Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-280/2026 05.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (inzibati xəta barədə qərara apellyasiya qaydasında baxılmasına dair) Mən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ağayev Rəşadət Əhməd oğlu, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, zərərçəkmiş şəxsin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim S.B.Ismayılov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsi, inzibati həbsdə saxlama müddətinin əvvəli ## ### 2026-cı il tarixdən saat 15:10-dan hesablanması, qərarın icrasının Sumqayıt Şəhər Polis Idarəsinə həvalə edilməsi, qərarın dərhal icra edilməsi qərara alınmışdır. IŞIN HALLARI : Inzibati materialdan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol məhkəməyə göndərilmiş və protokola baxan birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək qərarın ləğv edilib, inzibati işə üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI : Şikayət onunla əsaslandırılmışdır ki, borclu tərəfindən icra sənədi üzrə borc ödənilmədiyi üçün o, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırkı halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunun hamısını ödəmişdir və bununla bağlı müvafiq qəbz və tələbkar tərəfindən yazılmış ərizə şikayətə əlavə edilir. Inzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin Qeyd-ində göstərilir ki, bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hesab edir ki, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş şəxs hazırkı mərhələdə borcunu tam ödədiyi üçün inzibati məsuliyyətdən azad olunmalıdır. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X5 izahat verərək bildirdi ki, qızı hazırda işdə olduğu üçün gələ bilməmiş qızının nümayəndəsi olaraq bildirir ki, hazırki günə qədər olan aliment borcu tam ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdən azad edilməsinə etirazları yoxdur. Apellyasiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, bir müddət özünə məxsus bank kartı tələbkarda olmuş və karta göndərdiyi aliment məbləğinə dair sənədləri icra məmuruna təqdim edə bilməmiş, həmçinin bir müddət işləmədiyi üçün borc yığılmışdır. Hazırda bütün borcu ödənildiyindən şikayətin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə Icra Idarəsinin nümayəndəsi, eləcə də zərərşəkmiş şəxs məlumatlandırılmış olsalar da, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Hesab edirəm ki, şikayət üzrə məhkəmə baxışı iclası inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkündür. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasının IXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini öyrənib, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Birinci instansiya məhkəməsində hazırkı mübahisə olunan qərar qəbul edilərkən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə Icra idarəsinin icra məmuru X2 izahat verib bildirmişdir ki, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı icra sənədinə əsasən ##.##.2024cü il tarixdən başlayaraq ##.##.2016-cı il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü Qasımlı yağmur Xəyyam qızı və ##.##.2021-ci il təvəllüdlü X1 üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqınnın 0,49 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Icra sənədi üzrə ##.##.2025-ci il tarixdə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Borclu çağırışlara gəlmədiyi üçün ##.##.2025-ci il tarixdə barəsində axtarış elan olunmuşdur. Sumqayıt şəhər Məhkəməsiniin ##.##.2026-cı il tarixli qərarı ilə borclu barəsində IXM-in 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Borclu yanvar ayında 600 manat, mart 400 manat, aprel ayının əvvəlində 600 manat, ##.##.2026-cı ildə protokol tərtib edilən vaxt 1300 manat ödəniş etmişdir. Borclunun aldığı əmək haqqı az olduğu üçün tələb əmək haqqına yönəldilməmişdir. Bugün borclu icra sənədi üzrə iş məhkəmənin icraatında olan zaman 300 manat ödəniş etmişdir. Qeyd edilən ödəniş də nəzərə alındıqdan sonra 5.122 manat aliment borcu mövcuddur. Göstərilən halları nəzərə alaraq borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- **/**** saylı icra sənədindən görünür ki, Şamaxı rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-**/**** saylı icra sənədinə əsasən ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2016cı il təvəllüdlü X3, ##.##.2017-ci il təvəllüdlü Qasımlı yağmur Xəyyam qızı və ##.##.2021ci il təvəllüdlü X1 üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqınnın 0,49 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129 maddəsinin İ və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası da hesab edir ki, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini üzrsüz səbəbdən tam icra etməməsi sübuta yetirilir və onun əməlində Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Bu baxımdan müdafiəçinin inzibati məsuliyyətdən azad edilmə və iş üzrə icraata xitam verilməsi barədə dəlilləri əsaslı hesab edilmir. Belə ki, müdafiəçi apellyasiya şikayətində borcun tam ödənildiyini göstərərək IXM-nin 528-ci maddəsinin qeyd hissəsinə istinad etmişdir ki, borclu icra sənədini məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmin dəlili əsaslı hesab etmir. Belə ki, IXM-nin 528-ci maddəsinin qeyd hissəsinin məzmunundan aydın olur ki, bu norma yalnız həmin maddənin 528.1-ci bəndində nəzərdə tutulmuş inzibati xətaya şamil edilir. Qeyd hissəsində birbaşa “528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu...” ifadəsi işlədilmişdir və bu, hüquqi termin baxımından normanın tətbiq dairəsini konkret olaraq yalnız 528.1-ci maddə ilə məhdudlaşdırır. Halbuki, hazırkı işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə, yəni eyni xətanı inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində təkrar törətdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. 528.1-1-ci maddə müstəqil dispozisiyaya malik olmaqla, daha ağırlaşdırıcı halı – təkrar törədilməni nəzərdə tutur və onun hüquqi tənzimlənməsi 528.1-ci maddədən fərqlidir. Qanunverici tərəfindən 528.1-1-ci maddəyə münasibətdə analoji məzmunda azadetmə əsası nəzərdə tutulmamışdır. Bu isə onu göstərir ki, qeyd hissəsində nəzərdə tutulmuş məsuliyyətdən azad etmə imkanı təkrar törədilən əməllərə, yəni 528.1-1-ci maddə ilə tövsif edilən hallara şamil edilmir. Buna görə də, müdafiə tərəfinin IXM-nin 528-ci maddəsinin qeyd hissəsinə istinad etməklə şəxsin inzibati məsuliyyətdən azad olunmalı olması barədə dəlili hüquqi baxımdan əsassızdır və rədd edilməlidir. Apellyasiya instansiyasına təqdim edilmiş icra işinin materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda aliment borcu - 5.122 manat ödəniş edildiyi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində heç bir şikayəti yoxdur. Həmçinin onun həbsdən buraxılmasını xahiş edir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi istinad etdiyi sübutlara əsasən düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir inzibati xətanı törətməməsi və bununla bağlı onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının IXM-nin 528.1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən borcun əhəmiyyətli hissəsi ödənilmiş, sonuncu mərhələdə isə aliment borcu tam bağlanmış, zərərçəkmiş tərəf ilə münasibətlər faktiki olaraq tənzimlənmiş, məhkəmə iclasından sonra ödəniş edilərək borcu tam bağlanılmışdır. Apellyasiya instansiyası hesab edir ki, qeyd olunan hallar onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsi iş materiallarını, apellyasiya şikayətini, zərərçəkmişin ərizəsini və nümayəndəsinin iclasda verdiyi izahatı, barəsində inzibati icraat aparılan şəxsin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarında düzgün olaraq borclunun məhkəmə qətnaməsini vaxtında icra etməməsi müəyyən edilmişdir. Bununla belə, apellyasiya instansiyası hesab edir ki, iş üzrə yeni halların –aliment borcunun tam ödənilməsi, zərərçəkmişin ərizə ilə borclunun azad edilməsini xahiş etməsi – nəzərə alınması vacibdir. Bu hallar inzibati məsuliyyətin yüngülləşdirən amilləri kimi qiymətləndirilməli, Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə uyğun olaraq tənbeh tədbiri seçilərkən tətbiq olunmalıdır. Həmçinin, Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh şəxsin qanuna əməl ruhunda tərbiyə olunmasına xidmət etməlidir. Mövcud vəziyyətdə inzibati həbsin tətbiqi artıq məqsədəuyğun hesab edilmir, cərimə növündə tənbeh tədbirinin tətbiqi isə həm zərurətə, həm də ədalətlilik prinsipinə cavab verir. Apellyasiya instansiya məhkəməsi işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, həmçinin onun ailə vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisinin şikayətinin inzibati tənbehin ağır olması barədə dəlili əsaslıdır. Belə ki, IXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsiyyətinə uyğun olmalıdır. IXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilir. IXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Işin yuxarıda göstərilən halları nəzərə alınaraq hesab edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs növündə inzibati tənbehin təyin edilməsi, inzibati xətanın xarakterinə, onun törədilməsi halına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin hazırkı halda şəxsiyyətinə uyğun deyil, inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakteri, işin halları və faktiki olaraq 5 gün müddətində inzibati həbsdə saxlanılması nəzərə alınaraq onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq üçün sonuncuya təyin edilmiş 15 gün müddətinə inzibati həbs tənbet tədbiri 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdən ## ### 2026-cı il tarixədək inzibati həbsdə saxlanılma müddəti nəzərə alınmaqla, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməklə ona təyin ediləcək 1000 (min) manat məbləğində cərimə cəzası inzibati həbsdə saxlanıldığı müddətə mütənasib şəkildə azaldılmaqla onun üzərində inzibati tənbeh növü - 635 (altı yüz otuz beş) manat məbləğində cərimə saxlanılmalıdır. Belə ki, IXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-nin 133, 135.1.5, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbiri 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək inzibati həbsdə olduğu müddət nəzərə alınaraq təyin olunmuş 1000 (min) manat məbləğində cərimə azaldılaraq onun üzərində qəti olaraq 635 (altı yüz otuz beş) manat cərimə saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərarın icrası Sumqayıt Şəhər Polis idarəsinin rəhbərliyinə həvalə edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi Vəkil şikayəti qismən təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-280/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-280/2026
05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver