Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-282/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, inzibati xәta haqqında protokol tәrtib etmiş şәxs X3, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, zәrәrçәkmiş şәxslәr zәrәrçәkmiş şәxs1 vә zәrәrçәkmiş şәxs2 iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 510.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Sumqayıt şәhәr Polis Idarәsinin rәisi Fәqan Azadәliyev vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 510.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 100 (yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir (hakim Günel Ismayılova). Işin halları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 510.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә, saat 10:00-da Sumqayıt şәhәri, Stansiya Sumqayıt qәsәbәsi әrazisindә media nümayәndәlәri olan zәrәrçәkmiş şәxs2 vә zәrәrçәkmiş şәxs1 qarşı uca sәslә nalayiq ifadәlәr işlәtmiş, şәxslәrin üzәrinә hücum çәkmiş, ictimai qaydanı pozmuş, nәticәdә xırda xuliqanlıq әmәli törәtmişdir. Nәticәdә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 510.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Sumqayıt şәhәr Polis Idarәsinin rәisi Fәqan Azadәliyev Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati hәbs tәtbiq olunması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә inzibati xәta üzrә cәza tәyin edәrkәn işdә olan ağırlaşdırıcı halları tam qeyd etmәmәklә, inzibati xәtanı törәdәn şәxslәrә cәrimә növündә inzibati tәnbeh tәtbiq etmәklә kifayәtlәnmiş, digәr xüsusatları nәzәrә almamışdır. Belә ki, iş materiallarında olan Sumqayıt ŞPI-nin PPXT-nin 1-ci bölüyünün polis nәfәrlәri, R Rәşad Abdurәhmanov vә Fariz Hüseynovun izahatlarında göstәrdiklәri “hәmin qadınlar aqressiv formada iki nәfәr kişi ilә münaqişә edib, onların ünvanlarına ucadan nalayiq söyüşlәr söyürdülәr. Biz hәmin qadınları sakitlәşdirmәyә çalışsaq da, onlar öz hәrәkәtlәrinә davam edәrәk, kişilәrin üzәrinә hücum çәkirdilәr” xüsusatını mәhkәmә IXM-nin 33.1.1-ci maddәsinә әsasәn ağırlaşdırıcı hal kimi qәbul etmәmiş, bununla da hәmin Mәcәllәnin 9.1-ci maddәsinin tәlәblәrini pozmuşdur. Bundan başqa işdә müәyyәn olunmuş ağırlaşdırıcı hallarla bağlı mәhkәmәyә tәqdim edilmiş son bir il әrzindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 510.1-ci maddәsi ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 5 dәfә tәqsirli bilinәrәk, barәsindә inzibati xәta haqqında protokollar tәrtib edilmәklә Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilәrәk, hәr dәfә 100 manat mәblәğindә cәrimә tәnbeh növü tәtbiq edilmәsi xüsusatı obyektiv qiymәtlәndirmәyәrәk, hәmin Mәcәllәnin 21-ci maddәsinin tәlәblәrini pozmuşdur. Belә ki, hәmin maddәdә qeyd olunur ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Lakin mәhkәmә eyni cәza növünü tәtbiq etmәklә şәxsin eyni inzibati xәtanı tәkrar törәtmәklә islah olunmamasına şәrait yaratmışdır. Bundan başqa Sumqayıt şәhәr Icra Hakimiyyәti Mәnzil-Kommunal Tәsәrrüfatı Istehsalat Birliyinin ** saylı MKS-dәn alınmış ##.##.2026-cı il tarixli, ** nömrәli xasiyyәtnamәdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs yaşadığı ünvanda qeyri-etik davranışları ilә tanınaraq, qonşuları ilә mütәmadi olaraq әsassız mübahisәlәr aparır, sakinlәr ilә yola getmir, xarakter etibarı ilә konfiliktli vә aqressiv davranışları ilә seçilәrәk mәnfi xarakterizә olunur. Bundan әlavә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 2016-cı vә 2020-ci illәrdә Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә mәhkum olunmuşdur. Işdә yuxarıda göstәrilәn mәsuliyyәti ağırlaşdıran hallar, hәmçinin inzibati xәtanı törәdәn şәxsin şәxsiyyәti müәyyәn olunsa da, mәhkәmә bu xüsusatları qәbul etdiyi qәrarda nәzәrә almamışdır. Mәhkәmә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs haqqında inzibati tәnbeh tәdbiq edәrkәn Azәrbaycan Respublikası IXM-nin 9.1, 31.2-ci maddәlәrinin tәlәblәrinә әmәl etmәmişdir. Qәrardan hәmçinin barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, qәrar tamamilә әsassız vә qanunsuzdur. O, sadәcә şәxsi hәyәtinә icazәsiz daxil olmaq istәyәn zәrәrçәkmiş şәxs1 vә zәrәrçәkmiş şәxs2 hәyәtindәn çıxmaq istәmәdiklәri üçün itәlәyib hәyәtdәn çıxarmışdır. Lakin Sumqayıt şәhәr Polis Idarәsinin 5-ci polis bölmәsi tәrәfindәn birtәrәfli, qәrәzli araşdırılaraq, onların şikayәtini gizlәdәrәk, tәk qarşı tәrәfin şikayәtini mәhkәmәyә göndәrmişlәr. Əslindә onun şәxsi hәyәtinә girәrәk, zәrәrçәkmiş şәxs1 vә zәrәrçәkmiş şәxs2 ona vә ailә üzvlәrinә qarşı әl-qol hәrәkәti ataraq, icazә vermәmәyinә baxmayaraq, çәkiliş etmәyә çalışmışlar. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә inzibati xәta haqqında protokol tәrtib etmiş şәxs X3 izahatında bildirdi ki, mәhkәmә qәrar qәbul edәrkәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsi keyfiyyәtlәrini, әvvәllәr törәtdiyi inzibati xәtaların sayını, ağırlaşdırıcı halları nәzәrә almamışdır. Odur ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati qaydada hәbs seçilmәsini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs verdiyi şikayәtin isә tәmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sumqayıt şәhәr Polis Idarәsinin rәisi Fәqan Azadәliyev tәrәfindәn verilmiş apellyasiya şikayәtinә etiraz edәrәk, әsassız olduğundan tәmin edilmәmәsini, özü tәrәfindәn verilmiş apellyasiya şikayәtinin tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ##### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Apellyasiya instansiyası mәhkәmәsindә zәrәrçәkmiş şәxslәr zәrәrçәkmiş şәxs1 vә zәrәrçәkmiş şәxs2 birinci instansiya mәhkәmәsindә verdiklәri izahatı tәsdiq etdilәr. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtlәrin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәtlәr tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә Sumqayıt şәhәr Polis Idarәsinin rәisi Fәqan Azadәliyev tәrәfindәn verilmiş apellyasiya şikayәtinin inzibati xәta törәtmiş şәxs barәsindә daha sәrt cәza tәyin edilmәsinә dair dәlillәri ilә bağlı qeyd edir ki, inzibati xәta törәtmiş şәxsә tәyin olunmuş inzibati tәnbeh növünün ağırlaşdırılması üçün әsaslar yoxdur. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası IXM-nin 32-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn hal müәyyәn etmәmiş, lakin Azәrbaycan Respublikası IXM-nin 33-cü maddәsinә әsasәn eyni xәtanı inzibati tәnbeh vermә haqqında qәrar qüvvәyә mindiyi gündәn bir il әrzindә tәkrar törәtmәsini mәsuliyyәtini ağırlaşdıran hal kimi nәzәrә almışdır. Azәrbaycan Respublikası IXM-nin 510.1-ci maddәsinә әsasәn xırda xuliqanlıq, yәni ictimai qaydanı pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn, lakin fiziki şәxslәr üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, yaxud özgәnin әmlakının mәhv edilmәsi vә ya zәdәlәnmәsi ilә müşayiәt edilmәyәn hәrәkәtlәrә görә әlli manatdan yüz manatadәk mәblәğdә cәrimә edilir, işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda, on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur. Birinci instansiya mәhkәmәsi törәdilmiş inzibati xәtanın xarakterini, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsiyyәtini vә tәqsirinin dәrәcәsini, mәsuliyyәtini yüngüllәşdirәn halın olmaması, mәsuliyyәtini ağırlaşdıran halı, onun yaşını nәzәrә alaraq, onun barәsindә tәqsirli bilindiyi IXM-nin 510.1-ci maddәsinin sanksiyasında nәzәrdә tutulmuş yuxarı hәddә cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәsini mәqsәdәmüvafiq hesab etmişdir. Apellyasiya mәhkәmәsi barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin barәsindә inzibati cәrimә tәtbiq edilmәsinә dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni düzgün hesab edir. Mәhkәmә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq olunmuş inzibati cәrimә tәnbeh tәdbiri ilә bağlı qeyd edir ki, birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd olunan qәnaәti inzibati tәnbeh tәdbirinin inzibati xәta törәtmiş şәxsin islah olunmasına, onun qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirilmәsi, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısının alınması baxımından qanuni vә әdalәtli olmuşdur. Mәhkәmә hәmçinin birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmır vә birinci instansiya mәhkәmәsinin iş üzrә gәldiyi qәnaәtini qanuni vә әsaslı sayır. Belә ki, Sumqayıt Şәhәr Polis Idarәsinin 5-ci PB-nin sahә rәisi, R X3 tәrәfindәn ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur, ona görә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә, saat 10:00-da Sumqayıt şәhәri, Stansiya Sumqayıt qәsәbәsi әrazisindә media nümayәndәlәri olan zәrәrçәkmiş şәxs2 vә zәrәrçәkmiş şәxs1 qarşı uca sәslә nalayiq ifadәlәr işlәtmiş, şәxslәrin üzәrinә hücum çәkmiş, ictimai qaydanı pozmuş, nәticәdә xırda xuliqanlıq әmәli törәtmişdir. Nәticәdә Azәrbaycan Respublikasının IXM-nin 510.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında ##.##.2026-cı il tarixli qәrardan görünür ki, zәrәrçәkmiş şәxs2, zәrәrçәkmiş şәxs1 vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müraciәtlәri әsasında toplanmış materialda cinayәt tәrkibi olmadığı üçün aparılmış araşdırmanın nәticәlәri üzrә cinayәt işinin başlanması rәdd edilmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә X2 barәlәrindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 510-cu maddәsinә әsasәn tәdbir görülmәsi üçün Sumqayıt ŞPI-nin 5-ci PB-yә göndәrilmişdir. Sumqayıt Şәhәr Polis Idarәsinin PPXT-nin 1-ci bölüyünün polis nәfәri, R X4 vә X1 Sumqayıt ŞPI-nin 5-ci PB-dә olan izahatlarından görünür ki, ##.##.2026-cı il tarixdә saat 10:30 radәlәrindә 9107 çağırışlı avtopatrul maşınında postaçı yoldaşları, R X1 ilә Sumqayıt şәhәri, Stansiya Sumqayıt qәsәbәsi әrazisindә xidmәt apararkәn, ** saylı orta mәktәbin yaxınlığında küçәdә iki nәfәr qadının iki nәfәr kişi ilә mübahisә etdiklәrini görüb onlara yaxınlaşdılar. Bu vaxt qadınlardan biri onlara yaxınlaşaraq hәmin iki nәfәr şәxsdәn şikayәtçi olduqlarını dedilәr. Hәmin qadınlar aqressiv formada iki nәfәr kişi ilә münaqişә edib, onların ünvanına ucadan nalayiq söyüşlәr söyürdülәr. Onlar hәmin qadınları sakitlәşdirmәyә çalışsalar da onlar öz hәrәkәtlәrinә davam edәrәk kişilәrin üzәrinә hücum çәkirdilәr. Ətrafda yaşayan sakinlәr dә sәs-küyә ora toplaşmışdılar. Onlar hәmin şәxslәrin dava-dalaş etmәlәrinә imkan vermәdilәr vә sonradan ora gәlәn Sumqayıt ŞPI-nin 5-ci PB-nin әmәliyyat qrupuna onları tәhvil verdilәr. Bölmәdә mәlum oldu ki, münaqişә edәn şәxslәr Sumqayıt şәhәri, Stansiya Sumqayıt qәsәbәsi, fәrdi yaşayış evindә yaşayan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә anası Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsdır. X5 Sumqayıt Şәhәr Polis Idarәsinin 5-ci PB-dә olan izahatından görünür ki, o, Sumqayıt şәhәri, Stansiya Sumqayıt qәsәbәsi әrazisindә yerlәşәn ** saylı orta mәktәbin yanında yerlәşәn marketdәn çörәk alaraq öz yaşadığı evә qayıdan zaman küçәdә gördü ki, onunla eyni qәsәbәdә yaşayan Ilhamә vә anası Naxış tanımadığı iki nәfәr oğlanla münaqişә edib, onların ünvanına, hәmçinin ünvansız ucadan nalayiq söyüşlәr söyürlәr. Ilhamә vә Naxışın sәs-küyünә әtrafda yaşayan sakinlәr dә ora toplaşaraq onlara tamaşa edirdilәr. Hәmin vaxt polis әmәkdaşları da hadisә yerinә gәldilәr vә Ilhamәgil yenә öz hәrәkәtlәrinә davam edәrәk hәmin iki nәfәr şәxsi söymәyә davam edәrәk onların üzәrilәrinә hücum çәkirdilәr. O, onların qadına yaraşmayan söyüşlәr söymәsindәn narahat olaraq öz evinә getmişdir. Onlar ancaq sözlә mübahisә edirdilәr vә aralarında dava-dalaş olmadı. Hәmçinin hәmin iki oğlan onları söymәdi, ancaq Ilhamә vә Naxış hәmin oğlanları söyürdülәr. ##.##.2026-cı il tarixli videogörüntüyә baxış keçirilmәsi haqqında protokoldan görünür ki, baxış zamanı görüntülәrdәn mәlum oldu ki, ##.##.2026-cı il tarixdә saat 10:00 radәlәrindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә anası Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs küçәdә zәrәrçәkmiş şәxs2 vә zәrәrçәkmiş şәxs1lә münaqişә yaradaraq onların üzәrilәrinә hücum çәkәrәk әl-qol atırlar vә ucadan nalayiq söyüşlәrlә onları söyürlәr. Hәmçinin görüntülәrdә polis әmәkdaşlarının da sonradan hadisә yerinә gәldiklәrini vә buna baxmayaraq Ilhamә vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsların öz hәrәkәtlәrinә davam etdiklәri müşahidә olunur. Baxış zamanı iştirak edәn zәrәrçәkmiş şәxs2 bildirdi ki, hәmin görüntülәri özünә mәxsus mobil telefon vasitәsilә videolentә almışdır. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ##.##.2025-ci il tarixli qәrarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 510-cu maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 100 (yüz) manat mәblәğindә cәrimә edilmişdir. Protokola әlavә edilmiş videogörüntülәrә birinci instansiya mәhkәmәsindә mәhkәmә iclası zamanı baxış keçirilmiş vә videogörüntülәrdә barәsindә inzibati xәta üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs video çәkiliş aparan şәxslәrә qarşı agressiv hәrәkәtlәr etmәsi, mobil telefon vasitәsilә DIN-nin 102 Zәng Xidmәtinә şikayәt etdiyini bildirmәsi, hәmin şәxslәrә әlqol atması, onlara qarğış etmәsi, tәhqiredici ifadәlәr söylәmәsi, hәmin anda iki nәfәr polis әmәkdaşının onları sakitlәşdirmәyә çalışması, әtrafda olan uşaqların ağlaması, bir nәfәr başqa kişi cinsindәn olan şәxsin dayanıb baxması müşahidә edilir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs xırda xuliqanlıq etmәsi, yәni Azәrbaycan Respublikası IXM-nin 510.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi toplanmış vә tәdqiq edilmiş obyektiv sübutların mәcmusu, yәni zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları, hadisә ilә bağlı videogörüntülәr vә digәr iş materialları ilә tam sübuta yetirilmişdir. Yuxarıda qeyd olunan sübutlarla müәyyәn olunur ki, barәsindә inzibati iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә, saat 10:00-da Sumqayıt şәhәri, Stansiya Sumqayıt qәsәbәsi әrazisindә media nümayәndәlәri olan zәrәrçәkmiş şәxs2 vә zәrәrçәkmiş şәxs1 qarşı uca sәslә nalayiq ifadәlәr işlәtmәklә vә şәxslәrin üzәrinә hücum çәkmәklә ictimai qaydanı pozduğunu başa düşmüş vә bunu arzu etmişdir. Bununla da onun әmәlindә IXM-nin 510-cu maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi mövcud olmuşdur. Mәhkәmә hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә dair dәlillәri mülahizә xarakterli dәlillәr olmaqla birinci instansiya mәhkәmәsinin qәrarının lәğv olunması üçün qanuni әsas kimi qәbul oluna bilmәz. Birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 510-cu maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi vә hәmin әmәlә görә tәqsirli olmasına dair nәticәsi qanuni vә әsaslı olmuş, sonuncunun әmәli düzgün olaraq hәmin maddә ilә tövsif edilmişdir. Mәhkәmә yuxarıda şәrh edilәnlәrә әsasәn hesab edir ki, Sumqayıt şәhәr Polis Idarәsinin rәisi Fәqan Azadәliyev tәrәfindәn verilmiş apellyasiya şikayәtini tәmin edib, inzibati xәta törәdәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati qaydada hәbs olunması, elәcә dә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtini tәmin edib, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsaslar olmadığından, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 510.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәtlәri tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası IXM-nin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Sumqayıt şәhәr Polis Idarәsinin rәisi Fәqan Azadәliyev vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-282/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-282/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver