilmәmәsi qәrara alınmışdır. İŞİN HALLARI: Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyi Baş Dövlәt Yol Polisi İdarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 346.9cu maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 60 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) Abşeron Rayon Mәhkәmәsinә şikayәt vermәklә ##.##.2026-cı il tarixli qәrarın lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş edәrәk şikayәti onunla әsaslandırmışdır ki, ##.##.2026 ci il tarixdә ünvana gedәn zaman Bakı Şamaxı Yevlax yolunun (DYP inspektorunun tәrtib etdiyi protokol mәlumatlarına әsasәn) 13.5 kilometrliyindә DYP әmәkdaşı onun arxası ilә gәlәrәk idarә etdiyi "GWM" markalı **-QB-*** dövlәt qeydiyyat nişanlı avtomobilini saxlamış, saxlama sәbәbi barәdә ona piyadaya yol vermәmәk әsası ilә iradını bildirmiş vә bu barәdә inzibati protokol tәrtib edәcәyini bildirmişdir. O YPX әmәkdaşının xidmәti avtomobilinә әylәşmiş vә piyada keçidindә piyadanın durmasının videogörüntüsünә hәr ikisi baxmış vә görmüşlәr ki, piyada onun idarә etdiyi avtomobil piyada zolağının üzәrindә olan zaman hәrәkәtә keçmәyә başlamışdır. Videogörüntü vasitәsilә o, YPX әmәkdaşına tam sübuta yetirdi ki, o haqlı deyildir vә onunla tam olaraq müzakirәni sonlandırdıqdan sonra ona “düş get” dediyindәn sonra o, YPX әmәkdaşının xidmәti avtomobilindәn düşәrәk yoluna davam etmişdir. Görünür ki, o, YPX әmәkdaşının xidmәti avtomobilini tәrk edәndәn sonra YPX әmәkdaşı hiddәtlәnәrәk onun idarә etdiyi avtomobilin arxa görüntüsündәn 2 әdәd şәklini çәkmiş vә dayanma durma tәlәbinә müvafiq qәrәzli olaraq qәsdәn sәkidә durma tәlәbini pozduğuna görә inzibati protokol tәrtib etmişdir. Belә qәnaәtә gәlir ki, YPX әmәkdaşı öz qanunsuz hәrәkәtini (inzibati protokolu) qanunilәşdirmәk üçün bu yola әl atmışdır. Digәr tәrәfdәn inzibati protokolun әsaslarını müzakirә edilsә, buradan aydın ki, o, YPX әmәkdaşının qanuni tәlәbinә müvafiq olaraq idarә etdiyi avtomobili saxladığı yerin yanında dayanma-durma qadağanedici nişan olsa da , hәmin nişanın tәsir dairәsinә keçdikdәn sonra asfalt örtüyü üzәrindә çәkilmiş sarı xәttin qırıq-qırıq olması ona imkan verir ki, o hәmin qırıq-qırıq xәtlәrdәn keçib әsas yoldan kәnarda saxlasın. YPX әmәkdaşı onunla sәkidә dayanmağı ilә bağlı heç bir danışıq aparmamışdır. Digәr bir mәsәlә odur ki, hәmin yerin sәki olmağı ilә bağlı nә bir mәlumatverici yol nişanı, nә dә ki, asfalt örtüyündәn hündür bir bardurun olmaması әsas verir ki, asfalt örtüyü üzәrindә çәkilmiş qırıq-qırıq xәtlәrdәn hәmin yerdә saxlanan avtomobilә ancaq dayanma-durma qaydalarının pozulmasına görә 20 manat mәblәğindә inzibati protokol tәrtib oluna bilәr. Onu da qeyd edir ki, şifahi olaraq әldә etdiyi mәlumatlara әsasәn onun avtomobilinә tәrtib olunan protokol әrazisi hәmin YPX inspektorunun xidmәti әrazisi deyildir vә tәrtib etdiyi protokola Bakı-Şamaxı-Yevlax yolunun 13.5 kilometrliyini qeyd etsә dә, bu әrazi tamamilә yalnış yazılmışdır. Hәmin YPX әmәkdaşı öz xidmәti әrazisindәn kәnarda xidmәt apardığını ört basdır etmәk üçün hәmin mәsafәni yәni, Bakı-Şamaxı-Yevlax yolunun 13.5 kilometr qeyd etmәsini planlı şәkildә qeyd etmişdir. Protokol tәrtib edilәn әrazi tәxminәn Bakı-Şamaxı-Yevlax yolunun 5-ci kilometrliyindәdir, bu da onu göstәrir ki, YPX inspektoru belә yazmaqla tәrtib etdiyi protokolu öz xidmәti әrazisinә uyğunlaşdırmışdır. Lakin YPX әmәkdaşının qanunsuz protokol tәrtib etmәsi ilә bağlı Baş Dövlәt Yol Polis idarәsinә müraciәt etmişdir ki, inzibati protokol qanunsuz yazıldığı üçün videogörüntülәrә baxılsın, obyektiv araşdırılsın, inzibati protokol lәğv edilsin vә iş üzrә icraata xitam verilsin. Ancaq işi araşdıran rәis müavini Yol Patrul xidmәti Alayın komandiri Fuad Mayılovun ##.##.2026 ci il tarixli *-**-**/*-Ə-***** saylı mәktubundan görünür ki, onun YPX әmәkdaşının xidmәti maşınında danışıqlarını, mübahisәnin әsas predmentini vә konkret olaraq YPX әmәkdaşı ilә onun danışıqlarına qulaq asmadan, videogörüntülәrә baxmadan şablon xarakterli cavab mәktubu verilmişdir. Odur ki, Azәrbaycan Respublikası DİN BDYPİ tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayәtә baxan birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Qәrarla razılaşmayan barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarını işin yenidәn baxılması üçün göndәrilmәsi hissәsindә lәğv edilmәsini, EQ ******** nömrәli inzibati iş üzrә icraata xitam verilmәsi barәdә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. APELLYASİYA ŞIKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә onun şikayәti qismәn tәmin edilmiş, EQ ******** saylı inzibati tәnbeh qәrarı lәğv edilmiş, lakin iş üzrә icraata xitam verilmәyәrәk materiallar yenidәn baxılması üçün aidiyyәti orqana göndәrilmişdir. Hesab edir ki, mәhkәmәnin bu hissәdә qәbul etdiyi qәrar qanunsuz vә әsassızdır. Mәhkәmә özü müәyyәn etmişdir ki, iş üzrә: sübutlar tam vә obyektiv araşdırılmamışdır; materiallarda ziddiyyәtlәr mövcuddur; tәqdim olunan foto vә digәr sübutlar hüquqi qüvvәyә malik deyil; inzibati xәta hadisәsi tam sübuta yetirilmәmişdir. Buna baxmayaraq, mәhkәmә iş üzrә icraata xitam vermәk әvәzinә, materialları yenidәn DYP orqanına göndәrmişdir ki, bu da qanunvericiliyin tәlәblәrinә ziddir. İşә baxılan zaman Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn DYP әmәkdaşlarına 2 dәfә rәsmi qaydada mәhkәmә iclasına çağırış göndәrilmәsinә baxmayaraq, heç bir әmәkdaş mәhkәmә iclasında iştirak etmәmişdir. Bundan әlavә, onun tәrәfindәn verilmiş vәsatәtlәr әsasında: hadisә ilә bağlı videogörüntülәrin sәs yazılarının DYP orqanından tәlәb olunmasına baxmayaraq, hәmin sübutlar tәqdim edilmәmiş, bu vәsatәtlәr cavabsız qoyulmuşdur. Bu hal açıq şәkildә göstәrir ki: DYP orqanı öz tәrtib etdiyi protokolun qanuniliyini sübuta yetirә bilmәmişdir; sübutları gizlәtmiş vә ya tәqdim etmәkdәn qәsdәn yayınmışdır; mәhkәmәnin çağırışına mәhәl qoymayaraq prosesә hörmәtsizlik etmişdir. Bu isә birbaşa olaraq onu tәsdiq edir ki, inzibati xәta hadisәsi mövcud deyil vә şәxsin tәqsiri sübuta yetirilmәmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinә әsasәn şәxsin tәqsiri sübuta yetirilmәdikdә, sübutlar kifayәt etmәdikdә, ziddiyyәtlәr aradan qaldırılmadıqda iş üzrә icraata xitam verilmәlidir. Mәhkәmә bu nәticәyә gәlmәli olduğu halda, әsassız olaraq işi yenidәn baxılması üçün göndәrmişdir. PROSES İŞTİRAKÇISININ İZAHATI : Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilәn şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edib, әlavә olaraq qeyd etdi ki, DYP әmәkdaşı tәrәfindәn bsaxla işәrәsi verildiyindәn şәkildә göstәrilәn hissәdә avtomaşınını saxlamış, DYP әmәkdaşı iddia etdiyi pozuntunu sübut edә bilmәdiyi üçün hazırkı şәkillәri protokolu qәrәzli olaraq çәkmәklә tәrtib etmişdir. Ona görә dә protokol üzrә qәbul edilmiş qәrarla bağlı icrata xitam verilmәsini xahiş edir. İşә baxılmasının yeri vә vaxtı barәdә Azәrbaycan Respublikası DİN-nin Baş Dövlәt Yol Polisi İdarәsinә mәlumat verilsә dә, nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә baxılmasının tәxirә salınması haqqında mәhkәmәyә vәsatәt vermәmişdir. Hesab edirәm ki, şikayәt üzrә mәhkәmә baxışı iclası inzibati tәnbeh vermә haqqında qәrarı qәbul etmiş idarәnin nümayәndәsinin iştirakı olmadan keçirilmәsi mümkündür. HÜQUQİ MƏSƏLƏLƏR : Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. İXM-nin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. İnzibati icraat materiallarını yoxlayıb, apellyasiya şikayәtinin dәlillәrini iş materiallarındakı sәnәdlәrlә tәhlil edib hesab edirәm ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki Qәrardan şikayәt verәn orqan (şәxs) EQ ******** saylı qәrar ilә Azәrbaycan Respublikası İXM-in 346.9-cu maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 60 (altmış) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Birinci instansiya mәhkәmәsi iş materiallarını araşdıraraq әsaslı şәkildә müәyyәn etmişdir ki, inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn inzibati xәta hadisәsinin tam, hәrtәrәfli vә obyektiv araşdırılması tәmin edilmәmiş, barәsindә icraat aparılan şәxsin hüquqları tam tәmin olunmamış, habelә iş üzrә mühüm әhәmiyyәt kәsb edәn sübutlar toplanılmamışdır. Mәhkәmә tәrәfindәn bu xüsusatlar nәzәrә alınaraq inzibati tәnbeh vermә haqqında qәrar lәğv edilmiş vә işin yenidәn baxılması üçün aidiyyәti orqana göndәrilmәsi barәdә nәticәyә gәlinmişdir. Mәhkәmә hәmin nәticәni qanuni vә әsaslı hesab edir. Apellyasiya şikayәtindә göstәrilәn dәlillәrdәn biri ondan ibarәt olmuşdur ki, iş üzrә sübutlar kifayәt etmәdiyindәn vә inzibati xәta hadisәsi tam sübuta yetirilmәdiyindәn icraat üzrә xitam qәrarı qәbul edilmәli idi. Lakin mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilәn pozuntular şәxsin tәqsirsizliyinin qәti şәkildә müәyyәn edilmәsi deyil, iş üzrә araşdırmanın natamam aparılması ilә bağlı olmuşdur. Azәrbaycan Respublikası İXM-in 134.1.4 vә 135.1.1-ci maddәlәrinin tәlәblәrinә әsasәn, iş üzrә mühüm әhәmiyyәt kәsb edәn halların araşdırılmaması vә ya işin hәrtәrәfli, tam vә obyektiv baxılmasına mane olan prosessual pozuntular aşkar edildikdә, qәrarın lәğv edilәrәk işin yenidәn baxılması üçün aidiyyәti orqana göndәrilmәsi mümkündür. Birinci instansiya mәhkәmәsi dә mәhz hәmin hüquqi mexanizmdәn istifadә etmişdir. Mәhkәmә hesab edir ki, iş materiallarında mövcud olan ziddiyyәtlәrin aradan qaldırılması, hadisә yerinә dair mәlumatların, foto vә mümkün videogörüntülәrin, habelә digәr sübutların araşdırılması üçün әlavә inzibati araşdırmanın aparılması zәruri olmuşdur. Bu baxımdan, birinci instansiya mәhkәmәsinin iş üzrә icraata xitam verilmәsi üçün kifayәt qәdәr hüquqi әsasın mövcud olmaması barәdә qәnaәti әsaslıdır. Apellyasiya şikayәtindә DYP әmәkdaşlarının mәhkәmә iclasında iştirak etmәmәsi vә bәzi sübutların tәqdim olunmaması xüsusilә vurğulansa da, hәmin hallar özlüyündә inzibati xәta hadisәsinin ümumiyyәtlә mövcud olmamasını vә ya şәxsin tәqsirsizliyini birmәnalı tәsdiq edәn hal kimi qiymәtlәndirilә bilmәz. Əksinә, hәmin hallar iş üzrә araşdırmanın natamam aparıldığını göstәrdiyindәn, әlavә araşdırma aparılması zәrurәtini daha da aktuallaşdırır. Bundan başqa, İXM-in 8-ci maddәsindә nәzәrdә tutulmuş tәqsirsizlik prezumpsiyası şәxsin tәqsiri qanunla müәyyәn edilmiş qaydada sübuta yetirilmәdikdә onun tәqsirsiz hesab olunmasını nәzәrdә tutsa da, bu norma hәr bir halda iş üzrә icraata xitam verilmәsini şәrtlәndirmir. İş üzrә mövcud çatışmazlıqların әlavә araşdırma yolu ilә aradan qaldırılması mümkün olduqda, işin yenidәn baxılması üçün aidiyyәti orqana göndәrilmәsi qanunvericiliyin tәlәblәrinә uyğundur. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edirәm ki, barәsindә inzibati qaydada tәnbeh tәdbiri tәtbiq edilmiş şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәri formal xarakter daşımaqla Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, İXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn İXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDIM : Abşeron Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-277/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-277/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver