Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-283/2026 15.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı qəbul olunmuş Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin direktoru Süleyman Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarına əsasən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyətə cəlb edilməsinə dair X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, vətəndaş X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə etdiyi müraciət əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun cəmiyyətin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd olunan sənədləri X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə təqdim edilməsi tələb olunmuşdur. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmaması, onun mövqeyi və təqdim edə biləcəyi sübutların araşdırılmaması ədalətli məhkəmə araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Belə ki, ##.##.2025-ci il tarixli, *-***/*****/**** nömrəli məktub ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə daxil olmuşdur. Məktubda X2 ilə bağlı əmək müqaviləsinə xitam verilməsinə dair sənədlər, son haqq hesab və digər sənədlər tələb olunmuşdur. Məktubun alındığı tarixdə Əmək müfəttişliyinə XO- ***-** nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, müraciətdə adı çəkilən X2 əmək müqaviləsinə xitam verilməmişdir və sonuncu hələ də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçisidir. Sonradan Əmək müfəttişliyinin əməkdaşı əlaqə saxlayaraq hər bir halda sənədlərin verilməsini tələb etmişdir. Bu səbəbdən MMC tərəfindən ##.##.2025-ci il tarixli ikinci məktub ünvanlanaraq tələb olunan sənədlər arasında mövcud olanlar Əmək Müfəttişliyinə təqdim edilmişdir. Hesab edir ki, qeyd olunan sənədlər təqdim edildiyindən X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, ##.##.2025-ci il tarixli protokol əsassızdır və ləğv edilməlidir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən X5 Xidmətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini iş materiallarında olan və şikayətə əlavə edilmiş sənədlərlə müqayisəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməklə Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədləri araşdıraraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması və bu əsasla da 2000 manat məbləğində cərimə edilməsi barədə yekun nəticəyə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda göstərilir ki, vətəndaş X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı şikayət xarakterli müraciəti X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsində araşdırlır. Bununla bağlı, X2 müraciətinə münasibət bildirilməsi və həmin vətəndaşa aid müvafiq sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. Əks təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə məsuliyyət daşımaları izah olunmuşdur. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, X2 əmək müqaviləsinə xitam verilmədiyindən sonuncu hələ də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçisidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, vətəndaş X2 aid müvafiq sənədlərin 7 iş günü müddətində təqdim olunması ilə bağlı ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli sorğu göndərilmiş, lakin şöbəyə müvafiq sənədlərin tam təqdim edilməsi təmin edilməmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, X2 əmək müqaviləsinə xitam verilmədiyindən tələb edilən sənədlərdən, əmək müqaviləsinə xitam verilməsi, son haqq hesabın hesablanması, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq qərar verildikdə nəzərdə tutulmuş həmkarlar ittifaqı təşkilatının müraciyyəti və razılığı barədə rəy olmadığından həmin sənədlərin təqdim edilməsi mümükün olmamışdır. Lakin işəgötürənin şəxsiyyət vəsiqəsi, müəssisənin VÖEN-i, iş vaxtı uçotu və əmək haqqı hesablanması cədvəli, əmək haqqının alınması ilə bağlı olan bankdan çıxarış məktuba əlavə edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim etməmiş və bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Aşağıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş əməldə inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətin yaranması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) xətası baş verməlidir. Göründüyü kimi İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən daxil olmuş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubu ilə X2 əmək müqaviləsinə xitam verilmədiyindən sonuncunun hələ də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçisi olmasına dair sorğuya cavab verilmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, X2 əmək müqaviləsinə xitam verilmədiyindən tələb edilən sənədlərdən işəgötürənin şəxsiyyət vəsiqəsi, müəssisənin VÖEN-i, iş vaxtı uçotu və əmək haqqı hesablanması cədvəli, əmək haqqının alınması ilə bağlı olan bankdan çıxarış məktuba əlavə edilmişdir. Göründüyü kimi müfəttişlik tərəfindən tələb olunan sənədslər MMC tərəfindən təqdim edilmişdir. Bu da onu göstərir ki, MMC-nin əməlində inziati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı, əməldə inzibati xəta tərkibi olmadığından İXM-nin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 134- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №3(3-8)-283/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-283/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver