Məhkəmə qərarları › İş №3(3-8)-278/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-278/2026

13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-278/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “ISKO” X1 Cәmiyyәtinin Bakı filialının nümayәndәsi X3, Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X8 Xidmәti * saylı X11 nümayәndәsi nümayәndә1 iştirakları ilә “ISKO” X1 Cәmiyyәtinin Bakı Filialının Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 262.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin direktoru nümayәndә2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә “ISKO” X1 Cәmiyyәtinin Bakı Filialı Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 262.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 2500 (iki min beş yüz) manat mәblәğindә cәrimә edilmişdir (hakim Günel Ismayılova). Işin halları: Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X8 Xidmәti * saylı X11 tәrәfindәn ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli protokol tәrtib olunaraq, baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Tәqdim edilmiş protokoldan vә ona әlavә olunmuş sәnәdlәrdәn görünür ki, ##.##.2026cı il tarixindә keçirilәn nәzarәt tәdbirlәri zamanı “ISKO” X1 Cәmiyyәtinin Bakı filialına mәxsus Sumqayıt şәhәri, 18-ci mikrorayon әrazisindә fәaliyyәt göstәrәn inşaat materialları bazarında su şәbәkәsinә qanunsuz qoşulma faktı aşkarlanmışdır. Işә baxan Sumqayıt Şәhәr Mәhkәmәsi tәrәfindәn yuxarıda qeyd edilәn qәrar qәbul edilmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “ISKO” QTSC-nin direktoru nümayәndә2 apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, “ISKO” X1 Cәmiyyәti sәhmdarları 100% olmaqla xarici investorlara mәxsus müәssisәlәrin reyestrindә dövlәt qeydiyyatına götürülmüşdür (Rusiya Federasiyası, Sankt-Peterburq şәhәri). 1994-ci ildә AR Maliyyә Nazirliyi tәrәfindәn qeydiyyata alınmışdır. 2003-cü il tarixdә Sumqayıt şәhәr Bәlәdiyyәsinin vә Icra Hakimiyyәtinin dәvәti vә mәslәhәti ilә şәhәrdә “Inşaat mallarının istehsalı vә satışı üzrә ticarәt mәrkәzi”nin tikilmәsi mәqsәdi ilә Cәmiyyәtә 5 ha torpaq sahәsi ayrılmışdır. Cәmiyyәtin fәaliyyәti hәmin tarixdәn yerli sahibkarlara kommersiya vә istehsalat mәqsәdi ilә tikinti obyektlәrini icarәyә vermәkdәn ibarәtdir. Orada sәrfiyyat kimi hesablanan kommunal vә qanunvericilik ilә müәyyәn olunmuş vergilәr Cәmiyyәt tәrәfindәn vaxtı-vaxtında ödәnilir. Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X8 Xidmәti * saylı X11 tәrәfindәn aparılmış yoxlama nәticәsindә balanslarında olan parklanma dayanacağının sәrhәd hissәsindә 20 mm-lik qanunsuz qoşulma su xәtti aşkar olunmuşdur. Su sәrfiyyatı cәmiyyәtә smart-kart sayğacı vasitәsi ilә tәqdim olunur, әrazidә fәaliyyәt göstәrәn sahibkarlara nәzarәt sayğacları quraşdırılıb. Bununla belә, Cәmiyyәtin faktiki su sәrfiyyatı yoxdur. Qeyd olunan qanunsuz qoşulma xәtti Cәmiyyәt üçün heç bir mәqsәd vә ya aktual bir mәna daşımır (iaşә vә sanitar qovşağından tәxminәn 150 m aralı mәsafәdә yerlәşir). Qeyd olunanlarla әlaqәdar, Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X8 Xidmәtinin tәrtib etdiyi ##.##.2026-cı il tarixli akt әsasında AR IXM-nin 262.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmәsinә görә ##.##.2026-cı il tarixli MN ******* saylı protokol tәrtib edilmişdir. Protokol AR IXM-nin tәlәblәri pozulmaqla, hәmçinin faktiki inzibati xәta törәtmiş şәxsin müәyyәn edilmәmәklә tәrtib olunması sәbәbindәn etibarsız hesab olunmalı vә inzibati icraata xitam verilmәlidir. Belә ki, qarşı tәrәfin tәqdim etdiyi sübutlardan görünür ki, yoxlama ##.##.2026-cı il tarixdә başa çatsa da vә hәmin tarixdә aşkar olunmuş qanun pozuntusu ilә әlaqәdar ****** saylı akt tәrtib olunsa da, inzibati xәta haqqında protokol yalnız ##.##.2026-cı il tarixdә tәrtib olunaraq, Sumqayıt Şәhәr Mәhkәmәsinә tәqdim olunmuşdur. Bu cür prosessual hәrәkәtlәr AR IXM-nin 101-ci maddәsinin tәlәblәri pozulmaqla vә inzibati xәtanı törәdәn şәxs barәdә Sumqayıt şәhәr Polis Idarәsinin müvafiq araşdırması bitmәmiş tәrtib edilmişdir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “ISKO” X1 Cәmiyyәtinin Bakı filialının nümayәndәsi Aqşin Ismayılov apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Xidmәtin * saylı X11 nümayәndәsi nümayәndә1 apellyasiya şikayәtinә etiraz edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk mәhkәmә hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X8 Xidmәtinin * saylı X11 tәrәfindәn tәrtib edilmiş ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixindә keçirilәn nәzarәt tәdbirlәri zamanı “ISKO” X1 Cәmiyyәtinin Bakı filialına mәxsus Sumqayıt şәhәri, 18-ci mikrorayon әrazisindә fәaliyyәt göstәrәn inşaat materialları bazarında su şәbәkәsinә qanunsuz qoşulma faktı aşkarlanmışdır. Nәticәdә “ISKO” QTSC-nin Bakı Filialı tәrәfindәn Azәrbaycan Respublikası IXM-nin 262.3-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Iş materiallarında olan Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında X13 Dövlәt Nәzarәti Xidmәtinin * saylı X11 ## ###### 2026-cı il tarixli ****** nömrәli aktından görünür ki, Suların Istifadәsinә vә X8 Xidmәtinin * saylı X11 ## ###### 2026-cı il tarixli **** nömrәli sәrәncamına әsasәn Azәrbaycan Respublikası “Su Mәcәllәsinin”, “Su Tәchizatı vә Tullantı Suları haqqında” qanun, suların istifadәsi vә mühafizәsi sahәsindә mövcud olan digәr qanunvericilik aktlarının tәlәblәrinә riayәt edilmәsinin araşdırılması mәqsәdi ilә keçirilәn nәzarәt tәdbirlәri zamanı Sumqayıt şәhәri, 18-ci mikrorayon ünvanında “ISKO” QTSC-nin Bakı Filialına mәxsus tikinti materialların satışı bazarında su sayğacına baxış keçirilәn zaman bazarın rәhbәrliyi kimi tәqdim edilәn X3 ilә telefon әlaqәsi saxlanılmışdır. X3 bazarın tәsәrrüfat üzrә nümayәndәsi Hafiz adlı şәxsi göndәrmişdir. Tәsәrrüfata baxan zaman sәrfiyyat çox az olduğundan sayğacı analiz etmәk mәcburiyyәtindә qalmışdır. Hafizlә birlikdә sayğacın çıxış vintilini bağlamışlar. Yaxınlıqdakı 20 mm-lik polietilen borudakı vintili açdıqda sayğacın vintili bağlı olmasına baxmayaraq su kәsilmәmiş, digәr bir vintil dә açmışlar, ordan da su gәlmişdir. Araşdırma zamanı bәlli olmuşdur ki, “ISKO” QTSC-yә mәxsus tikinti materialları bazarında sayğacdan keçmәyәn qanunsuz su xәtti vardır vә bazarın nümayәndәsi Hafiz dә şahid olmuş, qanunsuz su xәtti ilә bağlı X3 da mәlumat verilmişdir. Bununla da, “ISKO” QTSC-yә mәxsus tikinti materialları bazarında Azәrbaycan Respublikası Su Mәcәllәsinin 45-ci, 16-cı, 103-cü maddәlәrinin “Su tәchizatı vә tullantı suları haqqında” Qanunun 67-ci maddәsini vә “Sudan istifadә qaydaları haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## #### 2014-cü il tarixli *** nömrәli qәrarı ilә tәsdiq edilmiş “Sudan istifadә qaydaları”nın tәlәblәri pozulmuşdur. Ərazidә çәkilmiş fotoşәkillәr vә video çәkiliş diskdә akta әlavә edilmişdir. Iş materiallarında olan Azәrbaycan Dövlәt Su X6 Şәhәrlәrin Birlәşmiş Su Tәchizatı Xidmәti Publik X2 Su-Kanal Idarәsinin ##.##.2026-cı il tarixli mәktubundan görünür ki, Sumqayıt şәhәri, 18-ci mikrorayon ünvanında “ISKO” QTSC-nin Bakı Filialına mәxsus inşaat materiallarının satış bazarına sayğacdan kәnar su tәchizatı şәbәkәsinә qanunsuz qoşulma halı aşkarlandığına görә ##.##.2026-cı il tarixdә 2052 m2 (4104 manat) dәymiş zәrәr hesablanmışdır. Sumqayıt Sukanal Idarәsinin elektron sistemindәn çıxarışından görünür ki, “ISKO” QTSCnin Bakı Filialının su sәrfiyyatı ilә bağlı ödәniş 2025-ci ildә 150 manat, 2024-cü ildә 10 manat mәblәğindә olmuşdur. ## ###### 2026-cı il tarixli ****** nömrәli akta әlavә edilmiş videoçәkilişә apellyasiya instansiya mәhkәmәsindә mәhkәmә iclasında yenidәn baxış keçirilmiş vә videoçәkilişdә Azәrbaycan Dövlәt Su Ehtiyatları Agentliyi yanında Suların Istifadәsinә vә X8 Xidmәtinin * saylı AbşeronX4 әmәkdaşları tәrәfindәn Sumqayıt şәhәri, 18-ci mikrorayon ünvanında “ISKO” QTSC-nin Bakı Filialına mәxsus tikinti materialların satışı bazarına mәxsus nömrәsi 243226 olan su sayğacına baxış keçirilmişdir. Video görüntüdә sayğacın pәrinin hәrәkәtsiz vә çıxış vintilinin bağlı olması zamanı kranın vintilinin açılması vә borudan suyun gәlmәsi vә kәsilmәmәsi müşahidә edilir. Bundan başqa, sayğac bağlı olarkәn bazarın digәr tәrәfindә dә krandan su gәlmәsi müşahidә edilmişdir. Qeyd edilәn videogörüntüdә çәnin olması vә ya inzibati orqanın nümayәndәlәrinә bazarda әlavә çәnin quraşdırılması vә suyun çәndәn gәlmәsi ilә bağlı hәr hansı mәlumat verilmәsi müәyyәn edilmir. Barәsindә protokol tәrtib edilmiş hüquqi şәxsin nümayәndәsi tәrәfindәn birinci instansiya mәhkәmәsinә tәqdim edilmiş mәktubdan görünür ki, hüquqi şәxs tәrәfindәn Sumqayıt Şәhәr Polis Idarәsinin 1-ci Polis Bölmәsinә müraciәt edilәrәk qanunsuz qoşulmanın kim tәrәfindәn quraşdırılması, tәqsirkar şәxslәrin müәyyәn olunmasında kömәklik edilmәsi xahiş edilmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, “ISKO” X1 Cәmiyyәtinin Bakı Filialının Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 262.3-cü maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәsi tәrtib edilmiş inzibati xәta haqqında protokol, ##.##.2026-cı il tarixli akt vә ona әlavә edilmiş video yazı olan disk, foto şәkillәr, vurulmuş ziyanın mәblәği ilә bağlı tәrtib edilmiş mәktub vә digәr iş materialları ilә tam sübuta yetirilir. Azәrbaycan Respublikası IXM-nin 262.3-cü maddәsinә әsasәn su tәchizatı şәbәkәsinә qanunsuz qoşulmaqla suyun talanması nәticәsindә az miqdarda ziyan vurulmasına görә fiziki şәxslәr iki yüz manatdan dörd yüz manatadәk mәblәğdә, vәzifәli şәxslәr min manatdan min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr iki min beş yüz manatdan üç min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Göründüyü kimi birinci instansiya mәhkәmәsi “ISKO” X1 Cәmiyyәtinin Bakı filialı barәsindә tәqsirli bilindiyi maddәnin sanksiyasında hüquqi şәxslәr üçün müәyyәn edilmiş әn aşağı hәddә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq etmişdir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, “ISKO” X1 Cәmiyyәtinin Bakı Filialının Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 262.3cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs hüquqi şәxsin direktoru nümayәndә2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә әsas ola bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәdәn, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin direktoru nümayәndә2 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar